Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-509/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Rəfiyev Rövşən Rafiq oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Tağıyev Babək Vaqif oğlunun katibliyi; Cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı vəfat etmiş əri X1 xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1151/2020 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Qax rayonunun Qaxingiloy kəndində anadan olmuşdur. Qazandığı əmək stajına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququnun olmadığına görə, Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinin 61 yaş 06 ay tamam olduğu xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə ƏƏSMN yanında Dövlət Sosial müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məktubda mərhum həyat yoldaşı X1 xx.xx.1978-ci il tarixdən xx.xx.1979cu il tarixədək Qax rayonunun S.Vurğun adına Fındıqçılıq sovxozunda və 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndinin Nizami adına kolxozda işlədiyi illər vəfat etmiş ailə başçısının sosial sığorta stajına daxil edilməməsi səbəbindən ona ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Nazirlik yanında DSMF-nin Qax rayon şöbəsinin ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. Şöbə tərəfindən ona göndərilmiş məktubda ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün mərhum həyat yoldaşının Qanunun 17.1 -ci və 12.1 -ci maddələrinə əsasən 7 il sosial sığorta stajına malik olmasının tələb olunduğu və onun əmək stajının 04 il 08 ay 12 gün xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil aldığı və hərbi xidmətdə olduğu müddət, 05 ay 10 gün xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda və 2 il 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi Nizami adına kolxozda işlədiyi illər məhkəmə qərarı il təsdiq olunarsa 07 il 01 ay hesablana biləcəyi barədə bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək “vəfat etmiş əri X1 xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinəqoyulması” barədə qərar qəbul edilməsinixahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsində göstərilən ailə üzvlərindən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 17.1 -ci maddəsinə əsasən 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Qeyd edildiyi kimi İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin eidlməsi üçün mərhum əri X1 36 yaşında vəfat etdiyini nəzərə alaraq ölüm gününədək 7 il (36 yaş - 15 yaş əmək qabiliyyətli yaş dövrü = 21 yaş x 4 ay =84 ay) sosial sığorta stajına malik olması tələb olunur. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçasında qeyd edilən həmçinin, dövlət arxivinin arayışları əsasında təsdiqlənən dövrlər istisna olmaqla vətəndaşın işləməsi barədə verilmiş stajın təsdiq edilməsi ilə bağlı arxiv arayışları məhkəmə qərarından sonra nəzərə alına bilər. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı iddiaçının mərhum əri X1 xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil aldığı və hərbi xidmətdə olduğu 04 il 08 ay 12 gün mübahisələndirilməyərək sosial sığorta stajına daxil edilmiş, 05 ay 10 gün xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun Səməd Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi dövr, 1989, 1990 və 1991ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda işlədiyi illər üzrə hesablanan 02 il nəzərə alınmaqla ümumilikdə müəyyən olunan 02 il 05 ay 10 gün yuxarıda qeyd edilmiş səbəblərdən vəfat etmiş ailə başçısının sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə qanunvericiliklə müəyyən olunan yaş həddinə (61 yaş 06 ay) çatmışdır. İddiaçıya və mərhum həyat yoldaşı X2 əmək pensiyası təyin edilmədiyi üçün pensiya işinin təsdiqlənmiş surətinin göndərilməsi mümkün deyildir. Qeyd edildiyi kimi vəfat etmiş ailə başçısı, X1 mübahisələndirilməyən əmək stajı 04 il 08 ay 12 gün xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil aldığı və hərbi xidmətdə olduğu müddət, 05 ay 10 gün xx.xx.1978-ci ildən 02.01,1979-cu ilədək Qax rayonunun Səməd Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi dövr və 2 il 1989,1990 və 1991-ci illər üzrə hesablanan Qax rayonunun Qaxingiloy kəndi Nizami adına kolxozunda işlədiyi illər məhkəmə qərarı ilə təsdiq olunduğu halda ümumilikdə 07 il 01 ay müəyyən olunur. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1151/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı mərhum əri X1 xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1151/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün mərhum əri X1 36 yaşında vəfat etdiyini nəzərə alaraq ölüm gününədək 7 il ( 36 yaş- 15 yaş əmək qabiliyyətli yaş dövrü= 21 yaş x 4 ay = 84 ay) sosial sığorta stajına malik olması tələb olunur. İddiaçının mərhum əri X1 xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil aldığı və hərbi xidmətdə olduğu 04 il 08 ay 12 gün mübahisələndirilməyərək sosial sığorta stajına daxil edilmişdir. Həmçinin 04 ay 11 gün yəni, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun Səməd Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi dövr və Qax rayonunun Qaxingiloy kənd “Nizami” kolxozunda işlədiyi illər üzrə hesablanan 01 il 08 ay 06 günü mübahisəiəndirilməsə belə vətəndaşa pensiya təyin edilməsi üçün kifayət etmir. Belə ki, sovxozda işləmə dövrü ümümilikdə (1979.01.02 - 1978.08.22= 04 ay 11 gün) 04 ay 11 günə bərabərdir. Mərhumun “Nizami” adına kolxozunda işləməsi ilə bağlı arxiv arayışından da göründüyü kimi adam günlərinin minimumu 240 gün kimi müəyyənləşdirilib. Belə olan halda həmin kolxozda 1989 və 1990-cı illərdə işlədiyi 84 gün+162 gün topladıqda 246 gün edir ki, buda 08 ay 6 günə bərabərdir. 1991-ci ildə işləməsini 1 ilə bərabər götürdükdə şəxs həmin kolxozda 01 il 08 ay 06 gün işləmişdir. Sovxoz və Kolxozda işlədiyi müddəti topladıqda (01 il 08 ay 06 gün+04 ay 11 gün) 2 il 16 gün edir. Beləliklə, şəxsin mübahisələndirilməyən stajı ilə kolxoz və sovxozda işlədiyi müddəti ümumilikdə topladıqda (04 il 08 ay 12 gün+ 02 il 17 gün= 06 il 08 ay 29 gün) tələb olunan staj (7 il) ödənilmir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1151/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının nümayəndəsi X5 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1151/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara AZE seriyalı 0******* nömrəli Ş/V-nin surəti, Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu, Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli etirazı daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, həmin Məcəllənin 85.1ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia həmçinin əsaslıdır. İş materiallarına əlavə edilmiş İ- ЖГ seriyalı 404861 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 ilə İddiaçı arasında nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş İV-ЖГ seriyalı 350058 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Э seriyalı 067458 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil almışdır. İş materiallarına əlavə edilmiş SHXÇDX-nin xx.xx.2020-ci il tarixli 270 nömrəli arayışından görünür ki, X3 xx.xx.1973-cü il tarixdən 19.12.197-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında xidmət etmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 65/1 saylı Arxiv arayışından görünür ki, X3 1989-1991-ci il tarixlərdə Qax rayonu Qaxingiloy kənd Nizami adına kolxozda işləmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 82/1 saylı Arxiv çıxarışından görünür ki, X3 1978-1979-cu il tarixlərdə Qax rayonu S.Vurğun adına fındıqçılıq sovxozunda işləmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktlarından görünür ki, X1 1978-1979-cu il tarixlərdə Qax rayonu S.Vurğun adına fındıqçılıq sovxozunda, 1989-1991-ci il tarixlərdə Qax rayonu Qaxingiloy kənd Nizami adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhim həyat yoldaşı X3xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işləmişdir. Qeyd olunan hal Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 65/1 saylı arxiv arayışı, Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 82/1 saylı arxiv çıxarışı və Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktları öz təsdiqini tapır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüququ ondan ibarətdir ki, mərhum ərinin sovxoz və kolxozda işlədiyi müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun ailə baçşısını itirməyə görə pensiya almaq hüququ reallaşacaqdır. (mübahisəsiz 04 il 08 ay 12 gün + 02 il 05 ay 10 gün = 07 il 01 ay 22 gün) “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum əri xx.xx.1955-ci ildə doğulmuş, xx.xx.1992-ci ildə ölmüşdür. Onun öləndə 36 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 7 il stajının olması kifayət edir. (36 -15=21, 21*4/12=7 il) İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan onun xx.xx.2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1151/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-509/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-509/2020
07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver