Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-501/2020 04.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağdaş rayonu Dəhnəxəlil Bələdiyyəsinə qarşı “ailə üzvləri ilə birgə ehtiyacı olan 0.12 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında” Qanununa əsasən mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-99/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbin belə əsaslandırmışdır ki, 1989-cu ildən etibarən ailə üzvləri ilə Ağdaş rayonu Dəhnəxəlil kəndindəyaşayır. 2015-ci ildən etibarən ailə həyatı qurmuş və bu günədək valideynləri ilə birgə həmin evdə yaşayırlar. Hazırda üç övladı var. Artıq valideynləri ilə birgə yaşamağa çətinlik çəkir və valideynlərindən ayrılaraq ayrı təsərrüfat qurmaq və yaşayış evi inşa etdirmək istəyir. Ancaq maddi vəziyyəti ilə bağlı torpaq sahəsi ala bimir. Adına da heç bir yerdə torpaq sahəsi yoxdur. Hazırda torpaq sahəsinə ehtiyacı var. Bu səbəbdəndə ərizə ilə müraciət edərək Dəhnəxəlil kəndi bələdiyyəsindən kənd ərazisində yaşayış evi inşa etdirmək və öz şəxsi təssərrüfatını qurmaq üçün 0.12 ha torpaq sahəsi istəmişdir. Ağdaş rayon Dəhnəxəlil kənd bələdiyyəsinə dəfələrlə rəsmi müraciət edərək Kənd ərazisindəki bələdiyyə fonduna aid edilən torpaq sahəsindən torpaq payı istəmiş, ancaq Dəhnəxəlil kənd bələdiyyəsi kənd ərazisində bələdiyyə fonduna aid edilən torpaq sahələrindən ona torpaq payı verməkdən imtina etmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.6cımaddəsinə əsasən Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Sonuncu dəfə xx.xx.2019-cu il tarixində etdiyi müraciətinə hələdə bələdiyyə tərəfindəncavab verilməmişdir. Hazırda bələdiyyə tərəfindən müxtəlif rayon sakinlərinə hektarlarla torpaq sahəsi ayrılmasına baxmayaraq iddiaçıya və ailə üzvlərinə torpaq payı ayırmaqdan boyun qaçırır. Vaxtilə mövcud olan ancaq indi olmayan kənd sakinlərinə məxsus kənd ərazisindəki bələdiyyə fonduna aid olan 5 ha torpaq sahəsinin aqibətindən isə əsər-əlamət yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfin iddiaya münasibəti: Dəhnəxəlil kənd sakini İddiaçı birinci dəfə xx.xx.2018-ci il tarixdə bələdiyyəyə ərizə ilə müraciət edərək ona fərdi yaşayış evinin tikintisi məqsədilə kənd icra nümayəndəliyinin həyətindəki boş sahədən 0,06 ha torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Ərizə ilə əlaqədar Bələdiyyə tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət edilərək həmin torpaq sahəsinin ərizəçiyə verilməsi üçün sənədləşməsi xahiş edilmişdir. Bələdiyyə tərəfindən bu barədə xx.xx.2018-ci il tarixli 16 saylı iclas qərarı da qəbul edilmişdir. Lakin Daşınmaz Əmlakın kadastrı və Ünvan reyestri Xidməti “xxxx” MMC-dən bələdiyyəyə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********83 saylı məktubda qeyd edilmişdir ki, həmin torpaq sahəsində Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyinin binası yerləşdiyi üçün həmin ərazidən həyətyanı torpaq sahəsi verilməsi mümkün deyildir. Bundan sonra ərizəçi ikinci dəfə bələdiyyəyə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək ona 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Bələdiyyə tərəfindən Daşınmaz Əmlakın kadastrı və Ünvan reyestri Xidməti “xxxx” MMC-yə müraciət edilərək digər ərazilərdə boş torpaq sahəsi olmadığı üçün hazırda bələdiyyə binasının yerləşdiyi 1.20 ha-lıq ərazidən vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılıb verilməsi üçün lazımi sənədləşmə işlərinin aparılması xahiş edilmişdir (8 həyətyam torpaq sahəsi-hər biri 0,08 ha olmaqla). Ərizəçiyə də bələdiyyə tərəfindən xx.xx.2019-cu il tarixdə bu barədə məktub göndərilərək bildirilmişdir ki, həmin ərazidə sənədləşmə işləri başa çatan kimi o da həmin ərazidən torpaq sahəsi ilə təmin olunacaqdır. Ərizəçi yenidən eyni məzmunla xx.xx.2019-cu il tarixdə bələdiyyəyə ərizə ilə müraciət etmişdir. O, ərizədə bildirmişdir ki, Dəhnəxəlil kənd sakini X6 qonşusunun həyətindəki 0,24 ha BEF torpaq sahəsindən ona 0,12 ha həyətyanı torpaq sahəsi ayrılsın. Həmin vətəndaşa Bələdiyyə tərəfindən bu barədə müraciət etdikdə bildirmişdir ki, həyətindəki zəbt torpaq sahəsini yaxın zamanda öz ailəsinin adına sənədləşdirəcəkdir. Ona görə də ərizəçi İddiaçı yaxın zamanda bələdiyyə binasının yerləşdiyi ərazidən sənədləşmə işləri başa çatan kimi torpaq sahəsi ilə təmin ediləcəkdir. Ərizəçi İddiaçı hazırda atası ilə birgə yaşayır, atasının adına 0,59 ha həyətyanı torpaq sahəsi vardır (torpaq şəhadətnaməsində 4 nəfər ailə üzvünün adı vardır-İddiaçı da daxil). Ərizəçi ailənin yeganə oğludur və övladları hələ azyaşlıdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı özlərinin istifadəsinə olan 0.59 ha torpaq sahəsindən deyil, bələdiyyə fonduna aid torpaq sahəsindən torpaq istədiyini bildirib, iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Ağdaş Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 39/132-18005M3219 nömrəli iddiaçıya göndərilən məktubundan görünür ki, müraciətin əsasında Ağdaş RPŞ-də araşdırma aparılmış və toplanmış materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, müraciəti mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və rayon məhkəməsinə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2018-ci il tarixli 39 nömrəli iddiaçıya göndərilən məktubundan görünür ki, müraciət etdiyi bütün aidiyyatı təşkilatlardan, dövlət idarələrindən müraciətinə (həyatyanı torpaq istəməyi barədə) baxılmasını tələb etmişlər. Ona görə də onu məlumatlandırmışlar ki, bələdiyyə ərazisində həyatyanı torpaq üçün nəzərdə tutulan yer olmadığına görə növbəti dəfə həyatyanı torpaq sahəsi ayrılanda ərizəsinə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli 93 nömrəli iddiaçıya göndərilən məktubundan görünür ki, reyestr xidmətinin tabeliyində “xxxx” MMC-yə bələdiyyə ərazisində torpaq sahəsinin mülkiyyətə ayrılması üçün müraciət olunmuşdur. Bələdiyyə ərazisində müraciət olunmuş təşkilat tərəfindən mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsi ayrılan vaxt onun da ərizəsinə baxılıb, həyətyanı torpaq sahəsi ilə təmin olunacaqdır. İş materiallarında olan Ağdaş rayonu Dəhnəxəlil Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 16 saylı iclas protokulun çıxarışından görünür ki, Dəhnəxəlil kənd sakini İddiaçı həyatyanı torpaq almaq istəməsi barədə bələdiyyəyə yazdığı xx.xx.2018-ci il tarixli ərizəsi nəzərə alınaraq həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ərizəçiyə satılması ilə bağlı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlansın. 2. Mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin plan və ölçüsü sənədlərini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənədlərlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbarbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsindən xahiş edilsin. 3. Bələdiyyənin həyatyanı məqsədli bu torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsindən xahiş edilsin. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli **********83 nömrəli Ağdaş rayonu Dəhnəxəlil Bələdiyyəsinə göndərilən məktubundan görünür ki, Ağdaş rayonunda həyatyanı məqsədilə mülkiyyətə verilməsi nəzərdə tutulan Dəhnəxəlil kəndi ərazisində yerləşən 0.06 hektar torpaq sahəsinin situasiya (yerləşmə) planının hazırlanması barədə xx.xx.2019-cu il tarixli, 16 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsində Ağdaş RİNB-nın Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyinin binası yerləşir. Qeyd olunan səbəbdən sözügedən torpaq sahəsinin situasiya (yerləşmə) planının hazırlanması mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh ərazisində yerləşən ehtiyat fondu torpaqları kateqoriyalı, ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə, həyatyanı məqsədilə ayrılması nəzərdə tutulan 0.08 ha torpaq sahəsinin situasiya (yerləşmə) planından görünür ki, 0.08 ha torpaq sahəsi bələdiyyə binası yerləşən dəmir məhəccərlə əhatələnmiş ərazidə yerləşir. Torpaq sahəsində çoxillik əkmələr mövcuddur. İş materiallarında olan Ağdaş rayon Dəhnəxəlil kəndi “Dəhnə” kəndli fermer təsərrüfatının xx.xx.1998-ci il tarixli 4 nömrəli iclas protokolundan görünür ki, Dəhnə kəndli fermer təsərrüfatının ərazisində olan 298,0 hektar torpaq sahəsi özəlləşdirilsin. 2. Torpaq payı almaq hüququ olan subyektlərin siyahısı təsdiq edilsin. 3. Vətəndaşların istifadəsində olan həyatyanı torpaq sahələrinin normadan artıq hiccəsi özəlləşdirilən torpaqlara daxil edilməklə cubyektlərin çöldəki payından çıxarılsın. 4. Kəndin precpektiv inkişafı üçün 5,0 hektar torpaq sahəsi ayrılsın. 5. Bələdiyyənin ehtiyat fonduna 2,1 hektar meyvə barı (ərik) və 2,0 hektar əkin cahəsi olmaqla, cəmi 4,1 hektar torpaq sahəsi ayrılsın. 6. Kəndin cənubunda yerləşən 22,2 əkin sahəsi (73,74,78-ci konturlar) az yararlı və qrunt sularının səviyyəsinin qalxdıqına görə “Torpaq islahatı haqqında” Qanunun 11-ci maddəsinin 3-cü abzasına uyğun olaraq bələdiyyənin ehtiyyat fonduna saxlanılsın. 7. Kənd sakinlərinin və əmlak paylarının razılığını nəzərə alaraq 13,1 hektar tut barı əkin kimi bölgüyə daxil edilsin. 8. Azadlıq kooperativi əvvəllər yaradıldığı uçün ona ayrılmış torpaq sahəsi yerində saxlanılmaqla qanunun 11-ci maddəsinin 3-cü bəndinə uyğunlaşdırılsın. 9. Subyektlər arasında aparılmış qruplaşma siyahısı təsdiq edilsin. 10. Torpaq paylarının subyektlər arasında bölgüsü cənubdan şimala doğru aparılmaqla 60, 67, 65, 59, 58, 57, 56, 52, 65, 81, 37, 21, 19, 17, 16, 15, nömrəli kontur ardıcıllıq ilə bölünsün. 11. Əlavə torpaq payı almaq hüququ olan cubyektlərin siyahısı təsdiq edilsin. 12. Qrup başçıları arasında aparılmış püşkatmanın nəticələri təsdiq edilsin. 13. Qərarın təsdiqi Ağdaş rayon İslahat Komissiyacından xahiş edilsin. İş materiallarında olan JN-258F seriyalı 90306018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş rayon X8 xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə 0.14 hektar həyətyanı torpaq sahəsi X9, X7, X10, X2 və X3 verilib. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli 164 nömrəli məktubundan görünür ki, İddiaçı atasına məxsus 0,59 ha həyatyanı olan torpaqdakı evdə yaşayır. Ailənin tək oğludur. İddiaçı xx.xx.2019-cu il məktubundakı müraciətindən sonra 2 nəfər gənc atasının həyatindəki bələdiyyə balansı torpaq sahəsində ev tikdirmək üçün sənədləşmə işi aparmışdır. Bələdiyyənin Ağcayacı və Dəhnəxəlil kəndlərindəki K.P.İ torpaqlarında boş yer olmadığı üçün müraciət edən şəxslərə torpaq sahəsi ayrılması mümkün olmamışdır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli, AZE seriyalı 16386697 nömrəli, AZE seriyalı 11635197 nömrəli, AZE seriyalı 18116667 nömrəli X1 surətləri, AZ-İİ seriyalı 027759 nömrəli X4 surəti, AZ-İV seriyalı 290248 nömrəli X5 surəti, 110173 nömrəli İİ qrup əlil olmasına dair vəsiqə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 39/132-18005M3219 nömrəli məktubu, Cavabdeh xx.xx.2018-ci il tarixli 39 nömrəli, xx.xx.2019-cu il tarixli 93 nömrəli məktubları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının xx.xx.2019cu il tarixli 13/M-983 nömrəli məktubu, Azsərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli **********21 nömrəli məktubu, Cavabdeh xx.xx.2019-cu il tarixli 130 nömrəli məktubu, İş materiallarında olan Ağdaş rayonu Dəhnəxəlil Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 16 saylı iclas protokulun çıxarışı, İş materiallarında olan Azsərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli **********83 nömrəli məktubu,İş materiallarında olan Cavabdeh ərazisində yerləşən ehtiyat fondu torpaqları kateqoriyalı, ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə, həyatyanı məqsədilə ayrılması nəzərdə tutulan 0.08 ha torpaq sahəsinin situasiya (yerləşmə) planı, Ağdaş rayon X8 xx.xx.1998-ci il tarixli 17 nömrəli iclas protokolu,Ağdaş rayon Dəhnəxəlil kəndi “Dəhnə” kəndli fermer təsərrüfatının xx.xx.1998-ci il tarixli 4 nömrəli iclas protokolu, JN-258F seriyalı 90306018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Ağdaş rayon Dəhnəxəlil kəndi ərazi nümayəndəsi üzrə islahat ilə əlaqadar dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşlarının siyahısı, Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli 164 nömrəli məktubu, Azərbaycan Respublikası Cavabdeh birinci iclasının xx.xx.2020-ci il tarixli 1 nömrəli protokolu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-99/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı Cavabdehnə qarşı “ailə üzvləri ilə birgə ehtiyacı olan 0.12 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında” Qanununa əsasən mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-99/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinə "Məcburetmə haqqında" iddia ərizəsi ilə müraciət etmiş, Ağdaş rayon Dəhnəxəlil kəndi bələdiyyəsinin üzərinə hazırda ailə üzləri ilə birgə ehtiyacı olan 0.12 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında" Qanununa əsasən mülkiyyətinə verilməsi öhdəliyinin qoyulmasına dair qərar verilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibat-İqtisadi Məhkəməsi işə əlavə olunmuş maddi sübutları nəzərə almadan və lazımınca araşdırma aparmadam iddia tələbini təmin etməmişdir. X18 Məhkəməsi 2-1(84)- 1191/2019 saylı iş üzrə Ağdaş rayon Dəhnəxəlil kəndi bələdiyyəsinin üzərinə hazırda ailə üzlərim ilə birgə ehtiyacımız olan 0.12 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında" Qanununa əsasən mülkiyyətimə verilməsi öhdəliyinin qoyulması barədə iddiamızın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Hazırda bələdiyyə tərəfindən müxtəlif rayon sakinlərinə hektarlarla torpaq sahəsi ayrılmasına baxmayaraq mənə və ailə üzvlərinə torpaq payı ayırmaqdan boyun qaçırır. Vaxtilə mövcud olan ancaq indi olmayan kənd sakinlərinə məxsus kənd ərazisindəki bələdiyyə fonduna aid olan 5 ha. torpaq sahəsinin aqibətindən isə əsər-əlamət yoxdur. Ağdaş rayon Dəhnəxəlil kəndi bələdiyyəsi qərəzli olaraq ailə üzlərim ilə birgə ehtiyacları olan 0.12 ha torpaq sahəsinin ona verilməsinə köməklik göstərmir. Məhkəmə isə onun ailə və sosial vəziyyətini nəzərə almadan iddia ərizəsini təmin etmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-99/2020 saylı qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-99/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Ağdaş rayonu Dəhnəxəlil Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Cavabdeh Ağdaş rayonu Dəhnəxəlil Bələdiyyəsi məhkəməyə teleqram göndərərək səhətiylə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh müvafiq inzibati aktın, yəni bələdiyyə qərarının qəbul edilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürülməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə xx.xx.2019-cu il tarixində müraciət etmiş, sonuncu müraciəti cavablandırmadığı üçün hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddianı irəli sürmüşdür. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun tələbinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə - 9.1). Fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin pulsuz mülkiyyətə verilməsini istisna edən hal "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndində nəzərdə tutularaq göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər isə "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun 16-cı mаddəsində nəzərdə tutulmuşdur. Həmin mаddədə deyilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə - 16.1, 16.2, 16.3, 16.4). Sаdаlаnаn nоrmаlаrın birgə təhlilindən göründüyü kimi, "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarına fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir. Qeyri-qаnuni istifаdə edilən (özbаşınа tutulmuş) bələdiyyə tоrpаqlаrı ilə bаğlı ümumi qаydа həmin torpaq sahələrinin Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmasındаn ibаrətdir. Bu qаydаdаn iki istisnа nəzərdə tutulmuşdur. Birincisi, xx xxxx 2001-ci ildə qəbul edilmiş "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnunu qüvvəyə minənədək tikinti üçün qeyri-qanuni istifadə edilən torpaqların geri qaytarılması mümkün olmadıqdа, bu torpaq sahələri onları istifadə edən şəxslərin mülkiyyətinə verilir. İkinci istisnа bundаn ibаrətdir ki, torpaq üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadıqdа, artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İstisna edilən hallarda isə torpaq sahələrini qeyri-qanuni istifadə edən şəxslərin həmin tоrpаq sаhəsini hərrаcdаn kənаr qаydаdа аlmаq üçün üstünlük hüquqları mövcud olacaqdır ki, bu hal həmin torpaq sahələrini qeyri-qanuni istifadə edən şəxslərin əvəzsiz olaraq mülkiyyətinə verilməsi demək deyildir və qanunvericilikdə yuxarıda istisna kimi qeyd olunan hal istisna olmaqla digər bütün hallarda bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsinin yeganə qaydası kimi alqı-satqı nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-99/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-501/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-501/2020
04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver