Məhkəmə qərarları › İş №2-1(107)-505/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-505/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-505/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli, **********189165 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(116)-1815/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli, **********189165 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (Bundan sonra – Vergi orqanı) 26 sentyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-də 2020-ci il avqust 2023-cü illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə MMC tibb xidməti fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması 01 oktyabr 2023-cü il tarixdə başlanılmış, 07 oktyabr 2024-cü il tarixdə başa çatdırılmışdır. Həmin yoxlamanın nəticəsi 10 oktyabr 2024-cü il tarixli, **********177177 nömrəli aktla rəsmiləşdirilmişdir. - Yoxlama aktı ilə MMC-yə 47.563,34 manat məbləğdə mənfəət vergisi (1.579,5 manat 2021-ci il üzrə, 45.983,84 manat 2022-ci il üzrə), 222.108,57 manat məbləğdə ƏDV (15.415,2 manat artıq hesablama nəzərə alınmaqla), 68.035,46 manat məbləğdə ödəmə mənbəyində tutulan vergi (3-cü rüb 2020, 2-ci rüb 2023-cü il üzrə) olmaqla, ümumilikdə 337 707,37 manat məbləğdə əlavə vergi hesablanmış və ümumilikdə 179.002,91 manat məbləğdə maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. - Vergi orqanının 05 dekabr 2024-cü il tarixli, **********189165 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə MMC-yə mənfəət vergisi üzrə 47.563,34 manat, ƏDV üzrə 222.108,57 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 68.035,46 manat olmaqla, cəmi 337.707,37 manat məbləğdə əlavə vergi hesablanmış və 179.002,91 manat məbləğdə maliyyə sanksiyası tətbiq edilmişdir. - Yoxlama aktında əlavə verginin hesablanma əsası kimi aşağıdakılar göstərilmişdir: Mənfəət vergisi üzrə: - Yoxlama aktında vergi ödəyicisi tərəfindən təqdim edilən sənədlərdə tibbi xidmətlər üzrə göstərilən qiymətlərin İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində göstərilən qiymətlərdən fərqli olması və eyni zamanda ödənişli tibbi xidmətlər üzrə qiymətlər hər hansı sənədlərlə (kassa çekləri və ya e-qaimə faktura ilə) təsdiqini tapmadığı üçün yoxlamaya tibbi xidmətlərin bazar qiymətinin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertin dəvət edilməsinə zərurət yarandığı, tibbi xidmətlərin bazar dəyərinin müəyyən edilməsi məqsədilə vergi orqanının qərarına əsasən "xxxx" MMC-nin nümayəndəsinin ekspert qismində dəvət olunduğu və ekspert rəyinə əsasən tibbi xidmətlərin bazar dəyərinin müəyyən edildiyi göstərilmişdir (yoxlama aktının 7- ci səhifəsi). Ekspert tərəfindən bazar qiyməti müəyyən edilərkən əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında 10 yanvar 2020-ci il tarixli Qərarına istinad edildiyi qeyd olunmuşdur. Bu zaman ekspert tərəfindən verilmiş bazar qiyməti tətbiq edilməklə (VM-nin 14.3.3-cü maddəsinə istinad olunmuşdur) MMC-nin gəlirləri müəyyən edilmişdir. Bu zaman MMC tərəfindən göstərilmiş tibbi xidmət və müayinələrin çeşidi və miqdarı Səhiyyə Nazirliyi tərəfindən vergi yoxlamasına təqdim edilmiş statistik hesabatlardakı məlumatlarla müqayisə edilməklə, həmin rəqəmlərə ekspertin müəyyən etdiyi bazar qiymətləri tətbiq edilmişdir. - Qeyd edək ki, yoxlama aktında da göstərildiyi kimi, tibbi xidmətin miqdarı Səhiyyə Nazirliyi tərəfindən yoxlamaya təqdim edilmiş statistik hesabat formaları vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş statistik hesabat formaları ilə üzləşdirilmiş və uyğunluğu təsdiq edilmişdir. - Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinad olunmaqla yuxarıda göstərilən qaydada ƏDV üzrə də əlavə dövriyyə müəyyən edilməklə 222.108,57 manat məbləğdə əlavə vergi hesablanmışdır. - Yoxlama aktında MMC-yə ÖMV-nin hesablanma əsası kimi, icarəyə götürülmüş xəstəxananın icarə qiymətinə ekspert rəyi əsasında bazar qiymətinin tətbiq edilməsi göstərilmişdir. Belə ki, müqavilə ilə obyektin 1 kv.metrinin icarə haqqı 1,3 manat müəyyən edildiyi halda, ekspert rəyi ilə 2020-ci il üçün 6 manat, 2021-ci il üçün 7 manat, 2022-ci il üçün 7,5 manat, 2023-cü il üçün 8 manat müəyyən edilmişdir. Bu zaman ekspert tərəfindən mənbə kimi, müxtəlif saytlarda icarə ilə bağlı verilmiş elanlardakı qiymətlərə istinad olunmuşdur. - Aşağıdakı səbəblərə görə vergi yoxlaması ilə aparılmış həmin hesablamaları tamamilə qanunsuz və əsassız hesab edilmişdir: - Ekspertizanın (tibbi xidmətlərin qiyməti üzrə) keçirilməsi üçün hüquqi əsasın olmaması və göstərilmiş tibbi xidmətlərə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 5N-li qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndəki qiymətlərin tətbiqinin əsassız olması. - Yuxarıda qeyd olunduğu kimi, yoxlama aktının 3-cü səhifəsində ekspertizanın təyin edilməsi əsası kimi, ödənişli tibbi xidmətlər üzrə qiymətlərin hər hansı sənədlərlə (Kassa çekləri və ya e-Qaimə faktura ilə) təsdiqini tapmadığı göstərilmişdir. Eyni zamanda, həmin hissədə vergi ödəyicisi tərəfindən təqdim edilən sənədlərdə tibbi xidmətlər üzrə göstərilən qiymətlərin İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində göstərilən qiymətlərdən fərqli olduğu qeyd olunmuşdur ki, nəticədə də yoxlama aktında bir-birinə zidd fikirlər bildirilməklə, ekspertizanın təyin edilməsi üçün süni və saxta əsaslar yaradılmışdır. - Həmçinin, yoxlama aktının 14-23-cü səhifələrində MMC-nin təqvim illəri üzrə müvafiq (konkret) tibbi xidmətlər üzrə rəsmiləşdirdiyi qiymətin, həmin xidmətlər üzrə ekspertin müəyyən etdiyi qiymətlə müqayisəsi verilməklə əlavə dövriyyə müəyyən edilmişdir ki, bu da MMC-nin tibbi xidmətlər üzrə qiymətləri rəsmiləşdirdiyini sübuta yetirir. - Vergi yoxlaması aktında bazar qiymətinin tətbiqinin digər hüquqi əsası kimi VM-nin 14.3.3-cü maddəsinə istinad olunmuşdur. Həmin maddəyə əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Vergi Məcəlləsinin 14.1-cimaddəsinə əsasən, bazar qiymətimalın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

1. Göründüyü kimi qanunvericilik bazar qiymətinin tətbiqi əsası kimi aşağıdakı elementlərin olmasını tələb edir: - 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eynicinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən indiki halda 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməlidir. Vergi yoxlaması ilə 30 gün məsələsinə ümumiyyətlə toxunulmamış, Nazirlər Kabinetinın qərarı ilə müəyyən edilən qiymət bazarda təşəkkül tapan qiymət kimi qəbul edilmişdir. Halbuki, bazar qiyməti yuxarıda qeyd olunduğu kimi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Nazirlər Kabinetinın 10 yanvar 2020-ci il tarixli qərarından 4 ildən çox vaxt keçdiyini və bu müddət ərzində bazarda tələb və təklifin çox sürətlə dəyişdiyini, yeni xəstəxanalar istifadəyə verilməklə təklifin artdığını, icbari tibbi sığortanın fəaliyyət dairəsinin genişləndiyini və bazara təsir edən digər faktorları nəzərə almadan, bütün dövrlərə Nazirlər Kabinetinın 4 il əvvəlki qərarı ilə müəyyən edilən qiymətlərin tətbiq edilməsi və həmin qiymətin bazarda təşəkkül tapan qiymət kimi qəbul edilməsi tam absurd bir yanaşma olmuşdur. Bu zaman, hüquq normasının 30 gün müddəası tamamilə kənarda saxlanılmaqla, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi yarımçıq şəkildə tətbiq edilmişdir. Halbuki, bu maddənin tələbinə əsasən İddiaçı MMC-nin tətbiq etdiyi qiymət satışdan sonra 30 gün müddətində bazarda digər şəxsin eyni xüsusiyyətli və ya eynicinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətdən 30 faizdən çox fərqlənməli idi. Bu zaman müqayisə Vergi Məcəlləsinin 14.9-cu maddəsinə müvafiq olaraq digər şəxsin satış məlumatına (müqavilə, qaimə fakturaya), birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrinə, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarına (tender, hərrac məlumatlarına), vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləriməlumatlara əsasən aparılmalı idi. - Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, bu zaman Vergi Məcəlləsinin 14.6.1ci maddəsində göstərilən və malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən digər amillər, o cümlədən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması, marketinq siyasəti kimi amillər də nəzərə alınmalı idi. Lakin, vergi yoxlaması ilə bu amillərin heç biri nəzərə alınmadan, Nazirlər Kabinetinın yuxarıda göstərilən qərarında qeyd olunan qiymətlər bütün hesabat dövrləri və respublikanın bütün ərazisi üçün eyni (şablon) olaraq tətbiq edilmişdir. - Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, yalnız qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Tibbi xidmətlərin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən qiymətlər olmadığından, bu halda Nazırlər Kabinetinın 10.01.20-ci il tarixli, 5 N-li qərarı ilə təsdiq edilmiş qiymətlərin vergitutma məqsədləri üçün əsas götürülməsi Vergi Məcəlləsinin tələblərinə zidd olmuşdur. - Nazirlər Kabinetinın xx.xx.2020-ci il tarixli, 5 N-li qərarı ilə təsdiq edilmiş qiymətlərin dəyişməz (sabit) qiymət kimi qəbul edilməsi də əsassız olmuşdur. Belə ki, Nazırlər Kabinetinın “Xidmətlər Zərfi” təsdiq edildikdən sonrakı tarixdə, yəni Nazırlər Kabinetinın 2021-ci il 23 dekabr tarixli 402 N-li qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalarla icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclər və onların normaları müəyyən edilmişdir. Qaydaların “Qeyd” hissəsinə əsasən, bu Qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu Qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür. Göründüyü kimi, qanunvericilik formalaşan xərcdən asılı olaraq, aşağı məbləğdə tarifin götürülməsini mümkün hesab etmişdir.

2. Vergi yoxlaması zamanı Nazirlər Kabinetinın təsdiq etdiyi qiymətlərlə müqayisə edilməklə 30 faiz qiymət dəyişməsi də bir çox hallarda düzgün müəyyən edilməmişdir. - Belə ki, İddiaçı MMC-nin tətbiq etdiyi qiymət müvafiq tibbi xidmət üzrə Nazırlər Kabinetinın qərarında göstərilən qiymətdən 30 faizdən çox fərqlənmədiyi halda, Nazırlər Kabinetinın qərarında göstərilən qiymət əsas götürülməklə gəlir müəyyən edilmişdir. Bu hala 2020-ci ildə qadın cinsiyyət orqanında aparılan əməliyyatın, mikrobioloji laborator müayinənin, süd vəzinin UZİ müayinəsinin, 2021-ci ildə qadın cinsiyyət orqanında aparılan əməliyyatın, mikrobioloji laborator müayinənin, digər laborator müayinənin, sitaloji (endeskopiya) müayinənin, funqsional diaqnostika kabinetinin dopler təhlili müayinəsinin, 2022-ci ildə həzm sistemi üzrə əməliyyatın, qadın cinsiyyət orqanında aparılan əməliyyatın, hematoloji laborator müayinənin, sitaloji laborator müayinənin, mikrobioloji laborator müayinənin, digər laborator müayinənin, 2023-cü ildə hematoloji laborator müayinənin, digər laborator müayinənin qiymətinin müəyyən edilməsizamanı yol verilmişdir (Cədvələlavə olunur).

3. Bir çox hallarda vergi yoxlaması aktının rəqəmləri ilə ekspert rəyinin rəqəmləri arasında ziddiyyət olmuşdur. - Belə ki, 2021-ci il üzrə “Digər üzvlərin ultrasəs müayinəsi” üzrə xidmətin sayı ekspert rəyində 37 göstərildiyi halda, yoxlama aktında 87 göstərilmişdir. 2021-ci il üzrə Ultrasəs UZİ müayinəsi üzrə cəmi məbləğ 12.168 olduğu halda, aktda bu rəqəm 12.388 göstərilmişdir. 2022-ci il üzrə keçirilmiş əməliyyatların yekun məbləği ekspert rəyindəki rəqəmlər əsas götürülməklə 925.568 manat olduğu halda, yoxlama aktında 761.668 manat göstərilmişdir.

4. Yoxlama aktında hesablamaların aparılmasında səhvə yol verilmişdir. - Belə ki, 2021-ci il üzrə Funqsional diaqnostika kabinetinin Exokardioqrafiya müayinə üzrə MMC-nin faktiki təqdim etmə qiyməti (bu qiymət ekspert rəyindəki qiymətdən yüksək olduğu üçün) əsas götürülməli olduğu halda, ekspert rəyindəki qiymət əsas götürülmüşdür. 2022-ci il üzrə Endoskopiya müayinələri üzrə yekun məbləğ 19.905 manat olduğu halda, aktda 18.235 manat göstərilmişdir. 2022-ci il üzrə Kompüter tomoqrafiyası üzrə müayinələr üzrə yekun məbləğ 49.400 manat olduğu halda, aktda 59.490 manat göstərilmişdir. 2022ci il üzrə Ultrasəs (UZİ) müayinələri üzrə yekun məbləğ 36.261 manat olduğu halda, aktda 27.001 manat göstərilmişdir. 2022-ci il üzrə funqsional diaqnostika kabinetinin fəaliyyəti üzrə müayinələrin yekun məbləğ 4.730 manat olduğu halda, aktda 4.660 manat göstərilmişdir.

5. Nazirlər Kabinetinın xx.xx.2001-ci il tarixli, 55 N-li qərarına istinad etməklə əsassız olaraq, şərti rentabellik normasının tətbiq edilməsi. - Yoxlama aktında vergi ödəyicisi tərəfindən illər üzrə material hesabatları, hər bir tibbi xidmət üzrə tibbi sərfiyyat üzrə silgilər və digər xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən yoxlama zamanı vergi ödəyicisinin xərclərinin müəyyən edilməsinin mümkün olmadığı, gəlirin birbaşa müəyyən edilməsinin mümkün olmaması səbəbindən, vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin Azərbaycan Respublikası Nazirlər Kabinetinın xx.xx.2001-ci il tarixli, 55 N-li qərarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi götürülərək vergi ödəyicisinin gəlirinin (mənfəətinin) müəyyən edildiyi göstərilmişdir. Bildiririk ki, yoxlamaya MMC tərəfindən bütün xərc sənədləri (e-qaimə faktura), bank sənədləri, NKA-nın X və Z hesabatları və digər zəruri xərc sənədləri təqdim olunmuşdur. Eyni zamanda vergi orqanının elektron məlumat bazasında e-qaimə fakturalar əksini tapmışdır. Səyyar vergi yoxlaması aktında tibbi sərfiyyat silgisi ilə bağlı sənədlərin təqdim edilməməsi haqqında qeydə tərəfimizdən 05 və 20 noyabr 2024-cü il tarixli etiraz məktubları ilə (tibbi sərfiyyat silgisi ilə bağlı sənədlər əlavə olunmaqla) vergi orqanına müraciət olunmuş və vergi yoxlaması materiallarına baxılmasında nəzərə alınması xahiş edilmişdir. Lakin, iş üzrə xx.xx.2024-cü il tarixli məsuliyyət qərarı çıxarılarkən, həmin sənədlər nəzərə alınmamış və yoxlama aktındakı hesablamalar təsdiq edilmişdir

6. Ekspertizanın (icarə haqqı üzrə) keçirilməsi üçün hüquqi əsasın olmaması. - Yoxlama aktında (7-ci səhifə) vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin qiymətləri və icarə məbləği ilə bazar qiymətləri arasında uyğunsuzluğun olması ilə bağlı şübhələr yarandığından, ekspertin dəvət edildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması əsaslarının siyahısında vergi orqanının şübhələrinin olması nəzərdə tutulmamışdır.

7. Heç bir rəsmi icarə müqaviləsinə istinad olunmadan, yalnız saytdakı elan məlumatlarına istinad olunmaqla icarə haqqının bazar qiyməti müəyyən edilmişdir. - Halbuki, həmin elanların hansı tarixə aid olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin elan göstərilən obyektlərin sahəsinin ölçüsü, təyinatı (saytda 1 halda restoran, digər halda ofisin icarəsi təklif edilmişdir), yerləşdiyi ərazi MMC-nin icarəyə götürdüyü obyektin sahəsinin ölçüsündən, təyinatından və yerləşdiyi ərazidən kəskin fərqlənmişdir. Qeyd edilmişdir ki, bu amillər icarənin qiymətinə mühüm təsir edən faktorlardır. Digər tərəfdən obyektlərin saytda təklif edilən qiymətə icarəyə verilməsini təsdiq edən hər hansı məlumata (rəsmi icarə müqaviləsinə) istinad olunmamışdır. MMC-nin icarəyə götürdüyü ərazidə mövcud olan və ekspert rəyində göstərilən qiymətə analoji ödəyicinin obyektin icarəyə verilməsi barədə də heç bir rəsmi sənədə (müqaviləyə) istinad olunmamışdır. Mülki Məcəllənin 390-cı maddəsində müqavilə azadlığı nəzərdə tutulmuşdur ki, həmin prinsipə uyğun olaraq, müqavilə şərtlərini tərəflər müstəqil müəyyən edir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Hazırkı halda da, müqavilədə göstərilən qiymətlə bağlı hər hansı əks hal sübuta yetirilməmişdir.

8. Səyyar vergi yoxlamasının vaxtında başa çatdırılmaması. - 01 oktyabr 2023-cü il tarixdə vergi yoxlamasına başlanılmış, 07 oktyabr 2024-cü il tarixdə, yəni 1 ildən sonra yoxlama başa çatdırılmışdır. Yoxlamanın müddəti 3 dəfə ümumilikdə 60 gün müddətinə uzadılmış, 10 dəfə 116 gün müddətinə dayandırılmış, Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarla əlavə 60 gün yoxlama keçirilmişdir. Müddət artırma qərarlarında yoxlamanın müddətinin artırılması əsası kimi, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlıəməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim ilə bağlısənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması göstərilmişdir. - Göründüyü kimi yoxlama müddətinin uzadılmasında heç bir konkret əsasa istinad olunmamış, müddət uzatma barədə hər 3 qərarda eyni sözlər əsas kimi təkrarlanmışdır. Halbuki,“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibatiakt qəbuledilərkən istinad olunan qanunlar və digər normativ hüquqiaktlar göstərilməlidir. - Bundan sonra isə, ekspertizanın təyin edilməsi səbəbindən, yoxlama 10 dəfə dayandırılmışdır. Halbuki, sonuncu dəfə xx.xx.2024-cü il tarixli qərarla yoxlamanın müddəti 10 gün uzadıldığı və bu müddət 19 fevral 2024-cü il tarixdə bitdiyi halda, bu tarixdən sonra 10 dəfə əsassız olaraq müddəti bitmiş yoxlamanın dayandırılması barədə qərarlar qəbul edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli qərarla yoxlamanın dayandırılma müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi halda, bundan 51 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmışdır. Halbuki, 2024-cü ilin may ayında tərtib edilmiş yoxlama aktının Vergi Məcəlləsinin 39.4-cü maddəsinə uyğun olaraq bizə təqdim edilməsi təmin edilməmiş, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə müvafiq olaraq akta dair tərəfimizdən yazılı izahat və etirazların verilməsinə şərait yaradılmamışdır. Səyyar vergi yoxlamasının müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən, bu tarixdən sonra çıxarılmış dayandırma qərarları, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar və həmin qərar əsasında aparılmış yoxlama və yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********177177 nömrəli səyyar vergi yoxlaması aktı da əsassız və qanunsuz olmuşdur.

9. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövrün bir hissəsinin bundan əvvəl vergi orqanı tərəfindən xronometraj metodu ilə aparılan müşahidə ilə əhatə olunması. - Vergi orqanı tərəfindən, 12-16 iyul 2021-ci il və 05-10 sentyabr 2022-ci il tarixləri üzrə xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla rəsmiləşdirilmişdir (aktlar əlavə olunur). Vergi Məcəlləsinin 50-1.4-cü və 50-1.5-ci maddələrinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Xronometraj metodu ilə aparılmış hər iki müşahidə zamanı, İddiaçı MMC-nin tətbiq etdiyi qiymətlər üzrə heç bir kənarlaşma aşkar edilməmiş və MMC-nin uçot qiymətləri əsas götürülməklə dövriyyə müəyyən edilmişdir. Eyni zamanda MMC tərəfindən xronometraj metodu ilə aparılmış müşahidə ilə müəyyən edilmiş dövriyyəyə müvafiq olaraq, xronometrajdan sonrakı dövrlər üçün vergi orqanına bəyannamələr təqdim edilmişdir. Lakin, 1 il sonra vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması ilə əvvəlki xronometraj metodu ilə aparılmış müşahidə ilə müəyyən edilmiş nə dövriyyə, nə də qiymətlər nəzərə alınmamış, tamamilə fərqli qiymətlərlə əlavə dövriyyələr müəyyən edilmişdir. Nəticədə isə vergi orqanının bir-birinə zidd 2 nəzarət tədbiri aktı mövcud olmuşdur.

10. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda MMC-nin gətirmiş olduğu dəlillərə müvafiq münasibət bildirilməməsi. - Qeyd olunduğu kimi, MMC səyyar vergi yoxlaması aktına etiraz olaraq, 03, 05 və 20 noyabr 2024-cü il tarixli məktublarla vergi orqanına müraciət etmişdir. Müraciətlərdə hazırkı iddia ərizəsində göstərilən dəlillər qeyd olunmaqla, tibbi sərfiyyat silgisi ilə bağlı sənədlər də müraciətə əlavə olunmuşdur. Lakin, vergi orqanı vergi yoxlaması materiallarına baxılmasının nəticəsi üzrə çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189165 nömrəli qərarda MMC-nin dəllillərinin mahiyyəti, həmin dəlillər üzrə aparılmış araşdırmalar və dəlillərin nəzərə alınmaması səbəbləri barədə heç bir məlumat verilməmiş, yalnız ümumi şəkildə həmin halların öz təsdiqini tapmadığı, nəticədə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərin məqbul hesab olunmadığı göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

11. Vergi ödəyicisinə əlavə vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq olunması qanunsuz olmaqla yanaşı, tətbiq olunan maliyyə sanksiyasının məbləği də vergi orqanı tərəfindən düzgün hesablanmamışdır. - Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə 337.707,37 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinad olunaraq, həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi ödəyicisinə əlavə olaraq 337.707,37 manat məbləğdə vergi hesablanmışdırsa, həmin məbləğin 50 faizi 168.853,37 manat təşkil edir. Lakin vergi orqanının qərarında vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyasının məbləği 179.002,91 manat, yəni, qanunla müəyyən edilən məbləğdən 10.149,225 manat artıq göstərilmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC (VÖEN: **********) iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli **********189165 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçının iddia ərizəsində irəli sürülən tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: - Belə ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********176709 nömrəli qərarına əsasən "xxxx" MMC-də 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatdırılaraq xx.xx.2024-cü il tarixli **********177177 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi səyyar vergi yoxlaması aktının bir nüsxəsini götürmüş, lakin aktı imzalamaqdan imtina etdiyindən səyyar vergi yoxlaması aktının surəti xx.xx.2024-cü il tarixli **********960000 nömrəli müşayiətedici məktubla vergi ödəyicisinə göndərilmiş, xx.xx.2024-cü il tarixli **********115800 nömrəli məktubla isə Vergi Məcəlləsinin 39.5 və 39.6-cı maddələrində nəzərdə tutulmuş hüquqları izah edilməklə səyyar vergi yoxlaması nəticələrinə baxılmasında iştirak etməsi üçün xx.xx.2024-cü il saat 11:00-da vergi orqanına dəvət edilmişdir. xx.xx.2024-cü il saat 11:00-da vergi ödəyicisinin nümayəndəsi X6 iştirakı ilə səyyar vergi yoxlaması materiallarına baxılaraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli **********189165 nömrəli qərar qəbul edilmişdir. - Sözügedən qərarla vergi ödəyicisinə mənfəət vergisinin 47.563,34 manat azaldılmasına görə həmin məbləğdə əlavə mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i həcmində 23.781,67 manat maliyyə sanksiyası, əlavə dəyər vergisinin 237.523,77 manat azaldılmasına və 15.415,20 manat artıq hesablanmasına görə 237.523,77-15.415,20=222.108,57 manat məbləğdə əlavə dəyər vergisi (ƏDV), Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 237.523,77 manat ƏDV-nin 50%-i həcmində 118.761,89 manat maliyyə sanksiyası, ödəmə mənbəyində verginin 68.035,46 manat azaldılmasına görə həmin məbləğdə əlavə ÖMV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bu məbləğin 50%-i miqdarında 34.017,73 manat maliyyə sanksiyası, ƏDV məbləğinin ödənilməməsinə görə 2.441,62 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 337.707,37 manat vergi hesablanmış və 179.002,91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Sözügedən qərarla aparılmış hesablamaların mahiyyəti ilə bağlı bildirilmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş tibb xidmətləri barədə statistik hesabatlar (tibbi xidmətin adı, dəyəri və sair) cədvəl formasında yoxlamaya təqdim edilsə də həmin cədvəldə göstərilən xidmət haqlarının xidmət göstərilən şəxslər tərəfindən ödənilməsini təsdiq edən sənədlər (nəzarət-kassa aparatının çekləri, nağdsız ödəniş barədə pos-terminalın çekləri) tam şəkildə yoxlamaya təqdim edilməmişdir. - Həmçinin ölkə ərazisində müxtəlif özəl tibbi fəaliyyətlə məşğul olan tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin müxtəlif mənbələrdə (reklam və internet səhifələrində) qeyd edilən qiymətləri ilə "xxxx" MMC-nin yoxlamaya təqdim etdiyi qiymətlər arasında fərqlərin olduğu müşahidə edilmişdir. Bəzi hallarda isə vətəndaşlara göstərilmiş ödənişli tibbi xidmətlərin qiyməti “İcbari tibbi sığorta üzrə dövlət agentliyinin xidmətlər zərfi”ndə göstərilən qiymətlərdən daha aşağı göstərilmişdir. - Beləliklə də yoxlama zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin dəyərinin müəyyən edilməsinə zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin bir hissəsinin dəyəri tibbi göndərişlər əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilsə də, fərdi qaydada vətəndaşlar tərəfindən ödənilən (sığortadan kənar ödənişlər) xidmət haqlarının dəyərini təsdiq edən nəzarət-kassa aparatı çekləri, nağdsız ödəniş çekləri, elektron qaimə-fakturalar yoxlamaya tam təqdim edilməmişdir. - Nəticədə vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilən sənədlərdə tibbi xidmətlər üzrə qiymətlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində göstərilən qiymətlərdən fərqli olması və eyni zamanda ödənişli tibbi xidmətlər üzrə qiymətlər hər hansı rəsmi sənədlərlə (nəzarət-kassa aparatı çekləri, nağdsız ödəniş çekləri) rəsmiləşdirilmədiyi üçün göstərilmiş tibb xidmətlərinin dəyəri Vergi Məcəlləsinin 14.3.3, 14.3.6, 14.6.3-cü maddələrinin tələblərinə uyğun olaraq müəyyən edilmişdir. - Vergi Məcəlləsinin 45-ci maddəsini əsas tutaraq xx.xx.2024-cü il tarixli **********180889 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərar qəbul edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Tibbi əməliyyatların, tibbi analizlərin və digər tibbi xidmətlərin bazar qiymətinin müəyyən edilməsi. 2. Daşınmaz əmlakın aylıq icarə məbləğinin bazar qiymətinin müəyyən edilməsi. - Keçirilmiş ekspertiza üzrə yoxlamaya xx.xx.2024-cü il tarixli MB 17-0158 saylı ekspert rəyi təqdim edilmişdir. - Ekspert rəyində tibbi xidmətlərin dəyəri “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmuş qiymətlər tətbiq edilməklə müəyyən edilmişdir. - Beləliklə də vergi ödəyicisinin dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulmuş meyarlara cavab verən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən olunmadığı üçün Vergi Məcəlləsinin 67.1, 67.14, 83.9-cu maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında müəyyən edilən qaydada hesablanmışdır. 1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır (20%). - Rəqəmlərlə ifadə etsək 2020-ci il üzrə vergi ödəyicisinin ümumi gəliri 318.204,63 manat (tibbi xidmətlər üzrə 307.086,00 manat, tibbi avadanlıq satışından 10.169,49 manat, Covid-19 test analizindən 949,14 manat) olduğundan mənfəətinin 318.204,63:(100+20)*20=53.034,11 manat olduğu müəyyən edilmişdir. - Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. - Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 2018-ci il üzrə 13.726,79 manat, 2019-cu il üzrə isə 113.671,88 manat zərərinin olduğu müəyyən edimişdir. Odur ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinin tələbləri nəzərə alınaraq 2018-ci ilin 13.726,79 manat zərəri tam, 2019-cu ilin zərərinin isə 39.307,31 manat hissəsi 2020-ci ilin 53.034,11 manat mənfəəti ilə kompensasiya edilmişdir. - Nəticədə 2020-ci il üzrə mənfəət vergisi hesablanmamışdır. - 2021-ci il üzrə vergi ödəyicisinin ümumi gəliri 646.327,00 manat (tibbi xidmətlər üzrə 506.947,00 manat, dərman vasitələrinin təqdim edilməsindən 480,00 manat, Covid- 19 test analizindən 138.900,00 manat) olduğundan mənfəətinin 646.327,00:(100+20)*20=107.721,17 manat olduğu müəyyən edilmişdir. - Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən 2019-cu ilin qalıq (kompensasiya edilməmiş) 74.172,54 manat zərəri 2021-ci ilin 107.721,17 manat mənfəəti ilə tam kompensasiya edilmiş və qalıq 107.721,17-74.172,54=33.548,60 manat mənfəətdən 33.548,60*20%=6.709,72 manat mənfəət vergisi müəyyən edilmişdir. Beləliklə də vergi ödəyicisinin özünün 2021-ci il üçün bəyan etdiyi 5.130,22 manat mənfəət vergisi nəzərə alınaraq 6.709,72-5.130,22=1.579,50 manat əlavə mənfəət vergisi hesablanmışdır. - Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış mənfəət vergisinin 50%-i həcmində 1.579,50*50%=789,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - 2022-ci il üzrə vergi ödəyicisinin ümumi gəliri 1.655.515,50 manat (tibbi xidmətlər üzrə 1.468.715,50 manat, Covid-19 test analizindən 186.800,00 manat) olduğundan mənfəətinin 1.655.515,50:(100+20)*20=275.919,25 manat olduğu müəyyən edilmiş və həmin mənfəətdən 275.919,25*20%=55.183,85 manat mənfəət vergisi müəyyən edilmişdir. - Beləliklə də vergi ödəyicisinin özünün 2022-ci il üçün bəyan etdiyi 9.200,01 manat mənfəət vergisi nəzərə alınaraq 55.183,85-9.200,01=45.983,84 manat əlavə mənfəət vergisi hesablanmışdır. - Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış mənfəət vergisinin 50%-i həcmində 45.983,84*50%=22.991,92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Səyyar vergi yoxlaması zamanı əlavə dəyər vergisi üzrə hesablamaların mahiyyəti ilə bağlı bildirilmişdir ki, Vergi ödəyicisinin illər üzrə Forma 14, Forma 30 və Forma 30 əlavəsi üzrə Səhiyyə Nazirliyinə təqdim edilmiş statistik hesabatlarda göstərilmiş xidmət və müayinələrin miqdarına bazar qiymətləri (İcbari tibbi sığorta üzrə xidmətlər zərfində nəzərdə tutulmuş qiymətlər) tətbiq edilərək tibbi xidmətlər üzrə gəlirlərinin həcmi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən Səhiyyə Nazirliyinə təqdim edilmiş statistik hesabatlar qarşılıqlı əlaqələr barədə məlumat mübadiləsinə əsasən yoxlamaya təqdim edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən yoxlamaya təqdim edilmiş statistik hesabat formaları vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş statistik hesabat formaları ilə üzləşdirilmiş və uyğunluğu təsdiq olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin dövriyyəsini müəyyənləşdirərkən həmin statistik hesabatlardan istifadə olunmuşdur. - Nəticədə vergi ödəyicisi tərəfindən ƏDV-nin 2020-ci ildə 6.927,76 manat azaldılması, 2021-ci ildə 47.192,76 manat azaldılması və 9.864,0 manat artıq hesablanması, 2022-ci ildə 105.562,09 manat azaldılması və 5.551,20 manat artıq hesablanması, 2023-cü ilin 8 ayı ərzində 77.841,16 manat azaldılması müəyyən edilərək artıq hesablanmış 15.415,20 manat nəzər alınmaqla 237.523,77-15.415,20=222.108,57 manat məbləğdə əlavə dəyər vergisi hesablanmış və azaldılmış 237.523,77 manat məbləğin 50%-i həcmində 118.761,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - Səyyar vergi yoxlaması zamanı ödəmə mənbəyində tutulan vergi üzrə hesablamaların mahiyyəti ilə bağlı bildirilmişdir ki, səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi icarə müqaviləsi əsasında X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2302,2 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə götürərək xəstəxana binası kimi istifadə edir. Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. - Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği müqaviləyə əsasən 3000,0 manat göstərilmişdir ki, nəticədə 1 kv.metr sahə üçün aylıq icarə məbləği 1,30 manat (3000,0 / 2302,2) təşkil etmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən keçirilərək təqdim edilmiş xx.xx.2024-cü il tarixli MB 17-0158 saylı rəydə həmin daşınmaz əmlakın 1 kv.metr sahəsi üçün aylıq icarə haqqının məbləği 2020ci ildə 6,0 manat, 2021-ci ildə 7,0 manat, 2022-ci ildə 7,5 manat, 2023-cü ildə isə 8,0 manat müəyyən edilmişdir. - Beləliklə də vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin 2020-ci il üzrə 2302,2*6=13813,20 manat, 2021-ci il üzrə 2302,2*7=16115,4 manat, 2022-ci il üzrə 2302,2*7,5=17266,5 manat, 2023-cü il üzrə 2302,2*8=18417,6 manat olması müəyyən edilmişdir. - Nəticədə 2020-ci ilin 3-cü və 4-cü rübləri üzrə hər rüb üçün icarə haqqı məbləğinin 2302,2*6*3=41439,6 manat olmaqla 2020-ci il ilin 3-4-cü rübləri üzrə cəmi 41439,60*2=82879,20 manat, ödəmə mənbəyində tutulan verginin (ÖMV) isə 82879,20*14%=11603,09 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin həmin dövr üzrə bəyan etdiyi 2520 manat ÖMV bəyan etdiyi nəzərə alınaraq 11603,09- 2520,0=9083,09 manat əlavə ÖMV məbləği hesablanmışdır. - 2021-ci il üzrə aylıq icarə haqqının 16115,40 manat olduğu nəzərə alınmaqla illik icarə haqqının 16115,40*12=193384,80 manat, ÖMV-nin isə 193384,80*14%=27073,87 manat olduğu müəyyən edilmişdir. - Nəticədə 2021-ci il üzrə vergi ödəyicisinin bəyan etdiyi 5040,0 manat ÖMV nəzərə alınmaqla 27073,87-5040=22033,87 manat əlavə ÖMV məbləği hesablanmışdır. - 2022-ci il üzrə aylıq icarə haqqının 17266,5 manat olduğu nəzərə alınmaqla illik icarə haqqının 17266,5*12=207198,00 manat, ÖMV-nin isə 207198,00*14%=29007,72 manat olduğu müəyyən edilmişdir. - Nəticədə 2022-ci il üzrə vergi ödəyicisinin bəyan etdiyi 5040,0 manat ÖMV nəzərə alınmaqla 29007,72-5040=23967,72 manat əlavə ÖMV məbləği hesablanmışdır. - 2023-cü il üzrə isə aylıq icarə haqqı məbləğinin 18417,6 manat olduğu nəzərə alınaraq həmin ilin yoxlanılan 1-ci və 2-ci rübləri üzrə isə ümumilikdə icarə haqqı məbləğinin 18417,6*6=110505,60 manat, həmin məbləğdən hesablanan ÖMV-nin isə 110505,60*14%=15470,78 manat olduğu müəyyən edilmişdir. - Nəticədə 2023-cü ilin 1-2-ci rübləri üzrə vergi ödəyicisinin bəyan etdiyi 2520,0 manat ÖMV nəzərə alınmaqla 2023-cü ilin 1-2-ci rübləri üzrə 15470,78-2520=12950,78 manat əlavə ÖMV məbləği hesablanmışdır. - Beləliklə də səyyar vergi yoxlaması zamanı ödəmə mənbəyində verginin 68035,46 manat azaldılmasına görə həmin məbləğdə əlavə ÖMV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bu məbləğin 50%-i miqdarında 34017,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Bundan başqa, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" MMC-dən EBBA seriyalı 266047 nömrəli qaimə üzrə malın dəyəri olan 3958,02 manat xx.xx.2021-ci il tarixdə, 712,44 manat əlavə dəyər vergisi isə xx.xx.2021- ci il tarixdə, "xxxx" MMC-dən alınmış EBBD seriyalı 714817 nömrəli qaimə üzrə malın dəyəri olan 2864,0 manat xx.xx.2021-ci il tarixdə, 515,52 manat əlavə dəyər vergisi isə xx.xx.2021-ci il tarixdə ödənilmişdir. - Həmçinin 2023-cü ildə "xxxx" MMC-dən alınmış EBCM seriyalı 591209 nömrəli qaimə üzrə malın dəyəri olan 3168,0 manat xx.xx.2023-cü il tarixdə, 570,24 manat əlavə dəyər vergisi isə xx.xx.2023-cü il tarixdə, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən alınmış EBDF seriyalı 383148 nömrəli qaimə üzrə malın dəyəri olan 17139,11 manat xx.xx.2023-cü il tarixdə, 3085,04 manat əlavə dəyər vergisi isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. - Odur ki, əlavə dəyər vergisinin malın dəyərinin ödənilməsindən sonra 1 iş günündən gec ödənilməsinə görə 2021-ci ildə gec ödənilmiş 1227,96 manat ƏDV məbləğinin 50%-i həcmində 613,98 manat, 2023-cü ildə isə gec ödənilmiş 3655,28 manat ƏDV məbləğinin 50%-i həcmində 1827,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Belə ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - İddiaçı iddia ərizəsini 11 bənd üzrə formal olaraq əsaslandırmağa çalışmışdır. - İddia ərizəsinin əsasları üzrə 1-ci bənddə göstərilənlərə münasibətdə bildirilir ki, iddiaçının həmin bənddə göstərdiklərinin əsassız və vergi qanunvericiliyiniə zidd olduğu aşağıdakı qanunvericilik normaları ilə öz təsdiqini tapır: - Vergi Məcəlləsi: 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). (2023-cü ilə münasibətdə) 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.3. Ekspert rəyinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: 16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); 16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; 16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; 16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti; 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. - Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.14. bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.12. tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər; - Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə mühasibat uçotu ilə bağlı bütün sənədlərin yoxlamaya təqdim edilməsi barədə tələbnamə təqdim edilmişdir. Həmin tələbnamədə göstərilmiş tibbi xidmətlərin qiymətlərini təsdiq edən rəsmi sənədlər də tələb edilmişdir. - Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş tibb xidmətləri barədə statistik hesabatlar (tibbi xidmətin adı, dəyəri və sair) cədvəl formasında yoxlamaya təqdim edilsə də həmin cədvəldə göstərilən xidmət haqlarının xidmət göstərilən şəxslər tərəfindən ödənilməsini təsdiq edən səndlər (nəzarət-kassa aparatının çekləri, nağdsız ödəniş barədə pos-terminalın çekləri) tam şəkildə yoxlamaya təqdim edilməmişdir. - Həmçinin ölkə ərazisində müxtəlif özəl tibbi fəaliyyətlə məşğul olan tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin müxtəlif mənbələrdə (reklam və internet səhifələrində) qeyd edilən qiymətləti ilə "xxxx" MMC-nin yoxlamaya təqdim etdiyi qiymətlər arasında fərqlərin olduğu müşahidə edilmişdir. Bəzi hallarda isə vətəndaşlara göstərilmiş ödənişli tibbi xidmətlərin qiyməti “İcbari tibbi sığorta üzrə dövlət agentliyinin xidmətlər zərfi”ndə göstərilən qiymətlərdən daha aşağı göstərilmişdir. - Beləliklə də yoxlama zamanı vergi ödəyicisi tərəfindəb göstərilmiş tibbi xidmətlərin dəyərinin müəyyən edilməsinə zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin bir hissəsinin dəyəri tibbi göndərişlər əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilsə də, fərdi qaydada vətəndaşlar tərəfindən ödənilən (sığortadan kənar ödənişlər) xidmət haqlarının dəyərini təsdiq edən nəzarət-kassa aparatı çekləri, nağdsız ödəniş çekləri, elektron qaimə-fakturalar yoxlamaya tam təqdim edilməmişdir. - Nəticədə vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilən sənədlərdə tibbi xidmətlər üzrə qiymətlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində göstərilən qiymətlərdən fərqli olması və eyni zamanda ödənişli tibbi xidmətlər üzrə qiymətlər hər hansı rəsmi sənədlərlə (nəzarət-kassa aparatı çekləri, nağdsız ödəniş çekləri) rəsmiləşdirilmədiyi üçün göstərilmiş tibb xidmətlərinin dəyəri Vergi Məcəlləsinin 14.3.3, 14.3.6, 14.6.3-cü maddələrinin tələblərinə uyğun olaraq müəyyən edilmişdir. - Göründüyü kimi, iddiaçı tərəfindən gəlirlərinin uçotu qanunvericilikdə nəzərdə tutulan qaydada aparılmadığı üçün gəlirlərin həcminin müəyyən edilməsi üçün iddiaçının özü tərəfindən təqdim edilmiş tibbi xidmətlərin fiziki həcmi Vergi Məcəlləsinin 67.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq əsas götürülmüşdür. Göstərilmiş tibbi xidmətlərin fiziki həcminə uyğun olaraq “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmuş qiymətlər tətbiq edilməklə göstərilmiş xidmətlərin ümumi dəyəri müəyyən edilmişdir. - Yəni iddiaçının bazar qiymətinin tətbiq edilməsi üçün əsasın olmaması haqqında göstərdikləri işin faktiki halları və qanunvericiliyin tələbləri ilə təkzib olunur. - İddiaçı cavabdeh inzibati orqan tərəfindən bazar qiymətinin tətbiq edilməsi hüququnun olub-olmamasını formal olaraq o zaman mübahisələndirə bilərdi ki, gəlirlərinin uçotunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparmış olsun. - “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmuş qiymətlər rəsmi mənbədən əldə edilmiş qiymətlər olduğundan, vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin dəyəri məhz bu qiymətlərə uyğun olaraq icbari tibbi sığorta ilə ödənildiyindən, hətta bu qiymətlərlə Azərbaycanda göstərilən tibbi xidmətlərin ən yüksək həddi müəyyən edilmiş olsa belə vergi orqanının bu qiymətləri əsas götürməklə vergiləri hesablamaq hüququ Vergi Məcəlləsinin 67.6-cı maddəsində təsbit olunmuşdur. - İddia ərizəsinin əsasları üzrə 2-ci bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, iddiaçının iddia ərizəsinin 1-ci bənd üzrə əsaslarının qanunsuz olmasına dair yuxarıda göstərilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları 2-ci bənd üzrə göstərdiklərinin də əsassız olmasını sübut edir. - İddia ərizəsinin əsasları üzrə 3-cü bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, Yoxlama zamanı 2021-ci ildə "Digər üzvlərin ultrasəs müayinəsi" tibbi xidməti üzrə göstərilən xidmətin miqdari vergi ödəyicisi tərəfindən verilmiş sənədlərə əsasən 37 sayda müəyyən edilmiş və həmin say da rəydə öz əksini tapmışdır. Həmçinin həmin tibbi xidmətlərin (digər üzvlərin ultrasəs müayinəsi) dəyərinin müəyyən edilməsi zamanı aparılmış hesablamalar da 37 sayda xidmətə uyğun olaraq müəyyən edilmişdir (hesablama cədvəli əlavə edilir). Hesablama cədvəlindən də göründüyü kimi 2021-ci ildə UZİ müayinələrindən ümumi illik gəlir 12388,0 manat müəyyən edilmişdir və həmin məbləğin tərkibində digər üzvlərin ultrasəs müayinəsi xidmətlərinin dəyəri 37 sayda xidmətə uyğun olaraq 37*12,0=444,0 manat hesablanmışdır. Səyyar vergi yoxlaması aktının tərtibi edilməsi zamanı mexaniki səhvə yol verilərək 37 rəqəmi yerinə 87 rəqəmi qeyd edilmişdir. Lakin, həmin tibb xidmətinin dəyəri 37 sayda xidmətə uyğun olaraq 444,0 manat müəyyən edildiyindən yol verilmiş mexaniki yanlışlıq vergi ödəyicisini gəlirlərinin hesablanmasına təsir etməmişdir. - İddia ərizəsinin əsasları üzrə 4-cü bənddə göstərilənlərə münasibətdə iddiaçının iddia ərizəsinin əsaslarına dair 1-ci bənd üzrə qeyd etdiklərinə münasibətdə göstərilənlərdən əlavə olaraq bildirilmişdir ki, 2021-ci ildə yoxlamaya təqdim edilmiş statistik cədvəldə exokardioqrafiya müayinə qiyməti 11,0 manat qeyd edilmişdir. Lakin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əsasən həmin müayinənin qiyməti 16,0 manat olmuşdur. Nəticədə vergi ödəyicisinin təqdim etdiyi qiymət bazar qiymətindən 45% aşağı olmuş və yoxlama zamanı həmin müayinənin qiyməti olaraq 16,0 manat əsas götürülmüşdür. - 2022-ci ildə Endoskopiya müayinələri üzrə səyyar vergi yoxlaması aktında qeyd edildiyi kimi ümumilikdə 18235,0 manat gəlir müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə iddiaçının iddia ərizəsində qeyd edilmiş 19905,0 manat məbləğ müəyyən edilməmişdir. 2022-ci ildə Komputer tomoqrafiyası (KT) müayinələri üzrə ümumilikdə səyyar vergi yoxlaması aktında qeyd edildiyi kimi 59490,0 manat gəlir müəyyən edilmişdir (2022-ci il üzrə hesablama cədvəlləri əlavə edilir). İddiaçının iddia ərizəsində qeyd etdiyi 49400,0 manat məbləğ yanlışdır. 2022-ci ildə Ultrsəs(UZİ) müayinələri üzrə səyyar vergi yoxlaması aktında qeyd edildiyi kimi ümumilikdə 27001,0 manat gəlir müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi 49400,0 manat məbləğ yanlışdır. - 2022-ci ildə "Funksional diaqnostika kabinetinin fəaliyyəti" müayinələri üzrə səyyar vergi yoxlaması aktında qeyd edildiyi kimi ümumilikdə 4660,0 manatgəlir müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi 4730,0 manat məbləğ yanlışdır. - İddia ərizəsinin əsasları üzrə 5-ci bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, Vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********176710 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə təqdim edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlamaya material hesabatları təqdim edilməmişdir. Bununla bağlı Vergi Məcəlləsinin 43.10-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” akt tərtib edilmiş və həmin aktda təqdim edilməyən sənədlər o cümlədən material hesabatı qeyd edilmişdir. Tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində imzalanmaqla təsdiq edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən material hesabatlarının tərtib edilməməsi və bu səbəbdən də yoxlamaya təqdim edilməsinin mümkün olmaması barədə xx.xx.2024-cü il tarixdə müvafiq izahat verilmişdir. Nəticədə xərcləri təsdiq edən sənədlər tam şəkildə yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisinin xərclərinin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə də, Vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə cavab verən analoji vergi ödəyicisi olmadığından Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddəsinə əsasən vergiyə cəlb edilən mənfəətin müəyyən edilməsi üçün Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilmişdir. - İddia ərizəsinin əsasları üzrə 6-ci bənddə göstərilənlərin əsassız, qanunvericiliyin tələblərinə və işin faktiki hallarına zidd olması hazırkı etirazın iddiaçının iddia ərizəsinin əsaslarına dair 1-ci bəndinə münasibətdə ətraflı göstərilmişdir. - İddia ərizəsinin əsasları üzrə 7-ci bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, iddiaçı icarə haqqının ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətinin tətbiq edilməsinin əsassız olmasını Mülki Məcəllənin 390-cı maddəsinədə nəzərdə tutulan müqavilə azadlığı ilə əsaslandırmağa çalışmışdır. - Bununla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. - İddia ərizəsinin əsasları üzrə 8-ci bənddə göstərilənlərə münasibətdə bildirilmişdir ki, KY231989620 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan da göründüyü kimi səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatdırılmışdır. Odur ki, səyyar vergi yoxlamasının xx.xx.2023-cü ildə başlaması və 1 ildən artıq davam etməsi barədə iddiaçının iddiası həqiqətə uyğun deyil və iddiaçının uydurduğu mülahizədir. - Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müddətlərlə bağlı iddiaçının mülahizələrinə münasibətdə bildirilmişdir ki, səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2023-cü il tarixədək 30 iş günü davam etmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 60 iş günü (91 təqvim günü) müddətinə artırılmışdır. - Ekspertizanın keçirilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. - Səyyar vergi yoxlamasının müddətinin artırılması barədə xx.xx.2024-cü il tarixli **********180625 nömrəli qərardan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan göründüyü kimi səyyar vergi yoxlamasının müddəti xx.xx.2024-cü il tarixdən 10 iş günü müddətinə xx.xx.2024-cü il tarixədək artırılmışdır. Səyyar vergi yoxlamasının müddəti bitməmiş, xx.xx.2024-cü il tarixdə ekspetizanın keçirilməsi barədə qərar qəbul edilmiş və bu səbəbdən də xx.xx.2024-cü il tarixdən başlanmış 10 iş günü müddətinə uzadılmış yoxlama müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Yəni iddiaçının yoxlamanın keçirilməsi müddəti bitdikdən sonra səyyar vergi yoxlamasının dayandırılması barədə iddiası əsassızdır. Görünür iddiaçı 2024-cü ilin istehsalat təqvimindən xəbərsizdir və xx.xx.2024- cü il tarixinin növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeyri-iş günü olmasında məlumatı olmamışdır. - İddiaçının absurd, vergi qanunvericiliyindən xəbərsiz olmasını göstərən, müddətlərlə bağlı digər iddiası isə odur ki, iddia ərizəsində göstərmişdir ki, “Sonuncu dəfə xx.xx.2024- cü il tarixli qərarla yoxlamanın dayandırılma müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi halda, bundan 51 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmışdır. Halbuki, 2024-cü ilin may ayında tərtib edilmiş yoxlama aktının Vergi Məcəlləsinin 39.4-cü maddəsinə uyğun olaraq onlara təqdim edilməsi təmin edilməmiş, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə müvafiq olaraq akta dair onlar tərəfindən yazılı izahat və etirazların verilməsinə şərait yaradılmamışdır. - İddiaçının həqiqəti əks etdirməyən iddiasına münasibətdə bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli **********177177 nömrəli səyyar vergi yoxlaması aktı Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin icraçı direktoru X9 təqdim edilmiş və o, aktın bir nüsxəsini almasına dair akta imza atmışdır (həmin aktın surəti etiraza əlavə olunur). Həmçinin xx.xx.2024-cü il tarixli **********177177 nömrəli səyyar vergi yoxlaması aktı xx.xx.2024-cü il tarixli **********960000 nömrəli müşaiyətedici məktubla vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. - Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. - Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. - Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. - Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. - Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsinə təqdim edilmiş səyyar vergi yoxlaması aktına baxılması üzrə qərarın xx.xx.2024-cü il tarixdə qəbul edilməsi Vergi Məcəlləsinin 39.4-39.6-cı və 49.1-ci maddəsinin tələblərinə uyğundur. - İddia ərizəsinin əsasları üzrə 9-cu və 10-cu bəndində göstərilənlərə münasibətdə bildirilmişdir ki, hər hansı dövr üzrə xronometraj metodu ilə müşahidənin aparılması həmin dövrün səyyar qaydada yoxlanmasını və yoxlama nəticəsində fərqli nəticəyə gəlinməsini istisna etmir. - Belə ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən Vergi Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. - İddiaçı MMC-nin (VÖEN:**********) “Səyyar vergi yoxlaması barədə” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlərinə aidiyyəti üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılaraq cavab verilmiş, həmin müraciətdə göstərilən hallar öz təsdiqini tapmamış, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər əsaslı hesab edilməmiş və bu barədə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli **********189165 nömrəli qərarda qeyd edilmişdir. - İddia ərizəsinin əsasları üzrə 9-cu və 10-cu bəndində göstərilənlərə münasibətdə bildirilmişdir ki, yuxarıda göstərildiyi kimi vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə əlavə dəyər vergisinin azaldıldığı ümumi məbləğ 237.523,77 manat təşkil etsə də 2021-ci ilin noyabr ayında 9864 manat, 2022-ci ilin iyun ayında isə 5551.20 manat artıq hesablanması nəticəsində 15.415,20 manat artıq hesablanmasına görə 237.523,77- 9864- 5551,20=222.108,57 manat məbləğdə əlavə dəyər vergisi (ƏDV) hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 237.523,77 manat ƏDV-nin 50%-i həcmində 118.761,89 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi işin faktiki hallarına uyğun olmayan yanlış dəlillərlə formal olaraq əsaslandırıldığından, iddia ərizsi əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğundan iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2024-cü il tarixli “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********189165 nömrəli qərar; - xx.xx.2024-cü il tarixli **********177177 Səyyar vergi yoxlaması aktı; - xx.xx.2024-cü il tarixli ekspertizanın təyin edilməsi haqqında **********180889 nömrəli qərar; - İddiaçı MMC-də aparılan səyyar yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair rəy; - xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********176709 nömrəli qərar; - xx.xx.2024-cü il tarixli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********185263 nömrəli qərar; - xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında **********178343 nömrəli qərar; - xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında **********179842 nömrəli qərar; - xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında **********180625 nömrəli qərar, - Rəyin məzmunu-İddiaçı MMC-də (VÖEN: **********) aparılmış səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********653500 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyiciləri tərəfindən imzalanmasından imtina edilmiş səyyar vergi yoxlaması aktlarına rəy verilməsi Qaydaları”na uyğun olaraq Vergi auditi baş idarəsində və Hüquq baş idarəsində baxılaraq müvafiq rəy hazırlanmışdır. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********17670 nömrəli qərarına əsasən 09/2020- 08/2023 dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. - Yoxlama xx.xx.2023-cü il tarixdə başlanılmış, xx.xx.2024-cü il tarixdə başa çatdırılaraq, xx.xx.2024-cü il tarixli **********177177 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. - Yoxlanılan dövr ərzində vergi ödəyicisi tibb xidməti fəaliyyəti ilə məşğul olmuşdur. - Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin və icbari ödənişlərin 353 122,57 manat (mənfəət vergisi 47 563,34 manat, ƏDV 237 523,77 manat, ödəmə mənbəyində tutulan vergi 68 035,46 manat) azaldıldığı, 15 415,60 manat (ƏDV 15 415,2 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta 0,4 manat) artıq hesablandığı qeyd edilmişdir (Cəmi hesablama 516 709,88 manat (vergi 337 706,97 manat, maliyyə sanksiyası 179 002,91 manat)). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və vergi ödəyicisi tərəfindən təqdim edilmiş statistik hesabat formalarına, tibbi xidmətlərin və icarə haqqının bazar qiymətinə dair ekspert rəyinə və elektron qaimə-fakturalara əsasən müəyyən olunan gəlirlərə şərti rentabellik norması tətbiq edilməklə əlavə mənfəət vergisi, eyni sənədlərə (məlumatlara) əsasən müəyyən olunan əlavə dövriyyədən ƏDV, ÖMV hesablanmış, bir sıra əsassız əvəzləşmələr ləğv edilmiş və bir sıra ƏDV hesablanan əməliyyatların vaxtı dəqiqləşdirilmişdir. - Yoxlama materiallarında aşağıda qeyd olunanlar nəzərə alınmalıdır: - Yoxlama aktının ƏDV-nin hesablanması hissəsində ƏDV-nin əsasən yoxlanılan dövr üzrə müvafiq illərin son ayına və yoxlanılan dövrün son ayına hesablanması qanunvericiliklə əsaslandırılmamış, eləcə də kameral qaydada hesablamaların (11 ay üzrə 23017,86 manat) hazırkı yoxlama ilə təsdiqlənməsinə baxmayaraq, konkret sənədlərə istinad edilməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim X13) 19 may 2025-ci il tarixli 2-1(116)- 1815/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 dekabr 2024-cü il tarixli, **********189165 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********176709 nömrəli qərarına əsasən "xxxx" MMC-də 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2023cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatdırılaraq xx.xx.2024-cü il tarixli **********177177 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Sonda isə vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli **********189165 nömrəli qərar qəbul edilmişdir. - Məhkəmə qeyd etmişdir ki, vergi orqanı tərəfindən qəbul edilmiş 5 dekabr 2024-cü il tarixli qərarda vergi məqsədləri üçün bazar qiyməti əvəzinə Nazirlər Kabinetinin təsdiqlədiyi “Xidmətlər Zərfi”ndəki tariflərin tətbiq olunması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Vergi Məcəlləsinə əsasən, bazar qiyməti yalnız o hallarda tətbiq oluna bilər ki, vergi ödəyicisinin təqdim etdiyi qiymətlər bazarda formalaşmış analoji qiymətlərdən 30 faizdən çox fərqlənsin. Bu fərq sübuta yetirilmədən, yalnız dövlət tərəfindən müəyyən edilmiş tarif sənədinə istinadla qiymət fərqi müəyyən olunması və bu əsasda əlavə vergi hesablanması hüquqi cəhətdən əsassızdır. - Yuxarıda qeyd edilənləri ümumumiləşdirərək məhkəmə qeyd edir ki, vergi yoxlaması aktında ekspert rəyinə əsasən tibbi xidmətlər üzrə bazar qiymətinin müəyyən olunması və bu qiymətlər əsasında əlavə dövriyyənin hesablanması, ümumilikdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadla həyata keçirilsə də, yuxarıda da qeyd edildiyi kimi, həmin maddənin tətbiqi üçün ilkin və əsas hüquqi şərt vergi ödəyicisi tərəfindən təqdim olunan malların (işlərin, xidmətlərin) qiymətlərinin bazar qiymətindən azı 30 faiz və daha çox fərqlənməsidir və bu fərq rəsmi şəkildə hesabatla sübuta yetirilməlidir. Lakin yoxlama aktında belə bir fərqin konkret olaraq hansı xidmətlər üzrə və hansı statistik baza ilə əsaslandırıldığı açıq şəkildə göstərilməmiş, əksinə, qiymət fərqlərinin əsaslandırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”ndə göstərilən qiymətlərə istinad edilmişdir ki, bu da bazar qiyməti kimi qəbul edilə bilməz. Çünki həmin qiymətlər dövlət tərəfindən tənzimlənmiş və müəyyən subsidiyalarla formalaşmış rəsmi tariflərdir və bu tariflər tələb və təklif əsasında formalaşan real bazar qiymətləri ilə eyni müstəvidə qiymətləndirilə bilməz. Əgər vergi ödəyicisi tibbi xidmətlərin təqdimini e-qaimə fakturalar, hesab-fakturalar, tarif cədvəlləri və ya digər rəsmi kommersiya sənədləri ilə rəsmiləşdiribsə, bu halda xidmətin göstərildiyi qiymət artıq bazar münasibətlərində formalaşan real əməliyyatın nəticəsi hesab edilə bilər və bu qiymətlərə qarşı sonradan süni şəkildə bazar qiyməti tətbiq edilməsi Vergi Məcəlləsinin 14.1 və 14.3.3-cü maddələrinin mahiyyətinə ziddir. Eyni zamanda yoxlama aktında vergi ödəyicisinin təqdim etdiyi rəsmi sənədlər məsələn, tibbi xidmətlərin miqdarı və növü üzrə statistik hesabatlar ilə Səhiyyə Nazirliyinin təqdim etdiyi hesabatların üst-üstə düşdüyü də təsdiqlənmişdir ki, bu da göstərilən xidmətlərin reallığını və onların sənədlərlə rəsmiləşdirildiyini bir daha sübut edir. - O da nəzərə alınmalıdır ki, yoxlama aktında ekspertin bazar qiymətinin müəyyən edilməsi zamanı istinad etdiyi əsas sənəd Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”dir. Lakin bu sənədin əsas funksiyası bazar münasibətlərini tənzimləmək deyil, dövlət tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin həcmini və tariflərini müəyyən etməkdir. Başqa sözlə, bu zərfdə əks olunan qiymətlər bazar iqtisadiyyatının şərtləri daxilində sərbəst formalaşmış qiymətlər deyil, əksinə, sosial məqsəd daşıyan, əhali üçün tibbi xidmətlərin əlçatanlığını təmin etmək məqsədi ilə müəyyən edilmiş və dövlət tərəfindən tənzimlənən məbləğlərdir. Bu səbəbdən həmin qiymətlərə istinad edilərək bazar qiymətinin müəyyən olunması hüquqi baxımdan qeyri-dəqiq yanaşmadır və bu cür qiymətləndirmə Vergi Məcəlləsində göstərilən bazar qiyməti anlayışının (14.1-ci maddə) mahiyyətinə uyğun gəlmir. - Məhkəmə onu da qeyd etmişdir ki, yoxlama aktında icarəyə götürülmüş obyektə görə icarə haqqının bazar qiymətindən aşağı müəyyən edildiyi əsas götürülərək əlavə mənfəət vergisi hesablanmış və bu qiymətləndirmə üçün ekspertin müxtəlif elan saytlarındakı (kommersiya obyektlərinin icarəsi ilə bağlı) qiymətləri təhlil etdiyi göstərilmişdir. Lakin kommersiya obyektlərinin bazar icarə haqqının müəyyən olunması üçün sırf elanlar əsasında qiymətləndirmə aparmaq nə müstəqil ekspertiza prinsiplərinə, nə də iqtisadi əsaslandırılmış qiymətləndirmə metodologiyasına uyğun sayılır. Bazar qiyməti barədə düzgün nəticə çıxarmaq üçün obyektin yerləşdiyi konkret ərazi üzrə oxşar obyektlər üzrə bağlanmış real icarə müqavilələri, rəsmi qiymətləndirmə hesabatları və daşınmaz əmlak bazarı üzrə statistik rəylər əsas götürülməlidir. Saytlardakı elanlar yalnız satıcının və ya icarəyə verənin subyektiv istəklərini əks etdirir və real bağlanmış müqavilələrdəki qiymətlərlə uyğun gəlməyə bilər. Bu səbəbdən, yalnız elan saytlarına əsasən icarə haqqı bazar qiyməti kimi qəbul edilə bilməz və bu üsulla müəyyən edilmiş qiymət əsasında əlavə vergi hesablanması əsassızdır və obyektivlik prinsipinə ziddir. - Yuxarıda göstərilənlərdən aydın olur ki, yoxlama aktında vergi orqanı tərəfindən bazar qiymətinə keçid və əlavə vergi hesablanması həm Vergi Məcəlləsinin 14.1 və 14.3.3- cü maddələrinin tətbiq şərtlərinə uyğun deyil, həm də ekspert rəyinin hüquqi etibarlılığı şübhə altındadır. Eyni zamanda vergi ödəyicisi tərəfindən göstərilən tibbi xidmətlərin və icarə münasibətlərinin sənədlərlə rəsmiləşdirildiyi, təqdim olunan qiymətlərin reallığı ilə bağlı sübutların mövcud olduğu halda həmin rəqəmləri süni şəkildə bazar qiyməti ilə əvəz etmək həm hüquqa, həm də vergi hüququnda tətbiq edilən obyektivlik və qanunauyğunluq prinsiplərinə ziddir. - Beləliklə, məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır. - Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit olunmuş hüquqi mexanizmə əsasən vergi öhdəliyinin müəyyənləşdirilməsi zamanı vergi orqanı ilkin olaraq vergi ödəyicisinə aid əlaqəli məlumatlardan istifadə etməli, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicilərinin məlumatlarına istinad etməli, yalnız bu üsullarla vergi öhdəliyinin müəyyən edilməsi mümkün olmadıqda isə son çarə kimi şərti rentabellik normasına əsaslanmalıdır. Bu ardıcıllıq pozularsa və ya birbaşa şərti rentabellik tətbiq edilərsə, həmin tətbiqin hüquqi əsasları konkret və əsaslandırılmış şəkildə göstərilməlidir, çünki bu cür yanaşma yalnız real məlumatlar tamamilə əlçatmaz olduqda və digər hüquqi vasitələrlə dəqiq vergi məbləği müəyyən edilə bilmədikdə qanuna uyğun sayılır. Lakin bu ardıcıllığa riayət edilmədiyi, yəni əlaqəli və analoji məlumatların qiymətləndirilmədən, birbaşa ekspertiza təyin olunaraq bazar qiymətinə əsasən əlavə vergi hesablanması göstərir ki, vergi orqanı qanunvericiliyin tələb etdiyi tətbiq ardıcıllığını pozmuş və bu da Vergi Məcəlləsinin müddəalarına, xüsusilə 14 və 67-ci maddələrin mahiyyətinə zidd olmuşdur. - İş materiallarından görünür ki, cavabdeh orqan əvvəlki iki üsuldan istifadə etmədən birbaşa ekspertiza keçirmişdir. - Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən əks hal sübuta yetirilməmişdir. - Həmçinin Vergi Məcəlləsinin 67.17-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. - Məhkəmə bununla bağlı qeyd etmişdir ki, vergi orqanı hüquqi baxımdan birbaşa hər hansı bir əsasdan istifadə etməklə vergi öhdəliyini hesablaya bilər. Lakin burada diqqətə alınmalı əsas məsələ odur ki, sıra ardıcıllığının gözlənilməsi qanuni tələb olmasa belə, istənilən tətbiq olunan üsulun seçilməsi və istifadəsi hüquqi cəhətdən əsaslandırılmalıdır. Xüsusilə, vergi orqanı şərti rentabellik normasına istinad edirsə, bu üsulun tətbiqi üçün əlaqəli məlumatların və ya analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicilərinə dair məlumatların mövcud olmaması, yaxud vergi öhdəliyinin bu üsullarla dəqiq və obyektiv şəkildə müəyyən olunmasının mümkünsüzlüyü sübut edilməlidir. Başqa sözlə, ardıcıllığın qanunla məcburi olmaması vergi orqanına əsaslandırılmamış şəkildə istənilən üsulu seçmək səlahiyyəti vermir. Əksinə, bu hallarda xüsusilə şərti rentabellik kimi sonuncu hesablanan üsuldan istifadə olunursa, onun tətbiqinin zəruriliyi və alternativ üsulların niyə qeyri-mümkün olduğu dəqiq, rəsmi və hüquqi cəhətdən əsaslandırılmış sənədlərlə ortaya qoyulmalıdır. Bu baxımdan, iş üzrə sənədlərdən və təqdim edilən sübutlardan göründüyü kimi, vergi ödəyicisi barədə kifayət qədər əlaqəli və rəsmi məlumatlar mövcud olduğu halda, vergi orqanının birbaşa şərti rentabellik norması tətbiq etməsi və bu üsulun zəruriliyini ayrıca əsaslandırmaması, qanunvericiliyin məzmun və məqsədinə ziddir və vergi öhdəliyinin əsaslı, şəffaf və obyektiv hesablanması prinsipini pozur. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış ilə müəyyən olunur ki, "xxxx" MMC-də yoxlama olmuş, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2023 - xx.xx.2023, yoxlanılan dövr: xx.xx.2020 - xx.xx.2023, yoxlamanın predmeti və hüquqi əsasları: vergi qanunvericiliyinə əməl olunması, yoxlama obyekti: Bütün təsərrüfat obyektləri, yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması olmuşdur. Həmçinin həmin çıxarış ilə aşağıdakılar müəyyən olunur. xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (13 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (15 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (12 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (14 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi. - Yoxlamanın müddətinin artırılması: xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinədək (46 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması, xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (27 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması, - xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (18 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması, - 15 iyul 2024-cü il tarixdə «Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında» qərar çıxarılmışdır. Yoxlama müddəti: 15 iyul 2024cü il tarixdən 7 oktyabr 2024-cü il tarixinədək. - Nəzərə alınmalıdır ki, yoxlama müddəti müxtəlif vaxtlarda dayandırılmış və əlavə də “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarla uzadılmışdır. Lakin müddət uzatma qəralarında obyektiv əsaslar əks olunmamış, yalnız ümumi ifadələr təkrarlanmışdır. Halbuki Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun tələblərinə uyğun olaraq, inzibati aktların yazılı şəkildə əsaslandırılması və konkret sübutların göstərilməsi tələb olunur. Həmçinin MMC tərəfindən səyyar yoxlama aktına edilən etirazlara baxılmamış, təqdim olunmuş sübutların yoxlanılması və nəticələri barədə izahat verilməmişdir. - Odur ki, iş üzrə cavabdeh tərəfindən düzgün olmayan inzibati icraatın həyata keçirilməsi sübuta yetirildiyindən həmin icraat nəticəsində qəbul edilmiş inzibati akt hər bir halda qanunsuz əlverişsiz inzibati akt sayılacaqdır. Buna görə də vergi borcunu müəyyən edən yekun inzibati aktın özünün maddi hüquq normalarının pozulması ilə qəbul edilməsinə dair iddiaçının dəlillərinə əlavə hüquqi qiymət verilməsinə lüzum qalmır.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(116)-1815/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. - Məhkəmə işin faktiki halları ilə bağlı təqdim edilmiş sənədlərdən, xüsusilə də səyyar vergi yoxlaması aktından xəbərsiz formada və cavabdehin iddia ərizəsinə etirazda məhkəmənin diqqətinə çatdırmasına baxmayaraq birtərəfli və işin faktiki hallarına zidd mövqe ortaya qoymuşdur. - Belə ki, iddia ərizəsinə etirazda da qeyd etdiyimiz kimi səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə mühasibat uçotu ilə bağlı bütün sənədlərin yoxlamaya təqdim edilməsi barədə tələbnamə təqdim edilmişdir. Həmin tələbnamədə göstərilmiş tibbi xidmətlərlə əldə olunmuş vəsaitlərə dair rəsmi sənədlər də tələb edilmişdir. - Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş tibb xidmətləri barədə statistik hesabatlar (tibbi xidmətin adı, dəyəri və sair) cədvəl formasında yoxlamaya təqdim edilsə də həmin cədvəldə göstərilən xidmət haqlarının xidmət göstərilən şəxslər tərəfindən ödənilməsini təsdiq edən sənədlər (nəzarət-kassa aparatının çekləri, nağdsız ödəniş barədə pos-terminalın çekləri) tam şəkildə yoxlamaya təqdim edilməmişdir. - Yəni vergi ödəyicisi gəlirlərinin uçotunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparmamışdır. - Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. - Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş özəl tibbi xidmətlərin fiziki həcmi və dəyəri barədə məlumatlar cədvəl formasında yoxlamaya təqdim edilmişdir. Lakin, həmin cədvələ əsasən göstərilmiş tibbi xidmətlərin fiziki həcmini mötəbər sübutlarla dəqiqləşdirmək mümkün olsa da, vergi ödəyicisi tərəfindən həmin cədvəldə göstərilmiş hər bir tibbi xidmət növü üzrə vətəndaşlardan qəbul edilmiş xidmət haqqının dəyərini təsdiq edən və gəlirlərinin məhz həmin cədvəldə qeyd etdiyi həcmdə olmasını təsdiq edən sənədləri (kassa-mədaxil qəbzi və sair) vergi ödəyicisi tərəfindən tam şəkildə yoxlamaya təqdim edilməmişdir. - Belə ki, vergi ödəyicisi tərəfindən Səhiyyə Nazirliyinə təqdim edilmiş statistik hesabatlar qarşılıqlı əlaqələr barədə məlumat mübadiləsinə əsasən yoxlamaya təqdim edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən yoxlamaya təqdim edilmiş statistik hesabat formaları vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş statistik hesabat formaları ilə üzləşdirilmiş və uyğunluğu təsdiq olunmuşdur. Odur ki, səyyar vergi yoxlaması ilə yoxlanan dövrdə vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin fiziki həcmi, yəni hansı növ tibbi xitmətdən hansı sayda göstərilməsi dəqiq müəyyən edilmişdir. - Beləliklə də yoxlama zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin dəyərinin müəyyən edilməsinə zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin bir hissəsinin dəyəri tibbi göndərişlər əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilsə də, fərdi qaydada vətəndaşlar tərəfindən ödənilən (sığortadan kənar ödənişlər) xidmət haqlarının dəyərini təsdiq edən nəzarət-kassa aparatı çekləri, nağdsız ödəniş çekləri, elektron qaimə-fakturalar yoxlamaya tam təqdim edilməmişdir. - Göründüyü kimi, iddiaçı tərəfindən gəlirlərinin uçotu qanunvericilikdə nəzərdə tutulan qaydada aparılmadığı üçün gəlirlərin həcminin müəyyən edilməsi üçün iddiaçının özü tərəfindən təqdim edilmiş tibbi xidmətlərin fiziki həcmi Vergi Məcəlləsinin 67.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq əsas götürülmüşdür. Göstərilmiş tibbi xidmətlərin fiziki həcminə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmuş qiymətlər tətbiq edilməklə göstərilmiş xidmətlərin ümumi dəyəri müəyyən edilmişdir. - Yəni faktiki olaraq tibbi xidmətlərin dəyəri ekspertin özü tərəfindən müəyyən edilmiş qiymətlərə əsasən deyil rəsmi və açıq mənbədən (İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində müəyyən edilmiş qiymətlər) əldə edilmiş qiymətlər əsas götürülərək müəyyən edilmişdir. - Beləliklə də, məhkəmənin bazar qiymətinin tətbiq edilməsi üçün hüquqi əsasın olmaması haqqında göstərdikləri işin faktiki halları və qanunvericiliyin tələbləri ilə təkzib olunur. - Cavabdeh inzibati orqan tərəfindən bazar qiymətinin tətbiq edilməsi hüququnun olub-olmaması formal olaraq o zaman mübahisələndirilə bilərdi ki, vergi ödəyicisi gəlirlərinin uçotunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparmış olsun. Bu zaman konkret tibbi xidmət növünə münasibətdə bazar qiymətinin tətbiq edilməsi üçün hüquqi əsasın olub-olmaması həmin qiymətlə bazar qiymətinin müqayisəsi nəticəsində müəyyən edilə bilərdi. - Əlavə olaraq bildiririk ki, hətta biz vergi ödəyicisi tərəfindən statistik cədvəldə göstərilmiş qiymətləri gəliri təsdiq edən mötəbər qiymət kimi qəbul etdikdə bazar qiymətinin tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasın olması müəyyən olunur. Belə ki, hazırkı apelyasiya şikayətinə əlavə etdiyimiz cədvəldən də göründüyü kimi iddiaçının yoxlamaya təqdim etdiyi qiymətlər bazar qiymətlərindən, yəni İcbari Tibbi Sığorta üzrə Qiymətlər Zərfində göstərilmiş qiymətlərdən 30 faizdən çox aşağı olmuşdur (Müqayisəli cədvəl əlavə olunur). - Beləliklə də “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmuş qiymətlər rəsmi mənbədən əldə edilmiş qiymətlər olduğundan, vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin dəyərə məhz bu qiymətlərə uyğun olaraq icbari tibbi sığorta ilə ödənildiyindən, hətta bu qiymətlərlə Azərbaycanda göstərilən tibbi xidmətlərin ən yüksək həddi müəyyən edilmiş olsa belə, vergi ödəyicisi gəlirlərinin uçotunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparmadığından vergi orqanının bu qiymətləri əsas götürməklə vergiləri hesablamaq hüququ Vergi Məcəlləsinin 67.6-cı maddəsində təsbit olunmuşdur. - Belə ki, Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. - Göründüyü kimi səyyar vergi yoxlaması zamanı göstərilmiş tibbi xidmətlərin dəyərinin müəyyən edilməsi üçün ekspertin özü tərəfindən müəyyən edilmiş qiymətlər deyil, İcbari Tibbi Sığorta zərfindən göstərilmiş rəsmi qiymətlərdən istifadə edilmişdir. O da nəzərə alınmalıdır ki, iddiaçının özü tərəfindən də İcbari Sığorta Bürosu tərəfindən verilmiş tibbi göndərişlər əsasında göstərilmiş tibbi xidmətlərin dəyəri məhz İcbari Tibbi Sığorta zərfində göstərilən qiymətlərlə ödənilmişdir. Lakin, vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi statistik hesabatlarda vərəndaşlara pərakəndə qaydada tibbi göndəriş olmadan göstərilmiş eyni növ tibb xidmətlərinin dəyəri tibbi göndərişlər əsasında İcbari Tibbi Sığorta ilə ödənilmiş qiymətlərdən 30%-dən çox aşağı olmuşdur. - Göründüyü kimi Şəki İnzibati Məhkəməsinin vergi orqanının bazar qiymətini tətbiq etmək üçün hüquqi əsasın olmaması barədə mövqeyi işin faktiki hallarına uyğun deyil. - Ona görə ki, əvvəla vergi ödəyicisinin təqdim etdiyi statistik hesabatlardakı qiymətlər bazar qiymətlərindən 30%-dən çox aşağı olmuşdur ki, bu da bazar qiymətinin tətbiqinə imkan verir. - İkincisi isə yoxlama zamanı vergi ödəyicisi tərəfindən gəlirlərinin uçotu qanunvericiliyin tələblərinə uyğun aparılmadığından faktiki olaraq onun gəlirlərinin müəyyən edilməsinə ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti deyil, İcbari Tibbi Sığorta Zərfində göstərilən qiymətlər tətbiq edilmişdir, hansı ki, iddiaçı özü də tibbi göndərişlər əsasında məhz həmin qiymətlərlə tibb xidmətləri göstərmişdir. - Bundan başqa, məhkəmənin vergi qanunvericiliyinə zidd mövqeyi ilə bağlı onu bildiririk ki, məhkəməyə təqdim etdiyimiz etirazdan da göründüyü kimi iddiaçının fəaliyyətinə Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən vergi ödəyicisi müəyyən edilməmişdir. Belə ki, vergitutma məqsədləri üçün analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi dedikdə fəaliyyət növü eyni olan hər hansı vergi ödəyicisi deyil məhz Vergi Məcəlləsinin 67.2-ci maddəsində müəyyən edilmiş meyarlara cavab verən vergi ödəyicisi nəzərdə tutulur. - Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasının 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - Göründüyü kimi vergitutma məqsədləri üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə edilə bilməsi üçün həmin vergi ödəyicisi Vergi Məcəlləsinin 67.2.1-67.2.3-cü maddələrindəki meyarlara uyğun olmalıdır. - Lakin, iddia ərizəsinə etirazda da göstərdiyimiz kimi İddiaçı MMC-nin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan, Vergi Məcəlləsinin 67.2.1-67.2.3-cü maddələrində nəzərdə tutulmuş meyarlara cavab verən vergi ödəyicisi müəyyən edilməmişdir. - Odur ki, məhkəmənin vergi orqanı tərəfindən hesablamaların Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulmuş qaydada analoji vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etməklə hesablamalı olduğu, yalnız bu mümkün olmadıqda Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsində nəzərdə tutulan qaydada şərti rentabellik əsasında hesablama aparmalı olduğu barədə gəldiyi nəticə tamamilə mülahizədən ibarətdir. Yəni məhkəmənin mövqeyinə görə vergi orqanında Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlara cavab verən analoji vergi ödəyicisi barədə məlumat olduğu halda bu məlumatdan istifadə etməmişdir. Halbuki, iddia ərizəsinə etirazda və şifahi məhkəmə prosesində də məhkəmənin diqqətinə çatdırılmışdır ki, vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə cavab verən analoji vergi ödəyicisi barədə məlumat vergi orqanında mövcud olmamışdır. Nəzərə alsaq ki, vergi ödəyicilərinin uçotunu aparan inzibati orqan məhz cavabdehin özüdür, o zaman analoji vergi ödəyicisinin məlumatlarından istifadə edilməməsini iddia edən məhkəmə müvafiq analoji vergi ödəyicisinin mövcudluğu barədə sübuta istinad etməyə borclu idi. - Daha sonra məhkəmə qərarında göstərmişdir ki, yoxlama aktında icarəyə götürülmüş obyektə görə icarə haqqının bazar qiymətindən aşağı müəyyən edildiyi əsas götürülərək əlavə mənfəət vergisi hesablanmış və bu qiymətləndirmə üçün ekspertin müxtəlif elan saytlarındakı (kommersiya obyektlərinin icarəsi ilə bağlı) qiymətləri təhlil etdiyi göstərilmişdir. Lakin kommersiya obyektlərinin bazar icarə haqqının müəyyən olunması üçün sırf elanlar əsasında qiymətləndirmə aparmaq nə müstəqil ekspertiza prinsiplərinə, nə də iqtisadi əsaslandırılmış qiymətləndirmə metodologiyasına uyğun sayılır. Bazar qiyməti barədə düzgün nəticə çıxarmaq üçün obyektin yerləşdiyi konkret ərazi üzrə oxşar obyektlər üzrə bağlanmış real icarə müqavilələri, rəsmi qiymətləndirmə hesabatları və daşınmaz əmlak bazarı üzrə statistik rəylər əsas götürülməlidir. Saytlardakı elanlar yalnız satıcının və ya icarəyə verənin subyektiv istəklərini əks etdirir və real bağlanmış müqavilələrdəki qiymətlərlə uyğun gəlməyə bilər. Bu səbəbdən, yalnız elan saytlarına əsasən icarə haqqı bazar qiyməti kimi qəbul edilə bilməz və bu üsulla müəyyən edilmiş qiymət əsasında əlavə vergi hesablanması əsassızdır və obyektivlik prinsipinə ziddir. - Məhkəmənin bu mövqeyi ilə bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. - İddiaçı icarə müqaviləsi əsasında X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2302,2 m² olan qeyri yaşayış sahəsini icarəyə götürərək xəstəxana binası kimi istifadə edir. - Həmin binanın aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi üçün isə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən müvafiq ekspertiza təyin edilmiş və ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətinə əsasən Vergi Məcəlləsinin 124.4-cü maddəsinin tələblərinə uyğun olaraq səyyar vergi yoxlaması ilə əhatə olunmuş dövr üzrə 68035,46 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. - Məhkəmənin isə xüsusi bilik tələb edən məsələ olan daşınmaz əmlakın aylıq icarə haqqı məbləğinin ekspert tərəfindən müəyyən edilmiş məbləğini düzgün hesab etməməsi tamamilə mülahizədən ibarət olmuşdur. - Daha sonra məhkəmə qərarında səyyar vergi yoxlamasının keçirilməsi müddətlərinin dayandırılması və uzadılması barədə qərarlara toxunaraq qeyd etmişdir ki, Nəzərə alınmalıdır ki, yoxlama müddəti müxtəlif vaxtlarda dayandırılmış və əlavə də “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarla uzadılmışdır. Lakin müddət uzatma qərarlarında obyektiv əsaslar əks olunmamış, yalnız ümumi ifadələr təkrarlanmışdır. Halbuki Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun tələblərinə uyğun olaraq, inzibati aktların yazılı şəkildə əsaslandırılması və konkret sübutların göstərilməsi tələb olunur. Həmçinin MMC tərəfindən səyyar yoxlama aktına edilən etirazlara baxılmamış, təqdim olunmuş sübutların yoxlanılması və nəticələri barədə izahat verilməmişdir. - Məhkəmənin bu mövqeyi ilə bağlı bildiririk ki, səyyar vergi yoxlamasının keçirilməsi müddətlərinin uzadılması barədə qərarlarda yoxlamanın keçirilməsi müddətinin artırılmasının əsası göstərilmişdir. Məhkəmə isə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarı inzibati akt hesab edərək həmin qərarın qəbul edilməsini şərtləndirən halları “İnzibati icraat haqqında” Qanununun tələblərinə uyğun olaraq yazılı şəkildə sübutlarla əsaslandırmalı olduğunu qeyd etmişdir. Bu isə ona görə baş vermişdir ki, məhkəmə tamamilə yanlış və əsassız olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsinə zidd olaraq inzibati akt hesab etmişdir. - Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarlar isə “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından inzibati akt hesab edilmədiyindən inzibati akta münasibətdə qanunvüericilikdə müəyyən edilmiş tələblərin inzibati akt olmayan səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarlara münasibətdə tətbiq edilməsi qanunvericiliyə ziddir. - Həmçinin bildiririk ki, İddiaçı MMC-nin (VÖEN:**********) “Səyyar vergi yoxlaması barədə” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlərinə aidiyyəti üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılaraq cavab verilmiş, həmin müraciətdə göstərilən hallar öz təsdiqini tapmamış, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər əsaslı hesab edilməmiş və bu barədə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli **********189165 nömrəli qərarda qeyd edilmişdir. - Göründüyü kimi məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, maddi hüquq normalarını yanlış tətbiq etmiş, qərarını konkret faktlar və qanunvericilik normaları ilə deyil, yanlış mülahizələrlə əsaslandırmağa cəhd etmiş və nəticədə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Hesab edirik ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, cavabdehin əsaslandırılmış etirazına və cavabdehin nümayəndəsinin məhkəmə prosesində verdiyi şifahi izahatlarına heç bir münasibət bildirməmişdir. - Belə ki, məhkəmə vergi orqanı tərəfindən vergilərin əlaqəli məlumatlara əsasən hesablanması zamanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etmədən Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddəsində nəzərdə tutulan qaydada şərti rehtabellik səviyyəsi 20% götürülməklə mənfəət vergisinin hesablanması barədə mövqeyini formal mülahizə üzərində qurmuş, Vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə cavab verən analoji vergi ödəyicisinin mövcud olub-olmamasını araşdırmamış, bu istiqamətdə heç bir addım atmamışdır. - Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşaiyət olunmuşdur. - Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. - Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. - Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirik ki, barəsində şikayət olunan Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. - Bundan əlavə, inzibati orqanın mübahisələndirilən qərarını tam ləğv edən məhkəmə, inzibati orqanın qərarının digər hissələrinə münasibətdə öz qərarını formal olaraq əsaslandırsa da, əlavə dəyər vergisinin malın dəyərinin ödənilməsindən sonra 1 iş günündən gec ödənilməsinə görə 2021-ci ildə 613,98 manat, 1827,64 manat olmaqla cəmi 2441,62 manat maliyyə sanksiyasının hesablanması hissəsinə münasibətdə ümumiyyətlə əsaslandırmamışdır. - Belə ki, cavabdehin yazılı etirazından da göründüyü kimi səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" MMC-dən EBBA seriyalı 266047 nömrəli qaimə üzrə malın dəyəri olan 3958,02 manat xx.xx.2021-ci il tarixdə, 712,44 manat əlavə dəyər vergisi isə xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC-dən alınmış EBBD seriyalı 714817 nömrəli qaimə üzrə malın dəyəri olan 2864,0 manat xx.xx.2021-ci il tarixdə, 515,52 manat əlavə dəyər vergisi isə xx.xx.2021-ci il tarixdə ödənilmişdir. - Həmçinin 2023-cü ildə "xxxx" MMC-dən alınmış EBCM seriyalı 591209 nömrəli qaimə üzrə malın dəyəri olan 3168,0 manat xx.xx.2023-cü il tarixdə, 570,24 manat əlavə dəyər vergisi isə xx.xx.2023-cü il tarixdə, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən alınmış EBDF seriyalı 383148 nömrəli qaimə üzrə malın dəyəri olan 17139,11 manat xx.xx.2023-cü il tarixdə, 3085,04 manat əlavə dəyər vergisi isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. - Odur ki, əlavə dəyər vergisinin malın dəyərinin ödənilməsindən sonra 1 iş günündən gec ödənilməsinə görə 2021-ci ildə gec ödənilmiş 1227,96 manat ƏDV məbləğinin 50%-i həcmində 613,98 manat, 2023-cü ildə isə gec ödənilmiş 3655,28 manat ƏDV məbləğinin 50%-i həcmində 1827,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Çünki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - Məhkəmə tərəfindən qanunun tələb etdiyi şəkildə araşdırmanın aparılmaması nəticədə ədalətli olmayan, əsaslandırılmamış məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Ədalətlilik prinsipinin pozulması məhkəmə araşdırmasının lazımi şəkildə aparılmasını birmənalı şəkildə şübhə altına qoyur və istisna edir. - Yəni, məhkəmənin vəzifəsi inzibati mübahisə üzrə mütləq həqiqətin müəyyən edilməsi olduğu halda, həmin istiqamətdə heç bir araşdırma aparmamış, məhkəmə qərarı qanunvericiliyin tələblərinə uyğun olmayan tamamilə formal mülahizələrlə əsalandımağa çalışmış, bəzi hallarda isə qərar ümumiyyətlə əsaslandırılmamışdır. - Beləliklə nəticə etibarı ilə bildiririk ki, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 58.7 maddəsinin tələblərini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli araşdırmaqla qiymətləndirməmiş, qərarını yanlış və işin faktiki hallarına zidd mülahizələrlə əsaslandırmış, müəyyən hissədə isə ümumiyyətlə qərarını əsaslandırmamışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri qəti olaraq icra etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, hesab edir ki, vergi orqanının apellyasiya şikayətinin dəlillərini aşağıda qeyd olunanlara əsasən tamamilə əsassız hesab edirik. Belə ki, əvvəla, yuxarıda qeyd etdiyimiz kimi, MMC tərəfindən bütün xərc sənədləri (e-qaimə faktura), bank sənədləri, NKA-nın X və Z hesabatları və digər zəruri xərc sənədləri yoxlamaya təqdim olunmuşdur. Eyni zamanda vergi orqanının elektron məlumat bazasında e-qaimə fakturalar əksini tapmışdır. Kassa əməliyyatları barədə məlumatlar nəzarət kassa aparatının X və Z hesabatlarında mövcud olmuşdur və vergi orqanı bu məlumatları nəzarət kassa aparatının yaddaşından əldə edə bilərdi. Bundan başqa, 2020, 2021, 2022-ci illərdə vurulmuş kassa çeklərinin 2023-cü ildə ödəyicidən tələb edilməsi əsassız olmuşdur. Həmçinin vergi ödəyicisinin bütün əməliyyatlara görə kassa çeklərini saxlamalı olması kimi bir vəzifəsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunduğu kimi, həmin məlumatlar nəzarət kassa aparatının X və Z hesabatlarında əks olunmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, tibbi xidmətlərin hər biri üzrə ayrı-ayrılıqda ödənilmiş kassa çekləri və ya kassa mədaxil qəbzlərinin təqdim edilməməsi Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bazar qiymətinin tətbiq edilməsi əsası kimi nəzərdə tutulmamışdır. Bundan başqa, vergi orqanı apellyasiya şikayətində bazar qiymətinin tətbiq edilməsi əsası kimi yuxarıda qeyd olunan səbəbə (tibbi xidmətlərin hər biri üzrə ayrıayrılıqda ödənilmiş kassa çekləri və ya kassa mədaxil qəbzlərinin təqdim edilməməsinə) istinad etsə də, yoxlama aktında (7-ci səhifə) digər səbəbə - vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin qiymətləri və icarə məbləği ilə bazar qiymətləri arasında uyğunsuzluğun olması ilə bağlı şübhələrə istinad olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiymətinin tətbiqi əsaslarının siyahısında vergi orqanının şübhələrinin olması nəzərdə tutulmamışdır. Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********180889 nömrəli qərarda isə tamamilə başqa səbəb - səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların (məsələlərin) aydınlaşdırılmalı olması göstərilmişdir ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində belə əsas da nəzərdə tutulmamışdır. Göründüyü kimi, vergi orqanı bazar qiymətinin tətbiqi üçün ekspertizanın təyin edilməsi haqqında qərarda, yoxlama aktında və apellyasiya şikayətində tamamilə fərqli əsaslara istinad etmişdir ki, bu əsaslardan da heç biri Vergi Məcəlləsinin 14.3-cü maddəsində nəzərdə tutulmamışdır. - Bundan başqa, vergi orqanı apellyasiya şikayətində yazdığından fərqli olaraq iddia ərizəsinə verdiyi etirazında qeyd etmişdir ki, - ölkə ərazisində müxtəlif özəl tibbi fəaliyyətlə məşğul olan tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin müxtəlif mənbələrdə (reklam və internet səhifələrində) qeyd edilən qiymətləri ilə "xxxx" MMC-nin yoxlamaya təqdim etdiyi qiymətlər arasında fərqlərin olduğu müşahidə edilmişdir. Göründüyü kimi, iddia ərizəsinə etirazında vergi orqanı anoloji vergi ödəyicilərinin tətbiq etdiyi qiymətlərlə "xxxx" MMC-nin yoxlamaya təqdim etdiyi qiymətlər arasında fərqlərin olduğunu qeyd etdiyi halda, apellyasiya şikayətində analoji vergi ödəyicisi barədə məlumatların vergi orqanında mövcud olmadığını bildirmiş, bununla da özü-özünü təkzib etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddia ərizəsinə etirazında vergi orqanı müxtəlif özəl tibbi fəaliyyətlə məşğul olan tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərə tətbiq etdiyi qiymətlərlə "xxxx" MMCnin yoxlamaya təqdim etdiyi qiymətlər arasında fərqlərin müşahidə edildiyini qeyd etsə də, məhz hansı ərazidə fəaliyyət göstərən, hansı tibb müəssisəsinin (müəssisələrinin) tətbiq etdiyi qiymətlərlə müqayisə aparıldığını və hansı fərqlərin müşahidə edildiyini qeyd etməmişdir. Vergi orqanı iddiaçının tətbiq etdiyi qiymətlərin ölkə ərazisində müxtəlif özəl tibbi fəaliyyətlə məşğul olan tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin qiymətləri ilə müqayisəsini ümumiyyətlə aparmamışdır. Nə vergi yoxlama aktında, nə də məhkəməyə təqdim etdiyi etiraz və şikayətlərində vergi orqanı bu barədə heç bir konkret fakta və sübuta istinad etməmişdir. - Bundan başqa, Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən - Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Binanın aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi ilə bağlı vergi orqanının ekspertiza təyin etməsi üçün Vergi Məcəlləsinin 14.3-cü maddəsində göstərilən əsaslardan heç biri mövcud olmamışdır. Yoxlama aktında vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin qiymətləri və icarə məbləği ilə bazar qiymətləri arasında uyğunsuzluğun olması ilə bağlı şübhələr yarandığından, ekspertin dəvət edildiyi göstərilmişdir. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması əsaslarının siyahısında vergi orqanının şübhələrinin olması nəzərdə tutulmamışdır. Bundan başqa, icarə haqqının bazar qiyməti heç bir rəsmi icarə müqaviləsinə istinad olunmadan, yalnız saytdakı elan məlumatlarına istinad olunmaqla müəyyən edilmişdir. Halbuki, həmin elanların hansı tarixə aid olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin elan göstərilən obyektlərin sahəsinin ölçüsü, təyinatı (saytda 1 halda restoran, digər halda ofisin icarəsi təklif edilmişdir), yerləşdiyi ərazi MMC-nin icarəyə götürdüyü obyektin sahəsinin ölçüsündən, təyinatından və yerləşdiyi ərazidən kəskin fərqlənmişdir. Qeyd edək ki, bu amillər icarənin qiymətinə mühüm təsir edən amillərdir. Digər tərəfdən obyektlərin saytda təklif edilən qiymətə icarəyə verildiyini təsdiq edən hər hansı məlumata (rəsmi icarə müqaviləsinə) istinad olunmamışdır. MMC-nin icarəyə götürdüyü ərazidə mövcud olan və ekspert rəyində göstərilən qiymətə anoloji ödəyicinin obyektin icarəyə verilməsi barədə də heç bir rəsmi sənədə (müqaviləyə) istinad olunmamışdır. Mülki Məcəllənin 390-cı maddəsində müqavilə azadlığı nəzərdə tutulmuşdur ki, həmin prinsipə uyğun olaraq, müqavilə şərtlərini tərəflər müstəqil müəyyən edir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Hazırkı halda da, müqavilədə göstərilən qiymətlə bağlı hər hansı əks hal sübuta yetirilməmişdir. - Bundan başqa, vergi orqanı apellyasiya şikayətində səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarını əsaslandırmadığını özü də etiraf etmiş, bu barədə mövqeyini səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarların "İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt hesab edilmədiyi ilə izah etmişdir. Lakin, vergi orqanı səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarların inzibati akt hesab edilmədiyi barədə mövqeyini əsaslandıra bilməmiş, yalnız ümumi sözlərdən istifadə etməklə kifayətlənmişdir. - Bundan başqa, yuxarıda qeyd etdiyimiz kimi, İddiaçı səyyar vergi yoxlaması aktına etiraz olaraq, 03, 05 və 20 noyabr 2024-cü il tarixli məktublarla vergi orqanına müraciət etmişdir. Müraciətlərdə hazırkı iş üzrə iddia ərizəsində göstərilən dəlillər qeyd olunmaqla, tibbi sərfiyyat silgisi ilə bağlı sənədlər də müraciətə əlavə olunmuşdur. Lakin, vergi orqanı vergi yoxlaması materiallarına baxılmasının nəticəsi üzrə çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189165 nömrəli qərarında MMCnin dəlillərinin mahiyyəti, həmin dəlillər üzrə aparılmış araşdırmalar və dəlillərin nəzərə alınmaması səbəbləri barədə heç bir məlumat verilməmiş, yalnız ümumi şəkildə həmin halların öz təsdiqini tapmadığı, nəticədə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərin məqbul hesab olunmadığı göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - Bundan əlavə, əlavə dəyər vergisinin malın dəyərinin ödənilməsindən sonra 1 iş günündən gec ödənilməsinə görə 2021-ci ildə gec ödənilmiş 1227,96 manat ƏDV məbləğinin 50%-i həcmində olmaqla 613,98 manat, 2023-cü ildə isə gec ödənilmiş 3655,28 manat ƏDV məbləğinin 50%-і həcmində olmaqla 1827,64 manat maliyyə sanksiyasının tətbiq edildiyi barədə apellyasiya şikayətində qeyd olunanlarla bağlı isə bildiririk ki, toplam olaraq 2441,62 manatdan ibarət olan (613,98+1827,64 = 2441, 62) həmin məbləğ iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bunu təsdiq edən qəbz etiraza əlavə edilmişdir. - Bundan başqa, vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanmasının qanunsuz və əsassız olduğu Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsi və Hüquq baş idarəsi tərəfindən hazırki iş üzrə verilmiş birgə rəylərlə də təsdiq olunur. Belə ki, İddiaçı barəsində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlaması aktları ilə bağlı Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsi və Hüquq baş idarəsi tərəfindən birgə rəylər hazırlanmış və həmin rəylərdə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi barədə tərtib edilmiş səyyar vergi yoxlaması aktlarının əsassız olduğu qeyd olunmuşdur. Qeyd olunan rəylərlə və xidməti məktublarla tanış olarkən müəyyən edildi ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli **********177177 nömrəli səyyar vergi yoxlaması aktlarına iddiaçı, İddiaçı tərəfindən imza atılmadığı üçün, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********653500 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyiciləri tərəfindən imzalanmasından imtina edilmiş səyyar vergi yoxlaması aktlarına rəy verilməsi Qaydaları” na uyğun olaraq Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsində və Hüquq baş idarəsində həmin aktlara baxılaraq müvafiq rəylər hazırlanmışdır. Vergi orqanı tərəfindən İddiaçı barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli birinci səyyar vergi yoxlaması aktına münasibətdə verilən rəydə həmin aktın qanunvericiliyə uyğun əsaslandırılmadığı bildirilmiş və qeyd olunmuşdur ki, həmin nöqsanlar aradan qaldırıldıqdan sonra səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun Qərar çıxarıla bilər. Qeyd edək ki, həmin rəydə də nöqsan kimi məhz vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin əsaslandırılmaması göstərilmişdir. Bundan sonra 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində xx.xx.2024-cü il tarixli **********177177 nömrəli ikinci səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsində və Hüquq baş idarəsində həmin akta da baxılmış və buna dair növbəti birgə rəy verilmişdir. Qeyd olunan rəydə xx.xx.2024-cü il tarixli birinci səyyar vergi yoxlaması aktında yol verilən nöqsanların xx.xx.2024-cü il tarixli növbəti aktda da aradan qaldırılmadığı və həmin aktın da qanunauyğun qaydada əsaslandırılmadığı bildirilmişdir. Buna baxmayaraq, 11 saylı Ərazi Vergilər Baş İdarəsi Dövlət Vergi Xidmətinin hüquq və audit idarələrinin birgə verdikləri həmin rəyləri nəzərə almadan və aktda yol verilən nöqsanları aradan qaldırmadan, həmin akt əsasında, tamamilə qanunsuz olaraq iddiaçıya əlavə vergilər hesablamışdır. - Ümumiyyətlə, vergi orqanı tərəfindən İddiaçıya əlavə vergilərin hesablanması barədə qərar qəbul edilərkən aşağıdakı ciddi qanun pozuntularına yol verilmişdir: 1. Ekspertizanın (tibbi xidmətlərin qiyməti üzrə) keçirilməsi üçün hüquqi əsas olmamışdır və göstərilmiş tibbi xidmətlərə Nazirlər Kabinetinin 10.01.20-ci il tarixli, 5N-li qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndəki qiymətlərin tətbiqi əsassızdır. - Yuxarıda qeyd olunduğu kimi, yoxlama aktının 7-ci səhifəsində ekspertizanın təyin edilməsi əsası kimi, ödənişli tibbi xidmətlər üzrə qiymətlərin hər hansı sənədlərlə (Kassa çekləri və ya e-Qaimə faktura ilə) təsdiqini tapmadığı göstərilmişdir. Eyni zamanda, həmin hissədə vergi ödəyicisi tərəfindən təqdim edilən sənədlərdə tibbi xidmətlər üzrə göstərilən qiymətlərin İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində göstərilən qiymətlərdən fərqli olduğu qeyd olunmuşdur ki, nəticədə də yoxlama aktında bir-birinə zidd fikirlər bildirilməklə, ekspertizanın təyin edilməsi üçün süni və saxta əsaslar yaradılmışdır. Həmçinin, yoxlama aktının 14-23-cü səhifələrində MMC-nin təqvim illəri üzrə müvafiq (konkret) tibbi xidmətlər üzrə rəsmiləşdirdiyi qiymətin, həmin xidmətlər üzrə ekspertin müəyyən etdiyi qiymətlə müqayisəsi verilməklə əlavə dövriyyə müəyyən edilmişdir ki, bu da MMC-nin tibbi xidmətlər üzrə qiymətləri rəsmiləşdirdiyini sübuta yetirir. - Vergi yoxlaması aktında bazar qiymətinin tətbiqinin digər hüquqi əsası kimi VM-nin 14.3.3-cü maddəsinə istinad olunmuşdur. Həmin maddəyə əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. - Göründüyü kimi qanunvericilik bazar qiymətinin tətbiqi əsası kimi aşağıdakı elementlərin olmasını tələb edir : a) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən indiki halda 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməlidir. Vergi yoxlaması ilə 30 gün məsələsinə ümumiyyətlə toxunulmamış, Nazirlər Kabinetinın qərarı ilə müəyyən edilən qiymət bazarda təşəkkül tapan qiymət kimi qəbul edilmişdir. Halbuki, bazar qiyməti yuxarıda qeyd olunduğu kimi, tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Nazirlər Kabinetinın 10 yanvar 2020-ci il tarixli qərarından 4 ildən çox vaxt keçdiyini və bu müddət ərzində bazarda tələb və təklifin çox sürətlə dəyişdiyini, yeni xəstəxanalar istifadəyə verilməklə təklifin artdığını, icbari tibbi sığortanın fəaliyyət dairəsinin genişləndiyini və bazara təsir edən digər faktorları nəzərə almadan, bütün dövrlərə Nazirlər Kabinetinın 4 il əvvəlki qərarı ilə müəyyən edilən qiymətlərin tətbiq edilməsi və həmin qiymətin bazarda təşəkkül tapan qiymət kimi qəbul edilməsi tam absurd bir yanaşma olmuşdur. Bu zaman, hüquq normasının 30 gün müddəası tamamilə kənarda saxlanılmaqla, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi yarımçıq şəkildə tətbiq edilmişdir. Halbuki, bu maddənin tələbinə əsasən İddiaçı MMC-nin tətbiq etdiyi qiymət satışdan sonra 30 gün müddətində bazarda digər şəxsin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətdən 30 faizdən çox fərqlənməli idi. Bu zaman müqayisə Vergi Məcəlləsinin 14.9-cu maddəsinə müvafiq olaraq digər şəxsin satış məlumatına (müqavilə, qaimə fakturaya), birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrinə, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarına (tender, hərrac məlumatlarına), vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlara əsasən aparılmalı idi. b) Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, bu zaman Vergi Məcəlləsinin 14.6.1ci maddəsində göstərilən və malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən digər amillər, o cümlədən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, istehlakçı tələbinin mövsümi olaraq artıbazalması, marketinq siyasəti kimi amillər də nəzərə alınmalı idi. Lakin, vergi yoxlaması ilə bu amillərin heç biri nəzərə alınmadan, Nazirlər Kabinetinın yuxarıda göstərilən qərarında qeyd olunan qiymətlər bütün hesabat dövrləri və Respublikanın bütün ərazisi üçün eyni (şablon) olaraq tətbiq edilmişdir. c) Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, yalnız qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Tibbi xidmətlərin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən qiymətlər olmadığından, bu halda Nazırlər Kabinetinın 10.01.20-ci il tarixli, 5 N-li qərarı ilə təsdiq edilmiş qiymətlərin vergitutma məqsədləri üçün əsas götürülməsi Vergi Məcəlləsinin tələblərinə zidd olmuşdur. d) Nazirlər Kabinetinın 10.01.20-ci il tarixli, 5 N-li qərarı ilə təsdiq edilmiş qiymətlərin dəyişməz (sabit) qiymət kimi qəbul edilməsi də əsassız olmuşdur. Belə ki, Nazırlər Kabinetinın “Xidmətlər Zərfi” təsdiq edildikdən sonrakı tarixdə, yəni Nazırlər Kabinetinın 2021-ci il 23 dekabr tarixli 402 N-li qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalarla icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclər və onların normaları müəyyən edilmişdir. Qaydaların “Qeyd” hissəsinə əsasən, bu Qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu Qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür. Göründüyü kimi, qanunvericilik formalaşan xərcdən asılı olaraq, aşağı məbləğdə tarifin götürülməsini mümkün hesab etmişdir. - Vergi yoxlaması zamanı Nazirlər Kabinetinın təsdiq etdiyi qiymətlərlə müqayisə edilməklə 30 faiz qiymət dəyişməsi də bir çox hallarda düzgün müəyyən edilməmişdir. Belə ki, İddiaçı MMC-nin tətbiq etdiyi qiymət müvafiq tibbi xidmət üzrə Nazırlər Kabinetinın qərarında göstərilən qiymətdən 30 faizdən çox fərqlənmədiyi halda, Nazırlər Kabinetinın qərarında göstərilən qiymət əsas götürülməklə gəlir müəyyən edilmişdir. Bu hala 2020-ci ildə qadın cinsiyyət orqanında aparılan əməliyyatın, mikrobioloji laborator müayinənin, süd vəzinin UZİ müayinəsinin, 2021- ci ildə qadın cinsiyyət orqanında aparılan əməliyyatın, mikrobioloji laborator müayinənin, digər laborator müayinənin, sitaloji (endeskopiya) müayinənin, funqsional diaqnostika kabinetinin dopler təhlili müayinəsinin, 2022-ci ildə həzm sistemi üzrə əməliyyatın, qadın cinsiyyət orqanında aparılan əməliyyatın, hematoloji laborator müayinənin, sitaloji laborator müayinənin, mikrobioloji laborator müayinənin, digər laborator müayinənin, 2023-cü ildə hematoloji laborator müayinənin, digər laborator müayinənin qiymətinin müəyyən edilməsi zamanı yol verilmişdir. - Bir çox hallarda vergi yoxlaması aktının rəqəmləri ilə ekspert rəyinin rəqəmləri arasında ziddiyyətlər var. Belə ki, 2021-ci il üzrə “Digər üzvlərin ultrasəs müayinəsi” üzrə xidmətin sayı ekspert rəyində 37 göstərildiyi halda, yoxlama aktında 87 göstərilmişdir. Bildiririk ki, iddia ərizəsinə verilən etirazda bu fakt vergi orqanının özü tərəfindən də etiraf edilmiş və yoxlama aktı tərtib edilərkən bu barədə mexaniki səhvə yol verildiyi bildirilmişdir. 2021-ci il üzrə Ultrasəs UZİ müayinəsi üzrə cəmi məbləğ 12168 olduğu halda, aktda bu rəqəm 12388 göstərilmişdir. 2022-ci il üzrə keçirilmiş əməliyyatların yekun məbləği ekspert rəyindəki rəqəmlər əsas götürülməklə 925568 manat olduğu halda, yoxlama aktında 761668 manat göstərilmişdir. - Yoxlama aktında hesablamaların aparılmasında səhvə yol verilmişdir. Belə ki, 2021ci il üzrə Funqsional diaqnostika kabinetinin Exokardioqrafiya müayinə üzrə MMC-nin faktiki təqdim etmə qiyməti (bu qiymət ekspert rəyindəki qiymətdən yüksək olduğu üçün) əsas götürülməli olduğu halda, ekspert rəyindəki qiymət əsas götürülmüşdür. 2022-ci il üzrə Endoskopiya müayinələri üzrə yekun məbləğ 19905 manat olduğu halda, aktda 18235 manat göstərilmişdir. 2022- ci il üzrə Kompüter tomoqrafiyası üzrə müayinələr üzrə yekun məbləğ 49400 manat olduğu halda, aktda 59490 manat göstərilmişdir. 2022-ci il üzrə Ultrasəs (UZİ) müayinələri üzrə yekun məbləğ 36261 manat olduğu halda, aktda 27001 manat göstərilmişdir. 2022-ci il üzrə funqsional diaqnostika kabinetinin fəaliyyəti üzrə müayinələrin yekun məbləğ 4730 manat olduğu halda, aktda 4660 manat göstərilmişdir. - Nazirlər Kabinetinın xx.xx.2001-ci il tarixli, 55 N-li qərarına istinad etməklə, əsassız olaraq, şərti rentabellik norması tətbiq edilmişdir. Yoxlama aktında vergi ödəyicisi tərəfindən illər üzrə material hesabatları, hər bir tibbi xidmət üzrə tibbi sərfiyyat üzrə silgilər və digər xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən yoxlama zamanı vergi ödəyicisinin xərclərinin müəyyən edilməsinin mümkün olmadığı, gəlirin birbaşa müəyyən edilməsinin mümkün olmaması səbəbindən, vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin Azərbaycan Respublikası Nazirlər Kabinetinın xx.xx.2001-ci il tarixli, 55 N-li qərarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi götürülərək vergi ödəyicisinin gəlirinin (mənfəətinin) müəyyən edildiyi göstərilmişdir. Bildiririk ki, yoxlamaya MMC tərəfindən bütün xərc sənədləri (eqaimə faktura), bank sənədləri, NKA-nın X və Z hesabatları və digər zəruri xərc sənədləri təqdim olunmuşdur. Eyni zamanda vergi orqanının elektron məlumat bazasında e-qaimə fakturalar əksini tapmışdır. Səyyar vergi yoxlaması aktında tibbi sərfiyyat silgisi ilə bağlı sənədlərin təqdim edilməməsi haqqında qeydə tərəfimizdən 05 və 20 noyabr tarixli etiraz məktubları ilə (tibbi sərfiyyat silgisi ilə bağlı sənədlər əlavə olunmaqla) vergi orqanına müraciət olunmuş və vergi yoxlaması materiallarına baxılmasında nəzərə alınması xahiş edilmişdir. Lakin, iş üzrə xx.xx.2024-cü il tarixli məsuliyyət qərarı çıxarılarkən, həmin sənədlər nəzərə alınmamış və yoxlama aktındakı hesablamalar təsdiq edilmişdir. - Ekspertizanın (icarə haqqı üzrə) keçirilməsi üçün hüquqi əsas olmamışdır. Yoxlama aktında (7-ci səhifə) vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin qiymətləri və icarə məbləği ilə bazar qiymətləri arasında uyğunsuzluğun olması ilə bağlı şübhələr yarandığından, ekspertin dəvət edildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması əsaslarının siyahısında vergi orqanının şübhələrinin olması nəzərdə tutulmamışdır. - Heç bir rəsmi icarə müqaviləsinə istinad olunmadan, yalnız saytdakı elan məlumatlarına istinad olunmaqla icarə haqqının bazar qiyməti müəyyən edilmişdir. Halbuki, həmin elanların hansı tarixə aid olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin elan göstərilən obyektlərin sahəsinin ölçüsü, təyinatı (saytda 1 halda restoran, digər halda ofisin icarəsi təklif edilmişdir), yerləşdiyi ərazi MMC-nin icarəyə götürdüyü obyektin sahəsinin ölçüsündən, təyinatından və yerləşdiyi ərazidən kəskin fərqlənmişdir. Qeyd edək ki, bu amillər icarənin qiymətinə mühüm təsiq edən faktorlardır. Digər tərəfdən obyektlərin saytda təklif edilən qiymətə icarəyə verilməsini təsdiq edən hər hansı məlumata (rəsmi icarə müqaviləsinə) istinad olunmamışdır. MMC-nin icarəyə götürdüyü ərazidə mövcud olan və ekspert rəyində göstərilən qiymətə analoji ödəyicinin obyektin icarəyə verilməsi barədə də heç bir rəsmi sənədə (müqaviləyə) istinad olunmamışdır. Mülki Məcəllənin 390-cı maddəsində müqavilə azadlığı nəzərdə tutulmuşdur ki, həmin prinsipə uyğun olaraq, müqavilə şərtlərini tərəflər müstəqil müəyyən edir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Hazırkı halda da, müqavilədə göstərilən qiymətlə bağlı hər hansı əks hal sübuta yetirilməmişdir. - Səyyar vergi yoxlaması vaxtında başa çatdırılmamışdır. 11 oktyabr 2023- cü il tarixdə vergi yoxlamasına başlanılmış, 07 oktyabr 2024-cü il tarixdə, yəni 1 ildən sonra yoxlama başa çatdırılmışdır. Yoxlamanın müddəti 3 dəfə ümumilikdə 60 gün müddətinə uzadılmış, 10 dəfə, 116 gün müddətinə dayandırılmış, Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarla əlavə 60 gün yoxlama keçirilmişdir. Müddət artırma qərarlarında yoxlamanın müddətinin artırılması əsası kimi, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması göstərilmişdir. Göründüyü kimi yoxlama müddətinin uzadılmasında heç bir konkret əsasa istinad olunmamış, müddət uzatma barədə hər 3 qərarda eyni sözlər əsas kimi təkrarlanmışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Bundan sonra isə, ekspertizanın təyin edilməsi səbəbindən, yoxlama 10 dəfə dayandırılmışdır. Halbuki, sonuncu dəfə 29.01.24-cü il tarixli qərarla yoxlamanın müddəti 10 gün uzadıldığı və bu müddət 19 fevral 2024-cü il tarixdə bitdiyi halda, bu tarixdən sonra 10 dəfə əsassız olaraq müddəti bitmiş yoxlamanın dayandırılması barədə qərarlar qəbul edilmişdir. Sonuncu dəfə 17.05.24-cü il tarixli qərarla yoxlamanın dayandırılma müddəti 24.05.24-cü il tarixdə bitdiyi halda, bundan 51 gün sonra, yəni 15.07.24-cü il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmışdır. Səyyar vergi yoxlamasının müddəti 19.02.24-cü il tarixdə bitdiyindən, bu tarixdən sonra çıxarılmış dayandırma qərarları, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar və həmin qərar əsasında aparılmış yoxlama və yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********177177 nömrəli səyyar vergi yoxlaması aktı da əsassız və qanunsuz olmuşdur. - Səyyar vergi yoxlaması ilə əhatə olunan dövrün bir hissəsi bundan əvvəl vergi orqanı tərəfindən xronometraj metodu ilə aparılan müşahidə ilə əhatə olunmuşdur. Vergi orqanı tərəfindən, 12-16 iyul 2021-ci il və 05-10 sentyabr 2022-ci il tarixləri üzrə xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla rəsmiləşdirilmişdir (aktlar əlavə olunur). Vergi Məcəlləsinin 50-1.4-cü və 50-1.5-ci maddələrinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Xronometraj metodu ilə aparılmış hər iki müşahidə zamanı, İddiaçı MMC-nin tətbiq etdiyi qiymətlər üzrə heç bir kənarlaşma aşkar edilməmiş və MMC-nin uçot qiymətləri əsas götürülməklə dövriyyə müəyyən edilmişdir. Eyni zamanda MMC tərəfindən xronometraj metodu ilə aparılmış müşahidə ilə müəyyən edilmiş dövriyyəyə müvafiq olaraq, xronometrajdan sonrakı dövrlər üçün vergi orqanına bəyannamələr təqdim edilmişdir. Lakin, 1 il sonra vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması ilə əvvəlki xronometraj metodu ilə aparılmış müşahidə ilə müəyyən edilmiş nə dövriyyə, nə də qiymətlər nəzərə alınmamış, tamamilə fərqli qiymətlərlə əlavə dövriyyələr müəyyən edilmişdir. Nəticədə isə vergi orqanının bir-birinə zidd 2 nəzarət tədbiri aktı mövcud olmuşdur. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarında MMC-nin gətirmiş olduğu dəlillərə müvafiq münasibət bildirilməmişdir. Qeyd olunduğu kimi, İddiaçı səyyar vergi yoxlaması aktına etiraz olaraq, 03, 05 və 20 noyabr 2024-cü il tarixli məktublarla vergi orqanına müraciət etmişdir. Müraciətlərdə hazırkı iddia ərizəsində göstərilən dəlillər qeyd olunmaqla, tibbi sərfiyyat silgisi ilə bağlı sənədlər də müraciətə əlavə olunmuşdur. Lakin, vergi orqanı vergi yoxlaması materiallarına baxılmasının nəticəsi üzrə çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189165 nömrəli qərarda MMC-nin dəlillərinin mahiyyəti, həmin dəlillər üzrə aparılmış araşdırmalar və dəlillərin nəzərə alınmaması səbəbləri barədə heç bir məlumat verilməmiş, yalnız ümumi şəkildə həmin halların öz təsdiqini tapmadığı, nəticədə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərin məqbul hesab olunmadığı göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - Vergi ödəyicisinə əlavə vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq olunması qanunsuz olmaqla yanaşı, tətbiq olunan maliyyə sanksiyasının məbləği də vergi orqanı tərəfindən düzgün hesablanmamışdır. Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə 337 707,37 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinad olunaraq, həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi ödəyicisinə əlavə olaraq 337 707,37 manat məbləğdə vergi hesablanmışdırsa, həmin məbləğin 50 faizi 168 853, 685 manat təşkil edir. Lakin vergi orqanının qərarında vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyasının məbləği 179 002,91 manat, yəni, qanunla müəyyən edilən məbləğdən 10 149, 225 manat artıq göstərilmişdir. - Bundan başqa, vergi orqanının 10 oktyabr 2024-cü il tarixli, **********177177 nömrəli səyyar vergi yoxlaması aktında göstərilən məsələlərlə əlaqədar rəy verilməsi üçün Ərizəçi tərəfindən “X5” MMC-yə müraciət edilmiş və Ərizəçinin fəaliyyəti ilə əlaqədar zəruri sənədlər – elektron qaimələr, vergi hesab fakturaları, bank sənədləri, kassa çekləri, vergi bəyannamələri, ƏDV depozit hesabından çıxarış, dövrün əvvəlinə və sonuna olan mal qalığı sənədləri və digər sənədlər təqdim edilərək ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. “X5” MMC-nin 1985-ci ildən ekspert iş stajına malik olan, yüksək dərəcəli ekspertmühasibi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 225 nömrəli rəy verilmişdir. Həmin rəydə də İddiaçı MMC tərəfindən yoxlama dövründə hər hansı qanun pozuntusuna və vergidən yayınma hallarına yol verilmədiyi, vergi orqanının İddiaçı MMC-yə əlavə vergilərin hesablanması barədə qərarının tamamilə qanunsuz və əsassız olduğu qeyd edilmişdir. Həmin rəyi də məhkəməyə təqdim etmişik. - Göründüyü kimi, hazırki işin faktiki və hüquqi halları, Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsi və Hüquq baş idarəsi tərəfindən hazırki iş üzrə verilmiş birgə rəylər “X5” MMC tərəfindən verilən 22 yanvar 2025-ci il tarixli, 225 nömrəli rəy, həmçinin, İddiaçıya əlavə vergilərin hesablanması barədə vergi orqanının qərarının tamamilə qanunsuz və əsassız olduğunu, iddia tələbinin təmin edilməsi barədə Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1815/2025 saylı, 19 may 2025-ci il tarixli qərarının tam qanuni və əsaslı olduğunu göstərir. - Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, hazırda İddiaçı MMC-nin 145 nəfər işçisi vardır. 145 nəfər işçi, həm də 145 ailə deməkdir. Deməli, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti nəticəsində 145 ailə öz dolanışığını təmin edir. MMC-yə bu cür, xüsusilə külli miqdarda qanunsuz vergilərin hesablanması nəticə etibarı ilə onun sahibkarlıq fəaliyyətinin tamamilə dayandırılmasına gətirib çıxaracaqdır. MMC-nin sahibkarlıq fəaliyyətinin dayandırılması isə 145 nəfər işçinin iş yerlərini itirməsi, həmin işçilərin iş yerlərini itirməsi isə ümumilikdə 145 ailənin dolanışıq yerlərindən məhrum edilməsi ilə nəticələnəcəkdir. Bu isə dövlətimizin və dövlət başçımızın yürütdüyü siyasətə və xalqımızın maraqlarına tamamilə ziddir. Belə ki, hörmətli X8 cənabları son dövrlərdə dünya iqtisadiyyatında baş vermiş çətinlikləri nəzərə alaraq ölkəmizdə iqtisadiyyatın daha da inkişaf etdirilməsini, əlavə iş yerlərinin açılmasını və əhalinin maddi vəziyyətinin və güzaranının daha da yaxşılaşdırlmasını təmin etmək üçün sahibkarların fəaliyyətinə dəstək verilməli olduğunu dəfələrlə vurğulamış və buna dair müvafiq göstərişlər vermişdir. Lakin vergi orqanının yuxarıda qeyd etdiyimiz qanunsuz hərəkətləri onu göstərir ki, vergi orqanının işçiləri dövlət başçımızın həmin göstərişlərinə də məhəl qoymurlar. Qeyd olunanlara əsasən, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1815/2025 saylı, 19 may 2025-ci il tarixli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin həmin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

10. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndən apellyasiya şikayətinə dair etirazına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı kollegiyanın hazırki iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025ci il tarixdə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və vergi orqanının apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1815/2025 saylı, 19 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi)

Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Vergi Məcəlləsi Maddə 14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.(xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyası) 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü-49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir.

15. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 3.4.16-cı bəndinə əsasən reyestrə yoxlama ilə bağlı yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) daxil edilməlidir. 5.1-ci bəndinə əsasən ... yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili iddia ərizəsinə etiraz ərizəsində də qeyd edilmiş, birinci instansiya məhkəməsi tərəfindən də həmin dəlilə qiymət verilmişdir, həmin dəlil ondan ibarətdir ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə mühasibat uçotu ilə bağlı bütün sənədlərin yoxlamaya təqdim edilməsi barədə tələbnamə təqdim edilmişdir. Həmin tələbnamədə göstərilmiş tibbi xidmətlərlə əldə olunmuş vəsaitlərə dair rəsmi sənədlər də tələb edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş tibb xidmətləri barədə statistik hesabatlar (tibbi xidmətin adı, dəyəri və sair) cədvəl formasında yoxlamaya təqdim edilsə də həmin cədvəldə göstərilən xidmət haqlarının xidmət göstərilən şəxslər tərəfindən ödənilməsini təsdiq edən sənədlər (nəzarət-kassa aparatının çekləri, nağdsız ödəniş barədə pos-terminalın çekləri) tam şəkildə yoxlamaya təqdim edilməmişdir. Yəni vergi ödəyicisi gəlirlərinin uçotunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparmamışdır.

23. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, vergi yoxlaması aktında ekspert rəyinə əsasən tibbi xidmətlər üzrə bazar qiymətinin müəyyən olunması və bu qiymətlər əsasında əlavə dövriyyənin hesablanması, ümumilikdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadla həyata keçirilsə də, yuxarıda da qeyd edildiyi kimi, həmin maddənin tətbiqi üçün ilkin və əsas hüquqi şərt vergi ödəyicisi tərəfindən təqdim olunan malların (işlərin, xidmətlərin) qiymətlərinin bazar qiymətindən azı 30 faiz və daha çox fərqlənməsidir və bu fərq rəsmi şəkildə hesabatla sübuta yetirilməlidir. Lakin yoxlama aktında belə bir fərqin konkret olaraq hansı xidmətlər üzrə və hansı statistik baza ilə əsaslandırıldığı açıq şəkildə göstərilməmiş, əksinə, qiymət fərqlərinin əsaslandırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”ndə göstərilən qiymətlərə istinad edilmişdir ki, bu da bazar qiyməti kimi qəbul edilə bilməz. Çünki həmin qiymətlər dövlət tərəfindən tənzimlənmiş və müəyyən subsidiyalarla formalaşmış rəsmi tariflərdir və bu tariflər tələb və təklif əsasında formalaşan real bazar qiymətləri ilə eyni müstəvidə qiymətləndirilə bilməz. Əgər vergi ödəyicisi tibbi xidmətlərin təqdimini e-qaimə fakturalar, hesab-fakturalar, tarif cədvəlləri və ya digər rəsmi kommersiya sənədləri ilə rəsmiləşdiribsə, bu halda xidmətin göstərildiyi qiymət artıq bazar münasibətlərində formalaşan real əməliyyatın nəticəsi hesab edilə bilər və bu qiymətlərə qarşı sonradan süni şəkildə bazar qiyməti tətbiq edilməsi Vergi Məcəlləsinin 14.1 və 14.3.3-cü maddələrinin mahiyyətinə ziddir. Eyni zamanda yoxlama aktında vergi ödəyicisinin təqdim etdiyi rəsmi sənədlər məsələn, tibbi xidmətlərin miqdarı və növü üzrə statistik hesabatlar ilə Səhiyyə Nazirliyinin təqdim etdiyi hesabatların üst-üstə düşdüyü də təsdiqlənmişdir ki, bu da göstərilən xidmətlərin reallığını və onların sənədlərlə rəsmiləşdirildiyini bir daha sübut edir.

24. O da nəzərə alınmalıdır ki, yoxlama aktında ekspertin bazar qiymətinin müəyyən edilməsi zamanı istinad etdiyi əsas sənəd Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”dir. Lakin bu sənədin əsas funksiyası bazar münasibətlərini tənzimləmək deyil, dövlət tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin həcmini və tariflərini müəyyən etməkdir. Başqa sözlə, bu zərfdə əks olunan qiymətlər bazar iqtisadiyyatının şərtləri daxilində sərbəst formalaşmış qiymətlər deyil, əksinə, sosial məqsəd daşıyan, əhali üçün tibbi xidmətlərin əlçatanlığını təmin etmək məqsədi ilə müəyyən edilmiş və dövlət tərəfindən tənzimlənən məbləğlərdir. Bu səbəbdən həmin qiymətlərə istinad edilərək bazar qiymətinin müəyyən olunması hüquqi baxımdan qeyri-dəqiq yanaşmadır və bu cür qiymətləndirmə Vergi Məcəlləsində göstərilən bazar qiyməti anlayışının (14.1-ci maddə) mahiyyətinə uyğun gəlmir.

25. Həmçinin iş materiallarından görünür ki, MMC tərəfindən bütün xərc sənədləri (eqaimə faktura), bank sənədləri, NKA-nın X və Z hesabatları və digər zəruri xərc sənədləri yoxlamaya təqdim olunmuşdur. Eyni zamanda vergi orqanının elektron məlumat bazasında e-qaimə fakturalar əksini tapmışdır. Kassa əməliyyatları barədə məlumatlar nəzarət kassa aparatının X və Z hesabatlarında mövcud olmuşdur və vergi orqanı bu məlumatları nəzarət kassa aparatının yaddaşından əldə edə bilərdi. Bundan başqa, 2020, 2021, 2022-ci illərdə vurulmuş kassa çeklərinin 2023-cü ildə ödəyicidən tələb edilməsi əsassız olmuşdur. Həmçinin vergi ödəyicisinin bütün əməliyyatlara görə kassa çeklərini saxlamalı olması kimi bir vəzifəsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunduğu kimi, həmin məlumatlar nəzarət kassa aparatının X və Z hesabatlarında əks olunmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, tibbi xidmətlərin hər biri üzrə ayrıayrılıqda ödənilmiş kassa çekləri və ya kassa mədaxil qəbzlərinin təqdim edilməməsi Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bazar qiymətinin tətbiq edilməsi əsası kimi nəzərdə tutulmamışdır.

26. Bundan başqa, vergi orqanı apellyasiya şikayətində bazar qiymətinin tətbiq edilməsi əsası kimi yuxarıda qeyd olunan səbəbə (tibbi xidmətlərin hər biri üzrə ayrıayrılıqda ödənilmiş kassa çekləri və ya kassa mədaxil qəbzlərinin təqdim edilməməsinə) istinad etsə də, yoxlama aktında digər səbəbə - vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin qiymətləri və icarə məbləği ilə bazar qiymətləri arasında uyğunsuzluğun olması ilə bağlı şübhələrə istinad olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiymətinin tətbiqi əsaslarının siyahısında vergi orqanının şübhələrinin olması nəzərdə tutulmamışdır. Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********180889 nömrəli qərarda isə tamamilə başqa səbəb - səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların (məsələlərin) aydınlaşdırılmalı olması göstərilmişdir ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində belə əsas da nəzərdə tutulmamışdır. Göründüyü kimi, vergi orqanı bazar qiymətinin tətbiqi üçün ekspertizanın təyin edilməsi haqqında qərarda, yoxlama aktında və apellyasiya şikayətində tamamilə fərqli əsaslara istinad etmişdir ki, bu əsaslardan da heç biri Vergi Məcəlləsinin 14.3-cü maddəsində nəzərdə tutulmamışdır.

27. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı icarə müqaviləsi əsasında X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2302,2 m² olan qeyri yaşayış sahəsini icarəyə götürərək xəstəxana binası kimi istifadə edir. Həmin binanın aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi üçün isə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən müvafiq ekspertiza təyin edilmiş və ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətinə əsasən Vergi Məcəlləsinin 124.4-cü maddəsinin tələblərinə uyğun olaraq səyyar vergi yoxlaması ilə əhatə olunmuş dövr üzrə 68035,46 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Məhkəmənin isə xüsusi bilik tələb edən məsələ olan daşınmaz əmlakın aylıq icarə haqqı məbləğinin ekspert tərəfindən müəyyən edilmiş məbləğini düzgün hesab etməməsi tamamilə mülahizədən ibarət olmuşdur.

28. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, yoxlama aktında icarəyə götürülmüş obyektə görə icarə haqqının bazar qiymətindən aşağı müəyyən edildiyi əsas götürülərək əlavə mənfəət vergisi hesablanmış və bu qiymətləndirmə üçün ekspertin müxtəlif elan saytlarındakı (kommersiya obyektlərinin icarəsi ilə bağlı) qiymətləri təhlil etdiyi göstərilmişdir. Lakin kommersiya obyektlərinin bazar icarə haqqının müəyyən olunması üçün sırf elanlar əsasında qiymətləndirmə aparmaq nə müstəqil ekspertiza prinsiplərinə, nə də iqtisadi əsaslandırılmış qiymətləndirmə metodologiyasına uyğun sayılır. Bazar qiyməti barədə düzgün nəticə çıxarmaq üçün obyektin yerləşdiyi konkret ərazi üzrə oxşar obyektlər üzrə bağlanmış real icarə müqavilələri, rəsmi qiymətləndirmə hesabatları və daşınmaz əmlak bazarı üzrə statistik rəylər əsas götürülməlidir. Saytlardakı elanlar yalnız satıcının və ya icarəyə verənin subyektiv istəklərini əks etdirir və real bağlanmış müqavilələrdəki qiymətlərlə uyğun gəlməyə bilər. Bu səbəbdən, yalnız elan saytlarına əsasən icarə haqqı bazar qiyməti kimi qəbul edilə bilməz və bu üsulla müəyyən edilmiş qiymət əsasında əlavə vergi hesablanması əsassızdır və obyektivlik prinsipinə ziddir.

29. Qeyd edilənlərdən göründüyü kimi Vergi Məcəlləsi vergi orqanlarına bazar qiyməti tətbiq etmək hüququnu yalnız o hallarda verir ki, bu qiymətlər arasında ciddi fərqlər olsun və vergi ödəyicisinin vergi öhdəliklərini azaltmaq məqsədi ilə qiymətləri süni şəkildə aşağı müəyyən etdiyi sübut olunsun. Əgər vergi ödəyicisi göstərilən xidmətləri rəsmi olaraq sənədləşdiribsə, heç bir alternativ göstərici yoxdursa və qiymətlər 30 faizdən artıq fərqlənmirsə, o zaman ekspertiza təyin olunması və ekspert rəyinə əsasən əlavə vergi hesablanması hüquqi cəhətdən əsaslandırıla bilməz. Ekspert rəyi yalnız köməkçi xarakter daşıyır və bazar qiymətinin müəyyən olunmasında detallı müqayisə və analitik qiymətləndirmə olmadan özlüyündə əsas vergi hesablanmasına hüquqi baza təşkil edə bilməz.

30. Yuxarıda göstərilənlərdən aydın olur ki, yoxlama aktında vergi orqanı tərəfindən bazar qiymətinə keçid və əlavə vergi hesablanması həm Vergi Məcəlləsinin 14.1 və 14.3.3-cü maddələrinin tətbiq şərtlərinə uyğun deyil, həm də ekspert rəyinin hüquqi etibarlılığı şübhə altındadır. Eyni zamanda vergi ödəyicisi tərəfindən göstərilən tibbi xidmətlərin və icarə münasibətlərinin sənədlərlə rəsmiləşdirildiyi, təqdim olunan qiymətlərin reallığı ilə bağlı sübutların mövcud olduğu halda həmin rəqəmləri süni şəkildə bazar qiyməti ilə əvəz etmək həm hüquqa, həm də vergi hüququnda tətbiq edilən obyektivlik və qanunauyğunluq prinsiplərinə ziddir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2021-ci ildə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

32. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2021-ci ildə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır.

33. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqi, yəni şərti vergi məbləğinin hesablanması qaydası nəzərdə tutulmuşdur.

34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır

35. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit olunmuş hüquqi mexanizmə əsasən vergi öhdəliyinin müəyyənləşdirilməsi zamanı vergi orqanı ilkin olaraq vergi ödəyicisinə aid əlaqəli məlumatlardan istifadə etməli, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicilərinin məlumatlarına istinad etməli, yalnız bu üsullarla vergi öhdəliyinin müəyyən edilməsi mümkün olmadıqda isə son çarə kimi şərti rentabellik normasına əsaslanmalıdır. Bu ardıcıllıq pozularsa və ya birbaşa şərti rentabellik tətbiq edilərsə, həmin tətbiqin hüquqi əsasları konkret və əsaslandırılmış şəkildə göstərilməlidir, çünki bu cür yanaşma yalnız real məlumatlar tamamilə əlçatmaz olduqda və digər hüquqi vasitələrlə dəqiq vergi məbləği müəyyən edilə bilmədikdə qanuna uyğun sayılır. Lakin bu ardıcıllığa riayət edilmədiyi, yəni əlaqəli və analoji məlumatların qiymətləndirilmədən, birbaşa ekspertiza təyin olunaraq bazar qiymətinə əsasən əlavə vergi hesablanması göstərir ki, vergi orqanı qanunvericiliyin tələb etdiyi tətbiq ardıcıllığını pozmuş və bu da Vergi Məcəlləsinin müddəalarına, xüsusilə 14 və 67-ci maddələrin mahiyyətinə zidd olmuşdur.

36. Nəzərə alınmalıdır ki, ekspertiza yalnız köməkçi xarakter daşıyır və əsaslı vergi öhdəliyi müəyyən olunmadan əvvəl tətbiq edilə bilməz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

37. İş materiallarından görünür ki, cavabdeh orqan əvvəlki iki üsuldan istifadə etmədən birbaşa ekspertiza keçirmişdir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən əks hal sübuta yetirilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 67.17-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, vergi orqanı hüquqi baxımdan birbaşa hər hansı bir əsasdan istifadə etməklə vergi öhdəliyini hesablaya bilər. Lakin burada diqqətə alınmalı əsas məsələ odur ki, sıra ardıcıllığının gözlənilməsi qanuni tələb olmasa belə, istənilən tətbiq olunan üsulun seçilməsi və istifadəsi hüquqi cəhətdən əsaslandırılmalıdır. Xüsusilə, vergi orqanı şərti rentabellik normasına istinad edirsə, bu üsulun tətbiqi üçün əlaqəli məlumatların və ya analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicilərinə dair məlumatların mövcud olmaması, yaxud vergi öhdəliyinin bu üsullarla dəqiq və obyektiv şəkildə müəyyən olunmasının mümkünsüzlüyü sübut edilməlidir. Başqa sözlə, ardıcıllığın qanunla məcburi olmaması vergi orqanına əsaslandırılmamış şəkildə istənilən üsulu seçmək səlahiyyəti vermir. Əksinə, bu hallarda xüsusilə şərti rentabellik kimi sonuncu hesablanan üsuldan istifadə olunursa, onun tətbiqinin zəruriliyi və alternativ üsulların niyə qeyri-mümkün olduğu dəqiq, rəsmi və hüquqi cəhətdən əsaslandırılmış sənədlərlə ortaya qoyulmalıdır. Bu baxımdan, iş üzrə sənədlərdən və təqdim edilən sübutlardan göründüyü kimi, vergi ödəyicisi barədə kifayət qədər əlaqəli və rəsmi məlumatlar mövcud olduğu halda, vergi orqanının birbaşa şərti rentabellik norması tətbiq etməsi və bu üsulun zəruriliyini ayrıca əsaslandırmaması, qanunvericiliyin məzmun və məqsədinə ziddir və vergi öhdəliyinin əsaslı, şəffaf və obyektiv hesablanması prinsipini pozur.

39. Cavabdeh orqan şikayətin digər dəlili kimi göstərmişdir ki, məhkəmənin vergi qanunvericiliyinə zidd mövqeyi ilə bağlı onu bildiririk ki, məhkəməyə təqdim etdiyimiz etirazdan da göründüyü kimi iddiaçının fəaliyyətinə Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən vergi ödəyicisi müəyyən edilməmişdir. Belə ki, vergitutma məqsədləri üçün analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi dedikdə fəaliyyət növü eyni olan hər hansı vergi ödəyicisi deyil, məhz Vergi Məcəlləsinin 67.2-ci maddəsində müəyyən edilmiş meyarlara cavab verən vergi ödəyicisi nəzərdə tutulur.

40. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, iddia ərizəsinə etirazında vergi orqanı anoloji vergi ödəyicilərinin tətbiq etdiyi qiymətlərlə "xxxx" MMC-nin yoxlamaya təqdim etdiyi qiymətlər arasında fərqlərin olduğunu qeyd etdiyi halda, apellyasiya şikayətində analoji vergi ödəyicisi barədə məlumatların vergi orqanında mövcud olmadığını bildirmiş, bununla da özü-özünü təkzib etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddia ərizəsinə etirazında vergi orqanı müxtəlif özəl tibbi fəaliyyətlə məşğul olan tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərə tətbiq etdiyi qiymətlərlə "xxxx" MMC-nin yoxlamaya təqdim etdiyi qiymətlər arasında fərqlərin müşahidə edildiyini qeyd etsə də, məhz hansı ərazidə fəaliyyət göstərən, hansı tibb müəssisəsinin (müəssisələrinin) tətbiq etdiyi qiymətlərlə müqayisə aparıldığını və hansı fərqlərin müşahidə edildiyini qeyd etməmişdir. Vergi orqanı iddiaçının tətbiq etdiyi qiymətlərin ölkə ərazisində müxtəlif özəl tibbi fəaliyyətlə məşğul olan tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin qiymətləri ilə müqayisəsini ümumiyyətlə aparmamışdır. Nə vergi yoxlama aktında, nə də məhkəməyə təqdim etdiyi etiraz və şikayətlərində vergi orqanı bu barədə heç bir konkret fakta və sübuta istinad etməmişdir.

41. Cavabdeh orqan şikayətin digər dəlili kimi göstərmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi müddətlərinin uzadılması barədə qərarlarda yoxlamanın keçirilməsi müddətinin artırılmasının əsası göstərilmişdir. Məhkəmə isə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarı inzibati akt hesab edərək həmin qərarın qəbul edilməsini şərtləndirən halları “İnzibati icraat haqqında” Qanununun tələblərinə uyğun olaraq yazılı şəkildə sübutlarla əsaslandırmalı olduğunu qeyd etmişdir. Bu isə ona görə baş vermişdir ki, məhkəmə tamamilə yanlış və əsassız olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə zidd olaraq inzibati akt hesab etmişdir. - Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarlar isə “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından inzibati akt hesab edilmədiyindən inzibati akta münasibətdə qanunvüericilikdə müəyyən edilmiş tələblərin inzibati akt olmayan səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə qərarlara münasibətdə tətbiq edilməsi qanunvericiliyə ziddir.

42. Məhkəmə kollegiyası bu dəlillərə münasibətdə qeyd edir ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19 fevral 2025-ci il tarixli KY231989620 nömrəli çıxarışa əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması keçirilmiş, yoxlama müddəti xx.xx.2023 - xx.xx.2023, yoxlanılan dövr: xx.xx.2020 - xx.xx.2023, yoxlamanın predmeti və hüquqi əsasları: vergi qanunvericiliyinə əməl olunması, yoxlama obyekti: Bütün təsərrüfat obyektləri, yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması olmuşdur. Çıxarış 26 sentyabr 2023-cü il tarixdə imzalanmışdır.

43. Bundan sonra, yoxlama, xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (13 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi, xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (15 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (12 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (14 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsası ilə dayandırılmışdır.

44. Vergi orqanı səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarlar qəbul edərkən Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə istinad etmişdir.

45. Eyni zamanda, yoxlamanın müddəti xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinədək (46 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (27 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (18 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. 15 iyul 2024-cü il tarixdə «Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında» qərar çıxarılmışdır. Yoxlama müddəti: 15 iyul 2024-cü il tarixdən 7 oktyabr 2024-cü il tarixinədək əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmaqla artırılmışdır.

46. Vergi orqanının ancaq yoxlamanın dayandırılması barədə qeydləri vahid sənəd kimi 19 fevral 2025-ci il tarixdə çap edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231989620 nömrəli çıxarışa əlavə edilmiş, hər iki çıxarış eyni nömrəli, eyni tarixdə, yəni 26 sentyabr 2023-cü il tarixdə elektron imza ilə imzalanmışdır.

47. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, göründüyü kimi, növbəti səyyar vergi yoxlamasının müddəti 23 noyabr 2023-cü il tarixdə sona çatmasına baxmayaraq cavabdeh səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması qərarlarının olduğunu göstərmiş, həmin qərarların surətləri məhkəməyə təqdim edilmiş, həmçinin məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin dayandırılması və müddət uzadılması barədə qərarların əsaslı olmasını, yəni iş üzrə müstəsna halların olmasını müəyyən etmək mümkün olmamışdır.

48. Belə ki, səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.

49. Eyni zamanda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda və səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda uzadıla bilər.

50. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və belə yoxlama iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Müddət axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.

51. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılır (təxirə salınır).

52. Vergi orqanı tərəfindən də səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarlar qəbul edilərkən qeyd edilən maddəyə istinad edilmiş, lakin iş materiallarında müxtəlif tarixlərdə, cəmi 10 dəfə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsası ilə yoxlama dayandırılsa da, rəy təqdim edilmədiyi halda dəfələrlə icraatı təzələyib, yenidən eyni əsasla dayandırılmasının əsasları aydın deyil.

53. Göründüyü kimi, Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş 6 qərardan birinin çıxarılması üçün müəyyən edilmiş müddət ötürülmüşdür və buna görə Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələblərinə uyğun çıxarılmalı qərarın düzgün çıxarılması müəyyən edilmir.

54. Bundan əlavə, Vergi orqanının yoxlamanın dayandırılması və müddətinin artırılması barədə qeydlərinin 26 sentyabr 2023-cü il tarixdə elektron imza ilə imzalandığı, həmin qeydlərdə isə həmin tarixdən sonrakı tarixdə qərarların qəbul edilməsi o təəssüratı yaradır ki, sanki vergi orqanı qabaqcadan işin dayandırılma tarixlərini və müddətlərin uzadılması tarixlərini bilirdi.

55. Eyni zamanda qeyd edilməlidir ki, vergi orqanı tərəfindən VM-nin tələblərinə zidd olaraq müddətin artırılması və dayandırılması barədə qanunvericiliyin tələblərinə riayət edilməyərək, səyyar vergi yoxlamasının müddəti 23 noyabr 2023-cü il tarixdə bitməsinə baxmayaraq, həmin müddətədək qərar qəbul edilməmiş, yoxlama müddətinin bitdiyi tarixdən sonra isə 10 dəfə yoxlamanın müvəqqəti dayandırılması haqqında ümumilikdə 10 dəfə qərarlar qəbul edilmişdir. Daha sonra isə yoxlama müddətinin uzadılması ilə bağlı qərarlar çıxarılmışdır.

56. Bundan başqa, səyyar vergi yoxlaması zamanı 15 iyul 2024-cü il tarixli "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunsa da, həmin qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

57. Ümumiyyətlə, cavabdeh tərəfindən məhkəməyə səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin etirazında və şikayətində bu hallarla bağlı sadəcə qanunvericiliyin normaları sadalanmaqla kifayətlənilmişdir. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı səyyar vergi yoxlaması müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir.

58. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması ilə bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" təqdim edilən çıxarışda "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərar barədə məlumatın qeyd edilməsi, həmin qərarın reyestrdə tam şəkildə qeydiyyata alındığını birbaşa təsdiq etmir.

59. Nəzərə alınmalıdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət etmə üsullarından biridir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin müddəalarına görə, o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.

60. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması məqsədi ilə həyata keçirdiyi tədbirlərdən biri səyyar vergi yoxlamasının aparılmasıdır. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər.

61. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır.

62. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmasa da, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda, həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.

63. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

64. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh vergi orqanı tərəfindən iddiaçının vergilər üzrə qanunvericiliyə əməl etməsinin düzgünlüyünün yoxlanılması məqsədilə aparılmış Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinin vahid məlumat reyestrində qeydiyyata alınması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur.

65. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin hüquq İdarəsinin rəisinin Xidmətin rəis müavininə ünvanladığı Münasibət bildirilməsi haqqında Xidməti məktubunda göstərilmişdir ki, İddiaçı MMC-nin (VÖEN **********) xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2024cü il tarixli yoxlama aktı və materialı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********718100 nömrəli məktubu ilə “Vergi ödəyiciləri tərəfindən imzalanmasından imtina edilmiş səyyar vergi yoxlaması aktlarına rəy verilməsi Qaydaları”na uyğun olaraq Vergi auditi və Hüquq baş idarələrinə təqdim olunmuşdur. Hüquq baş idarəsində materiala vergi və digər qanunvericilik normalarının düzgün tətbiq edilməsi aspektində baxılmış və aşağıdakılar aşkar edilmişdir: - Yoxlanılan dövr ərzində vergi ödəyicisi tibb xidməti fəaliyyəti ilə məşğul olmuşdur. - Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 337.706,97 manat (mənfəət vergisinin 47.563,34 manat, ƏDV-nin 222.108,57 manat, ÖMV-nin 68.035,46 manat az və icbari ödənişlərin 0,40 manat artıq) məbləğində yayındırıldığı qeyd edilmiş, eyni zamanda Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2.441,62 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. - Belə ki, vergi ödəyicisi tərəfindən illər üzrə material hesabatları, hər bir tibbi xidmət üzrə tibbi sərfiyyat üzrə silgilər və digər xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və vergi ödəyicisi tərəfindən təqdim edilmiş statistik hesabat formalarına, tibbi xidmətlərin və icarə haqqının bazar qiymətinə dair ekspert rəyinə və elektron qaimə-fakturalara əsasən müəyyən olunan gəlirlərə şərti rentabellik norması tətbiq edilməklə əlavə mənfəət vergisi, eyni sənədlərə (məlumatlara) əsasən müəyyən olunan əlavə dövriyyədən ƏDV, ÖMV hesablanmış, bir sıra əsassız əvəzləşmələr ləğv edilmiş və bir sıra ƏDV hesablanan əməliyyatların vaxtı dəqiqləşdirilmişdir. - Bildiririk ki, Hüquq baş idarəsinin xx.xx.2024-cü il tarixli **********933100 nömrəli xidməti məktubu ilə Vergi auditi baş idarəsinə təqdim edilmiş rəyində qeyd olunan aşağıdakı nöqsan aradan qaldırılmamışdır. - Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tətbiqi (bazar qiymətinin müəyyən edilməsi üçün tədbirlərin görülməsi) əsaslandırılmamışdır. Belə ki, bazar qiymətinin müəyyən edilməsini zəruri edən hallar (tətbiq edilən qiymətlərin nəzərə alınmaması səbəbləri) barədə ekspertizanın təyin edilməsi haqqında qərarda və yoxlama aktında qeyd aparılmamışdır. - Sonda onu da qeyd edək ki, hesablamaya əsas olmuş sənədlərin səlahiyyətli şəxs tərəfindən təsdiq edilmiş surətləri tam şəkildə materiala əlavə edilməli və vergi ödəyicisinin xx.xx.2024-cü il tarixli şikayətində göstərilən hallara münasibət bildirilməlidir.

66. Bundan əlavə İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair rəydə göstərilmişdir ki, İddiaçı MMC-də (VÖEN: **********) aparılmış səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********653500 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyiciləri tərəfindən imzalanmasından imtina edilmiş səyyar vergi yoxlaması aktlarına rəy verilməsi Qaydaları”na uyğun olaraq Vergi auditi baş idarəsində və Hüquq baş idarəsində baxılaraq müvafiq rəy hazırlanmışdır. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********17670 nömrəli qərarına əsasən 09/20xx-xx/2023 dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. - Yoxlama 11,10.2023-cü il tarixdə başlanılmış, xx.xx.2024-cü il tarixdə başa çatdırılaraq xx.xx.2024-cü il tarixli **********177177 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. - Yoxlanılan dövr ərzində vergi ödəyicisi tibb xidməti fəaliyyəti ilə məşğul olmuşdur. - Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin və icbari ödənişlərin 353 122,57 manat (mənfəət vergisi 47 563,34 manat, ƏDV 237 523,77 manat ödəmə mənbəyində tutulan vergi 68 035,46 manat) azaldıldığı, 15 415,60 manat (ƏDV 15 415,2 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta 0,4 manat) artıq hesablandığı qeyd edilmişdir (Cəmi hesablama 516 709,88 manat (vergi 337 706,97 manat, maliyyə sanksiyası 179 002,91 manat)). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və vergi ödəyicisi tərəfindən təqdim edilmiş statistik hesabat formalarına, tibbi xidmətlərin və icarə haqqının bazar qiymətinə dair ekspert rəyinə və elektron qaimə-fakturalara əsasən müəyyən olunan gəlirlərə şərti rentabellik norması tətbiq edilməklə əlavə mənfəət vergisi, eyni sənədlərə (məlumatlara) əsasən müəyyən olunan əlavə dövriyyədən ƏDV, ÖMV hesablanmış, bir sıra əsassız əvəzləşmələr ləğv edilmiş və bir sıra ƏDV hesablanan əməliyyatların vaxtı dəqiqləşdirilmişdir - Yoxlama materiallarında aşağıda qeyd olunanlar nəzərə alınmalıdır:

1. Yoxlama aktının ƏDV-nin hesablanması hissəsində ƏDV-nin əsasən yoxlanılan dövr üzrə müvafiq illərin son ayına və yoxlanılan dövrün son ayına hesablanması qanunvericiliklə əsaslandırılmamış, eləcə də kameral qaydada hesablamaların (11 ay üzrə 23017,86 manatı) hazırkı yoxlama ilə təsdiqlənməsinə baxmayaraq, konkret sənədlərə istinad edilməmişdir.

2. Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tətbiqi (bazar qiymətinin müəyyən edilməsi üçün tədbirlərin görülməsi) əsaslandırılmamışdır. Belə ki, bazar qiymətinin müəyyən edilməsini zəruri edən hallar (tətbiq edilən qiymətlərin nəzərə alınmaması səbəbləri) barədə ekspertizanın təyin edilməsi haqqında qərarda və yoxlama aktında qeyd aparılmamışdır.

3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ Qərar çıxarılarkən Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbləri yerinə yetirilməlidir. - Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun Qərar çıxarıla bilər.

67. Bundan başqa, İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair rəydə göstərilmişdir ki, İddiaçı MMC-də (VÖEN: **********) aparılmış səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********239800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyiciləri tərəfindən imzalanmasından imtina edilmiş səyyar vergi yoxlaması aktlarına rəy verilməsi Qaydaları”na uyğun olaraq Vergi auditi baş idarəsində və Hüquq baş idarəsində baxılaraq müvafiq rəy hazırlanmışdır. - 11 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********17670 nömrəli qərarına əsasən 09/20xx-xx/2023 dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. - Yoxlama xx.xx.2023-cü il tarixdə başlanılmış, xx.xx.2024-cü il tarixdə başa çatdırılaraq, xx.xx.2024-cü il tarixli **********177177 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. - Yoxlanılan dövr ərzində vergi ödəyicisi tibb xidməti fəaliyyəti ilə məşğul olmuşdur. - Bundan əvvəlki xx.xx.2024-cü il tarixli **********944500 nömrəli birgə rəydə yoxlama materiallarında bir sıra nöqsanların olduğu göstərilməklə, həmin nöqsanların aradan qaldırılması bildirilmişdir. - Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin və icbari ödənişlərin 353 122,57 manat (mənfəət vergisi 47 563,34 manat, ƏDV 237 523,77 manat ödəmə mənbəyində tutulan vergi 68 035,46 manat) azaldıldığı, 15 415,60 manat (ƏDV 15 415,2 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta 0,4 manat) artıq hesablandığı qeyd edilmişdir (Cəmi hesablama 516 709,88 manat (vergi 337 706,97 manat, maliyyə sanksiyası 179 002,91 manat)). - Vergi ödəyicisi tərəfindən illər üzrə material hesabatları, hər bir tibbi xidmət üzrə tibbi sərfiyyat üzrə silgilər və digər xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və vergi ödəyicisi tərəfindən təqdim edilmiş statistik hesabat formalarına, tibbi xidmətlərin və icarə haqqının bazar qiymətinə dair ekspert rəyinə və elektron qaimə-fakturalara əsasən müəyyən olunan gəlirlərə şərti rentabellik norması tətbiq edilməklə əlavə mənfəət vergisi, eyni sənədlərə (məlumatlara) əsasən müəyyən olunan əlavə dövriyyədən ƏDV, ÖMV hesablanmış, bir sıra əsassız əvəzləşmələr ləğv edilmiş və bir sıra ƏDV hesablanan əməliyyatların vaxtı dəqiqləşdirilmişdir. - Yoxlama materiallarında aşağıda qeyd olunanlar nəzərə alınmalıdır:

1. Hüquq baş idarəsinin xx.xx.2024-cü il tarixli **********933100 nömrəli xidməti məktubu ilə Vergi auditi baş idarəsinə təqdim edilmiş rəyində qeyd olunan aşağıdakı nöqsarı aradan qaldırılmamışdır. 1.1. Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tətbiqi (bazar qiymətinin müəyyən edilməsi üçün tədbirlərin görülməsi) əsaslandırılmamışdır. Belə ki, bazar qiymətinin müəyyən edilməsini zəruri edən hallar (tətbiq edilən qiymətlərin nəzərə alınmaması səbəbləri) barədə ekspertizanın təyin edilməsi haqqında qərarda və yoxlama aktında qeyd aparılmamışdır.

2. Hesablamaya əsas olmuş sənədlərin səlahiyyətli şəxs tərəfindən təsdiq edilmiş surətləri tam şəkildə materiala əlavə edilməli və vergi ödəyicisinin xx.xx.2024-cü il tarixli şikayətində göstərilən hallara münasibət bildirilməlidir.

3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılarkən Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbləri yerinə yetirilməlidir. - Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun Qərar çıxarıla bilər.

68. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş X2 22 yanvar 2025-ci il tarixli 225 nömrəli rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş sənədlər əsasında İddiaçı MMC-də 2020-ci il üzrə 39371,71 manat zərər müəyyən edilir və MMC-nin təqdim etdiyi bəyannamə üzrə kənarlaşma müəyyən edilməmişdir. - Təqdim edilmiş sənədlər əsasında İddiaçı MMC-də 2021-ci il üzrə mənfəət vergisi 5130,22 manat təşkil edir və MMC-nin təqdim etdiyi bəyannamə üzrə kənarlaşma müəyyən edilməmişdir. - Təqdim edilmiş sənədlər əsasında “Regional Hospital" MMC-də 2022-ci il üzrə mənfəət vergisi 9200,1 manat təşkil edir və MMC-nin təqdim etdiyi bəyannamə üzrə kənarlaşma müəyyən edilməmişdir. - Təqdim edilmiş sənədlər əsasında İddiaçı MMC-də (kameral vergi yoxlaması nəzərə alınmaqla) ƏDV öhdəliyi 2020-ci ilin oktyabr ayı üzrə 1466,52 manat, dekabr ayı üzrə 3279,18 manat büdcədən qaytarma, senyabr ayı üzrə 2014,76 manat, noyabr ayı üzrə 109,67 manat büdcəyə hesablama müəyyən edilmişdir. - 2021-ci ilin yanvar ayı üzrə 1746,08 manat, fevral ayı üzrə 2272,18 manat, mart ayı üzrə 2151,41 manat, aprel ayı üzrə 2582,37 manat, iyun ayı üzrə 520,75 manat, sentyabr ayı üzrə 7921,39 manat, noyabr ayı üzrə 55,39 manat büdcədən qaytarma, may ayı üzrə 1422,15 manat, iyul ayı üzrə 1467,55 manat, avqust ayı üzrə 2297,16 manat, oktyabr ayı üzrə 820,3 manat, dekabr ayı üzrə 31514,36 manat büdcəyə hesablama müəyyən edilmişdir. - 2022-ci ilin 4562,44 manat, fevral ayı üzrə 4054,53 manat, mart ayı üzrə 8408,9 manat, aprel ayı üzrə 5411,48 manat, avqust ayı üzrə 4467,07 manat, oktyabr ayı üzrə 11957,8 manat büdcəyə hesablama, may ayı üzrə 2641,86 manat, iyun ayı üzrə 29582,49 manat, iyul ayı üzrə 45,69 manat, sentyabr ayı üzrə 6479,0 manat, noyabr ayı üzrə 2446,36 manat, dekabr ayı üzrə 31878,83 manat büdcədən qaytarma müəyyən edilmişdir. - 2023-cü ilin yanvar ayı üzrə 5057,58 manat, fevral ayı üzrə 10351,58 manat, mart ayı üzrə 7035,36 manat, may ayı üzrə 11018,06 manat, iyun ayı üzrə 175,77 manat, iyul ayı üzrə 10135,35 manat büdcəyə hesablama, aprel ayı üzrə 1180,85 manat, avqust ayı üzrə 264,29 manat büdcədən qaytarma müəyyən edilmişdir. - Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla, ƏDV-dən azad olunan əməliyyatların uçotunun ayrıca aparılmaması əsas gətirilməklə yoxlama ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, 2021-ci ilin yanvar ayında 19,55 manat, iyun ayında 23,37 manat, iyul ayında 7,01 manat, avqust ayında 2,57 manat, oktyabr ayında 18,27 manat, dekabr ayında 0,66 manat, 2022-ci ilin fevral ayında 15,38 manat, aprel ayında 21,72 manat, may ayında 1107,49 manat, avqust ayında 4473,74 manat, 2023-cü ilin yanvar ayında 3882.75 manat olmaqla ümumilikdə 9572,51 manat ƏDV üzrə əlavə vəsait hesablanmışdır. Lakin bütün əməliyyatlar elektron qaimə ilə rəsmiləşdirildiyindən və vergi orqanının elektron məlumat bazasında elektron qaimələr üzrə ƏDV-yə cəlb edilən və ƏDV-dən azad olan əməliyyatlar aydın əks olunduğundan, vergi orqanı həmin məlumatları elektron bazadan əldə etmək imkanına malik olmuşdur və bu səbəbə görə əlavə vergi hesablanması əsassız olmuşdur. Həmçinin yoxlama aktında uçotunun ayrıca aparılmamasına görə əlavə verginin hansı qaydada hesablanması açıqlanmamış, yalnız ümumi şəkildə hesablanmış verginin məbləği göstərilmişdir. - Təqdim edilmiş sənədlər əsasında İddiaçı MMC-də hər rüb üzrə 1260 manat olmaqla 2020-ci ilin 3-cü, 4-cü rübləri üzrə, 2021-ci, 2022-ci il, 2023-cü ilin 1-ci, 2-ci rübləri üzrə ödəmə mənbəyində tutulan vergi ümumilikdə 15120 manat təşkil edir və MMC-nin təqdim etdiyi bəyannamə üzrə kənarlaşma müəyyən edilməmişdir. - Səyyar vergi yoxlaması ilə əhatə olunan 2021-ci ildə 1277,96 manat, 2023-cü ildə 3655,28 manat, ümumilikdə 4883,24 manat ƏDV məbləği Vergi Məcəlləsinin 175.1.3- cü maddəsində göstərilən müddətdən gec ödənilmişdir. Qeyd olunan pozuntuya görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu məbləğin 50% miqdarında, hazırkı halda 2441,62 manat maliyyə sanksiyası tətbiq edilir. - Ekspertizaya alış və satış sənədləri (e qaimə fakturalar, kassa çekləri, ƏDV depozit hesabından çıxarış, vergi bəyannamələri, dövrün əvvəlinə və sonuna mal qalığı sənədləri, debitor və kreditorlarla hesablaşmalar), material silgisi sənədləri təqdim edilmişdir ki, bu da vergi öhdəliyinin düzgün müəyyən edilməsi üçün kifayət etmişdir. - İddiaçı MMC-nin tibbi xidmətlərinə tətbiq etdiyi qiymətlərin səviyyəsi iş materiallarında olan mənbələrə əsasən bazar qiymətinin tətbiqi üçün əsas vermir. İş materialında MMC-nin tətbiq etdiyi qiymətdən 30 gün ərzində 30%-dən çox fərqlənən tibbi xidmətin göstərilməsini təsdiq edən hər hansı mənbə (müqavilə, qaimə, kassa çeki və s.) mövcud olmamışdır. - “Regional Hospital" MMC-nin tibbi xidmətlərin göstərilməsi ilə bağlı (emək haqqı, material, kommunal, nəqliyyat və s. xərcləri) təsdiq edən sənədlər iş materialında mövcud olmuşdur və vergi yoxlaması ilə də bu xərclərin məbləği və təyinatı üzrə kənarlaşma aşkar olunmamışdır. Həmin xərclər tiibbi xidmətin dəyərinin formalaşması üçün zəruri xərclər olmuş və gəlir və xərc arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.01.20-ci il tarixli 5N-İi qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərf”nin 1.1-ci bəndində göstərildiyi kimi, bu sənəd “Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 15-17.4-cü maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xiddmət!ərin siyahısını və tariflərini (o cümlədən, sığorta limitini), növündən növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan normativ sənədlərin tələbinə əsasən, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə yalnız icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin tarifləri müəyyən edilir və icbari tibbi sığortadan kənar göstərilən tibbi xidmətlərin qiymətlərinin həmin tariflərə uyğun olması ilə bağlı Nazirlər Kabinetinin 10.01.20-ci il tarixli 5N-İi qərarında hər hansı məcburi göstəriş nəzərdə tutulmamışdır. Həmçinin, Vergi Məcəlləsinin 14.9-cu maddəsində bazar qiyməti kimi istinad oluna bilən mənbələr siyahısında da Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı ilə təsdiq edilmiş sənəd (Zərf) təsbit edilməmişdir. - Eyni zamanda nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 402 N-li qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” ilə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclər və onların normaları müəyyən edilmişdir. Qaydaların “Qeyd” hissəsinə əsasən, bu Qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu Qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür. Yuxarıda da göstərildiyi kimi, İddiaçı MMC-nin tibbi xidmətlərin göstərilməsi ilə bağlı (əmək haqqı, material, kommunal, nəqliyyat və s.) xərcləri təsdiq edən sənədlər iş materialında mövcud olmuşdur və vergi yoxlaması ilə də bu xərclərin məbləği və təyinatı üzrə kənarlaşma aşkar olunmamışdır. Həmin xərclər tiibbi xidmətin dəyərinin formalaşması üçün zəruri xərclər olmuş və gəlir və xərc arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. Bu səbəbdən də, MMC-nin tibbi xidmətlər üzrə tətbiq etdiyi qiymətlər xərclərinə mütənasib olduğundan, hazırkı halda Nazirlər Kabinetinin 10.01.20-ci il 5N-li qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndəki qiymətlərin Vergi Məcəlləsinin 14.9-cu maddəsində göstərilən bazar qiyməti barədə məlumat mənbəyi kimi istifadə olunması əsassız olmuşdur.

69. Bu xüsusatlar da, iddiaçının tələbində haqlı olduğuna dəlalət edir. Məhkəmə kollegiyası apellyasiya şikayətində etiraz ərizəsinin dəlillərində təkrarlanan arqumentlərə əlavə olaraq qiymət verilməsinə lüzum görmür. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

70. Məhkəmə kollegiyası sonda onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçi İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək “cavabdehin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli, **********189165 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə mahiyyəti üzrə baxılanadək həmin qərarın icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 15(116)-51/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(107)-2/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)- 30/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.

72. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

73. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(116)-1815/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar