Məhkəmə qərarları › İş №2-1(107)-510/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-510/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-510/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Rəfiyev Rövşən Rafiq oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Tağıyev Babək Vaqif oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəsissədə fəaliyyət göstərən istehsalat sahəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-51/2020 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 1947-ci ildə anadan olmuş və yaşa görə ona pensiya təyin edilmişdir. xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Çəzaçəkmə Müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləməklə əmək haqqı almışdır. Bu barədə həmin çəzaçəkmə müəssisəsi xx.xx.2013-cü il tarixdə xx/xx-4333 nömrəli arayış da vermişdir. Həmin müddətin pensiyasına əlavə edilməsindən ötrü sənədlərini DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmişdir. Sənədlərinə pensiya təyin edən komissiyada buraxılmışdır. Qeyd etdiyi illər üçün əmək kitabçası olmadığından DSMF-nin Şəki şəhər şöbəsinin rəhbərliyi özünün xx.xx.2014-cü il tarixli 80/769 nömrəli məktubu ilə xx.xx.1987xx.xx.1992ci illərdə 2 saylı Çəzaçəkmə müəssisəsində çəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləməyi və əmək haqqı aldığı illərin sığorta stajı faktının müəyyən edilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etməyi ona izah olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəsissədə fəaliyyət göstərən istehsalat sahəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-51/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəsissədə fəaliyyət göstərən istehsalat sahəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-51/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, təqdim etdilən xx.xx.1987xx.xx.1992-ci illər arasında olan 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərilməsinə dair Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilən xx.xx.2013-cü iltarixli 17/194333 nömrəli arayışın surətində olan illəri sığorta stajına əlavə etmək qanunveriliciliyə uyğun deyildir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-51/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-51/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-51/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)1123/2019 saylı qərardadı; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019cu il tarixli **********5 nömrəli məktubu; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-4039 nömrəli məktubu; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2020-ci il tarixli xx/xx/1613 nömrəli məktubu; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2013-cü il tarixli 17/194333 nömrəli arayışı daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, həmin Məcəllənin 85.1ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia həmçinin əsaslıdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)1123/2019 saylı qərardadından görünür ki, İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləməklə sığorta stajının olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi müddəti sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, xx.xx.2006-cı il tarxədək cəmi 24 il 9 ay sosial sığorta stajı yaranar. Bu staja uyğun olaraq əmək pensiyasının məbləğinə xx.xx.2019-cu il tarixdən 16,50 manat artım hesablanmaqla 188,96 manat təşkil edər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən xx.xx.2019-cu il tarixdən isə yaşa görə əmək pensiyasının minimum məbləği 200,0 manata çatdırıldığı üçün iddiaçıya həmin tarixdən 200,0 manat məbləğində əmək pensiyası ödəniləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi müddəti sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, onun pensiyasının üzərinə xx.xx.2011-ci il tarixdən 11,32 manat, xx.xx.2012-ci il tarixdən 12,21 manat, xx.xx.2013-cü il tarixdən 12,35 manat, xx.xx.2014-cü il tarixdən 12,64 manat, xx.xx.2015-ci il tarixdən 12,82 manat, xx.xx.2016-cı il tarixdən 13,33 manat, xx.xx.2017-ci il tarixdən 14,99 manat, xx.xx.2018-ci il tarixdən 15,84 manat, xx.xx.2109cu il tarixdən isə 16,32 manat əlavə hesablanar. xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi fərq məbləği 1344,96 manat təşkil edər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-4039 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş demoqrafik məlumatlara əsasən İddiaçı cəza çəkmə müddətinin başlanma tarixi - xx.xx.1986-cı il, cəzasının başa çatma tarixi - xx.xx.1992-ci ildir. Müvafiq əmrə əsasən məhkum edilmiş şəxslərin şəxsi işlərinin müəyyən edilmiş saxlanma müddəti başa çatdığına görə İddiaçı şəxsi işinin təqdim edilməsi imkan xaricindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2020-ci il tarixli xx/xx/1613 nömrəli məktubundan görünür ki, X1 həqiqətən də xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixədək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləmişdir və əmək haqqı almışdır. Əlavə olaraq xx.xx.2013-cü il tarixli xx/xx-4333 nömrəli arayışın müəssisə dəftərxanasının qeydiyyat kitabında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2013-cü il tarixli 17/194333 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləmişdir və əmək haqqı almışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləmişdir və əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi müddəti sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, onun pensiyasının üzərinə xx.xx.2011-ci il tarixdən 11,32 manat, xx.xx.2012-ci il tarixdən 12,21 manat, xx.xx.2013-cü il tarixdən 12,35 manat, xx.xx.2014-cü il tarixdən 12,64 manat, xx.xx.2015-ci il tarixdən 12,82 manat, xx.xx.2016-cı il tarixdən 13,33 manat, xx.xx.2017-ci il tarixdən 14,99 manat, xx.xx.2018-ci il tarixdən 15,84 manat, xx.xx.2109cu il tarixdən isə 16,32 manat əlavə hesablanar. xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi fərq məbləği 1344,96 manat təşkil edər. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə pensiyasında xx.xx.2009-cu il tarixindən artım olmaqla xx.xx.2019-cu il tarixə qədər yaranan fərqin alınmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləməyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2020-ci il tarixli xx/xx/1613 nömrəli məktubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2013-cü il tarixli 17/194333 nömrəli arayışında öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. İddiaçının 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləyib əmək haqqı aldığı vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin k) bəndinə əsasən azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt iş stajına daxil edilir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi xx.xx.2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əlavə edilmişdir. Həmin maddə iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmamışdır və iddiaçının vəziyyətini pisləşdirdiyi üçün geriyə şamil oluna bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-51/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar