Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-5/2024 22.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-30/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1558/2021 nömrəli qərardadı ilə Oğuz rayon Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1558/2021 nömrəli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-383/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, iddiaçı mülkiyyətində olmuş Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasına 2004-cü ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin həmin çıxarışda ona məlum olmayan səbəbdən binanın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətinə deyil istifadəsinə verilmişdir.
7. İddiaçının müraciəti əsasında Oğuz rayon Oğuz bələdiyyəsi xx.xx.2007-ci il tarixli qərarla həmin qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi 774 kv.m torpaq sahəsini ona satmışdır.
8. Qeyd edilən torpaq sahəsinə onun adına 20 sentyabr 2007-ci il tarixli 016446A saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi” hazırlanmış və X7 kitabında 136 nömrə ilə uçota alınmışdır.
9. Qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını, “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ni cavabdehə göndərərək, binanın yerləşdiyi torpaq sahəsinin ölçüsünün 0.03008 ha, binanın altında yerləşən həmin torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.0774 ha olduğunu bildirmiş və ona çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
10. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi isə Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarı ilə satılmışdır. Qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olub-olmaması barədə ƏMDK-nin Qəbələ Ərazi Şöbəsinə tərəfimizdən sorğu verilmiş və alınmış cavabda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması bildirilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 0.07576 hektardır, torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid torpaqdır, torpaq sahəsinin mülkiyyətçisi dövlətdir. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 mart 2023-cü il tarixli 2- 1(116)-30/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
12. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həmin torpaq sahəsinə A016446 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verildiyini və həmin sənədin X7 kitabında 136 nömrə ilə uçota alındığına diqqət verməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci, 7.2-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, hələ Əmlak Məsələləri Dövlət Komitəsi yaranmamış həmin torpaq sahəsi Oğuz bələdiyyəsi tərəfindən ona satılmışdır. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu isə DTXK-nin Oğuz rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 51 nömrəli rəyi, bələdiyyənin qərarı, alqı-satqı Aktı və A016446 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə təsdiq olunur. Ona satılmış torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə cavabdehin dəlilləri ilə bağlı Oğuz bələdiyyəsi 774 kv.m torpaq sahəsini ona satmaqda səlahiyyətli olmadığı halda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi inzibati nəzarət qaydasında bələdiyyənin sözügedən qərarının qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə, habelə bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəməyə müraciət edə bilərdi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-30/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-30/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-30/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-30/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Oğuz bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 51 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan mağaza binasının satılması nəzərdə tutulan mağaza altı torpaq sahəsi 316 kv.m və ona bitişik torpaq sahəsi 458 kv.m olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatında istifadə olunmayan torpaq sahəsi olmaqla l zonaya aiddir və həmin məqsəd üçün satılması qanunamüvafiqdir. - DT və XK-i Oğuz rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından görünür ki, İddiaçı özəlləşdirdiyi mağaza binasının satılması nəzərdə tutulan torpaq sahəsi 774,4 kv.m-dir. - xx.xx.2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçıya Oğuz rayon Oğuz bələdiyyə ərazisində 774 kv.m torpaq sahəsi satılmış və iddiaçı tərəfindən 1548,5 manat pul vəsaiti ödənilmişdir. - Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, iddiaçıya bələdiyyənin mülkiyyətinə aid, H.Əliyev küçəsindəki mağaza binasının altında və ətrafında yerləşən 774 (yeddi yüz yetmiş dörd) kv. metr torpaq sahəsi sahibkarlıq məqsədilə satılmışdır. - A 016446 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, sözügedən sənəd Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına əsasən Oğuz rayonu Oğuz şəhərində yerləşən 774 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 774 kv.m (0,0774 ha) torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası (məqsədli istifadə növü) ictimai tikililər, mülkiyyət növü Dövlətdir, iddia olunan torpaq sahəsi ilə iddiaçının adına tərtib edilmiş A 016446№li torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,0774 ha (774 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına görə yalnız 0.0152 ha sahəsi iddia olunan torpaq sahəsi üst-üstə düşür, eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənədlərdəki məkan göstəriciləri (yerləşmə, konfiqurasiyası, koordinatları və həndəsi ölçüləri) faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. - Oğuz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının altında və ətrafında olan 0.0774 ha və ya 774 kv.m ölçüdə torpaq sahəsi sahibkarlıq məqsədilə satılmışdır. Odur ki, gələcəkdə məhkəmə tərəfindən qəbul ediləcək qərarlara etiraz etməmişlər. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/196 nömrəli məktuba əlavə olunmuş ekspert rəyindən görünür ki, iş materiallarında olan DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Oğuz rayon, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 774 kv.m (0.0774 ha) torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası (məqsədli istifadə növü) ictimai tikililər, mülkiyyət növü Dövlətdir, iddia olunan torpaq sahəsi ilə iddiaçının adına tərtib edilmiş A 016446 Nə-li torpaq sahəsinin planı və ölçüsü sənədindəqeyd olunan 0.0774 ha (774 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına görə yalnız 0.0152 ha hissəsi iddia olunan torpaq sahəsi üst-üstə düşür, eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənədlərdəki məkan göstəriciləri (yerləşmə, konfiqurasiya, koordinatları və həndəsi ölçüləri) faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0,0765 hektar torpaq sahəsi, Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən Oğuz şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla Dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Sözügedən 0,0765 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir. A 016446 nömrəli plan-ölçü sənədin təsviri əsas götürülməklə, həmin sənədin ilkin yerquruluşu sənədi ilə uyğunluq təşkil edir. İddia olunan torpaq sahəsinin ilkin yerquruluşu planında qeyd edilmiş torpaq sahəsi və A 016446 nömrəli plan-ölçü sənədinin təsvirində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, iddiada qeyd edilmiş 0,0765 ha torpaq sahəsi Oğuz şəhəri ərazisində torpaq islahatı aparılan zaman dövlət mülkiyyətinə aid edilmişdir. Torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilən torpaq sahələrinə dair hüquqi və ya texniki sənədlər tərtib edilmişdir. Sözügedən torpaq sahəsi islahat xəritəsində dövlət mülkiyyəti kimi qeyd edilsə də hüquqmüəyyənedici və ya texniki sənədlər tərtib edilməmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.01503 ha torpaq sahəsində yerləşən 105.3 kv.m fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X1 hüquqları dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində yerləşən 157.5 kv fərdi yaşayış evi üzərində Şukurov Radixanın adına dövlət qeydiyyatına alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
30. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun “İnzibati akt” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraatı aparmalı olduğu halda, cavabdeh bunu etməmiş, iddiaçının yazılı müraciətinə səthi və formal yanaşmış, eyni yanlış olan mövqeyini birinci instansiya məhkəməsində də müdafiə etmişdir.
31. Belə ki, cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi isə Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarı ilə satılmışdır. Qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olub-olmaması barədə ƏMDK-nin Qəbələ Ərazi Şöbəsinə tərəfimizdən sorğu verilmiş və alınmış cavabda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması bildirilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 0.07576 hektardır, torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid torpaqdır, torpaq sahəsinin mülkiyyətçisi dövlətdir. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, iddiaçıya bələdiyyənin mülkiyyətinə aid, H.Əliyev küçəsindəki mağaza binasının altında və ətrafında yerləşən 774 (yeddi yüz yetmiş dörd) kv. metr torpaq sahəsi sahibkarlıq məqsədilə satılmışdır. A 016446 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, sözügedən sənəd Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına əsasən Oğuz rayonu Oğuz şəhərində yerləşən 774 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir.
33. Bununla yanaşı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, iddiada qeyd edilmiş 0,0765 ha torpaq sahəsi Oğuz şəhəri ərazisində torpaq islahatı aparılan zaman dövlət mülkiyyətinə aid edilmişdir. Torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilən torpaq sahələrinə dair hüquqi və ya texniki sənədlər tərtib edilmişdir. Sözügedən torpaq sahəsi islahat xəritəsində dövlət mülkiyyəti kimi qeyd edilsə də hüquqmüəyyənedici və ya texniki sənədlər tərtib edilməmişdir.
34. Həmçinin, məhkəmə kollegiyası tərəfindən mütəxəssislərin iştirаkı ilə Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən 774 kv.m torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, əsas yoldan torpaq sahəsinə daxil olan zaman sahənin sağ tərəfində 1 mərtəbəli çay evi kimi fəaliyyət göstərən çıxarışla iddiaçının adına rəsmiləşdirilmiş tikili və həmin tikilinin arxa tərəfində çardaqlar vardır. Torpaq sahəsi çay daşı ilə hasarlanmış və ətrafında yaşayış evləri mövcuddur.
35. Bundan başqa, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.01503 ha torpaq sahəsində yerləşən 105.3 kv.m fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X1 hüquqları dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində yerləşən 157.5 kv fərdi yaşayış evi üzərində Şukurov Radixanın adına dövlət qeydiyyatına alınmışdır.
36. Eyni zamanda iş materiallarında olan Oğuz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Oğuz şəhəri, H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının altında və ətrafında olan 0.0774 ha və ya 774 kv.m ölçüdə torpaq sahəsi sahibkarlıq məqsədilə satılmışdır. Odur ki, gələcəkdə məhkəmə tərəfindən qəbul ediləcək qərarlara etiraz etməmişlər.
37. Göründüyü kimi iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz bələdiyyəsi iddiaçıya iddia predmeti olan 774 kv.m torpaq sahəsinin satılmasını etiraf edir. Həmçinin, həmin torpaq sahəsinin iddiaçıya satılan zaman bələdiyyənin mülkiyyətində olduğunu bildirir. İddiaçıya satılmış torpaq sahəsi başqa mülkiyyətçilərin torpaq sahəsi ilə üst-üstə düşmür və onların hüquqlarını pozmur. Habelə birinci instansiya məhkəməsinin qərarından Oğuz bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilməmişdir.
38. Bundan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 51 nömrəli rəydən də göründüyü kimi İddiaçı mülkiyyətində olan mağaza binasının satılması nəzərdə tutulan mağaza altı torpaq sahəsi 316 kv.m və ona bitişik torpaq sahəsi 458 kv.m olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatında istifadə olunmayan torpaq sahəsi olmaqla İ zonaya aiddir və həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qərarına müvafiq olaraq sahibkarlığın inkişafı məqsədilə İddiaçı mülkiyyətinə verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.
39. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
40. Beləliklə, yuxarıda göstərilənlərdən də göründüyü kimi, cavabdeh mübahisə predmeti olan 774 kv.m torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirsə də, bununla əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir.
41. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
42. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
43. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
44. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş yerli baxışı, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavabları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulmalı, məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-30/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarı ilə İddiaçı satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.