Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-513/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Hüquqi Şəxsinin Xüsusi X8 Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1670/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Hüquqi Şəxsinin Xüsusi X8 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Hüquqi Şəxsinin Xüsusi X8 Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr, mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1998- ci il tarixləri arasındakı dövr ərzində X1 və təmiri sexində usta, böyük usta, xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində sex rəisinin müavini vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkməsinin iclasında iddiaçı vəkili (nümayəndəsi), tələbini dəqiqləşdirərək, “xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasında dövr, mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində X1 və təmiri sexində usta, böyük usta, xx.xx.1998- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sex rəisinin müavini vəzifəsində işlədiyi müddət nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1963-cü ildə Tərtər rayonu Borsunlu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1983-cü ildə “Azərbaycan DRliS'də Mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər kimi başlamışdır. xx.xx.1989-cu ildə Mərkəzi təmir sexində 5-ci dərəcəli buxar qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə. xx.xx.1989-cu ildə Mərkəzi təmir sexində usta vəzifəsinə, xx.xx.1993-cü ildə X1 və Təmiri sexinə usta vəzifəsinə, xx.xx.1994-cü ildə həmin sexdə böyük usta vəzifəsinə keçmiş və xx.xx.1998-ci ilə kimi həmin vəzifədə işləmişdir. xx.xx.1998-ci ildən həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçərək həmin vəzifədə xx.xx.2008-ci ilə kimi işləmişdir. xx.xx.2019-cu ildə Mingəçevir İSİS 45\5 saylı 112-ci məhəllə qazanxanaya mövsümü oluraq əməliyyatçı peşəsinə qəbul edilmiş və xx.xx.2020- ci ilə kimi, 05.11,2020-ci ildən 15.04 2021-ci ilə kimi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi əməliyyatçı kimi işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş işin xarakteri haqqında arayışa əsasən Mütəllim Nuriyev işlədiyi 8 saatlıq iş günü ərzində səsküy. titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyim üçün iddiaçıya xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmiş və əmək məzuniyyətimə əlavə məzuniyyət günü əlavə edilmişdir. Həmçinin qeyd edilmişdir ki. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 24-cü bölməsinin a və b bəndlərinə uyğundur. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, lakin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından xx.xx.2023-cü il tarixli 3-17-1/2- N-30944/202 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının 12 il 06 aydan az (04 ay) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması bildirilmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək tələb olunan ümumi və güzəştli iş stajını tamamladığını iddia edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il İyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 28 avqust 2020-ci il tarixli 07-93 nömrəli arayışında İddiaçı xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə Mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, 01,06.1989- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1993-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində X1 və təmiri sexində usta, böyük usta, sex rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sexlər və vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sexlərə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (4 ay (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 iyun 2023-cü il tarixli, 2- 1(116)-1670/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X8 Mərkəzi Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia tələbinə etirazının dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1670/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1670/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1670/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 və Texnologiyalar üzrə X13 Təhsili Mərkəzinin xx.xx.2022-ci il tarixli 120 nömrəli arayışından görünür ki, iddiaçı, 0L09.1980- ci il tarixdə 27№-li Kirovabad şəhər X14 məktəbinə (indiki Sənaye və Texnologi - yalar üzrə X13 Təhsil Mərkəzinin əsas korpu - suna) “Təmirçi çilingər “ixtisası verən qrupa daxil olmuş, xx.xx.1981-ci il tarixdə əyani təhsil almaqla bitirmiş, xx.xx.1981-ci il tarixdə 3-ci dərəcəli “Təmirçi çilingər” ixtisası üzrə 8080 №-li attestat almışdır. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 07-93 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, X5 (xx.xx.1963-cü il təvəllüdlü) xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx"- nın Mərkəzi təmir sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №657 xx.xx.1983), xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin sexdə 3-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №470 xx.xx.1984), xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №7 xx.xx.1986), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 5-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №49 xx.xx.1988) xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №40/K xx.xx.1989), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə usta İ qrup vəzifəsində (Əmr №106/K xx.xx.1989) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X1 və təmiri sexində Usta İ qrup vəzifəsində (Əmr №224/K xx.xx.1993) xx.xx.1994- cü il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə böyük usta İ qrup vəzifəsində (Əmr №169/K xx.xx.1994), xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək həmin sexdə sex rəisinin müavini vəzifəsində (Əmr №31/K xx.xx.1998) işləmişdir. xx.xx.2008-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr№137/Ş xx.xx.2008) X3 zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün X3 xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. X2 xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"-“Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 07-87 nömrəli arayışından görünür ki, iddiaçı, həqiqətən xx.xx.1983-cü il tarixdə "Azərbaycan İES” MMC-nin Mərkəzi-Təmir sexinə 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. (Əmr №657 xx.xx.1983-cü il),xx.xx.1984-cü il tarixdə həmin sexdə tutduğu vəzifədə ixtisas dərəcəsi bir dərəcə artırılaraq 3-cü dərəcə verilmişdir. (Əmr № 470 xx.xx.1984-cü il) 02.01 1986-cı il tarixdə həmin sexdə tutduğu vəzifədə ixtisas dərəcəsi bir dərəcə artırılaraq 1-cü dərəcə verilmişdir (Əmr №7 xx.xx.1986-cı il) 01 11.1988-ci il tarixdə həmin sexdə tutduğu vəzifədə ixtisas dərəcəsi bir dərəcə artırılaraq 5-ci dərəcə verilmişdir. (Əmr №99 xx.xx.1988-ci il) 01 02.1989-cu ıl tarixdə Mərkəzi Təmir sexində 5-ci dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir.(Əmr №40/K 01,03.1989-cu il) 01 06.1989-cu il tarixdə Mərkəzi Təmir sexində İ qrup usta vəzifəsinə keçirilmişdir.(Əmr №106/K xx.xx.1989-cu il) ,01.10 1993-cü il tarixdə X1 və Təmiri sexinə İ qrup usta vəzifəsinə keçirilmişdir. (Əmr №224/K xx.xx.1993-cü il) 01,07.1994-cü il tarixdə həmin sexdə İ qrup böyük usta vəzifəsinə keçirilmişdir. (Əmr №169/K ,xx.xx.1994-cü il) xx.xx.1998-cİ il tarixdə X1 və Təmiri sexinin rəis müavini vəzifəsinə keçirilmişdir. (Əmr №31/K xx.xx.1998-ci il). xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. (Əmr №137/Ş xx.xx.2008-ci il). - НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - 7700240 №-li, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1980 – xx.xx.1981, xx.xx.1983 – xx.xx.1998, xx.xx.1998 – xx.xx.2006. - İddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-117 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, X5 (09.01,1963-cü il təvəllüdlü) xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx"- nın Mərkəzi təmir sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №657 xx.xx.1983), xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin sexdə 3-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №470 xx.xx.1984), xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №7 xx.xx.1986), xx.xx.1988ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 5-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №49 xx.xx.1988) xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №40/K xx.xx.1989), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə usta İ qrup vəzifəsində (Əmr №106/K xx.xx.1989) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X1 və təmiri sexində Usta İ qrup vəzifəsində (Əmr №224/K xx.xx.1993) xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə böyük usta İ qrup vəzifəsində (Əmr №169/K xx.xx.1994), xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək həmin sexdə sex rəisinin müavini vəzifəsində (Əmr №31/K xx.xx.1998) işləmişdir. xx.xx.2008-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr№137/Ş xx.xx.2008). X5 işlədiyi müddət ərzində xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 8 saatlıq iş günü müddətində bilavasita stansiyanın Qazan-Turbin sexlərində yerləşən əsas (Qazan- Turbin və Köməkçi) avadanlıqların təmir işləri ilə məşğul olmuşdur. X3 zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün X3 xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə 06 t.günü əlavə məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"-“Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. X2 işlədiyi illər ərzində xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək tutduğu maşın avadanlıqlarının təmiri üzrə çilingəri, buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər, enerji blokun böyük maşinisti, sexin böyük maşinisti, növbə rəisi vəzifələri, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu usta İ qrup, böyük usta İ qrup vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə (vəzifə kodu 2140000a- 18455), “b” bəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz-turbini) yanacaqötürülmə, tozhazırlama) vəzifəsinə (vəzifə kodu 2140000b-23398) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən yuxarıda qeyd olunan vəzifə xüsusiyyətlərinə uyğundur. Həmin sahədə iş stajı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 14 il 07 ay 15 gün təşkil edir. "xxxx" MMC-də zərərli sahədə ümumi iş stajı 14 il 07 ay 15 gün təşkil edir. - İddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-118 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, X5 Mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingəri, buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifələrində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək işləmişdir. Həmin vəzifələr üzrə sosial sığorta stajı 05 (beş) il 9 (doqquz) ay 1 (bir) gün təşkil edir. Zərərli sahədə səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarına görə aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı və 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-a bəndinə və 2140000a-18455 vəzifə koduna uyğundur. - İddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-119 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, X5 Mərkəzi təmir sexində və X1 və təmiri sexində xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək işləmişdir. Həmin vəzifələr üzrə sosial sığorta stajı 08 (səkkiz) il 10 (on) ay 14 (on dörd) gün təşkil edir. - Zərərli sahədə səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarına görə aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı və 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-b bəndinə və 2140000b-23398 vəzifə koduna uyğundur.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığortaolunanın sığorta stajına hərbi xidmət müddəti daxil edilir. (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
17. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, 13 iyun 1997-ci il tarixli Qanunla Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
25. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
26. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
27. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla)
28. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir.
29. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub).
30. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
31. İş materiallarından görünür ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 20 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, həmin müddət 14 il 7 ay 15 gün olmaqla tələb olunan 12 il 6 aydan çoxdur..
32. Lakin, cavabdeh orqan iddiaçının işlədiyi sexlər və vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sexlərə və vəzifələrə uyğun olmamasını bildirir.
33. İddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 07-117 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, X5 (09.01,1963-cü il təvəllüdlü) xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx"- nın Mərkəzi təmir sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №657 xx.xx.1983), xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin sexdə 3-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №470 xx.xx.1984), xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №7 xx.xx.1986), xx.xx.1988ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 5-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №49 xx.xx.1988) xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №40/K xx.xx.1989), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə usta İ qrup vəzifəsində (Əmr №106/K xx.xx.1989) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X1 və təmiri sexində Usta İ qrup vəzifəsində (Əmr №224/K xx.xx.1993) xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə böyük usta İ qrup vəzifəsində (Əmr №169/K xx.xx.1994), xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək həmin sexdə sex rəisinin müavini vəzifəsində (Əmr №31/K xx.xx.1998) işləmişdir.
34. xx.xx.2008-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr№137/Ş xx.xx.2008).
35. X5 işlədiyi müddət ərzində xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 8 saatlıq iş günü müddətində bilavasita stansiyanın Qazan-Turbin sexlərində yerləşən əsas (Qazan-Turbin və Köməkçi) avadanlıqların təmir işləri ilə məşğul olmuşdur.
36. X3 zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur.
37. Zərərli iş sahəsində işlədiyi üçün X3 xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə 06 t.günü əlavə məzuniyyət günü verilmişdir.
38. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"-“Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.
39. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.
40. X2 işlədiyi illər ərzində xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək tutduğu maşın avadanlıqlarının təmiri üzrə çilingəri, buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər, enerji blokun böyük maşinisti, sexin böyük maşinisti, növbə rəisi vəzifələri, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu usta İ qrup, böyük usta İ qrup vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə (vəzifə kodu 2140000a- 18455), “b” bəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz-turbini) yanacaqötürülmə, tozhazırlama) vəzifəsinə (vəzifə kodu 2140000b-23398) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən yuxarıda qeyd olunan vəzifə xüsusiyyətlərinə uyğundur. Həmin sahədə iş stajı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 14 il 07 ay 15 gün təşkil edir. "xxxx" MMC-də zərərli sahədə ümumi iş stajı 14 il 07 ay 15 gün təşkil edir.
41. Həmçinin iddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-118 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlardan görünür ki, X5 Mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingəri, buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifələrində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək işləmişdir. Həmin vəzifələr üzrə sosial sığorta stajı 05 (beş) il 9 (doqquz) ay 1 (bir) gün təşkil edir.
42. Zərərli sahədə səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarına görə aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı və 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-a bəndinə və 2140000a-18455 vəzifə koduna uyğundur.
43. İddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 07-119 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, X5 Mərkəzi təmir sexində və X1 və təmiri sexində xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək işləmişdir. Həmin vəzifələr üzrə sosial sığorta stajı 08 (səkkiz) il 10 (on) ay 14 (on dörd) gün təşkil edir.
44. Zərərli sahədə səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarına görə aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı və 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-b bəndinə və 2140000b-23398 vəzifə koduna uyğundur.
45. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir.
46. İddiaçı, xx.xx.2023- cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyindən müraciət edilən tarixdən əvvəlki üç il müddət, xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının 57 yaşı da xx.xx.2020-ci ildə tamam olmuşdur.
47. Beləliklə xx.xx.2006-cı il tarixədək xüsusi stajı 12 il 6 aydan, ümumi iş stajı 25 ildən çox olduğundan, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
48. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Hüquqi Şəxsinin Xüsusi X8 Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi X8 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1670/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.