Məhkəmə qərarları › İş №2-1(107)-515/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-515/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-515/2025 07.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən, məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “öhdəliyin icrası haqqında” iddia tələbinə dair inzibati işlə bağlı, Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi vəsatət üzrə Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(116)-455/2024 nömrəli qərardadından, ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 fevral 2024-cü il tarixli 2- 1(116)-455/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evinin mərhum X3 məxsus olmasına dair elektron arayışın, həmin evin yerləşdiyi 329.52 kv.m torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq üzərində X5,İddiaçı, X4 və X1 ümumi birgə mülkiyyət hüququnun qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Ərizəçi Maraqlı şəxs sözügedən inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə vəsatətlə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 iyun 2025-ci il tarixli 2-1(116)- 455/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatəti rədd edilmişdir. Həmin qərardaddan ərizəçi tərəfindən аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Ərizəçi qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 455/2024 saylı qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-671/2024 saylı qərardadı ilə apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Bundan sonra ərizəçi tərəfindən sözügedən iş üzrə üçüncü şəxs qismində cəlb edilməsilə bağlı vəsatət verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(116)-455/2024 saylı qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatəti rədd edilmişdir. Ərizəçi qeyd edir ki, o, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)- 455/2024 saylı qərardadından apellyasiya şikayəti yazaraq 20 iyun 2025-ci il tarixdə elektron kabinetə yükləmişdir. Lakin, apellyasiya şikayətini texniki olaraq səhvən başqa bir işin üzərinə yükləmişdir. Belə ki, Şəki İnzibati Məhkəməsinin icraatında ərizəçinin tərəf olduğu 2-1(116)- 1024/2025 nömrəli iş vardır. O, apellyasiya şikayətini 2-1(116)-455/2024 saylı işin üzərinə yükləməli olduğu halda, texniki olaraq, 2-1(116)-1024/2025 nömrəli işin üzərinə yükləmişdir. Bununla bağlı Şəki İnzibati Məhkəməsi tərəfindən ona 30 iyun 2025-ci il tarixli məktub göndərilmişdir. Həmin məktubda etdiyi texniki xəta onun diqqətinə çatdırılaraq, hüquqi marağına əsasən apellyasiya şikayətini yekun məhkəmə aktı qəbul edilməmiş 2- 1(116)-1024/2025 nömrəli inzibati işdən geri çəkərək, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-455/2024 nömrəli inzibati işinə aid elektron kabinetdən əlavə etmək ona təklif edilmişdir. Həmin məktub ərizəçiyə çatdıqdan dərhal sonra o, apellyasiya şikayətini Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-455/2024 nömrəli inzibati işinə aid elektron kabinetdən əlavə etmişdir. Ərizəçi bir daha qeyd edir ki, bir texniki yanlışlıq olmuşdur. Yuxarıda göstərdiklərini nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(116)-455/2024 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılması səbəblərini üzrlü hesab edərək həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası inzibati işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. ... Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)-455/2024 nömrəli qərardadından ərizəçi tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-in 23.1-ci və 85.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, 10 gün müddətində müvafiq birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. Belə ki, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)-455/2024 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə ərizəçinin elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)- 455/2024 nömrəli qərardadının ərizəçiyə təqdim edilməsi tarixi həmin qərarın elektron kabinetdə yerləşdirildiyi xx.xx.2025-ci il qəbul edilməli və prosessual müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)-455/2024 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün xx.xx.2025-ci il olmuşdur. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin Şəki İnzibati Məhkəməsinin icraatında tərəf olduğu 2-1(116)-1024/2025 nömrəli iş vardır. Ərizəçi apellyasiya şikayətini 2-1(116)-455/2024 saylı iş üzrə təqdim etməli olduğu halda Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-455/2024 saylı qərardadından apellyasiya şikayətini 20 iyun 2025-ci il tarixdə, 2-1(116)-1024/2025 nömrəli iş üzrə elektron kabinetə yükləmişdir. Nöqsanla bağlı Şəki İnzibati Məhkəməsi tərəfindən ərizəçiyə 30 iyun 2025-ci il tarixli hüquqi yardım məktubu göndərilmiş, ərizəçinin yol verdiyi xəta diqqətinə çatdırılaraq, apellyasiya şikayətinin yekun məhkəmə aktı qəbul edilməmiş 2-1(116)-1024/2025 nömrəli inzibati işdən geri çəkilməsi və 2-1(116)-455/2024 nömrəli inzibati işə aid elektron kabinetə əlavə edilməsi təklif edilmişdir. Buna baxmayaraq, ərizəçi 17 gün sonra - xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini yekun məhkəmə aktı qəbul edilmiş hazırkı iş üzrə elektron kabinetə yerləşdirmiş, bununla da, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Ərizəçi gecikmənin səbəbini texniki xətayla izah etsə də, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona müvafiq qaydada hüquqi yardım göstərildikdən sonra belə, uzun müddət hərəkətsizlik nümayiş etdirmiş və nöqsanın aradan qaldırıldığı tarix qərardaddan apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti aşmışdır. Ərizəçi məhkəmənin hüquqi yardımından 17 gün sonra nöqsanın aradan qaldırılmasına əsas olacaq hər hansı üzürlü səbəb təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi, mübahisləndirdiyi məhkəmə aktına dair apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət və qaydada təqdim etmək vəzifəsini daşıyır. Ərizəçinin başqa iş üzrə təqdim etdiyi apellyasiya şikayəti konkret mübahisələndirdiyi akt üzrə prosessual nəticə doğurmur. Yəni, səhv iş üzrə verilmiş apellyasiya şikayəti düzgün iş üzrə verilmiş hesab edilmir və düzgün iş üzrə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddət axımının dayanmasına səbəb olmur. Konkret iş üzrə verilməsi nəzərdə tutulan apellyasiya şikayətinin səhvən başqa iş üzrə təqdim edilməsi və ərizəçinin bu nöqsanı aradan qaldırmaq əvəzinə məhkəmədən bunu nəzərə almamasını gözləməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal prosessual qənaət prinsipinə zidd olmaqla, məhkəmənin iş yükünün əsassız artmasına, əlavə vaxt və resurs itkisinə, nəticədə isə məhkəmənin lüzumsuz texniki yüklənməsinə səbəb olacaqdır. Belə olan halda məhkəmə, İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş yardım etmə vəzifəsi çərçivəsində, tərəfə yol verdiyi nöqsanı və onun aradan qaldırılması üsulunu izah etməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş sayılmalıdır. Ərizəçinin vəzifəsi isə, məhkəmənin izahını nəzərə alaraq, yol verdiyi xətanı ən qısa müddətdə - apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 10 günlük müddət daxilində - aradan qaldırmaqdan ibarətdir. Göründüyü kimi ərizəçi tərəfindən, prossesual müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmiş, prosessual müddətin buraxılmasında ərizəçi təqsirsiz olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş prossesual müddətin bərpasına dair ərizə təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(116)-455/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmır, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar