Məhkəmə qərarları › İş №2-1(107)-5/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-5/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-5/2025 30.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X33 və X16 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “**********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-1946/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “torpaq sahəsi ilə əlaqədar yaranmış uyğunsuzluqlar nəzərə alınaraq, məhkəmə tərəfindən torpaq sahəsinə həmin ziddiyyətlərin aradan qaldırılması üçün baxış keçirilməsi və qanunauyğun olmayan Dövlət Aktına zidd olan digər mülkiyyətçinin və ya mülkiyyətçilərin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə onlara verilmiş dövlət aktı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında yaranmış uyğunsuzluğun, pozuntunun, koordinatların üst-üstə düşməsi halının aradan qaldırılması, müvafiq düzəliş edilməsi və nəticə etibarilə mülkiyyət hüququnun bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1946/2023 nömrəli qərardadı ilə X7, Məmmədov Ziya, Məmmədova Patma və X34 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbi dəqiqləşdirərək “**********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 3,69 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-127 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktı tərtib edilmişdir. İddiaçı, sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Belə ki, iddia olunan torpaq sahəsinin **********35 və **********36 reyestr nömrəli çıxarışlarla üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İddiaçı, sözügedən sənədlərin özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Aktında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bu da iddiaçıya xüsusi mülkiyyət hüququ ilə verilmiş 3.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. Belə ki, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi və ya həmin sənədin ləğv olunması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil.

6. Üçüncü şəxs X7 iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2015-ci il tarixli qərarı ilə onun və Ziya Məmmədovun cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinə və üçüncü şəxs Yevlax rayon Yəldili Bələdiyyəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN seriyalı 0451 nömrəli və JN seriyalı 061 nömrəli dövlət aktlarının ləğv edilməsi, F.Abdullayevə bələdiyyə tərəfindən icarəyə verilmiş 3 ha torpaq sahəsi nəzərə alınmaqla , F.Abdullayevin mülkiyyətimdə olan 5.39 ha və Məmmədovun mülkiyyətində olan 2.06 ha torpaq sahələrinə torpaq sahəsinin planölçüsünün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilərək, JN seriyalı 0451 nömrəli və seriyalı 061 nömrəli dövlət aktları ləğv edilmiş, F.Abdullayevə bələdiyyə tərəfindən icarəyə verilmiş 3 ha torpaq sahəsi nəzərə alınmaqla, onun mülkiyyətində olan 5.39 ha və Z.Məmmədovun mülkiyyətində olan 2.06 ha torpaq sahələrinə plan-ölçüsünün hazırlanıb verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bundan başqa, digər qanuni qüvvəsini almış məhkəmə aktları da vardır kı, həmin aktlarla da təstiq olunur ki, hazırkı iş üzrə iddia olunan torpaq sahəsi qanuni əsaslarla onun istifadəsindədir və **********35 və **********36 reyestr nömrəli çıxarışlarla qismən üst- üstə düşmə ehtimalı yoxdur. Belə ki, Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli 2(039)-120/2017 saylı qətnaməsinə əsasən onun cavabdehlər X18 və qeyrilərinə qarşı" zəbt edilmiş torpaqdan çıxarılma və dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki işə baxılmış və Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017- ci İİ tarixli 120/2017 saylı Qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər X28 və X2 iddiaçı X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX0763997 №-li 17 dekabr 2015- ci il tarixli çıxarışla verilmiş 3 ha və RX ******* N°li 18 dekabr 2015-ci il tarixli çıxarışla verilmiş 5.38 ha, cəmi 8.38 ha torpaq sahəsindən çıxarılması, iddianın 4500 manat məbləğində maddi ziyan tələbi hissəsinin əsassız olduğundan rədd edilməsi, mənəvi ziyana görə cavabdeh X12 300 manat məbləğində pul və cavabdeh X1 300 manat məbləğində pulun alınıb iddiaçı X4 verilməsi, iddianın mənəvi ziyana gorə cavabdeh X12 4700 manat məbləğində pul və cavabdeh X1 4700 manat məbləğinaə pul tələbi hissəsinin rədd edilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017- ci il tarixli 120/2017 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilsə də, nəticə Yevlax Rayon Məhkəməsinin ləğv edilən qətnaməsi ilə eyni olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 mart 2018-ci il tarixli 2(102)- 1836/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Artıq mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları vardır. Məhkəmədən kənar və yuxarıda qeyd edilən məhkəmə mübahisələri zamanı, artıq təstiq olunmuşdur ki, onun qanuni əsaslarla istifadə etdiyii torpaq sahəsinin elektron baza məlumatları və torpaq sahəsinin plan-cizgi sənədinə əsasən düzgün yerləşdirilmiş və düzgün istifadədir. Habelə, yeni açılmış elə bir hal yoxdur ki, elektron baza məlumatlarında dəyişiklik edilsin.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1946/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqan JN -0061 nömrəli Dövlət Aktı ilə eyni parseldə yerləşən JN-337 saylı Dövlət Aktına əsasən Fazil Abdullayevin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış, sonradan Ziya Məmmədovun adına tərtib etdiyi çıxarışı Fazil Abdullayevin qonşu torpaq sahəsinə yerləşdirməklə **********36 reyestr nömrəli çıxarış tərtib etmiş, faktiki olaraq X36 Məmmədov arasında mövcud olan torpaq mübahisəsini iddiaçıya məxsus torpaq sahəsinin hesabına həll etmiş , bununla da iddiaçının və onun ailə üzvlərinin JN 127 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair hüquqlarını pozmuşdur. Yəni, cavabdeh orqan üçüncü şəxslərə məxsus torpaq sahələrinin ölçülərini tamamlamaq məqsədilə çıxarışlar tərtib edərkən həmin torpaq sahələrinə dair sənədləri iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürərək tərtib etməkdə səhvə yol vermişdir. Bu isə o deməkdir ki, **********35 və **********36 reyestr nömrəli çıxarışların hazırkı yerləşmə vəziyyəti ilə bağlı cavabdeh orqanın tərtib etdiyi çıxarışların heç bir hüquqi əsası yoxdur. Cavabdeh orqan sözügedən çıxarışları tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını " Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında "Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən yaradılmış X15 X27nin məlumatlarına istinad edərək (yəni, JN -335, JN-336 və JN 337 saylı "Torpağa mülkiyyət hüququna dair "Dövlət Aktlarının həmin elektron baza məlumatlarında yerləşmə mövqeyi əsas götürülməklə) qeyd etməli olduğu halda bunu etməmişdir. Xüsusi olaraq Məhkəmə Kollegiyasının diqqətinə açdırmaq istəyir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında "Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı qəbul edilənədək artıq, o cavabdeh orqan tərəfindən 5.3869 ha torpaq sahəsi (JN 335 ,JN 337 və JN 337 nömrəli Dövləı Aktlarında qeyd idilmiş torpaq şahəbrinin cəmi) və 3.0 ha torpaq sahəsinə Yevlax rayonu Yəldili Bələdiyyəsindən icarə götürdüyüm sahə) dair Dövlət reyestrindən Çixanşiarı müvafiq olaraq xx.xx.2015-ci il tarixdə (5.3869 ha sahəyə dair, reyestr nömrəsi: **********35, Çıxarış nömrəsi : ******* ) və xx.xx.2015-ci il tarixdə (3.0 ha sahəyə dair, reyestr nömrəsi :**********38, Çıxarış nömrəsi : ******* almışam. Əsas isə, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati - İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2- 1(102)-1045/15 nömrəli Məhkəmənin qərarı, Yevlax rayonu Yəldili Bələdiyyəsi, Bələdiyyənin torpaq sahəsinin icarəyə verilməsi barədə qərarıdır və həmin qərarlar mübahisələndirilməmiş, o cümlədən ləğv edilməmiş və dəyişdirilməmişdir. İddia tələb etməklə Məhkəmənin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı, il tarixli 818 nömrəli Fərmanına istinad etməsi də düzgün deyildir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1946/2023 saylı Qərarının ləğv vedilməsi və iddia tələbinin rədd edilməsinə dair Qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, üçüncü şəxslər X13, X19 və X8 nümayəndəsi Nümayəndə, üçüncü şəxs X20, üçüncü şəxs Ziya Məmmədovun nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-1946/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X35 ədalətli məhkəmə qərarının çıxarılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1946/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X13, X21, X19, X9, Məmmədov Ziya, Məmmədova Patma və X34 məhkəmə iclasına gəlməmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan “X15 X27”ndəki Yevlax rayonu, Nemətabad bələdiyyəsinin xəritəsinə əsasən JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası əkin, mülkiyyətçisi X5r. İddiaçının istifadəsində naturada faktiki torpaq sahəsi mövcud deyil. İddia etdiyi və göstərdiyi torpaq sahəsi TEKUİS məlumatlarına əsasən JN127 nömrəli dövlət aktında göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. DWG məlumatlarına əsasən üst-üstə düşmür. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh X6 nümayəndəsi Rizvan Hətəmoğlunun ərizəsi əsasında həmin qiyabi qətnamənin Nüsrəddin Koniyevə aid hissəsi Yevlax Rayon Məhkəməsinin 05 avqust 2003cü il tarixli qərardadı ilə ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. - Yevlax Rayon Məhkəməsinin 2-52/2004 №-li, 27 fevral 2004-cü il tarixli qərardadı ilə iddiaçı X3 cavabdehlər X29, X10 və Səlimdar Qaxalova qarşı alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi faktının müəyyən edilməsi tələbinə dair barışıq sazişi imzaladıqları üçün mülki işin icraatına xitam verilmişdir. Qətnamənin cavabdehlər X29 və Səlimdar Qaxalova aid hissəsi 02 fevral 2003-cü il tarixdə qanuni qüvvəyə minmişdir. - Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-45/2003 nömrəli qiyabi qətnaməsindən görünür ki, X23 JN-335 saylı Dövlət Aktı ilə özünə məxsus olan 2.70 ha torpaq sahəsinin, X6 JN-337 saylı Dövlət Aktı ilə özünə məxsus olan 2.02 ha torpaq sahəsinin, Qaxalov Səlimdarın JN336 saylı Dövlət Aktı ilə özünə məxsus olan 0.67 ha torpaq sahəsinin Fazil Abdullayevə satması müəyyən edilmişdir. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadından görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-45/2003 nömrəli qiyabi qətnaməsi X10 aid hissədə ləğv edilmiş, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-52/2004 saylı qərardadından görünür ki, iddiaçı X3 cavabdehlər X39, X17 və Səhmdar Qaxalova qarşı «Alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi faktının müəyyən edilməsinə dair» barışıq sazişi imzaladıqları üçün mülki işin icraatına xitam verilmişdir. - JN-127 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 3,69 ha torpaq sahəsi verilmişdir. - JN-0061 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Ziya Mamedova 3 nəfər ailə üzvü ilə birlikdə 2,06 ha torpaq sahəsi verilmişdir. - **********36 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışdan görünür ki, Yevlax rayonu Nemətabad kəndində yerləşən 2.0577 ha torpaq sahəsi üzərində Məmmədov Ziya, Məmmədova Patma və X22 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - JN-451 kod 90109012 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, sözügedən sənəd Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-45 saylı Qətnaməsi əsasında X3 adına 5.39 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - **********36 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışdan görünür ki, Yevlax rayonu Yədilli kəndində yerləşən 5.3869 ha torpaq sahəsi üzərində X3 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarından görünür ki, JN0451 və JN061 nömrəli Dövlət Aktları ləğv edilmiş, X4 bələdiyyə tərəfindən icarəyə verilmiş 3 ha torpaq sahəsi nəzərə alınmaqla, X3 mülkiyyətində olan 5.39 ha və Ziya Məmmədovun mülkiyyətində olan 2.06 ha torpaq sahələrinə torpaq sahəsinin plan-ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası DT və XKnin Yevlax rayon şöbəsinin üzərinə qoyulmuşdur. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(107)-151/2015 nömrəli qərardadında qeyd edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarı qanuni qüvvəsini almışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsindən imtina edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2015-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(107)- 151/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/1468/2025 nömrəli ekspert rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.

21. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək... Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X15 X27nin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin 2.3. X15 X27nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X15 X27ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X15 X27nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X15 X27nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X15 X27nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, JN-127 nömrəli Dövlət Aktının cizgisi, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı və digər elektron xəritə məlumatlarına əsasən müəyyən edilir ki, iddiaçıya məxsus (Nemətabad kəndi) torpaq sahəsindən Yedili kəndi istiqamətində növbəti torpaq sahəsinə dair Dövlət Aktının nömrəsi JN-61 qeyd edilmişdir. Həmçinin JN-337 nömrəli Dövlət Aktı da, elektron xəritə bazasında JN-61 nömrəli Dövlət Aktı ilə eyni çevrədə qeyd olunmuşdur. JN-337 nömrəli Dövlət Aktı iş materiallarında mövcud olmasa da, həmin X45 X11 3 nəfər ailə üzvü ilə birlikdə Yevlax rayon AİKnın xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə 2.02 ha torpaq sahəsinin ayrılması Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarının təsviri hissəsində qeyd edilmişdir. Beləliklə, iddiaçıya məxsus Dövlət Aktının (JN- 127) cizgisində sözügedən istiqamət üzrə qonşu torpaq sahəsi 61 (faktiki olaraq 337 nömrəli Dövlət Aktının) nömrəli Dövlət Aktının, daha sonra isə JN335 və JN336 saylı Dövlət Aktlarının yerləşmə vəziyyəti öz əksini tapmışdır. Hər bir halda JN335 və JN336 saylı Dövlət Aktları ilə iddiaçıya məxsus JN-127 nömrəli Dövlət Aktında qeyd edilmiş torpaq sahələrinin birbaşa qonşuluqları yoxdur və arada JN-0061 (337) nömrəli digər torpaq sahəsinə dair Dövlət Aktı mövcud olmuşdur. Odur ki, JN335, JN336 saylı Dövlət Aktlarında qeyd edilmiş torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi faktiki olaraq mümkün deyil. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarı ilə JN-0061 və JN-337 nömrəli Dövlət Aktlarının üstüstə düşməsi, JN-0061 nömrəli Dövlət Aktının koordinatlarının düzgün olmaması müəyyən edilmiş və JN-0061 nömrəli Dövlət Aktı ləğv edilmişdir. Eyni zamanda cavabdeh orqan tərəfindən təqdim edilmiş yerquruluşu planı və JN127 nömrəli Dövlət Aktının cizgisi ilə müəyyən edilir ki, iddiçıya məxsus torpaq sahəsinin əks istiqamətdən qonşu torpaq sahəsinin nömrəsi 130 qeyd edilmişdir (X40). Odur ki, iddiaçıya məxsus torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyəti düzgündür.Belə ki, işin hallarından göründüyü kimi, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə iddiaçıya 5 nəfər ailə üzvü ilə birlikdə Yevlax rayonu, Nemətabad kəndində 3,69 ha torpaq sahəsi ayrılmış və JN-127 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktı tərtib edilmişdir. X32 qeyd edilmiş 3.69 ha torpaq sahəsinin TEKUİS məlumatlarında yerləşmə vəziyyəti müəyyən edilmiş və aşkar edilmişdir ki, mübahisələndirilən **********35 və **********36 reyestr nömrəli çıxarışlar TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə qismən üst-üstə düşürlər.

28. Birinçi instansiya məhkəməsi qərarında göstərmişdirki, **********35 və **********36 reyestr nömrəli çıxarışların verilməsinə əsas olmuş ilkin sənədlər yoxlanılmış və həmin sənədlərdə qeyd edilmiş torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, iddiaçıya məxsus torpaq sahəsi ilə müqayisəli tədqiq edilərək müəyyən edilmişdir ki, **********35 reyestr nömrəli çıxarışa əsasən X3 Yevlax rayonu Yədilli kəndində yerləşən 5.3869 ha torpaq sahəsi üzərində tam xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2- 45/2003 nömrəli qiyabi qətnaməsindən görünür ki, X23 JN-335 saylı Dövlət Aktı ilə özünə məxsus olan 2.70 ha torpaq sahəsinin, X6 JN-337 saylı Dövlət Aktı ilə özünə məxsus olan 2.02 ha torpaq sahəsinin, Qaxalov Səlimdarın JN-336 saylı Dövlət Aktı ilə özünə məxsus olan 0.67 ha torpaq sahəsinin Fazil Abdullayevə satması müəyyən edilmişdir. Daha sonra Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə həmin qiyabi qətnamə X10 (2.02 ha) aid hissədə ləğv edilmiş, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2- 45/2003 nömrəli qiyabi qətnaməsi xx.xx.2003-cü il tarixdə X29 (2.70 ha) və Qaxalov Səlimdara (0,67 ha) aid hissədə qüvvəyə minmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-52/2004 saylı qərardadı ilə iddiaçı X3 cavabdehlər X39 (JN335), X17 (JN337) və Səhmdar Qaxalova (JN336) qarşı «Alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi faktının müəyyən edilməsinə dair» barışıq sazişi imzaladıqları üçün mülki işin icraatına xitam verilmişdir. Beləliklə, **********35 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan 5.3869 ha torpaq sahəsi JN335, JN336 və JN337 nömrəli Dövlət Aktlarında qeyd edilmiş torpaq sahələrinin cəminə bərabərdir (2.70+2.02+0.67). Odur ki, həmin çıxarışda qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti də JN335, JN336 və JN337 nömrəli Dövlət Aktlarında qeyd edilmiş torpaq sahələrinin yerləşmə vəziyyəti ilə eyni olmalıdır. Sözügedən torpaq sahələrinə dair Fazil Abdullayevin adına sonradan tərtib edilmiş JN-0451 saylı Dövlət Aktı da Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarı ilə ləğv edilmişdir. Sözügedən qərarda Fazil Abdullayevin mülkiyyətində olan 5.39 ha torpaq sahəsinə bələdiyyə tərəfindən verilmiş 3 ha torpaq sahəsi nəzərə alınmaqla plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Buna görə də məhkəmə, Fazil Abdullayevin mülkiyyətində olan 5.39 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinin müəyyən edilməsi və iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin yoxlanılması zamanı JN335, JN336 və JN337 nömrəli Dövlət Aktlarının elektron baza məlumatlarına istinad etmiş, cavabdeh orqanın elektron xəritə baza məlumatlarına baxış keçirməklə işdə mövcud olan torpaq sahələrinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş yeruquruluşu sənədlərini müqayisəli təhlil etmişdir. JN335, JN336 və JN337 nömrəli Dövlət Aktlarında qeyd edilmiş torpaq sahələrinin Yevlax Rayon Məhkəməsinin yuxarıda istinad olunan qətnaməsinə əsasən Fazil Abdullayevə satılması müəyyən edildiyindən, cavabdeh orqan cəmi 5.38 ha torpaq sahəsinin tamamlanması üçün JN335, JN336 və JN-337 saylı Dövlət Aktlarının ümumi ölçüsünü nəzərə alaraq **********35 reyestr nömrəli çıxarış tərtib etmiş, torpaq sahəsinin faktiki ölçüsünü və yerləşmə vəziyyətini nəzərə almadan sözügedən torpaq sahəsinə dair tərtib edilmiş çıxarışı iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürmüşdür. Eyni zamanda mübahisələndirilən digər **********36 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlər yoxlanılarkən müəyyən edilmişdir ki, sözügedən çıxarış JN-0061 nömrəli X45 verilmişdir ki, həmin Dövlət Aktı ilə Mamedov Ziya və ailə üzvlərinə Yevlax rayonu Nemətabad kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarı ilə həmin Dövlət Aktı ləğv edildiyi və 2.06 ha torpaq sahəsinə Ziya Məmmədovun adına plan-ölçü sənədinin hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulduğu halda sonradan hansı hüquqmüəyyənedici sənədə istinad etməklə cavabdeh orqanın 2.06 ha torpaq sahəsi üzərində Ziya Məmmədovun ümumibirgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alması, tərtib etdiyi çıxarışı iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürməsi aydın deyil. Belə ki, istinad olunan məhkəmə qərarında hazırlanacaq plan-ölçü sənədinin hazırkı iş üzrə iddiaçıya məxsus torpaq sahəsinə verilməsi nəzərdə tutulmamış, ümumiyyətlə İddiaçı həmin inzibati mübahisə üzrə tərəf olmamışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan JN-0061 nömrəli Dövlət Aktı ilə eyni parseldə yerləşən JN-337 saylı Dövlət Aktına əsasən Fazil Abdullayevin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış, sonradan Ziya Məmmədovun adına tərtib etdiyi çıxarışı Fazil Abdullayevin qonşu torpaq sahəsinə yerləşdirməklə **********36 reyestr nömrəli çıxarış tərtib etmiş, faktiki olaraq X36 Məmmədov arasında mövcud olan torpaq mübahisəsini iddiaçıya məxsus torpaq sahəsinin hesabına həll etmiş, bununla da iddiaçının və onun ailə üzvlərinin JN-127 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair hüquqlarını pozmuşdur. Yəni, cavabdeh orqan üçüncü şəxslərə məxsus torpaq sahələrinin ölçülərini tamamlamaq məqsədilə çıxarışlar tərtib edərkən həmin torpaq sahələrinə dair sənədləri iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürərək tərtib etməkdə səhvə yol vermişdir. Bu isə o deməkdir ki, **********35 və **********36 reyestr nömrəli çıxarışların hazırkı yerləşmə vəziyyəti ilə bağlı cavabdeh orqanın tərtib etdiyi çıxarışların heç bir hüquqi əsası yoxdur. Cavabdeh orqan sözügedən çıxarışları tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanına əsasən yaradılmış X15 X27nin məlumatlarına istinad edərək (yəni, JN-335, JN-336 və JN-337 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının həmin elektron baza məlumatlarında yerləşmə mövqeyi əsas götürülməklə) qeyd etməli olduğu halda bunu etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh orqandan **********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb etməkdə haqlı olmuşdur.

29. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/1468/2025 nömrəli ekspert rəyindən görünür ki, JN-335 saylı Dövlət Aktında göstərilən 2.70 ha torpaq sahəsinin, JN-337 saylı Dövlət Aktında göstərilən 2.02 ha torpaq sahəsinin, JN-336 Dövlət Aktında göstərilən 0.67 ha torpaq sahəsinin X3 mülkiyyətində olan 5.39 ha torpaq sahəsi və RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Ziya Məmmədovun mülkiyyətində olan 2.0577 ha torpaq sahələrini hansı ərazidə yerləşməsi rəyə əlavə edilmiş sxemdə göstərildiyi müəyyən edilmişdir. Həmin torpaq sahələri JN-127 kod 90109018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Yevlax rayon AİK-nin xx.xx.1998-ci il tarixli 02 qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə verilmiş 3.69 ha torpaq sahəsi ilə sənədlər üzrə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. JN-127 kod 90109018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Yevlax rayon AİK-nin xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə verilmiş 3.69 ha torpaq sahəsinin hansı ərazidə yerləşməsi rəyə əlavə sxemdə göstərildiyi müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli İddiaçı ilə Yevlax Rayon İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinə əsasən, Boru kəməri şirkətinə icarəyə verilmiş torpaq sahəsi JN-127 kod 90109018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Yevlax rayon AİK-nin xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə verilmiş 3.69 ha torpaq sahəsinin daxilində yerləşir. Hansı ərazidə yerləşməsi rəyə əlavə edilmiş sxemdə göstərildiyi müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyasının qənaətə görə, üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsassızdır,inzibati iş üzrə iddiaçı tərəfindən cavabdeh orqandan **********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb etməkdə haqlı olmuşdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

32. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, **********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İş üzrə üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-1946/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar