Məhkəmə qərarları › İş №2-1(107)-50/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-50/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-50/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 12 saylı ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1765/2024 nömrəli qərarından iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Şəki şəhər İcra Hakimiyyəti qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli 5-7/2-1/1747-2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhəri, S.Mümtaz küçəsi ünvanında yerləşən qeyri-yaşayış obyektinə qeyri yaşayış obyektinin istismarına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 12 saylı Şəki Ərazi İdarəsini göstərmiş, cavabdeh orqanın üzərinə “Şəki şəhəri, S.Mümtaz küçəsi 144 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyektinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi dəqiqləşdirərək sözügedən daşınmaz əmlak obyekti üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 1/226 saylı sərəncamı ilə X4 Şəki şəhər S.Mümtaz küçəsinin qərbində yerləşən, onun daimi istifadəsində olan 400 kv.m torpaq sahəsinin arxasında bitişik 540 kv.m torpaq sahəsi 20 il müddətinə icarə qaydasında istifadəyə verilmişdir. Bu sərəncam ilə istifadəsində olan 100 kv.m və 940 kv.m torpaq sahələrində şəhərin baş memarı tərəfindən layihə-smeta sənədləri təsdiq edildikdən sonra tikinti işlərini davam etdirməyə icazə verilmişdir. Eyni zamanda tikinti işləri başa çatdıqdan sonra tikililərin onun adına rəsmiləşdirilməsi, 540 kv.m torpaq sahəsinin X3 icarəsinə verilməsi barədə qanunamüvafıq qaydada icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin torpaq sahəsi naturada X4 təhvil verilmiş və Şəki şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi yerləşən ərazinin sxematik planı tərtib edilərək təsdiq edilmişdir. X7 tərəfindən burada inşa ediləcək mağazanın eskiz lahiyəsı tərtib edilmiş, eskiz layihə Şəki şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən təsdiq edildikdən sonra X7 tərəfindən həmin eskiz layihəyə uyğun tikinti işlərinə başlanılmışdır. xx.xx.2007-ci il tarixində Şəki şəhər, S.Mümtaz küçəsinin qərbində ayrılmış 100 kv.m torpaq sahəsində X7 tərəfindən qeyri-yaşayış binasının tikintisinin 50 %-nin həyata keçirilməsi və binanın yarımçıq tikili olması barədə Şəki şəhər İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 2 ünvanlanmışdır. Həmin bu məktubda Şəki İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1/561 saylı və xx.xx.2006-cı il tarixli 1/226 saylı sərəncamları əsasında Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbində 100 kv.m dövlət fondu torpağında X7 tərəfindən inşa edilmiş qeyri-yaşayış binası olan yarımçıq tikilinin Məmmədova Pərvanənin adına dövlət qeydiyyatına alınmasına Şəki şəhər İcra Hakimiyyətinin etiraz etmədiyi qeyd edilir. Bundan sonra X1 1 saylı notariat kontorunda bağlanmış 4ə-l/222 reyestr nömrəli müqavilə ilə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasını (yarımçıq tikili - mağaza) 106.13 kv.m torpaq sahəsini iddiaçı - İddiaçı satmışdır. İddiaçı həmin qeyri qeyri-yaşayış binasını (yarımçıq tikili - mağaza) aldıqdan sonra daha öncə təsdiq edilmiş eskiz layihəyə uyğun inşasını davam etdirərək yekunlaşdırmışdır. xx.xx.2023-cü ildə həmin qeyriyaşayış binasına X22 MMC tərəfindən memarlıq planlaşdırma həlli tərtib edilmiş və təsdiq edilmişdir. İddiaçı ona məxsus qeyri-yaşayış binasının istismarına icazə verilməsi üçün Şəki şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Şəki şəhər İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli 5-7/2-1/1747/2023 nömrəli məktubla ilkin olaraq imtina cavabı versə də, sonradan tikinti obyektinin istismara hazır olması barədə rəy vermişdir. Lakin, hazırkı cavabdeh sözügedən daşınmaz əmlak obyekti üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Buna görə də, inzibati mübahisə yaranmışdır.

7. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Şəki şəhər İcra Hakimiyyəti başçısının 06 may 1993-cü il tarixli 1/561 saylı qərarı əsasında Şəki şəhər sakini X4 mağaza tikintisi üçün verilmiş 0,05 hektar torpaqdan daimi istifadə hüququ haqqında JN-1624 nömrəli 40401002 kodlu dövlət aktı, X4 mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi yerləşən ərazinin sxematik planı (şəhərin baş memarı tərəfindən imza və möhürlə təsdiqlənsə də, ləğv edilmiş DTXK-nın Şəki şəhər şöbəsi tərəfindən təsdiqlənməyib), X3 inşa etdiyi mağazanın eskiz layihəsi (1-ci səhifə baş memar tərəfindən imza və möhürlə təsdiqlənsə də, digər səhifələr təsdiqlənməyib), Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1/561 saylı və xx.xx.2006-cı il tarixli 1/226 saylı sərəncamları əsasında Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərbində 100 kv.metr dövlət fondu torpağında Şəki şəhər sakini X7 tərəfindən inşa edilmiş qeyriyaşayış binası olan yarımçıq tikilinin X3 adına dövlət qeydiyyatına alınmasına Şəki şəhər İcra Hakimiyyətinin etiraz etməməsi barədə Tikinti və memarlıq şöbəsinin müdiri - baş memar Y.Abdurahmanov tərəfindən imzalanmış 28 avqust 2007-ci il tarixli 380/17 nömrəli və başçının birinci müavini H.Y.Həsənov tərəfindən imzalanmış 28 avqust 2007-ci il tarixli 380/18 nömrəli məktublar, ünvan 5 ünvanında yerləşən yarımçıq tikiliyə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 106,3 kv.metr qeyri-yaşayış binasının (mağaza) /yarımçıq tikili/ İddiaçı satılması barədə Şəki 1 saylı dövlət notariat kontorunda bağlanmış 14 noyabr 2007-ci il tarixli 4ə-l/222 reyestr nömrəli alqı-satqı müqaviləsi ərizəyə əlavə edilsə də, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsi ilə müəyyən edilmiş əsas - tikintisi başa çatmış obyektin müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul aktı təqdim edilmədiyindən, sözügedən torpaq sahəsinin və üzərindəki tikilinin bir hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən 110 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən ərizəçiyə 22 aprel 2024-cü il tarixli 3-21-3-39/1-M-0079-8/2024 №-li imtina məktubu verilmişdir. - Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. Bundan əlavə, qeyd olunmalıdır ki, “Azərdövləttikintikom”un 30 dekabr 1999-cu il tarixli 7 №li qərarı ilə təsdiq edilmiş və 01 yanvar 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Dövlət Tikinti Normalarının “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (AzDTN 1.6-1) 6.4-cü bəndinin “v” yarımbəndində göstərilmişdir ki, şəxsi vəsait hesabına tikilən sosial-məişət obyektləri yerli icra hakimiyyətinin, bələdiyyənin təyin etdiyi dövlət qəbul komissiyası istismara qəbul edir. Həmin Qaydaların 6.8-ci bəndinə əsasən dövlət qəbul və qəbul komissiyalarına yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, memarlıq-tikinti nəzarəti orqan və xidmətlərinin, X8 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidir. “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın 6.12-ci bəndində isə göstərilmişdir ki, dövlət qəbul və qəbul komissiyaları görülən işlərin nəticəsində obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqda qərar qəbul edirlər. Dövlət qəbul və qəbul komissiyalarının qərarları akt kimi, bu Qaydaların əlavə 5 və 6-da verilmiş formada, 4 nüsxədən ibarət tərtib və təsdiq edilir. Lakin, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış obyekti Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”na (AzDTN 1.6-1) uyğun olaraq dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməmişdir. Habelə müayinə zamanı qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin qərbində gərginliyi 110 kV olan elektrik şəbəkəsinin olduğu aşkar olunmuşdur. Bu səbəbdən tikilinin 76,1 kv.metr hissəsi həmin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin “a” yarımbəndinə əsasən xətlərin gərginliyi 110 kV olan elektrik şəbəkələrinin mühafizə zonaları hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 20 metr məsafədə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən, Şəki şəhəri, S.Mümtaz küçəsi 144 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır.

8. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/225 nömrəli Sərəncamı, - xx.xx.2007-ci il tarixli 4ə-İ/222 nömrəli X7 ilə İddiaçı arasında bağlanan alqı-satqı müqaviləsi, - Torpaqdan daimi istifadə hüququna dair JN 1624 nömrəli Dövlət Aktı, - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyi Şəki filialının xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-M-26-5/2023 nömrəli məktubu, - Qeyri yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə 00333 nömrəli 27 oktyabr 2023-cü il tarixli Rəy, - cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi, - Şəki şəhər İcra hakimiyyəti Başçısının aparatının xx.xx.2007-ci il tarixli məktubu, - Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin xx.xx.2023-cü il tarixli rəyi, - Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X11 Agentliyinin xx.xx.2023-cü il tarixli rəyi, - Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2023-cü il tarixli rəyi.

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 iyul 2024-cü il tarixli 2- 1(116)-1765/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 12 saylı ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin qənaətinə görə iddia olunan qeyriyaşayış binası X7 tərəfindən iddiaçıya satıldığından həmin tikilinin yerləşdiyi torpaq sahəsinə münasibətdə istifadə hüququ da, iddiaçıya ötürülmüşdür. Həmçinin Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/225 nömrəli Sərəncamında şəhərin baş memarı tərəfindən layihə-smeta sənədləri təsdiq edildikdən sonra tikinti işlərinin davam etdirilməsinə icazə verilmişdir. İş materiallarında olan eskiz layihədən görünür ki, sözügedən tikilinin layihəsi Şəki şəhər İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri - baş memar tərəfindən təsdiq edilmişdir. İddia olunan tikiliyə dair tələb olunan – “tikinti obyektinin istismarına icazə sənədi”nə (istismara qəbul aktının) münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə Şəhərin baş memarının möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 00333 №-li rəy mövcuddur. Həmin rəyin məzmununda tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nəzdindəki Təhlil qrupunun rəyinə, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin rəyinə, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X11 Agentliyinin rəyinə və mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəylərə istinad olunmuş və qeyri-yaşayiş təyinatlı tikinti obyektinin istismara yararlı olduğu təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi”-nin mahiyyəti də, mövcud vəziyyətin tikintiyə dair normativ aktlara uyğun olduğunun təsdiq edilməsindən ibarətdir. Yəni, “tikinti obyektinin istismarına icazə sənədi” ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X6 iddia olunan “tikilinin yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə” qərarı məzmunca eyni məsələləri həll edən hüquqi sənədlərdir. Belə ki, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həlledici olan - tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün müəyyən olunmasıdır. Qanunvericilikdə hüququn qeydə alınması üçün tikinti obyektinin istismarına icazə sənədinin tələb olunmasının əsas məqsədi də, məhz həmin halın təsdiq edilməsidir. İddiaçı, tikinti obyektinin möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X6 rəyini təqdim etdiyindən, o, qanunvericilikdə tələb olunan müvafiq sənədi təqdim etmiş hesab olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan qeyri-yaşayış sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi” ilə bağlı şərt də yerinə yetirilmişdir. - İddia olunan qeyri-yaşayış binasının 110 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyi Şəki filialının xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-M-26-5/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən, sizə məxsus obyektin qərb hissəsindən (binaya paralel) iki dövrəli 110 kV-luq İ və İİ Kombinat hava elektrik ötürücü xətti (bundan sonra - HX) keçir və bu xəttin mülkiyyətçisi enerji təchizatı müəssisəsidir. Həmin HX-nin kənar naqilinin meyl etməmiş vəziyyətində şaquli müstəvi ilə məhdudlaşan torpaq sahəsi və hava fəzası ilə sözügedən obyektin yaxın divarı arasındakı məsafə 12,50 metr, obyektin dam örtüyü ilə məsafə isə 12,10 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 5-ci bəndinə əsasən gərginliyi 110 kV olan hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində 20 metr məsafədə hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası həmin elektrik şəbəkələrinin mühafizə zonası hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi sözügedən binanın müəyyən hissəsi 110 kV-luq HX-nin mühafizə zonasında yerləşir. Lakin, Qaydaların 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağan olunur. Qeyd olunan obyekt 2006-cı ildən enerji təchizatı müəssisəsinin elektron bazasında **********9 nömrəli abonent kodu ilə qeydiyyatdadır. Bu isə onu deməyə əsas verir ki, həmin obyektin tikintisinə enerji təchizatı müəssisəsi tərəfindən etiraz edilməmişdir. Beləliklə, qeyd olunan obyektin 2006cı ildən enerji təchizatı müəssisəsinin elektron bazasında **********9 nömrəli abonent kodu ilə qeydiyyatda olması həmin obyektin tikintisinə enerji təchizatı müəssisəsi tərəfindən etiraz edilmədiyini göstərdiyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydasının 2.5,14.7-ci bəndində 110 kV-luq HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafənin 4 metrdən az olmaması müəyyən edildiyindən cavabdeh orqanın həmin dəlili də əsassız olmuşdur. - Məhkəmə araşdırması zamanı iddia olunan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən tikililər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqanın inzibati praktikası yoxlanılmış və təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, **********51-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 126 metr şimalda, **********50-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 116 metr şimalda, **********27-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 92 metr şimalda, **********12-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 75 metr şimalda yerləşir. **********50-06301 reystr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 21 metr cənubda yerləşir. Sözügedən reyestr nömrəli qeyri yaşayış binaları iddia olunan qeyri-yaşayış binası yerləşən torpaq sahəsi ilə eyni cərgədə yerləşir. Belə olan halda cavabdeh orqanın iddia olunan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binaları üzərində müvafiq subyektlərin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldığı halda, iddiaçıya münasibətdə tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi əsası ilə müraciətin təmin edilməsindən imtinası əsaslı sayıla bilməz.

11. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1765/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsində baxılan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsinin 12 saylı ünvan 7 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(116)-1765/2024 nömrəli iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həm Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsi ilə müəyyən edilmiş əsasın - tikintisi başa çatmış obyektin müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul aktının, həm də Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.10.1-ci maddəsi ilə müəyyən edilmiş əsasın - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin, tikinti obyektinin istismarına icazə sənədinin olmadığını, mübahisə predmeti olan tikilinin 76,1 kv.metr hissəsinin 110 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyini nəzərə almadan, qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə 00333 nömrəli rəyin 27 oktyabr 2023-cü il tarixdə verildiyinə əsaslanaraq 50 faizi 2007-ci ildə tikildikdən sonra xx.xx.2007-ci il tarixdə iddiaçıya satılmış yarımçıq tikilinin inşasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra başa çatdığı qənaətinə gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərin faktiki natamam olsa da tam olaraq yerinə yetirildiyini qərara almış və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nəzdindəki Təhlil qrupunun iddia olunan tikilinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlılığının təmin olunduğu barədə xx.xx.2023-cü il tarixli rəyinin məzmunca həm tikinti obyektinin istismarına icazə sənədi, həm də istismara qəbul aktı ilə eyni məsələləri həll edən hüquqi sənəd olduğu üçün faktiki olmayan və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan həmin sənədləri əvəz etdiyini hesab edərək qanundan daha çox şəxsi mülahizələrə əsaslanan qərar qəbul etmişdir. - Habelə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin qərbində gərginliyi 110 kV olan elektrik şəbəkəsi olduğundan Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin “a” yarımbəndinə əsasən xətlərin gərginliyi 110 kV olan elektrik şəbəkələrinin mühafizə zonaları hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 20 metr məsafədə müəyyən edildiyi üçün tikilinin 76,1 kv.metr hissəsi həmin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir və qeyd olunan obyektin 2006-cı ildən enerji təchizatı müəssisəsinin elektron bazasında **********9 nömrəli abonent kodu ilə qeydiyyatda olması iddia olunan tikilinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi reallığını dəyişmir və İddiaçı məxsus qeyriyaşayış obyektinin 110 kV-luq hava xəttinin mühafizə zonasında yerləşdiyi faktı “Azərişıq" ASC-dən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli 13-13/2-1/01-3-7592/2023 nömrəli sorğuya cavab məktubunda da təsdiqini tapsa da, birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən elektrik şəbəkəsi mülkiyyətçisinin rəyinə yox, memarlıq-tikinti nəzarəti orqanının rəyinə üstünlük vermişdir. - Həmçinin birinci instansiya məhkəməsinin də qərarda istinad etdiyi Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 1/225 nömrəli sərəncamında şəhərin baş memarı tərəfindən layihə-smeta sənədləri təsdiq edildikdən sonra tikinti işlərinin davam etdirilməsinə icazə verilməsi qərara alınsa da, iş materiallarına əlavə edilmiş eskiz layihədən görünür ki, sözügedən tikilinin layihəsinin 1-ci səhifəsi Şəki şəhər İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri - baş memar tərəfindən imza və möhürlə təsdiqlənsə də, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.10.1-ci maddəsi ilə müəyyən edilmiş vacib əsaslardan biri olan - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi baş memar tərəfindən imza və möhürlə təsdiqlənməmişdir. - Bundan başqa, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)- 1765/2024 nömrəli qərarının əsaslandırma hissəsində məhkəmənin “iddia olunan qeyriyaşayış binası ilə eyni cərgədə yerləşən tikililər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqanın inzibati praktikası yoxlanılmış və müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binaları üzərində müvafiq subyektlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi əsası ilə müraciətin təmin edilməsindən imtinası əsaslı sayıla bilməz” mülahizəsi ilə bağlı qeyd olunmalıdır ki, əvvəla sözügedən qeyriyaşayış binası ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binalarının 110 kV-luq hava xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı şəbəkə mülkiyyətçisi olan "xxxx" ASCnin hər bir obyektə ayrı-ayrılıqda verdiyi rəylərin məzmunu, habelə müvafiq subyektlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış mübahisə predmeti olan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən tikinti obyektləri üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsasların olub-olmadığı araşdırılmadığı üçün cavabdehin inzibati praktikaya uyğun hərəkət etməyə borclu olması qənaətinə gəlinməsi daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericiliyə uyğun deyil. - Beləliklə, Şəki şəhəri, S.Mümtaz küçəsi 144 ünvanında yerləşən tikintisi başa çatmış obyektin qanunvericiliyin tələblərinə uyğun istismara qəbul aktı olmadığından və 110 kV-luq hava xəttinin mühafizə zonasında yerləşdiyindən həmin qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi qanunamüvafiq deyil. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1 və 3.1-ci bəndlərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Konstitusiyasına, Mülki Məcəlləsinə və digər normativ-hüquqi aktlarına uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt olduğundan daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericiliyə uyğun olmayan sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1765/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1765/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 245. (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 88. (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri) Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ...

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.10.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

31. Belə ki, apellyasiya şikayətinin başlıca dəlili kimi cavabdeh orqan qeyd etmişdir ki, ünvan 8 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyektinin dövlət qəbul və ya qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı yoxdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri iddia tələbinə cavabdehin etirazı ilə eyni məzmunlu olmuş, həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilərək həmin dəlillərin əsassız olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu dəlillərlə bağlı əsaslandığı qiymətləndirmə ilə razılaşır.

33. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, Şəki şəhər İcra hakimiyyəti Başçısının aparatının xx.xx.2007-ci il tarixli məktubuna istinadən, iddia olunan qeyri-yaşayış binasının 50 faizi 2007-ci ildə tikilmişdir. Qeyri yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə 00333 nömrəli Rəy 27 oktyabr 2023-cü il tarixdə verilmiş, yarımçıq tikilinin inşası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra başa çatmışdır.

34. Həmin rəydən də görünür ki, tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nəzdindəki Təhlil qrupunun rəyinə, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin rəyinə, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X11 Agentliyinin rəyinə və mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəylərə istinad olunmuş və qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara yararlı olduğu təsdiq edilmişdir.

35. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, iddiaçının, sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi” ilə bağlı şərt də yerinə yetirilmişdir.

36. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə 27 oktyabr 2023-cü il tarixli 00333 nömrəli rəyə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi, X21 Xidməti, Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X11 Agentliyindən başqa yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, ekologiya, memarlıq-tikinti nəzarəti orqan və xidmətlərinin, X8 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələrinin mövqeyi daxil edilməmişdir.

37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə 27 oktyabr 2023-cü il tarixli 00333 nömrəli rəy “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.3-cü bəndinə uyğun təsdiq edilmişdir.

38. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:

1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;

2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərir.

39. Göründüyü kimi, həmin Fərmanda Rəyə, cavabdeh orqanın istinad etdiyi yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, ekologiya, memarlıq-tikinti nəzarəti orqan və xidmətlərinin, X8 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələrinin mövqeyinin də daxil edilməli olması göstərilməmişdir.

40. X12 Nazirliyinin Tikintidə X5 Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2023cü il tarixli rəyində qeyd edilmişdir ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən fiziki şəxs İddiaçı məxsus 1 mərtəbəli qeyri-yaşayış binası “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 07 iyul 2023-cü il tarixli, 034 saylı Əmrinə uyğun olaraq yoxlanılmış və qeyriyaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlılığının təmin olunduğu qəbul edilə bilər.

41. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin qərbində gərginliyi 110 kV olan elektrik şəbəkəsi olduğundan Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin “a” yarımbəndinə əsasən xətlərin gərginliyi 110 kV olan elektrik şəbəkələrinin mühafizə zonaları hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 20 metr məsafədə müəyyən edildiyi üçün tikilinin 76,1 kv.metr hissəsi həmin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir və qeyd olunan obyektin 2006-cı ildən enerji təchizatı müəssisəsinin elektron bazasında **********9 nömrəli abonent kodu ilə qeydiyyatda olması iddia olunan tikilinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi reallığını dəyişməməsi ilə əsaslandırmışdır.

42. Həmçinin qeyd edir ki, sözügedən qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binalarının 110 kV-luq hava xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı şəbəkə mülkiyyətçisi olan "xxxx" ASC-nin hər bir obyektə ayrıayrılıqda verdiyi rəylərin məzmunu, habelə müvafiq subyektlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış mübahisə predmeti olan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən tikinti obyektləri üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsasların olub-olmadığı araşdırılmadığı üçün cavabdehin inzibati praktikaya uyğun hərəkət etməyə borclu olması qənaətinə gəlinməsi daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericiliyə uyğun deyil.

43. Bu dəlillərlə bağlı da birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan obyektin 2006-cı ildən enerji təchizatı müəssisəsinin elektron bazasında **********9 nömrəli abonent kodu ilə qeydiyyatda olması həmin obyektin tikintisinə enerji təchizatı müəssisəsi tərəfindən etiraz edilmədiyini göstərdiyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydasının 2.5,14.7-ci bəndində 110 kV-luq HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafənin 4 metrdən az olmaması müəyyən edildiyindən cavabdeh orqanın həmin dəlili də əsassız olmuşdur. Məhkəmə araşdırması zamanı iddia olunan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən tikililər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqanın inzibati praktikası yoxlanılmış və təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, **********51-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 126 metr şimalda, **********50-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 116 metr şimalda, **********27-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 92 metr şimalda, **********12-06301 reyestr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 75 metr şimalda yerləşir. **********50-06301 reystr nömrəli qeyri yaşayış binası iddia olunan torpaq sahəsindən 21 metr cənubda yerləşir. Sözügedən reyestr nömrəli qeyri yaşayış binaları iddia olunan qeyri yaşayış binası yerləşən torpaq sahəsi ilə eyni cərgədə yerləşir. Belə olan halda cavabdeh orqanın iddia olunan qeyri-yaşayış binası ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binaları üzərində müvafiq subyektlərin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldığı halda, iddiaçıya münasibətdə tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi əsası ilə müraciətin təmin edilməsindən imtinası əsaslı sayıla bilməz.

44. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 10 dekabr 2024-cü il tarixli qərardadından görünür ki, bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsində əks olunmaqla, heç bir ayrı-seçkiliyə yol verilmədən dövlət tərəfindən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Bərabərlik prinsipi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 12-ci maddəsində də öz əksini tapmışdır. Həmin normaya görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Fiziki və hüquqi şəxslərə bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etmək inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin əsas şərti kimi çıxış edir. Lakin bu diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Həmçinin oxşar məsələlərlə bağlı məhkəmələrin də eyni vəziyyətdə olan şəxslərlə bağlı fərqli qərarlar qəbul etməsi vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərməklə yanaşı, hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin də pozulmasına gətirib çıxara bilər. - Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki,

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

2. “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.

45. Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi məsələlərə dair vahid məhkəmə təcrübəsinin vacibliyinə toxunaraq qeyd etmişdir ki, milli məhkəmələrin təcrübəsində sabitliyi təmin edən mexanizm olmadıqda, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələyə dair məhkəmə təcrübəsində dərin və davamlı fərqlər qeyri-müəyyənlik yaratmış və məhkəmə sisteminə qanunun aliliyinə əsaslanan dövləti səciyyələndirən amillərdən biri olan ictimai etimadı azaltmış olur (Padararu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 1 dekabr tarixli Qərar, § 98).

46. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

47. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

48. Məhkəmə kollegiyası sonda hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının tələbindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

49. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

50. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, "Şəki şəhəri, S.Mümtaz küçəsi 144 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2-1(116)-1765/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar