Məhkəmə qərarları › İş №2-1(107)-52/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-52/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-52/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı və eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər DƏDRX-nin 9 saylı Ərazi idarəsivə Cavabdeh1nə (üçüncü şəxslər: X16, X8, X33, X17, X25) qarşı “JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qəbələ (Qurtqaşen) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 261 nömrəli qərarı ilə X9 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş və xx.xx.1990-cı il tarixli akta əsasən şəhərin 15 nömrəli yaşayış kvartalından 20x20 ölçüdə olan 400 kv.m torpaq sahəsi rayonun baş memarı, baş yerquruluşçusu, SES-n baş həkimi, rayon dövlət yanğından mühafizə müfəttişi, Qurtqaşen kolxozu təftiş komissiyasının sədri və təssərrüfat briqadiri tərəfindən X9 təhkim edilmişdir. xx.xx.1991-ci il tarixdə X16 ilə rayon baş memarı arasında “şəxsi mülkiyyət hüququ ilə müddətsiz istifadə üçün fərdi yaşayış evinin tikintisinə torpaq sahəsinin verilməsi haqqında nümunəvi müqavilə bağlanmış və 76 kv.m ümumi sahəsi olan fədi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx.xx.2002-ci il tarixli akta əsasən xx.xx.2002-ci il tarixdə X16 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 Başçısının təyin etdiyi komissiyanın sədri tərəfindən istismara qəbul edilmiş, sonucunun fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə qeydiyyata alınaraq adına Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1/99 nömrəli Qeydiyyat vəsiqəsi və xx.xx.2002-ci il tarixli 1/99 nömrəli Texniki Pasport hazırlanmışdır. Texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 400,0 kv.m, faktiki sahəsi isə 1197,52 kv.m kimi göstərilmişdir. Bundan sonra X16 xx.xx.2002-ci il tarixdə ünvan 3 ünvanında yerləşən, 2002-ci il tarixdə tikilmiş ümumi sahəsi 52.91 kv.m olan fərdi yaşayış evini iddiaçı Aləmmədzadə (Aləmmədov) Namik Rza oğluna satmış və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi 4-Ə-01-12 nömrəli ilə reyestrdə qeydə alınmışdır. Müqavilə bağlandıqdan sonra alıcı olan iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixli, 1/99-2 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2002-ci il tarixdə xx.xx.2002-ci il tarixli 1/99 nömrəli Texniki Pasportun üzərində xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən Aləmmədzadə (Aləmmədov) Namik Rza oğlunun adına keçirilmişdir qeydləri aparılaraq X6 adının üzərindən xətt çəkilərək texniki pasporta 1/99-2 reyestr nömrəsi verilmiş və qedlər idarənin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiq edilmişdir. Texniki pasportda başqa heç bir dəyişiklik edilmədən torpaq sahəsinin sənəd üzrə ölçüsü 400,0 kv.m, faktiki sahəsi isə 1197,52 kv.m kimi göstərilmişdir. Bundan başqa Qəbələ rayon İ.B.Qurtqaşınlı adına təsərrüfatın Yerli X10 xx.xx.2001ci il tarixli 02 nömrəli qərarından müəyyən olunur ki, həmin qərarla X41 komissiyası İ.B.Qurtqaşınlı adına təsərrüfatın ərazisində aparılan torpaq islahatı ilə əlaqədar əvvəllər işlənib hazırlanmış baş sxemə edilmiş qismən dəyişiklik və düzəlişləri təsdiq etmiş və həmin qərar hər hansı subyektə həyətyanı torpaq sahəsinin verilməsini tənzimləməmişdir. Belə ki, qərarla təsdiq edilmiş düzəliş və dəyişiklik 1) 4 nömrəli sahənin örüş kimi göstərilməsindən, 338 nömrəli sahənin BEF-ə verilməsindən, 343 nömrəli sahədə fərdi yaşayış evlərinin olması səbəbindən 3 hissəyə (343, 343a, 343b) bölünməsindən, 2) təsərrüfatın ərazisindən pay alaçaq subyektlərin siyahısının təsdiq edilməsindən, subyekt siyahısı yenidən tərtib edildiyinə görə siyahıdan çıxarılmış subyektlərə məxsus 8, 9, 13, 14, 32 nömrəli püşklərin ləğv edilməsindən, 3) İpəkçi kiçik müəssisəsinin mülkiyyətçilərinə ayrılan torpaq payının birinci hissəsinin 315 nömrəli sahənin şimalından cənuba doğru verilməsindən, Təravət kəndli-fermer təsərrüfatının mülkiyyətçilərinə torpaq paylarının puşk və kontur ardıcıllığı əsasında verilməsindən və bölgünün 313, 304, 328, 326, 324, 323, 343, 343b, 340, 303, 361, 349, 350, 351, 190, 165, 75-ci kontur ardıcıllığı əsasında aparılmasından ibarət olmuşdur. Qəbələ rayon X10 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə Qəbələ rayon İ.B.Qurtqaşınlı adına təsərrüfatın Yerli X10 xx.xx.2001-ci il tarixli 02 nömrəli qərarı barədə edilmiş məruzənin nəzərə alınması və İ.B.Qurtqaşınlı adına təsərrüfatın ərazisində işlənib hazırlanmış kompleks yerquqruluşu layihəsində dəyişiklik edilməsinin nəzərə alınması Dövlət Torpaq Komitəsindən xahiş olunması qərara alınmışdır. Qəbələ rayon X10 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarına istinadən 2002-ci ilin oktyabr ayında iddiaçılara satılmış və onların istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə X18, X11, X33, X5, Kərimov Elnur oğlunun adlarına 0,03 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN seriyalı 839G və 0,07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN seriyalı 839F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib edilmişdir. İddiaçı1 cavabdehlər DT və XK-nın Qəbələ rayon şöbəsinə, X16, X8, X33, X5, Kərimov Elnur oğluna qarşı torpağın mülkuiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(025)-979/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən hazırki iş üzrə üçüncüşəxslər tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-1283 nömrəli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Qəbələ Rayon Məhkəməsinin Qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-8278/17 nömrəli qərarı ilə təmin edilməmişdir. İşə baxan Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qəbələ şəhəri Nizаmi küçəsi 35 “а” nömrəli ünvаndа yerləşən, 2002-ci ildə tikilmiş və ümumi sаhəsi 52,91 kv.m, əsаs yаşаyış sаhəsi 52,91 kv.m оlаn iki оtаqdаn ibаrət yаşаyış evi Kərimоv Аdil Bədrəddin оğlunun xüsusi mülkiyyətində оlmuş və о, Qəbələ rаyоn DNK-dа rəsmiləşdirilmiş 24 аprel 2001-ci il tаrixli аlqı-sаtqı müqаviləsinə əsаsən həmin evi Аləmmədоv (hаzırdа Аləmmədzаdə) Nаmik Rzа оğlunа sаtmışdır. Yəni həmin ev satılarkən mübahisələndirilən Şəhadətnamələrlə cavabdehə verilmiş torpaq sahəsi cavabdehin mülkiyyətində olmamış və alqı satqı müqaviləsinin predmeti olmamışdır. Yalnız alqı satqı müqaviləsindən 5 ay sonra X10 xx xxxxxx 2001-ci il tarixli qərarı əsasında 2002-ci ilin oktyabr ayında “Tоrpаğın mülkiyyətə verilməsinə dаir” şəhаdətnаmələr alınmışdır. Belə olan halda birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin predmeti olmayan “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamələr əsasında cavabdehə məxsus torpaq sahəsini satmadıqları halda şəhadətnamələri etibarsız hesab etməklə mülki qanunvericiliyin tələblərini pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə (üçüncü şəxslər: X16, X8, X33, X17, X25) qarşı “3-cü şəxslər X6, X4, X12, X19 və mərhum X20 ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsiilə hazırki məhkəməyə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərardadına əsasən, iddianın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1nə qarşı “3-cü şəxslər X6, X4, X12, X19 və mərhum X20 ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi” hissəsi mümkün sayılmamışdır. Hazırda iddiaçıların cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə (üçüncü şəxslər: X16, X8, X33, X17, X25) qarşı “JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddianın əsaslılığına hüquqi qiymət verilir. İddiaçılar JN seriyalı 839G və JN seriyalı 839F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş,sonuncu xx.xx.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi idarənin səlahiyyətində deyil. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 3-cü şəxs X16 özünə məxsus ünvan 4 “a” ünvanda yerləşən torpaq sahəsində 2002-ci ildə tikilmiş fərdi yaşayış evini İddiaçı1 satmışdır. Lakin Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 3-cü şəxs X16 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair şəhadətnamələr verilmədiyi üçün torpaq sahələrinə dair sənədlər 3-cü şəxs tərəfindən iddiaçıya təqdim edilməmiş və Qəbələ rayon Dövlət Notariat Kontorunda 4Ə-01-12 nömrəli reyestrdə qeydə alınmış xx xxxxx 2002-ci il tarixli alqı-satqı müqaviləsində torpağın satılmasına dair heç bir qeyd aparılmamışdır. İddiaçı ilə 3-cü şəxs X16 arasında sonuncuya məxsus ünvan 4 “a” ünvanda yerləşən 2002-ci ildə tikilmiş, ümumi sahəsi 52,91 kv.m olan iki otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən həmin evin yerləşdiyi sənəd üzrə ancaq 400,0 kv.m torpaq sahəsi 3-cü şəxslərin adına və qanuni istifadəsində olmuşdur. Faktiki olaraq 3-cü şəxs X16 tərəfindən zəbt olunan 797,52 kv.m həyətyanı torpaq sahəsi 3-cü şəxslərin adına və qanuni istifadəsində olmamaqla dövlət mülkiyyətinə aid olmuşdur. Həmin 400,0 kv.m ölçüsündə olan sahə 3-cü şəxs X9 Qəbələ rayon X32 İcrayyə Komitəsinin xx xxxxxx 1989cu il tarixli 261 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, sonuncu da həmin torpaq sahəsində İddiaçı1 satdığı yaşayış evini inşa etmişdir. Məhz buna görə yaşayış evinin alqı-satqısı zamanı həyətyanı torpaq sahəsinin də alqı-satqısından söhbət belə getməmişdir. Həmin sahə yaşayış evinə xidmət etmiş, onun ayrılmaz tərkib hissəsi olmuşdur. Bağlanmış alqı-satqı müqaviləsi 2002-ci il mayın 10-da dövlət qeydiyyatına alınaraq, iddiaçıya bu barədə qeydiyyat vəsiqəsi verilmiş, evin texniki pasportunda isə müvafiq dəyişikliklər aparılaraq, iddiaçının adına rəsmiləşdirilmişdir. Yaşayış evinin alqısatqısı 3-cü şəxs X6 arvadı 3-cü şəxs X4 iştirakı və razılığı ilə aparılmış, notarius tərəfindən sonuncunun alqı- satqıya razılıq verməsi barədə yazılı ərizəsi alınmışdır. Yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi İddiaçı1 adına qeydə alındıqdan sonra onun müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində yaşayış evinin iddiaçının adına keçirildiyi barədə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportunda qeyd aparılmaqla iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir. Bu səbəbdən də notariusda qeydə alınmış alqı-satqı müqaviləsindən sonra yaşayış evinin yerləşdiyi torpaq sahəsindən və digər tikililərdən istifadə etməklə sahiblik etmişdir. Lakin İddiaçı1 yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi onun adına qeydə alındıqdan sonra 3-cü şəxs X16 Azərbaycan Respublikası DT və XK Qəbələ rayon şöbəsi tərəfindən qeydə alınma və verilmə tarixi dəqiq göstərilməyən, mötəbərliyi şübhə doğuran, guya 2002-ci ilin oktyabr ayında qeydə alınmış JN-839 G nömrəli şəhadətnamə ilə cavabdehlərin ümumi mülkiyyətinə verilmiş artıq iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsinin 0,03 ha, JN-839 F nömrəli şəhadətnamə ilə isə 0,07 ha hissəsini qeydə almışdır. Halbuki, həmin vaxt artıq 3-cü şəxslər yaşayış evinin mülkiyyətçiləri, müvafiq olaraq, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin qanuni istifadəçiləri olmamışlar. Ona görə də torpaq sahəsinin 3-cü şəxslərin adlarına qeydə alınması, yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onların əvəzsiz mülkiyyətinə verilməsi tam əsassız və qanunsuz olmuşdur. Üçücü şəxslər xx.xx.2018-ci il tarixli məktubla iddia tələbinə etiraz etmiş və etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçıların tələbi əsassızdır. İddiaçıların iddia tələblərinin mümkün sayılmaması barədə məhkəmə qərardadı qəbul edərək inzibati prosessual qanunvericiliyin tələblərinə əməl edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarı ilə biz onların ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər verilmişdir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin iddiaçıların Cavabdeh1nə onlara qarşı yönəlmiş iddia tələbi bu şərtlərə cavab vermir. Belə ki, iddiaçıların mübahisələndirdiyi inzibati akt Qəbələ rayon X10 03 nömrəli qərarı xx xxxxxx 2001-ci il tarixdə tərtib edilmiş və qanuna görə belə inzibati aktın ləğv və ya etibarsız hesab edilməsi haqqında iddia, iddiaçı tərəfindən həmin aktın qəbul edilməsi tarixindən 30 gün müddətində, hazırkı halda isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi xx xxxxxx 2011-ci il tarixindən sonrakı 30 gün müddətində, yəni xx xxxxxx 2011-ci il tarixədək qaldırıla bildiyindən lakin qaldırılmadığından, qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürüldüyündən iddiaçıların bu iddiası mümkün sayılmamalıdır. Bundan əvvəl yəni 2014-cü ildə iddiaçılardan Qəbələ rayon Məhkəməsinə müraciət etmiş İddiaçı1 məhkəmədə cavabdehlər X16, X8, X26, X33 və X27 qarşı iddia qaldıraraq, JN-839 G və JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilmiş, müvafiq olaraq 0,03 və 0,07 ha torpaq sahələrinin alqı- satqı müqaviləsinin baş tutmuş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı1, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə verərək JN-839 G və JN-839 F saylı “Torpaqğın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmiş və Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin etmişdir. Şəki Apellyasiya Məhkəməsinin x xxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə qətnamə ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, İddiaçı1 cavabdehlər X16, X8, X26, X33 və X27 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamələrin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin x xxxx 2017-ci il tarixli 2(107)-1283/2017 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi qərar qanuni qüvvəsini almış və preyudisial əhəmiyyətə malikdir. Məhkəmənin icraatında olan bu iddia tələbinin bir hissəsinə artıq məhkəmə qiymət vermişdir. İddiaçılar alqı-satqı müqaviləsindən 5 ay sonra Qəbələ rayon X10 qərarı əsasında adlarına olan JN-839 G və JN-839 F nömrəli Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə əsasən paylı mülkiyyətlərində olan mülkiyyətçilərin öz payının satılmasına dair alqı-satqı müqaviləsində qeyd olmadığı bu şəhadətnamələrin etibarsız hesab edilməsi tələbi əsassızdır. Belə ki, Qəbələ rayon Dövlət Notariat X1 ilə X29 arasında bağlanmış xx xxxxx 2002-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X9 məxsus Qəbələ rayon Dövlət Texniki İnventarlasdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 1/99 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, ünvan 5 ünvanda yerləşən, 2002-ci ildə tikilmiş, ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m-olan iki otaqdan ibarət A tikilisi olan evi X2. Bu satılmış evin yerləşdiyi torpaq sahəsini X9 Qəbələ rayon X32 İcrayyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli 261 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, 400,0 kv.m ölçüsündə olan torpaq sahəsində tikilmiş yalnız A tikilisini satmışlar. İddiaçıların Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə onların ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr onların heç bir maraqlarına toxunmur. İddiaçılar Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarının onların hansı maraqlarına toxunması barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmin alqı-satqı müqaviləsində onlar tərəfimizdən JN-839 G və JN-839 F nömrəli şəhadətnamələr əsasında verilmiş torpaq sahəsini satmamışlar və satılmasına razılıq verməmişlər. Nəzərə alınmalıdır ki, heç həmin tarixdə onlara qeyd olunan (0,03 hek. torpaq sahəsi) JN-839 G və (0,07 hek. torpaq sahəsi) JN-839 F, nömrəli şəhadətnamələr əsasında torpaq verilməmişdir, həmin torpaq sahələri qeyd olunan alqı-satqı müqaviləsindən xeyli sonra 2002-ci ilin oktyabr ayında verilmişdir. Belə olan halda iddiaçılar haqsız olaraq alqı-satqı müqaviləsinin predmeti olmayan “Torpağın mülkiyyətə verilməsi barədə’’ JN-839G və JN- 839F şəhadətnamələr əsasında onlara məxsus torpaq sahəsini satmadıqları halda bu şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməklə mülki qanunvericiliyin tələblərinə zidd olaraq olaraq mülkiyyət hüquqlarını pozmuşlar. İddia müddəti ötürüldüyündən iddiaçıların iddiasının mümkün sayılmamasını və iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 vəkilin izahatına əlavələrinin olmadığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X16 məhkəmə iclasında izahatında bildirmişdir ki, onlar iddia ərizəsinə yazılı etirazlarını məhkəməyə təqdim etmişlər. Həmin etirazda yazılanlara əlavəsi yoxdur. İddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X8, digər üçüncü şəxs X6 izahatına əlavələrinin olmadığını bildirərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Tərəflərə birinci instansiya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, DƏDRX-in 9 saylı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, üçüncü şəxslər X33, X17, X25 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin və üçüncü şəxslər X33, X17, X13 iştirakı olmadan baxmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir: Qəbələ (Qurtqaşen) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 261 nömrəli qərarından çıxarışın surəti, - xx.xx.1990-cı il tarixli torpaq sahəsinin təhkim aktının surəti, - xx.xx.1991-ci il tarixdə X16 ilə rayonun baş merarı arasında “şəxsi mülkiyyət hüququ ilə müddətsiz istifadə üçün fərdi yaşayış evinin tikintisinə torpaq sahəsinin verilməsi haqqında nümunəvi müqavilənin surəti, - xx.xx.2002-ci il tarixli tikilinin istismara qəbul aktının surəti, - xx.xx.2002-ci il tarixli Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1/99 nömrəli Qeydiyyat vəsiqəsinin və xx.xx.2002-ci il tarixli 1/99 nömrəli Texniki Pasportun surətləri, - xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin surəti, - xx.xx.2002-ci il tarixli Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1/99-2 nömrəli Qeydiyyat vəsiqəsinin surəti, - Qəbələ rayon İ.B.Qurtqaşınlı adına təsərrüfatın Yerli X10 xx.xx.2001-ci il tarixli 02 nömrəli qərarının surəti, - Qəbələ rayon X10 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarının surəti, - Qəbələ rayon X10 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarına istinadən hazırlanmış JN seriyalı 839G və JN seriyalı 839F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin surətləri, - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(025)-979/2014 nömrəli qətnaməsinin, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-1283 nömrəli Qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-8278/17 nömrəli qərarının surətləri, - DƏDRX-in 9 saylı Ərazi idarəsinin xx.xx.2018-ci il tarixli **********52 nömrəli imtina məktubu. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyi qoyulmuş, məhkəmə xərci iddiaçılara aid edilmişdir. Üçüncü şəxslər X16, X8, X33, X17, X25 apellyasiya şikayəti verərək Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə üçüncü şəxslər A.Kərimov və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarı ilə üçüncü şəxslər A.Kərimov və qeyrilərinin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. A.Kərimov və qeyriləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra - Konstitusiya,) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə İddiaçı1 və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər A.Kərimov və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon X10 xx xxxxxx 2001 -ci il tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmasını qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli, 2-1(102)-1111/2019 saylı və bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)- 759/2018 saylı qərarə ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxslərin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə biz 3-cü şəxslər X14, X7, X22, X30 və X23 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər verilmişdir. Yəni bizlərin ümumi paylı mülkiyyətimizə 0,03 ha. həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin verilməsinə əsas Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı olmuşdur.Mülki iş materiallarından, eləcə də notariat işinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 “a ” saylı ünvanda yerləşən, 2002ci ildə tikilmiş və ümumi sahəsi 52,91 m , əsas yaşayış sahəsi 52,91 m2 olan iki otaqdan ibarət yaşayış evi X6 xüsusi mülkiyyətində olmuş və o, Qəbələ rayon DNK-da rəsmiləşdirilmiş xx xxxxx 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin evi Aləmmədov (hazırda Aləmmədzadə) Namik Rza oğluna satmışdır. Müqavilədə yalnız evin satıldığı göstərilmiş, həyətyanı torpaq sahəsi ilə bağlı heç nə qeyd olunmamışdır. Bununla belə, evin yüklülüyü barədə Qəbələ rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1 saylı forma-arayışda alqı- satqı müqaviləsinin predmeti olan yaşayış evinin həyətyanı torpaq sahəsinin Qəbələ rayon X32 İcrayyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli 261 saylı qərarı ilə ayrıldığı, sənəd üzrə 400,0 m2, faktiki isə 1.197,52 m' olduğu, üzərində yüklülüyün olmadığı göstərilmişdir. Alqısatqı müqaviləsindən sonra evin texniki pasportunun üz səhifəsində “Fərdi yaşayış evi Qəbələ rayon Notariat kontorunun 4ə-01-12 saylı xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Aləmmədov (hazırda Aləmmədzadə) Namik Rza oğlunun adına keçirilib, reyestr №1/99-2, xx.xx.2002-ci il” məzmununda qeydiyyat aparılıb, möhür və imza ilə təsdiq edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən hesab etmişdir ki, “Qəbələ rayon X10 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə üçüncü şəxslərin mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmədiyindən, habelə mübahisə predmeti olan torpaq sahəsi xx.xx.2002-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığı andan iddiaçıların istifadəsinə keçdiyindən və bununla da alqı-satqı müqaviləsi bağlanandan 5 ay sonra 2002-ci ilin oktyabr ayında üçüncü şəxslərin adlarına mübahisə predimeti olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr onları tərtib edən inzibati orqanın qanunsuz faktiki xarakterli hərəkətlərinin nəticəsi olduğundan ləğv edilməlidir Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1 (84)- 1048/2018 saylı qərarını qəbul edərkən Qəbələ rayon Dövlət Notariat X1 ilə X29 arasında bağlanmış 4Ə-01-12 saylı reyestrdə qeydə alınmış xx xxxxx 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənə məxsus Qəbələ rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 1/99 saylı qeydiyyat vəsiqəsinə əsasən mənə məxsus olan, ünvan 7 ünvanda yerləşən, 2002-ci ildə tikilmiş, divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan ibarət A tikilisi olan evi X3, bu evin yerləşdiyi torpaq sahəsini bizlərdən mən X9 Qəbələ rayon X32 İcrayyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli 261 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, 400,0 m ölçüsündə olan torpaq sahəsində tikilmiş yalnız A tikilisinin satıldığı torpaq sahəsindən başqa bizim qanuni istifadəmizdə hər-hansı torpaq sahəsinin olmasını araşdırmamış və Qəbələ rayon X10 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə biz 3-cü şəxslər X14, X7, X22, X30 və X23 ümumi paylı mülkiyyətimizə 0,03 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin olmasını nəzərə almamış yəni biz paylı mülkiyyətçilərin mülkiyyətimizə verilmiş torpağın satılması barədə heç bir müqaviləni imzalamadığımızı nəzərə almamışdır. Məhkəmə həmçinin Qəbələ rayon X32 İcrayyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli 261 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, 400,0 m ölçüsündə olan torpaq sahəsi ilə Qəbələ rayon X10 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə biz 3-cü şəxslərin ümumi paylı mülkiyyətimizə 0,03 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər əsasında verilən torpaq sahəsinin eyni torpaq olub - olmaması barədə heç bir məhkəmə araşdırması aparmamış mütəxəsis və ya ekspert rəyi alınmadan öz marağına uyğun qərar qəbul etmişdir. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2- 1(84)-1048/2018 nömrəli qərarının ləğv edilərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiaysının iclasında iştirak edən üçüncü şəxs X8 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərarının ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddianın mümkün sayılmasını xahiş etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı3, üçüncü şəxslər X33, X33, X17 və X25 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələri barədə üzrlü səbəbə bildirməmişlər. Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi idarəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı). Həmçinin o da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin iddia predmetinin dəqiq göstərilməsinə dair tələbi prosessual qənaət prinsipini qorumağa yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə kollegiyası qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxx 2020-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “X24” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Hazırki iş üzrə isə İddiaçı1 və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 13-1(102)-3(k)/2020 saylı plenumum qərarında qeyd edilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1 və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə, daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alğı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, mülki müqavilədən yarandığından təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Bu məsələ ilə əlaqədar olaraq Ali Məhkəmənin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 2015-ci il 10 aprel tarixli Qərarının 6.2-ci bəndində göstərilir ki, torpaqla bağlı müqavilələrdən (alğısatqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Qanunverici tərəfindən müəyyən edilmiş məhkəmə aidiyyətinə riayət olunmaması ədalətli məhkəmə araşdırılmasına dair konstitusion göstərişin, bununla da məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən təmin edildiyindən aidiyyət qaydalarının pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab oluna bilməz, çünki bu qərar işə baxmağa qanun üzrə səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilir ki, bu, işin həllinə təsir edən və ədalət mühakiməsinin mahiyyətini təhrif edən əsaslı pozuntu kimi qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə görə, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə bağlı işə mülki qaydada baxılmış, araşdırma aparılmış və axır nəticədə yekun qərar verilmişdir. İddiaçı bu dəfə şəhadətnamənin ləğvi tələbini irəli sürməklə prosessual məhdudiyyətlərdən yayınmağa çalışmaqla yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir. (3cü şəxsin mülkiyyətində olan torpaq sahəsi). Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli Qərarının 15.5, 15.6 və 17-ci bəndlərində də göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddədə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər X16, X8, X33, X17, X25 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1048/2018 saylı qərarı ləğv edilməli, iş üzrə qərardad qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər DƏDRX-nin 9 saylı Ərazi idarəsi və Cavabdeh1nə (üçüncü şəxslər: X16, X8, X33, X17, X25) qarşı “JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X16, X8, X33, X17, X25 tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-1048/2018 saylı qərarı ləğv edilisin. İş üzrə qərardad qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər DƏDRX-nin 9 saylı Ərazi idarəsi və Cavabdeh1nə (üçüncü şəxslər X16, X8, X33, X17, X25) qarşı “JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dаir iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar