Məhkəmə qərarları › İş №2-1(107)-513/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-513/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-513/2025 07.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən, məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etmiş 1-ci qrup əllilik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(116)-2699/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 may 2025-ci il tarixli 2-1(116)- 2699/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etmiş 1-ci qrup əllilik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. İddiaçı qeyd etmişdir ki, o, sıravi hərbi rütbəsi ilə atıcı kimi Tərtər rayonunda N saylı hərbi hissədə xidmət etmiş, İ Qarabağ müharibəsi iştirakçısı olaraq İİ qrup əlillik almışdır. Qarabağ döyüşündə aldığı xəsarət səbəbindən uzun illərdir stasionar və ambulator müalicə alır, bununla bağlı sənədləri mövcuddur. Dövlət tərəfindən verilən pensiya və müavinətdən məhrum edildiyini, müraciət etdikdə isə məhkəməyə yönləndirildiyini qeyd etmişdir. Nəticədə məhkəməyə müraciət etsə də, qərar qarşı tərəfin xeyrinə qəbul olunmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin verilməsi müddəti ötürüldüyündən şikayətin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş müddət buraxılmaqla verilməsi, bunun isə həmin şikayətin qeyri-mümkün sayılması üçün əsas olması, eyni zamanda buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə vermək hüququnun olması izah edilmişdir. Lakin göstərilən hüquqi yardıma baxmayaraq, iddiaçı ona edilmiş izaha münasibət bildirməmişdir. İnzibati Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. ... 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. ... Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(116)-2699/2025 nömrəli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-in 23.1-ci və 85.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, 10 gün müddətində müvafiq birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 20 may 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı şəxsən iştirak etmiş və qəbul edilmiş yekun məhkəmə aktı onun iştirakı ilə elan edilmişdir. Sözügedən 2-1(116)-2699/2025 nömrəli məhkəmə aktı iddiaçının iddia ərizəsində qeyd etdiyi İsmayıllı şəhəri M.İbrahimov küçəsi ev 9 ünvanına poçt vasitəsilə göndərilmiş və xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. İddiaçının yaşadığı ünvana göndərilən məhkəmə sənədi ünvan sahibinin əvəzinə onun qardaşı tərəfindən (Ramil Səfərli) qəbul edilərək qəbz imzalanmış, bununla da, məhkəmə sənədi rəsmi qaydada iddiaçıya verilmiş hesab edilmişdir. İddiaçı, yaşayış yerini dəyişməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı məhkəmə sənədinin iddiaçının ünvanına təhvil verildiyi tarixdən hesablanmalıdır. Belə olan halda şikayətinin verilməsi üçün son tarix xx.xx.2025-ci il hesab edilməlidir. İddiaçı tərəfindən apellyasiya şikayəti müddət ötürüldükdən sonra poçt vasitəsilə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətində iddiaçının özü tərəfindən şikayətin göndərildiyi tarix - xx.xx.2025-ci il qeyd edilmişdir (məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən prossesual müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmiş, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(116)-2699/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmır, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar