Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-5/2022 20.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, üçücü şəxslər X4, X16 və X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X28 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN-1554 kod 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1554D nömrəli planşeti hissəsində ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi tələbinə dаir” inzibаti iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(84)- 10/2019 nömrəli qərarından iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə üçüncü şəxslər X17, X5, X21 və X8 mülkiyyətinə rayonun Katex kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,20 ha torpaq payı verilmişdir. Bu barədə onların adına JN-1554 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənəddə 5 ayrı-ayrı planşet göstərilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçı Sulxayeva (əvvəllər Maamiyeva) Gülbahar Əhmədov qızının mülkiyyətinə rayonun Katex kəndində 1298,53 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə onun adına A seriyalı 206411 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X28 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X17 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-1554 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsi JN-1554 nömrəli dövlət aktındakı 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aiddir. İddiaçılar İddiaçı1, İddiaçı2, X34 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "JN-1554 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşeti hissəsində ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən 0,90 ha torpaq sahəsi iddiaçıların ümumi mülkiyyətinə verilmiş və adlarına JN-1685 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" hazırlanmışdır. Bundan sonra Balakən Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 01 nömrəli qərarına əsasən, İddiaçı1 1298,53 kv.m həyətyanı torpaq sahəsi verilmiş və A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanmışdır. Həmin torpaq sahəsində onlara məxsus dam və altıaçıq yerləşir. Abdulla Maamiyev 2014-cü ilin oktyabr ayında İddiaçı1 evinə və həyətyanı torpaq sahəsinə gedən yolu zəbt edərək, onlara məxsus dam və altıaçıqdan istifadə etmələrinə imkan vermir və JN-1554 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə həmin damın, altıaçığın yerləşdiyi torpaq sahəsinin ona pay torpağı kimi verildiyini bildirir. X20 adına hazırlanmış JN-1554 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən sərhəd və qonşular faktiki sərhəd və qonşularla üst-üstə düşmür. Cavabdeh iddiaya qarşı yazılı etiraz verməmiş, lakin nümayəndəsi X37 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən sənədlər hazırda mövcud olmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsinin həmin sənədləri ləğv etmək, yaxud dəyişdirmək səlahiyyəti yoxdur, lakin aparılmış ölçmə işləri zamanı iddiaçıların istifadəsində olan həyət tikililərinin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxs X17 və ailə üzvlərinin adına olan JN1554 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi məlum olmuşdur. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-143/2015 nömrəli qərarı ilə iddia qismən təmin edilərək JN-1554 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1554D saylı planşeti hissəsində ləğv edilməsi, cavabdehin üzərinə X1 adına verilmiş A seriyalı 206411 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli, 2-1(107)-56/2018 nömrəli qərardadı ilə hazırkı iş üzrə maraqlarına toxunan şəxslər X21, X24 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2-1(84)-10/2019 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) iddia qismən təmin edilərək üçüncü şəxslər X17, X5, X21 və X8 adına olan JN1554 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin iddiaçılar İddiaçı1, İddiaçı2 və X28 istifadəsində olan, tikintialtı hissəsi 32,7 kv.m olan talvarın və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binasının yerləşdiyi həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması, iddia tələbinin JN-1554 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin qalan hissədə ləğv edilməsi ilə bağlı hissədə təmin edilməməsi, iş üzrə qəbul edilmiş müvəqqəti xarakterli müdafiə haqqında xx.xx.2015-ci il tarixli, 21(84)-143/2015 nömrəli qərardadın bu qərar qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılması barədə qərar qəbul edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(84)-10/2019 nömrəli qərarından iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2-1(107)-369/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(84)-10/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(107)-369/2019 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi (vəkili) Vəkil1 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2-1(102)-2702/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(107)-369/2019 nömrəli qərarı qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2-1(107)-55/2020 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X28 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2-1(84)-10/2019 nömrəli qərarı qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X18, X5, X21 və X8 adına verilmiş JN-1554 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşeti 1173,45 kv.m olan hissədə də ləğv edilməklə İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilərək həmin torpaq sahəsinə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2-1(84)-10/2019 saylı qərarı ilə 1554D nömrəli planşetin ləğv edilmiş 125.8 kv.m hissəsi ilə birlikdə yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması, iddia tələbinin onun təmin edilməmiş hissəsinin qalan hissəsində təmin edilməməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2-1(107)-55/2020 nömrəli qərarından iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 yenidən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1681/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2-1(107)-55/2020 nömrəli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10809 nömrəli rəyi ilə iddiaçıların istifadəsində olan talvarın və tövlə binasının üçüncü şəxslərə məxsus JN-1554 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi, iddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsinin 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aid olması müəyyən edilmişdir. 1554D nömrəli planşet üzrə torpaq sahəsi 0,15 ha, iddiaçılara məxsus olan (Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı ilə verilmiş) torpağın sahəsi isə 1298,53 kv.m təşkil edir. İddiaçılara məxsus tikililərdən istifadəyə üçüncü şəxslər tərəfindən maneçilik törədilməsi ilə bağlı mübahisə hazırkı icraatın predmeti deyil. Həmçinin həmin faktın mövcudluğu bu iş üzrə istinad edilən hüquqmüəyyənedici sənədlərin qüvvəsinə hazırkı halda təsir etmir. Ali Məhkəmənin iş üzrə 13 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1681/2020 nömrəli qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçılara məxsus torpaq sahəsinin üçüncü şəxslərə məxsus 0.15 ha torpaq sahəsinin məhz hansı hissəsində yerləşdiyini (torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarını) müəyyən etməli, iddianı da məhz həmin hissənin yerləşmə vəziyyətinə görə həll etməli idi. Belə ki, iddiaçıların istifadəsində olan talvarın və tövlə binasının üçüncü şəxslərə məxsus JN-1554 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi, iddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsinin 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aid olması müəyyən edilsə də, mübahisənin düzgün həlli üçün torpaq sahələrinin yerləşmə vəziyyəti, məhz hansı hissələrdə üst-üstə düşdüyü, buradan, iddiaçıların pozulduğu iddia edilən subyektiv hüquqlarının hədləri dəqiq müəyyən edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(107)-158/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, rəy alınanadək işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 10/4085 nömrəli rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olduğundan Şəki Apellyasiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-1(107)-5/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının İddiaçı1 Əhməd qızının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə iddiaçıların qanuni maraqlarını təmin etməmişdir. JN1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin iddiaçıların müıkiyyətinə düşən hissəsindən istifadə etək mümkün deyil, onların həyətinə gedən yol üçüncü şəxs X33 tərəfindən bağlanmış, həyətində olan tikililərdən istifadə etməyə imkan vermir. Halbu ki, hazırkı işə ilk dəfə baxan birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(084)- 143/2015 nömrəli qərarı ilə iddia tam təmin edilmişdir. Sonradan digər marağına toxunan şəxslərin işə cəlb edilməsi nəticəsində hazırkı işin baxılması xeyli ləngimişdir. Birinci instansiya məhkəməsi iddiaçı Sulxayevin hazırda həmin daşınmaz əmlaka dair çıxarış almasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış qərar qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən üçücü şəxslər X18, X25 və X10 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçların nümayəndəsi və vəkili Vəkil1 vəsatət verərək göstərdi ki, iddiaçıların ümumi mülkiyyətinə verilmiş Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 qərarına əsasən 0.90 ha torpaq sahəsi və Balakən Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 01 nömrəli qərarına əsasən İddiaçı1 verilmiş 1298.53 kv.m həyətyani torpaq sahəsi X11 bağışlandığından, X12 iddiaçı qismində tanınmasını xahiş edir. Torpaq sahələrinin yeni mülkiyyətçisi X26 məhkəmə kollegiyasının əvvəlki iclasında bildirmişdir ki, İddiaçı1, İddiaçı2 onun bacıları, X28 isə qardaşı oğludur. İddiaçılar onlara verilmiş 12.98 ha həyətyanı, 0.90 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə hüquqların X15 Aldıqdan sonra həmin torpaq sahələrini ona bağışlamışlar. Həmin torpaq sahələrinin mülkiyyətçisi kimi onun heç bir iddia və tələbi yoxdur. Həmin iş üzrə İddiaçı1, İddiaçı2 və X28 iddiasını müdafiə etmir və həmin iş üzrə iddiaçı qismində iştirak etmək istəmir və iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə etiraz edir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2, X34, iddiaçıların nümayəndəsi Vəkil1 və üçüncü şəxslərin vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişlər, cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İşdə olan, Balakən Rayon Dövlət Arxivinin xx.xx.2014-cü il tarixli 27 nömrəli arxiv arayışından görünür ki, ünvan 1 icra nümayəndəliyinin 1991-1995, 1996- 2000-ci illər üzrə təsərrüfatbaşına kitablarında iddiaçılar İddiaçı1, İddiaçı2, X31 aid təsərrüfatın həyətyanı torpaq sahəsinin 0,13 ha olduğu və həmin təsərrüfatda 1968-ci ildə tikilmiş dam, 1984-cü ildə tikilmiş altıaçıq (naves) olduğu göstərilmişdir. İşə əlavə olunmuş JN-1685 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, həmin dövlət aktı Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə İddiaçı1, X32 və X28 ümumi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış 0,90 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşə əlavə olunmuş JN-1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, həmin dövlət aktı Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə X17 və ailə üzvlərinin ümumi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış 1,20 ha (planşet 1554-2800,51 kv.m, planşet 1554A-2066,43 kv.m, planşet 1554B-1726,36 kv.m, planşet 1554C-3863,26 kv.m, planşet 1554D-1545 kv.m) torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşə əlavə olunmuş Balakən Rayon Katex Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 220 nömrəli arayışından görünür ki, İddiaçı1 istifadəsində 0,13 ha həyətyanı, 3 nəfər ailə üzvünə JN 1685 nömrəli dövlət aktı üzrə verilmiş 0,90 ha pay torpaq sahəsi və 0,46 normadan artıq (bələdiyyə) torpaq sahələri vardır. İşə əlavə olunmuş A seriyalı 206410 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün surətindən görünür ki, həmin "Torpaq sahəsinin planı və ölçüsü" X6 Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarına əsasən verilmiş 699,57 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşə əlavə olunmuş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün surətindən görünür ki, həmin "Torpaq sahəsinin planı və ölçüsü" İddiaçı1 Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarına əsasən verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış ərizənin icrası ilə əlaqədar olaraq aparılan araşdırmanın nəticələri barədə xx.xx.2015-ci il tarixli **********08 nömrəli məktubdan görünür ki, iddiaçıya məxsus həyət tikililəri JN-1554 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən üçüncü şəxs X3 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində yerləşir. İşə əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2015-ci il tarixli **********11 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X28 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN-1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10809 nömrəli rəyinin birinci sual üzrə nəticə hissəsindən görünür ki, Balakən rayon Katex kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və X28 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN-1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsi JN-1554 nömrəli dövlət aktındakı 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aiddir. İşdə olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı1 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,3 ha olan torpaq sahəsini qardaşı olan hədiyyə alan X7 mülkiyyətinə verir. Bağışlanan daşınmaz əmlak – ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı1 verilmiş **********14 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən hədiyyə verənə məxsusdur. Hədiyyə verənlər: ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,1298 ha olan torpaq sahəsinin aşağıda göstərilən hissəsi “Hədiyyə alanın” mülkiyyətinə verilir. Hədiyyə verən İddiaçı1 (1/3 hissə) - qardaşı olan hədiyyə alan X13 Hədiyyə verən İddiaçı2 (1/3 hissə) - qardaşı olan hədiyyə alan X13 Hədiyyə verən X34 (1/3 hissə) - əmisi olan hədiyyə alan X13 - X19 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,30 ha torpaq sahəsi X7 adına dövlət qeydiyyatına alınmışdır. - X19 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,90 ha torpaq sahəsi X7 adına dövlət qeydiyyatına alınmışdır. - X19 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində, 0,1298 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.50 m² olan fərdi yaşayış evi X7 adına dövlət qeydiyyatına alınmışdır. - İş materialından görünür ki, sözügedən fərdi yaşayış evinə 12 avqust 2022-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X7 adına Texniki Pasport verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə məhkəmədə inzibati icraat üzrə işin başlanılması üçün mübahisə olmalıdır, yəni iddiaçı ilə iddia tələblərində göstərilən inzibati orqanlar arasında inzibati hüquq münasibətləri yaranmalı, manasibətlərin çərçivəsində inzibati orqanın inzibati aktın qəbul edilib-edilməməsi və yaxud hərəkət edilib-edilməməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ehtimal edilməlidir. Hazırkı iş üzrə iddiaçının verdiyi iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan bu növ iddianın mümkün sayılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir.
20. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(84)-10/2019 nömrəli qərarı təmin edilməyən, yəni İddia tələbi JN-1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin qalan hissədə ləğv edilməsi ilə bağlı hissədə ləğv edilərək, iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır.
23. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
25. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
27. Göründüyü kimi, hazırda 0,90 və 0,30 ha torpaq sahələri, eyni zamanda 0,1298 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.50 m² olan fərdi yaşayış evi X7 mülkiyyətində olduğundan, İddiaçı1 “JN-1554 kod 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1554D nömrəli planşeti hissəsində ləğv edilməsi tələbi üzrə subyektiv hüququ olmamışdır.
28. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, hazırda 0,90 və 0,30 ha torpaq sahələri, eyni zamanda 0,1298 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.50 m² olan fərdi yaşayış evi X7 mülkiyyətində olduğundan, İddiaçı1 “JN-1554 kod 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1554D nömrəli planşeti hissəsində ləğv edilməsi tələbi üzrə subyektiv hüququ yoxdur. Bu baxımdan da, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(84)- 10/2019 nömrəli qərarı qismən, yəni iddia tələbinin JN-1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin qalan hissədə ləğv edilməsi ilə bağlı hissədə təmin edilməməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır.
30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2-1(84)-10/2019 nömrəli qərarı qismən, yəni iddia tələbinin JN-1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin qalan hissədə ləğv edilməsi ilə bağlı hissədə təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və X28 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN-1554 kod 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1554D nömrəli planşeti hissəsində ləğv edilməsinə dair hissədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.