Məhkəmə qərarları › İş №2-1(107)-5/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-5/2020

09.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-5/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, iddiаçı X4 iştirakı ilə, İddiaçı X4 (bundan sonar mətndə iddiaçı) cavabdeh Oğuz Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı “Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli 104 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli qərarından cavabdehin nümayəndəsi vəkili X5 tərəfindən verilmiş apelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx xxx 2007-ci il tarixli, 69 nömrəli sərəncamı ilə Oğuz rayonunun dövlət mülkiyyətində olan yay otlaqlarından ümumi sahəsi 1259 hektar, yararlı sahəsi 488 hektar olan 33 nömrəli “Çaldaş” adlı yay otlaq sahəsi Oğuz rayon Qarabulaq kənd sakini X3 (bundan sonra- iddiaçı) xx xxx 2007-ci il tarixdə tərəflər arasında bağlanmış torpaq sahəsinin icarə müqaviləsi əsasında 15 il müddətinə icarəyə verilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli, 104 nömrəli sərəncamı ilə iddiaçının 488 hektar torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin Oğuz Rayon İcra Hakimiyyətinə qaytarılması qərara alınmışdır. Həmin sərəncamdan narazı qalan iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz rayon ərazisində yerləşən dövlət mülkiyyətində olan 33 nömrəli Çaldaş adlanan yay otlaq sahəsindən 488 hektar torpaq sahəsinin üzərində onun istifadə hüququna xitam verilməsinə dair xx xxxxxx 2017ci il tarixli, 104 nömrəli sərəncamının ləğv edilməsini və həmin torpaq sahəsinin onun istifadəsinə və sahibliyinə verilməsi öhdəliyinin Oğuz rayon İcra Hakimiyyəti başçısının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-483/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qərardadı ilə iddianın “torpaq sahəsinin iddiaçının istifadəsinə və sahibliyinə verilməsi öhdəliyinin cavabdehin üzırinə qoyulması” hissəsi mümkün sayılmamışdır. Həmin məhkəmənin eyni tarixli qərarı ilə iddianın qalan hissəsi təmin edilmiş, Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli, 104 nömrəli sərəncamı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Oğuz rayon İcra Hakimiyyəti inzibati orqan olaraq Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinin tələblərinə əməl etməmiş, nəticədə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-405/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-483/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-51/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 405/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən apelyasiya baxışına qaytarılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri Apelyаsiyа şikаyəti onunla əsaslandırmışdır ki, Oğuz RİH başçısının xx xxx 2007-ci il tarixli 69 nömrəli sərəncamı ilə Oğuz rayonunun dövlət mülkiyyətində olan yay otlaqlarından ümumi sahəsi 1259 hektar, yararlı sahəsi 488 hektar olan 33 nömrəli “Çaldaş” adlı yay otlaq sahəsi Oğuz rayon Qarabulaq kənd sakini iddiaçıya 15 il müddətinə icarəyə verilmiş torpaq sahəsi üzərində onun istifadə hüququna xitam vermişdir. Məhkəmənin qənaətinə görə, yerli icra hakimiyyəti orqanı icarədə olan torpaq sahəsi üzərində yox, daimi və əvəzsiz istifadədə olan torpaq sahələri üzərində istifadə hüququna xitam verə bilər. Mübahisə predmeti olan torpaq sahəsi isə icarə hüququ əsasında müvəqqəti istifadəyə verilmişdir. Məhkəmə tərəflər arasında icarə müqaviləsinə xitam verilməsinin əsaslarını tam araşdırıb qiymətləndirməmişdir. Belə ki, iddiaçı tərəfindən üzrlü səbəb olmadan icarə haqqının iki il ardıcıl ödənilməməsi, heyvanların baş sayının kəskin şəkildə azalması, iddiaçının öz heyvanlarını həmin sahəyə aparmadığı və buna səlahiyyəti olmadığı halda torpaq sahəsini icarəyə verənin razılığı olmadan üçüncü şəxsə subicarəyə verməsi halları araşdırılmamışdır. 2016 və 2017-ci illərdə torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək məqsədilə ilə görülmüş tədbirlərin nəticəsinə dair tərtib edilmiş aktlara ümumiyyətlə münasibət bildirilməmişdir. Ona görə də Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2-1(84)-483/2018 nömrəli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə iclаsının vaxtı və yeri barədə cavabdeh Oğuz RİH-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddia tələbinə uyğun izahat verərək iddiaçı əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsindən hazırda o istifadə edir, həmin torpaq sahəsi ona veriləndə də qoyunlarının sayı 200-250 baş olmuşdur. Torpağa görə icarə haqqını və bütün vergilərini tam ödəmişdir. Mübahisə yarandığına görə 2018-ci il üçün icarə haqqını verməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara Oğuz RİH başçısının xx xxx 2007-ci il tarixli 69 nömrəli sərəncamından çıxarış, xx xxx 2007-ci il tarixli 06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, torpaq sahəsinin yerquruluşu planı, Oğuz RİH başçısının xx xxxxxx 2017-ci il tarixli 104 nömrəli sərəncamından çıxarışın surəti, xx xxxx 2018-ci il tarixli 6/4-270 nömrəli etirazı və etiraza əlavə olunmuş sənədlər, habelə xx xxxxx 2018-ci il tarixli 6/4-346 nömrəli, xx.xx.2019-cu il tarixli 6/4-338 nömrəli etiraz məktubları və digər sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən, yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Məhkəmə kollegiyası iddianın mümkünlük şərti ilə bağlı qeyd edir ki, iddia mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Bundan başqa, qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe etmiş və müddətin başlanğıcını iki qaydada müəyyən etmişdir. Belə ki, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində və şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İPM-in 38.1-ci maddəsi). Oğuz RİH-nin xx xxxxx 2018-ci il tarixli 6/4-346 nömrəli etiraza əlavə məktubunda qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən inzibati aktı xx xxxxxx 2018-ci ildə qəbul etmişdir. İddiaçı hazırkı tələblə bağlı xx xxxxxx 2018-ci ildə məhkəmədə iddia qaldırmış və həmin iddia Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-51/2019 nömrəli qərarında qeyd edilir ki, “Birinci instansiya məhkəməsi xx xxx 2018-ci il tarixli qərarının əsaslandırma hissəsində iddianın mümkünlük məsələsinə qiymət verərək qeyd edir ki, iddiaçı hazırkı tələblə bağlı xx xxxxxx 2018-ci il tarixdə məhkəmədə iddia qaldırmış və həmin iddia Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməmişdir. Həmin qərara və iş materiallarına əsasən məlum olur ki, iddia ərizəsi icraata qəbul edildikdən sonar iddia ilə bağlı iş məhkəmənin digər hakimi R.Məcidovun icraatında olduğu müddətdə (xx.xx.2018- xx.xx.2018-ci il) iddiaçı xx.xx.2018ci il tarixdə eyni iddia ilə həmin məhkəməyə müraciət etmiş, iş məhkəmənin digər hakimi K.Vəliyevin icraatına verilmiş, iddia mümkün sayılmaqla xx xxx 2018-ci il tarixdə hazırda bəhs edilən qərar qəbul edilmişdir.” Məhkəmə kollegiyası qeyd edilən hallar bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş və həmin Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamış 2-1(84)-407/2019 nömrəli inzibati iş tələb edilmiş, qeyd edilən işlə hazırkı iş əlaqəli olaraq araşdırılmış və müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2018-ci il tarixdə Şəki İnzibati-iqtisadi Mhkəməsinə müraciət edərək Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli iddiaçıya ünvanladığı məktubda yardım göstərilmiş, iddia ərizəsinin, tərəflərin, mübahisələndirilən sərəncamın rekvizitlərinin qeyd edilməsi tövsiyə edilmişdir. Həmin məktub iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə bildirişin kötüyünə imza etməklə qəbul edilmişdir. İddiaçı Məhkəmənin qeyd edilən tələbin dəqiqləşdirilməsi və digər məsələrlə bağlı yardım etmək vəzifəsindən irəli gələn tövsiyə məktubuna cavab verilmədiyindən iddianı xx.xx.2018-ci il tarixli qərardadla mümkün saymamışdır. Halbu ki, hazırkı işdə olan iddia ərizəsindən müəyyən edilir ki, əvvəlki iş üzrə Şəki İnzibati-İtisadi Məhkəməsinin hüquqi yardım etmək barədə xx.xx.2018-ci il tarixli məktubu üzrə iddiaçı ərizəsində müvafiq düzəlişləri aparmış xx.xx.2018-ci il tarixdə dəqiqləşdirilmiş ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin həmin iddia yeni inzibati iş olaraq məhkəmənin icraatına qəbul edilmiş və başqa hakimə verilmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, hazırkı iddianın mümkün sayılmaması üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı məhkəmənin müvafiq yardım vəzifəsindən irəli gələn məktubuna uyğun vəzifələrini icra etmiş və həmin məktuba uyğun yenidən həmin məhkəməyə müraciət etmişdir. Sonuncu ərizənin isə yeni iş olaraq qeydə alınması iddiaçının vəzifəsinə aid olan məsələ olmadığından iddiaçı müddəti ötürməmişdir. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxx 2019-cu il tarixli 2-1(107)-242/2019 nömrəli qərardadı ilə X4 cavabdeh Oğuz Rayon İcra Hakimiyyətinə qarşı “Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli 104 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş məhkəmə baxışından çıxarılaraq inzibati iş üçüncü şəxs qismində cəlb edilməsini tələb edən X2 vəsatətinə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtiasdi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X2 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməmiş, həmin qərardad Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. Apelyasiya şikayətinə gəlincə, cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Qeyd edilən əsaslara görə mümkün iddiadır. Belə ki, İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında Qanun”un 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda sadalanan normaların tələblərinə əsasən mübahisələndirmə haqqında iddialarda mübahiələndirilən inzibati aktın qanuniliyinə qiymət verilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, Oğuz RİH başçısının xx xxx 2007-ci il tarixli 69 nömrəli sərəncamı ilə Oğuz rayonunun dövlət mülkiyyətində olan yay otlaqlarından ümumi sahəsi 1259 hektar, yararlı sahəsi 488 hektar olan 33 nömrəli “Çaldaş” adlı yay otlaq sahəsi Oğuz rayon Qarabulaq kənd sakini X3 15 il müddətinə icarəyə verilmiş, xx xxx 2007-ci il tarixdə tərəflər arasında torpaq sahəsinin icarə müqaviləsi bağlanmışdır. Oğuz RİH başçısının xx xxxxxx 2017-ci il tarixli 104 nömrəli sərəncamı ilə iddiaçının 488 hektar torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin Oğuz RİH-yə qaytarılması qərara alınmışdır. Sərəncam qəbul edilərkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı və 9-cu abzasları, həmçinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin 4.16.1-ci və 4.16.4-cü bəndlərinə istinad edilmişdir. Azərbaycan Respublikası TM-in 73-cü maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri- kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda;torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə;torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə.

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Həmin Məcəllənin 75-ci maddəsinə görə:

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər.

5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.

6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 291 nömrəli Fərmanının 1ci bəndində müəyyən edilmişdir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsində (torpaq sahəsindənəvəzsiz istifadə hüququna xitam verilməsi hissəsində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Torpaq Məcəlləsinin 73.1-ci maddəsinin 6-cı abzasına əsasən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi əsaslarına aiddir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu hallarda torpaq üzərində icarə hüququna məhkəmə tərəfindən xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2007-cü il tarixli 06 №-li "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilənin 2.14-cü bəndinə əsasən tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda digər tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar barədə məlumat verməlidir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Hazırkı iş üzrə cavabdeh Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən isə iddiaçıya qeyd edilən müqavilənin şərtlərinə uyğun hər hansı bir pozuntu ilə bağlı məlumat, məktub və ya bildiriş verməmiş, hər hansı bir müddəti gözləmədən, Oğuz rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələrin mütəxəssislərinin xx.xx.2017-ci il tarixli təqdimatına əsaslanaraq hazırkı mübahisələndirilən sərəncamı qəbul etmişdir. Cavabdeh tərəflər arasında bağlanmış və müddəti 2022-ci il tarixdə başa çatacaq xx.xx.2007-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli 104 nömrəli sərəncamı maddi hüquq normalarının tələblərini pozaraq iddiaçı barəsində qanunsuz inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında Qanun”un 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)- 2700/2019 nömrəli “X11” MMC-nin Yevlax şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə Qərarında da (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, sərəncamın ləğv edilməsi) qeyd edilən hüquqi mövqe sərgilənmiş və apelyasiya instansiyası qeyd edilən qərarda göstərilən hüquqi mövqeyi eynilik təşkil edən hazırkı iş üzrə nəzərə almışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən, dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Oğuz Rayon İcra Hakimiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2-1(84)-483/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti-iqtisаdi kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar