Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-502/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Rəfiyev Rövşən Rafiq oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Tağıyev Babək Vaqif oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı 1977-ci ildə 7 ay, 1978-ci ildə 6 ay, 1983-cü ildə 2 ay, 1996-cı ildə 5 ay, 1997-ci ildə 1 il olmaqla, cəmi 2 il 8 ay Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-786/2020 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. 1977-2005-ci illərdə müxtəlif təşkilatlarda, həmçinin 1970-1973, 1976-1978, 1983, 1996-1997-ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işləmişdir. 2 il hərbi xidmətdə olmuşdur. Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 803 nömrəli arayışa əsasən kolxozda işlədiyi müddətdə soyadında uyğunsuzluq olduğu üçün Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-2233/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş və Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 803 nömrəli arayışın ona məxsus olması faktı müəyyən olunmuşdur. Ona 64 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə Şəki Regional “Asan Xidmət Mərkəzi” vasitəsilə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına məktub göndərilərək ona əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. Əmək pensiyası təyininin mümkün olmaması səbəbi kimi 25 il iş stajının və 23040 manat pensiya kapitalının olmaması qeyd olunmuşdur. Həmçinin imtina məktubunda Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1320 nömrəli arayışa əsasən 1977, 1978, 1983, 1996-1997-ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1977-ci ildə 7 ay, 1978-ci ildə 6 ay, 1983-cü ildə 2 ay, 1996-cı ildə 5 ay, 1997-ci ildə 1 il olmaqla, cəmi 2 il 8 ay Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki,vətəndaş İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə və sənədləri Şəki Regional «Asan Xidmət» Mərkəzindən şöbəyə daxil olmuşdur. Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərə əsasən sosial sığorta stajı və pensiya kapitalı hesablanmış, tələb olunan 25 il sosial sığorta stajı və ya 23040 manat pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmadığı müəyyənləşdirilmiş, bu barədə ünvanına məktub göndərilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ üçün yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının 23 il 2 ay mübahisələndirilməyən sosial sığorta stajı müəyyənləşdirilmişdir. Mübahisələndirilən stajı isə Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1320 nömrəli arayışa əsasən 1977, 1978, 1983, 1996-1997ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işlədiyi müddətdir. Çünki, həmin illər əmək kitabçasına qeyd olunmamışdır. İddiaçının tələbində qeyd etdiyi stajı 3 il 4 aydır. xx.xx.2019-cu il tarixli 1320 nömrəli arxiv arayışına əsasən Məhkəmə qərarı olduqdan sonra 6 il 10 ay sığorta stajı hesablana bilər. Xüsusi karantin müddətində Dövlət Arxivinin Şəki filialı fəaliyyətini müvəqqəti dayandırdığı üçün qarşılıqlı yoxlama aktı tərtib etmək mümkün olmamışdır. Həmçinin qanuni qüvvəyə minmiş Məhkəmə qərarı ilə arxiv arayışının vətəndaşa məxsus olması faktı müəyyən olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-786/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı Novruzoğlunun 1977-ci ildə 7 ay, 1978-ci ildə 6 ay, 1983-cü ildə 2 ay, 1996-cı ildə 5 ay, 1997-ci ildə 1 il olmaqla, cəmi 2 il 8 ay Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-786/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, İddiaçı 1977, 1978, 1983, 1996- 1997 ci illərin sosial sığorta stajı kimi müəyyən olunması üçün həmin iş stajı əmək kitabçası ilə təsdiq olunmalıdır. Həmin illərə dair arxiv arayışı təqdim olunsa da, arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-786/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-786/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-786/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubu, AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 729 nömrəli məktubu, 1352 nömrəli kolxozçunun əmək kitabçasının təsdiqlənmiş surəti, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, DSMFnin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli etirazı daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, həmin Məcəllənin 85.1ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia həmçinin əsaslıdır. İş materiallarına əlavə edilmiş Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 803 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970-1973, 19761978, 1983, 1996-1997-ci illərdə Şəki rayonu Oxud kənd Nərimanov adına kolxozda işləmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-2233/2019 saylı Qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 803 nömrəli arxiv arayışının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və əmək haqqı arayışlarına əsasən cəmi 23 il 2 ay mübahisələndrilməyən sosial sığorta stajı müəyyənləşdirilmişdir. Mübahisələndirilən stajı isə Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1320 nömrəli arayışa əsasən 1977, 1978, 1983, 1996-1997ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işlədiyi müddətdir. Çünki, həmin illər əmək kitabçasında qeyd olunmamışdır. İddiaçının tələbində qeyd etdiyi stajı 3 il 4 aydır. Dövlət Arxivi Şəki filialında aparılmış yoxlama zamanı tərtib olunmuş akta əsasən iddiaçı 1977-ci ilin l-Vİİ aylarında, 1978-ci ilin ll-X aylarında, 1983-cü ilin l-V və Vİİİ aylarında, 1996-cı ilin V-Xİİ aylarında kolxozda işləmişdir. Belə olduqda isə, əmək kitabçası ilə üst-üstə düşən dövrlər nəzərə alınmadan, 1977-ci il üzrə 7 ay, 1978-ci il üzrə 6 ay, 1983-cü il üzrə 2 ay, 1996-cı il üzrə 5 ay, 1997-ci il üzrə 1 il olmaqla cəmi 2 il 8 ay olmaqla, mübahisələndirilən stajı vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 803 nömrəli arxiv arayışının düzgünlüyü öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1977ci ildə 7 ay, 1978-ci ildə 6 ay, 1983-cü ildə 2 ay, 1996-cı ildə 5 ay, 1997-ci ildə 1 il olmaqla, cəmi 2 il 8 ay Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi dövr Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 803 nömrəli arxiv arayışı, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-2233/2019 saylı Qətnaməsi və Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli akt ilə öz təsdiqini tapır. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və əmək haqqı arayışlarına əsasən cəmi 23 il 2 ay mübahisələndrilməyən sosial sığorta stajı müəyyənləşdirilmişdir. Mübahisələndirilən stajı isə Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1320 nömrəli arayışa əsasən 1977,1978, 1983, 1996-1997-ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işlədiyi müddətdir. Çünki, həmin illər əmək kitabçasına qeyd olunmamışdır. İddiaçının tələbində qeyd etdiyi stajı 3 il 4 aydır. Dövlət Arxivi Şəki filialında aparılmış yoxlama zamanı tərtib olunmuş akta əsasən iddiaçı 1977-ci ilin l-Vİİ aylarında, 1978-ci ilin ll-X aylarında, 1983-cü ilin l-V və Vİİİ aylarında, 1996-cı ilin V-Xİİ aylarında kolxozda işləmişdir. Belə olduqda isə, əmək kitabçası ilə üst-üstə düşən dövrlər nəzərə alınmadan, 1977-ci il üzrə 7 ay, 1978-ci il üzrə 6 ay, 1983-cü il üzrə 2 ay, 1996-cı il üzrə 5 ay, 1997-ci il üzrə 1 il olmaqla cəmi 2 il 8 av olmaqla, mübahisələndirilən stajı vardır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, xx.xx.2019-cu il tarixində pensiya yaşına çatmışdır. Tələbində qeyd olunan 2 il 8 ay stajına daxil edilsə, 23 il 2 ay mübahisələndirilməyən stajı ilə birlikdə 25 il 10 ay sosial sığorta stajı olacaq. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə əmək pensiyası hüququnun reallaşması üçün tələb olunan 25 il stajın tamamlanmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-786/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-502/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-502/2020
07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver