Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-518/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X17, üçüncü şəxs Nikoil Bank ASC-nin (Yelo- Bank ASC) nümayəndəsi Nümayəndə Mirələm oğlunun, üçüncü şəxs X20 iştirak ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən anası X5 adına verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2-1(116)-27/2023 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 9 saylı Qəbələ Ərazi İdarəsi və üçünçü şəxs Nikoil Bank ASC-nin (Yelo-Bank ASC) nümayəndəsi X42 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən anası X5 adına verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1-(116)-301/2022 nömrəli qərardadı ilə Nikoil Bank ASC (Yelo-Bank ASC) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi, xx.xx.2023-cü il tarixli 2-1-(116)-27/2023 nömrəli qərardadı ilə X11, X32 və X33 məhkəmə icraatına zəruri, xx.xx.2023-cü il tarixli 2-1-(116)-27/2023 qəradadı ilə isə X3 zəruri cəlb edilmişlər.
3. Şəki İnizbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-27/2023 nömrəli qərardadı ilə iddia tələbinin “texniki pasportun ləğv edilməsi” hissəsi mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonu Aqrar İslahatı Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə iddiaçının, X2, qardaşı X21, qardaşı X20 mülkiyyətinə 0,36 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71,71 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahəsi olan evə MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış verilmiş, bu barədə xx.xx.2008-ci il tarixdə ********* sayla, əmlak 2 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində qeyd aparılmışdır. İddiaçı bu barədə məlumatsız olmuşdur. Sonradan evin sənədləri ilə maraqlandıqda məlum olmuşdur ki, Qəbələ rayon Məhkəməsinin 2(025)- 424/10 saylı mülki iş üzrə xx.xx.2010-cu il tarixli icra vərəqəsi əsasında X22 "Nikoyl" İK bankı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyinə görə ipoteka ilə yüklü edilmiş əmlak olaraq fərdi yaşayış evi satışa çıxarılmış, "xxxx" MMC-nin Y-310 saylı, xx.xx.2013cü il tarixli "Hərracın yekunları barədə" protokoluna əsasən "Nikoyl" İK bankının mülkiyyətinə verilmişdir. Anası X1 əsasında xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71,71 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evinə MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeudyiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış"ın veriləsi üçiin təqdim edilmiş sənədlərin surətləri göndərilmiş, sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, adından yazılmış ərizədəki imza saxtadır və iddiaçı tərəfindən icra edilməmişdir, bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Cavabdehə müraciət edərək MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış"ın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi X4 adına verilmiş verilmiş 13 may 2008-ci il tarixli, ********* qeydiyyat nömrəli verilmiş reyestrdən çıxarışın ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.36 ha torpaq sahəsi və həmin torpaq səhəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçı X20 Zarağan kənd İnzibati Ərazi Nümayəndəsi tərəfindən təsdiq edilmiş ərizəsi əsasında X6 adına rəsmiləşdirilmişdir. X4 adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak “Nikoyl” İKB-nin ipotekanın tutmaya dair bildirişi dövlət qeydiyyatına alınmışdır və “Nikoyl” İKB-nin adına dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X33 izahat verərək iddia tələbinin təmin edilməsini, digər üçüncü şəxslər X3 və Yelo-Bank ASC-nin nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 iyul 2023-ci il tarixli, 2- 1(116)-27/2023 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi qərara alınmışdır.
9. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 9 saylı Qəbələ Ərazi İdarəsi və üçünçü şəxs Nikoil Bank ASC-nin (Yelo-Bank ASC) nümayəndəsi X42 həmin qərardan apellyasiya şikayəti vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2-1(116)-27/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
11. Üçüncü şəxs Nikoil Bank ASC-nin (Yelo-Bank ASC) nümayəndəsi X42 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aradan uzun illər keçməsindən sonra belə bir mübahisənin açılması hazırda mülkiyyətçi olan "xxxx" ASC-nin, həmçinin 0,1 ha torpaq sahəsini alğı-satqı qaydasında əldə edən Bəxtiyar Ziyadovun mülkiyyət hüququnu pozur. İddiaçının mülkiyyət hüququ pozulmuşdursa, bunun səbəbkarı olaraq anası çıxış etdiyindən iddiaçı anasına qarşı dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüquq vardır. Bunlardan əlavə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, çıxarışın verilməsindən mübahisənin başlanmasınadək uzun illər keçmiş və bu müddət hazırkı mülkiyyətçilərin əleyhinə işləyə bilməz. Tərəflər arasında olan münasibətlər yaranma dövrü 2008-ci il tarixə dayanır. Belə ki, Elmira Çələbiyeva mübahisələndirilən daşınmaz əmlakla bağlı çıxarışı həmin ildə əldə etmişdir. Onun çıxarışı əldə etməsindən ailə üzvlərinin məlumatının olmaması o halda mümkün görünə bilər ki, o, çıxarışı tərəflərdən gizlin şəkildə əldə etmiş olsun. Amma bir halı nəzərdə qaçırmaq olmaz ki, adıçəkilən əmlak bank qarşısında 2008-ci il tarixdə bağlanılmış ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. Qanunvericiliyin tələbinə əsasən də əmlak ipotekaya qoyulan zaman evdə yaşayan şəxslərin də razılığı zəruridir. Yəni əmlak ipotekaya qoyulan zaman artıq ailə üzvlərinin məlumatı var idi ki, əmlakın mülkiyyətçisi kimdir və həmin əmlak bank qarşısında ipoteka ilə yüklü vəziyyətə gətirilir. Bunlar bir yana, işdən göründüyü kimi kredit borcu ilə bağlı 2010-cu il tarixdə məhkəmə mübahisəsi olmuş, həmin işdə iddia tələbindən biri də evdə yaşayanların evdən və qeydiyyatdan çıxarılmalarıdır. Qəbələ Rayon Məhkəməsində yekun qərarın qəbul edilməsi ilə iddiaçının ən azndan bu qətnamə ilə işin vəziyyətindən xəbərdar olması mümkün idi. Bundan əlavə iş materiallarında olan cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarda göstərilmişdir ki, Kənan Çələbiyevin izahatı alınan zaman bildirmişdir ki, 2008-ci ildə ona məlum olmuşdur ki, onun və bacısı Samirənin razılığı olmadan əmlak anasının adına keçirilmişdir. Göründüyü kimi bütün bu sadalanan hallar artıq onu deməyə əsas verir ki, iddiaçının bu vəziyyətdən qanunun qüvvədə olduğu dövrədək xəbəri olmaması inandırıcı deyildir. Hazırkı işdən göründüyü kimi iddiaçı qismində yalnız İddiaçı çıxış etmiş və iddia tələbində çıxarışın ləğv olunmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisələndirilən çıxarışda qeyd olunan 0,36 ha torpaq sahəsi tək İddiaçı ilə Elmira Nadirovanın mülkiyyətində olan torpaq sahəsi olmamış, həmçinin bu torpaq sahəsi digərlərinə də aid olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2-1(116)-27/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X25 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2-1(116)-27/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Nikoil Bank ASC-nin (Yelo-Bank ASC) nümayəndəsi Nümayəndə Mirələm oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2-1(116)-27/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X33 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2- 1(116)-27/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də İddiaçı oğlu və digər üçüncü şəxslər X32, X18 və X3 məhkəmə iclasında iştirak etməmişlər.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - MH seriyalı 007592 nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Zarağan kəndində mülkiyyətində olan 0,36 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71,72 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində qeydiyyata alınmışdır. - JN- 249F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə X9 və ailə üzlərinə (X26, X32, X33) 0,36 ha torpaq sahəsi ayrılmışdır. - RX seriyalı ******* nömrəli (**********28-10301 reyestr nömrəli) çıxarışdan görünür ki, Qəbələ rayonu Zarağan kəndində, 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində “Nikoyl” İKB Qəbələ filialının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli (**********28-10301 reyestr nömrəli) çıxarışdan görünür ki, Qəbələ rayonu Zarağan kəndində, 0,36 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində “Nikoyl” İKB Qəbələ filialının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-524/2010 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X34 ilə «Nikoyl» X19 arasında xx.xx.2008-ci il tarixli 1851/3584/01 (G) №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 13.118 (on üç min yüz on səkkiz) manat əsas borc, 12.600 (on iki min altı yüz) manat faiz borcu, gecikdirməyə görə hesablanmış 2999 (iki min doqquz yüz doxsan doqquz) manat dəbbə pulu borcu və həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 10 manat xidmət haqqı, ipotekaya qoyulmuş cavabdeh X10 məxsus Qəbələ rayonu, Zarağan kəndində, 0,36 ha torpaq sahəsində yerləşən 71,72 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (0, 36 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş evin hərracda ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyənləşdirilməsi, əldə olunan vəsait borcun həcmi məbləğində «Nikoyl» X12 xeyrinə ödənilməsi, həmin əmlakın satışından əldə olunan vəsait yetərli olmadıqda tələb borclunun digər əmlaklarına yönəldilməsi hesabına ödənilməsi, 01 avqust 2008-ci il tarixli 266 saylı ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş yaşayış evində qeydiyyatda olanlar və yaşayanlar evdən çıxarılması və həmin mənzilin boşaldılması qərarı alınmışdır. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubuna əlavə olunmuş 347 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, təsərrüfat başçısı X23, təsərrüfat üzvləri X11, X27, X32 və X33 qeyd edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********04 nömrəli məktuba əlavə olunmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı iclas protokolundan çıxarışdan görünür ki, Qəbələ rayonu Zarağan kəndi T.İsmayılov adına kolxozun ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq Qəbələ rayonlararası yerquruluşu idarəsi tərəfindən işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiqi barədə kolxoz YAİK-in xx.xx.1997-ci il tarixli 15 saylı qərarı təsdiq edilmişdir. Həmin məktuba əlavə olunmuş Qəbələ rayonun Zarağan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X13, X23, X27, X32 və X20 adının qarşısında qanuni istifadəsində olan həyətyanı sahə qrafasında 0,12 ha qeyd olunmuşdur. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 104 nömrəli məktubuna əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, təsərrüfat başçısı X14 üstündən xətt çəkilərək X11 qeyd edilmiş, təsərrüfat üzvləri isə X27, X32 və X33 göstərilmişdir. - 03.09.1999-cu il tarixli 15 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X23 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. - Məhkəmə kollegiyasının 27 noyabr 2023-cü il tarixli sorğusuna əsasən verilmiş cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X7 adma Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********28-10301, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Qeyd olunan çıxarış X7 mülkiyyətində olan 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak olaraq qeydiyyata alınmışdır. Hal-hazırda həmin əmlak özgəninkiləşdirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdeh orqanın və üçüncü şəxs Nikoil Bank ASC-nin (Yelo-Bank ASC) nümayəndəsi X35 apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, MH seriyalı 007592 nömrəli çıxarışda 0.36 ha torpaq sahəsi üzərində X7 tam mülkiyyət hüququnun qeydə alınması yoxlanılarkən müəyyən edilmişdir ki, müvafiq qeydiyyatın aparılmasına heç bir hüquqi əsas olmamışdır. Belə ki, işdə olan JN- 249F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə müəyyən edilir ki, Qəbələ rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə sözügedən torpaq sahəsi X15 ilə birlikdə digər ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Belə olan halda cavabdeh orqan MH seriyalı 007592 nömrəli çıxarışda 0.36 ha torpaq sahəsinin X8 tam mülkiyyətində olması ilə bağlı qeydiyyatın aparılmasında haqlı olmamışdır.
28. Müvafiq qeydiyyatın aparılmasına əsas olaraq Kənan Çələbiyev, Samir Çələbiyev və Samirə Çələbiyevanın adından yazılmış ərizələr təqdim edilsə də, Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyində yazılaraq təsdiq edilmiş həmin ərizələrin həmin vaxt Zarağan kənd icra nümayəndəsi işləmiş X28 tərəfindən adları qeyd edilmiş şəxslərin iştirakı olmadan təsdiq etməsi və sonuncunun CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi işdə olan xx.xx.2020-ci il tarixli Qəbələ rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən edilir (cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə rədd edilib). Digər tərəfdən həmin ərizələr saxtalaşdırılmasa belə cavabdeh orqan tərəfindən 0.36 ha torpaq sahəsi üzərində Elmira Çələbiyevanın tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas ola bilməzdi. Ərizələrin məzmununda “Qəbələ rayon Zarağan kəndində yerləşən anası X7 adına olan mülkü onun adına sənədləşdirilməsinə razıyam” qeyd edilmişdir. Yəni, həmin ərizələr doğru qəbul edilsə belə, sözügedən şəxslərin özlərinə məxsus daşınmaz əmlaklarının Elmira Çələbiyevanın adına sənədləşdirilməsinə razılıqları istinad olunan ərizələrdə öz əksini tapmamışdır. Elmira Çələbiyevanın adına olan daşınmaz əmlakın isə onun öz adına sənədləşdirilməsi üçün ümumiyyətlə həmin ərizələrə ehtiyac da olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, JN- 249F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni nəzərə almadan, bütövlükdə 0.36 ha torpaq sahəsi üzərində Elmira Çələbiyevanın tam mülkiyyət hüququnun mövcudluğunu MH seriyalı 007592 nömrəli çıxarışda qeyd etməkdə cavabdeh orqan səhvə yol vermişdir.
29. Qeyd edilən halın araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana 27 noyabr 2023-cü il tarixdə sorğu edilmiş, həmin sorğuya əsasən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X7 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********28-10301, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Qeyd olunan çıxarış X7 mülkiyyətində olan 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak olaraq qeydiyyata alınmışdır. Hal-hazırda həmin əmlak özgəninkiləşdirilmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sorğuya cavab məktubundan göründüyü kimi hazırda mübahisə predmeti olan daşınmaz əmlak, yəni 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak olaraq qeydiyyata alınmışdır.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normanı pozaraq qeyd edilən hal ilə bağlı araşdırma aparmamışdır. Bununla da 0.36 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak olmasına baxmayaraq mübahisələndirilən daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı torpaq sahəsinə aid hissədə ləğv etməkdə haqlı olmamışdır.
32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət edilən zaman qanunda nəzərdə tutulan sənədlər cavabdeh orqana təqdim edilmiş və cavabdeh orqan həmin sənədlər əsasında Elmira Çələbiyevanın adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış vermişdir. Elmira Çələbiyevanın adına daşınmaz əmlak qeydə alınan zaman cavabdeh orqan onun uşaqlarının razılq ərizəsinin saxta olmasını bilə bilməzdi. Odur ki, cavabdeh orqanın hərəktləri qanuni olmuşdur.
33. Eyni zamanda iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli 2(025)-524/2010 nömrəli qətnaməsindən görünür ki, ipotekaya qoyulmuş cavabdeh X10 məxsus Qəbələ rayonu, Zarağan kəndində, 0,36 ha torpaq sahəsində yerləşən 71,72 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin (0, 36 ha torpaq sahəsi ilə birlikdə) hərrac yolu ilə satılması, həmin evdə qeydiyyatda olanlar və yaşayanların evdən çıxarılması və həmin mənzilin boşaldılması qərarı alınmışdır.
34. İş materiallarında görünür ki, həmin daşınnmaz əmlak hərrac yolu ilə Nikoil Bank ASC-nin (Yelo-Bank ASC) tərəfindən alınmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və üçüncü şəxslər X32 və X33 pozulmuş mülkiyyət hüquqları ilə bağlı ümumi qaydada iddia qaldıra bilərlər.
35. Göründüyü kimi cavabdeh orqan tələbdə qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsindən imtinası əsaslı olmuşdur.
36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin imtinası əsaslı olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən anası X5 adına verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçünçü şəxs Nikoil Bank ASC-nin (Yelo-Bank ASC) nümayəndəsi X42 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2-1(116)-27/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən anası X5 adına verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.