Məhkəmə qərarları › İş №2-1(107)-505/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-505/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-505/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Əbülfəz oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2rşı “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş RX seriyalı 01.83003 saylı Çıxarış üzrə fərdi yaşayış evinin yerləşdiyi və qanuni istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun və vahid mülkiyyət hüququ üzrə müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-352/2020 saylı qərarından İddiaçı Əbülfəz oğlu tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-352/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2rşı “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-ci ildə verilmiş RX seriyalı ******* saylı Çıxarış üzrə fərdi yaşayış evinin yerləşdiyi və qanuni istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasının və vahid mülkiyyət hüququ üzrə müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərnə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərcinin iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 93 manat 56 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməsi qərara alınmışdır. İddiaçı həmin qərardan аpеlyаsiyа şikаyəti vermişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, аpelyаsiyа şikаyəti məhkəmə qərarından şikayət verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmiş, şikayətə apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə sааt 15:15-də məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak etməsi, həmçinin həmin vaxta kimi apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-352/2020 saylı qərarı xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya göndərilmiş, qərarın surəti xx xxxxxxxx 2020-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə İddiaçı həyat yoldaşı Eldarova Əflakə tərəfindən imza edilərək qəbul edilmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 352/2020 saylı qərarından şikayət verilmə müddəti xx xxxxxxx 2020-ci il tarixdə bitmişdir. İddiaçı mübahisələndirilən qərarın surətini xx xxxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul etdiyi halda həmin qərardan şikayəti xx xxxxxxx 2020-cu il tarixdə poçta vasitəsi ilə Şəki İnzibati Məhkəməsinə daxil olmuş, daxilolma zərfinin üzərində xx xxxxxxx 2020-ci il tarix göstərilmişdir. Bununla da iddiaçı qanunla müəyyən edilən şikayət vermə müddətini ötürmüşdür. Ona görə də müəyyən edilir ki, iddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-352/2020 saylı qərarından apelyasiya şikayətinin verilmə müddətini 13 gün ötürmüş, inzibati orqan tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmiş və müddətin bərpası barədə ərizə verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. -87.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. -94.1-cı maddəsinə görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiya məhkəməsi tərəfindən verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-352/2020 saylı qərarından İddiaçı tərəfindən vеrilmiş аpеlyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və bu müddətin üzürlü səbəbdən buraxılmasını barədə ərizə və ya müvafiq sübutlar təqdim edilmədiyindən həmin apelyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-352/2020 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar