Məhkəmə qərarları › İş №2-1(107)-507/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-507/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-507/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran əqəsəbsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o, cümlədən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X6 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü xsemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1434/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın 17 saylı X14rşı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestirindən xx.xx.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran qəsəbəsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o cümlədən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestir nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X6 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü sxemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəli şəxsləri tərəfindən üçüncü şəxsin icarəsində olan torpaq sahəsi sürüşdürülərək iddiaçının mülkiyyətinə aid olan torpaq sahəsinin üzərinə yerləşdirilmişdir. Bütün bunları aidiyyatı dövlət qurumu etmişdir. O, bu barədə hazırkı və əvvəlki sənədləridə təqdim edir. Bütün bu prosseslər Aran Bələdiyyəsinə aid olan torpaq sənədlərində baş vermişdir. DƏDRX-nin ******* saylı çıxarışı ilə 37,0 ha, ******* saylı çıxarışla 13.0 ha torpaq sahəsi X7 icarəsinə verilmiş, onun vəfatından sonra xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə X4 adına icarəyə verilmişdir. Bu torpaq sahəsi 2002-2017-ci ilədək icarəyə verilərkən torpaq sahəsinin sxem və kartası ilə həmin torpaq sahəsinin yeri müəyyən edilmişdir. X16 qərarı əsasında həmin ərazi, yəni icarə əsasında müəyyən edilmişdir. Sonradan 17 saylı Ərazi İdarəsi tərəfindən həmin icarə torpaq sahəsi 2017-ci il tarixində süni qaydada icarə torpağı mövcud sənədlərin ziddinə gedilərək sürüşdürülmüşdür. Bu da müəssisənin rəhbəri X12 Cəfərovun yerliliyi sayəsində həyata keçirilmişdir. Nəticədə bu sürüşdürülmüş torpaq sahəsi iddiaçının pay və icarə torpağının üzərinə düşmüşdür. xx.xx.2002-ci il tarixli 02 saylı icarə müqaviləsi sənədi ilə X15 ilə 50 hektar örüş-otlaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə imzalanmışdır. Torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar Yevlax rayon Torpaq və Xəritəçəkmə Şöbəsində sahənin sxemi çəkilmişdir. Torpaq sahəsinin hazırlanmış X25 əsasən X10 verilmiş torpaq sahəsi icarədar X2 icarəsində olan torpaq sahəsi ilə qonşuluqda verilmişdir. Sonrdan o, torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyi dövrdə xx.xx.2017-ci il tarixdə yenidən 15 il müddət üçün ******* nömrəli çıxarışı almışdır. Yüklülüyün müddəti xx.xx.2002-ci ildən, xx.xx.2032-ci ilədək göstərilmişdir. Həmin çıxarışda göstərilən torpaq sahəsinin əvvəlki X1 deyil, sahə digər qonşu icarədara tərəf sürüşdürülmüşdür. X7 vəfatı ilə əlaqədar olaraq torpaq sahəsinə aid çıxarış X9 adına 2019-cu ildə rəsmiləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1434/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı oğlu həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, torpaq üzərində mülkiyyəti hüquqları pozulmuş bir şəxsdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəli şəxsləri tərəfindən üçüncü şəxsin icarəsində olan torpaq sahəsi sürüşdürülərək onun mülkiyyətinə adi olan torpaq sahəsinin üzərinə yerləşdirilmişdir. Bütün bunları aidiyyatı dövlət qurumu etmişdir. O, bu barədə hazırkı və əvvəlki sənədləridə məhkəməyə təqdim etmişdir. Bütün bu prosseslər Aran Bələdiyyəsinə aid olan torpaq sənədlərində baş vermişdir. DƏDRX-nm ******* saylı çıxarışı ilə 37,0 ha, ******* saylı çıxarışla 13.0 ha torpaq sahəsi X5 icarəsinə verilmiş, onun vəfatından sonra xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə X4 adına icarəyə verilmişdir. Bu torpaq sahəsi 2002-2017-ci ilədək icarəyə verilərkən torpaq sahəsinin sxem və kartası ilə həmin torpaq sahəsinin yeri müəyyən edilmişdir. X16 qərarı əsasında həmin ərazi, yəni icarə əsasında müəyyən edilmişdir. O, bu barədə konkret sxemi məhkəməyə göndərmişdir. Sonradan 17 saylı Ərazi İdarəsi tərəfindən həmin icarə torpaq sahəsi 2017-ci il tarixində süni qaydada icarə torpağı mövcud sənədlərin ziddinə gedilərək sürüşdürülüb. Nəticədə bu sürüşdürülmüş torpaq sahəsi onun pay və icarə torpağının üzərinə düşmüşdür. Bildirir ki, xx.xx.2002-ci il tarixli 02 saylı icarə müqaviləsi sənədi ilə X15 ilə 50 hektar örüş-otlaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə imzalanmışdır. Torpaq sahəsinin icarəyə verilməsi il əlaqədar Yevlax rayon Torpaq və Xəritəçəkmə Şöbəsində sahənin sxemi çəkilmişdir. Torpaq sahəsinin hazırlanmış X25 əssən X10 verilmiş torpaq sahəsi icarədar X2 icarəsində olan torpaq sahəsi ilə qonşuluqda verilmişdir. Sonradan o, torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyi dövrdə xx.xx.2017-ci il tarixdə yenidən 15 il müddət üçün №-1142470 nömrəli çıxarışı almışdır. Onu da qeyd edir ki, yüklülüyün müddəti xx.xx.2002-ci ildən, xx.xx.2032ci ilədək göstərilmişdir. Həmin çıxarışda göstərilən torpaq sahəsinin əvvəlki X1 deyil, sahə digər qonşu icarədara tərəf sürüşdürülmüşdür. X7 vəfatı ilə əlaqədar olaraq torpaq sahəsinə aid çıxarış X9 adına 2019-cu ildə rəsmiləşdirilmişdir. O, məhkəməyə bu sürüşməni müəyyən edən karta təqdim etmişdir. Cavabdeh orqan bu barədə məhkəməyə cavab verməlidir. Həmi sürüşməni hansı səbəbdən etdiklərini məhkəməyə bildirməlidirlər. Bütün bunlar hesab edir ki, onun əlehinə olaraq hazırlamaları, onu bugün üçüncü şəxsin əlində bir alətə çeviriblər. Beləki şəxs iddia edir ki, o, onun torpaqlarını zəbt etmiş, əlində olan çıxarışla ona aid olan torpaq sahələri ona aid torpaq sahəsinin üstünə düşür. Bütün gücümlə və qüvvəmlə dövlət orqanlarından bu məsələlərin real həllini istəmiş, ancaq təəssüflər edir ki bu iş bügünədək öz ədalətli həllini tapmamışdır. Onun ücücü şəxs Dağbəyi adlı şəxslə heç bir ziddiyəti yoxdur. Bıı şəxslə onun konkret olaraq nə mübahisəsi olsun? Ancaq cavabdeh orqan bütün bu məsələləri hazırkı həddə gətirməsəydi hesab edir ki, icarə torpaq sahələrinin sxemi suni surətdə sürüşdürülməzdi. Torpaq sahəsinin plan ölçüsündə düzəliş etməklə əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı cavabdeh orqana xx.xx.2020-ci il tarixində müraciəti olub, həmin müraciət, ərizə onlar tərəfindən qəbul edilmişdir. O, həmin ərizənin əslini tərəfin qəbul etmiş olduğu sənəddə olan imzası əks olunmaqla məhkəməyə təqdim etmişdir. Hesab edir ki, cavabdeh orqan əsassız olaraq əvvəlcə X7 adma sonra X4 adma olan icarə torpaq sahəsinin plan ölçüsündə düzəliş edilməklə, onun ilkin vəziyyətinə qaytarılması ilə əlaqədar ərizəmizi təmin etməmişdir. Məhkəmə qərar qəbul edərkən qeyd olunan mümkünsüzlük məsələsini cavabdeh orqanın hazırkı tələbə münasibəti ilə bağlı rəsmi sənədin təqdim edilmədiyini bildirir. Eləcədə qərarında bildirir ki, onalr cavabdeh orqana xx.xx.2020-ci il tarixində müraciət etmişlər. Ancaq tərəfin münasibəti rəsmi olaraq hazırkı sənəddə olmadığını bildirir. Hesab edir ki, məhkəmə bu məsələni tərəflərin iştirakı ilə keçirilən iclasında və yaxud AR İPM-nın 16.1 cı maddəsində deyilir ki, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı “şifahi dinləmələr qaydasında baxılması qeyd edilir”. Həmin məcəllənin 16.2-ci maddəsində deyilir ki, tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı “şifahi dinləmələr keçirmədəndə həll edə bilər” qanunun birbaşa göstərişi vardır ki, burada mübahisə tərəflərin razılığı əsasında onların iştirakı olmadan prossesin keçirilməsini müəyyən etsin. Həmin məcəllənin 16.3-cü maddəsi isə qeyd edir ki, mübahisənin mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədəndə qəbul edilə bilər. Buradan göründüyü kimi tərəflərindən hazırkı mübahisə ilə bağlı cavabdehə rəsmi ərizə ilə müraciət edilib. Bu barədə ərizə və həmin ərizənin rəsmi qəbul edildiyi öz əksini tapıb. Belə olan halda məhkəmə tərəfindən ən azı bir məhkəmə prosesində, yadaki məhkəmə sərəncamı əsasında verilmiş ərizənin cavablandırılması ilə bağlı ən azı tərəflərdən məlumat almaq mümkün idi. Bu səbəbdəndə məhkəmə AR İPMnın 13-cü maddəsinin tələblərini pozmuşdur. Həmin məcəllədə deyilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hesab edir ki, o, məhkəmə prosesində cavabdehin rəsmi mövqeyini məhkəməyə verə bilərdi. Məhkəmə artıq hazırkı qərarı qəbul etmədən tələbinə mahiyyət üzrə baxa bilərdi. Şikayətə apellyasiya qaydasında baxılmasını və məhkəmənin hazırkı qərarın ləğv edilməsini istəyir. AR İPM-nın 2.2.1-ci maddəsində deyilir ki, şəxsin hüquq vəzifələri ilə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirlməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR İPM-nin 81.1-ci maddəsində deyilir: inzibati və iqtisadi mübahisəyə dair işlər üzrə məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən baxılır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1434/2020 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1434/2020 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi X17 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1434/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh DƏDRX-nin 17 saylı X27 nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxs X11 ərizə göndərərək ərizəsinin nəzərə alınmasını və iş üzrə apellyasiya şikayətinin təmin edilməməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı oğlunun apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana xx.xx.2020-ci il tarixdə müraciət etmiş, cavabdeh orqan qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq müddətini ötürməmiş və iddiaçının müraciətinin təmin olunmasından rəsmi olaraq imtina etməmişdir. Qanunvericiliklə öhədəliyin icrası haqqında iddialara münasibətdə ilk olaraq cavabdeh inzibati orqana müraciət edilməsi və müvafiq olaraq həmin müraciətə müəyyən olunmuş müddətdə cavab verilməməsi və ya müraciətin təmin olunmasından imtina edilməsi kimi mümkünlük şərtinin tətbiq olunmasının səbəbi məhkəməyə qədər mübahisənin cavabdeh orqan tərəfindən həll edilə bilməsi imkanına malik olmasından ibarətdir. Belə ki, inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyətini tənzimləyən normativ aktlara istinad etməklə iddiaçının müraciəti əsasında icraat apara və həmin icraatın nəticəsində onun tələbinin təmin olunması nəticəsinə gələ bilər ki, bu da lüzumsuz yerə vətəndaşın məhkəməyə müraciət etməsinin qarşısını ala bilər. Hazırki halda isə iddiaçı müraciətindən qısa müddət keçməsinə baxmayaraq birbaşa məhkəməyə müraciət etmiş, bununla da yuxarıda sadalanan tələblərə əməl etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana xx.xx.2020-ci il tarixdə müraciət etmiş, cavabdeh orqan qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq müddətini ötürməmiş və iddiaçının müraciətinin təmin olunmasından rəsmi olaraq imtina etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi İPMin 16.3-cü maddəsinə əsasən mübahisənin mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən qəbul edilməsinə əsaslanaraq qərardad qəbul etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iddiaçının mübahisə ilə bağlı cavabdehə rəsmi ərizə ilə müraciət etdiyini bildiyi halda cavabdeh orqana sorğu verməmiş, habelə məhkəmə iclası keçirmədən mübahisənin mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadını şifahi məhkəmə baxışı keçirilmədan qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əgər birinci instansiya məhkəməsi bir məhkəmə iclası keçirməklə, yaxud da məhkəmə sərəncamı əsasında verilmiş ərizənin cavablandırılması ilə bağlı ən azı tərəflərdən məlumat ala bilərdi. Lakin birinci instansiya məhkəməsi bunları etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materiallarında olan və iddiaçı tərəfindən kollegiyaya təqdim edilmiş cavabdeh DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin imtina məktubundan görünür ki, məktub xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1434/2020 nömrəli qərardadının qəbul edilmə tarixi imtina məktubunun tərtib tarixi ilə üst-üstə düşür. Göründüyü kimi xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasına tərəfləri dəvət etməmiş, onların inzibati orqandan cavab alıb-almamasını araşdırmamış, tərəflərin iştirakı olmadan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, əgər birinci instansiya məhkəməsi iş üzrə İPM müdəalarının tələblərinə uyğun olan prosessual hərəkətlər yerinə yetirmədən, yəni tərəfləri məhkəmə iclasına dəvət etmədən onların inzibati orqandan müraciətə cavab alıb-almamasını aydınlaşdırmadan iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. İPM-in 87.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğlu tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1434/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar