Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-50/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 və onun vəkili X2 iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X4rşı "xx.xx.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-11/2019 saylı qərardadından İddiaçıtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X4rşı "xx.xx.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 0xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-11/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-11/2019 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-11/2019 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X1 və onun vəkili X5 şikayətin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-11/2019 nömrəli qərardadının ləğv olunmasını və iddianın mümkün sayılmasına dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X7 nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)- 11/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X7 nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsininiştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməyərək göstərmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********485700 nömrəli qərarından görünür ki, səyyar vergi yoxlaması nəticəsində toplanmış materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti olduğundan xx.xx.2018-ci ildə Vergilər Nazirliyi yanında X3 Araşdırılması Departamentində ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin ibtidai istintaqını aparan Vergilər Nazirliyi yanında X3 Araşdırılması Departamentinin baş direktorunun müavininin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı-də xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. İşdən göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 Araşdırılması Departamenti tərəfindən İddiaçı-də xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsində həmin Departament tərəfindən xx.xx.2019-cu ildə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv olunmasını xahiş etmiş və 2-1(84)-1130/2019 nömrəli inzibati iş hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X7 xx.xx.2018-ci il tarixli **********144714 nömrəli qərarı özünün xx.xx.2019-cu il tarixli **********485700 nömrəli qərarı ilə ləğv edilmişdir. Hər iki səyyar vergi yoxlaması eyni dövrü əhatə edir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 Araşdırılması Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli qərar əsasında keçirilmiş yoxlama əvvəlki yoxlamanın nəticələrini aradan qaldırmışdır. Odur ki, hazırda xx.xx.2018-ci il tarixli **********144714 nömrəli qərarla bağlı tərəflər arasında inzibati mübahisə qalmamışdır. Artıq mübahisə İddiaçı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 Araşdırılması Departamenti arasındadır. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). Bununla bağlı olaraq, mübahisələndirmə haqqında iddianın mümkünlüyü məsələsini müzakirə edərkən birinci instansiya məhkəməsi əvvəlcə məhz bu sadalanan şərtlərə əməl olunub-olunmadığını, işin digər hallarını tam yoxlamalı olduğu halda, bunu etməmiş, sırf formal xarakter daşıyan hallara istinad edərək, iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin iddiaçı tərəfin məhkəmə kollegiyasının iclasında təqdim edilmiş vergi orqanının qərarında yuxarı vergi orqanın tərəfindən ləğvi barədə **********995700 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********144714 nömrəli qərarın ləğvinə səbəb olan xx.xx.2019-cu il tarixli **********485700 nömrəli qərar özü ləğv edilmişdir. Güründüyü kimi ləğv edilmiş xx.xx.2018-ci il tarixli **********144714 nömrəli qərar artıq ilkin vəziyyətə gətirilirmiş, qüvəsindədi və mübahisələndirilə bilər. Məhkəmə kollegiyası ona görə də hesab edir ki, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X4rşı "xx.xx.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi" tələbinə dair iddiası mümkün sayılmalıdır. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-11/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X4rşı "xx.xx.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi" tələbinə dair iddiası mümkün sayılsın İnzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2-1(107)-50/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-50/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver