Məhkəmə qərarları › İş №2-1(107)-520/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-520/2020

04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-520/2020 04.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1983-1988, 1991-1992, 1995 və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)- 1186/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia tələbin belə əsaslandırmışdır ki, xx xxxxxx 1963-cü il tarixdə Qax rayonunun Lələli kəndində anadan olmuşdur. 1983-cü ildən 1998-ci ilə kimi Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işləmişdir. Övladı X6 xx.xx.1987-ci il tarixdə uşaq serebral iflici diaqnozu ilə doğulmuşdur. xx xxxxxxx 1998-ci ildə həmin diqnozla ona əlillik müəyyən olunmuş və hal hazırda İ qrup əlildir. Kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün daim ona qulluq göstərir. 56 yaş 06 ay yaş həddi tamam olduğu üçün xx xxx 2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məktubda 1983-1988, 1991-1992, 1995-ci və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda iş stajının əmək kitabçasına qeyd edilməməsi, həmçinin əmək kitabçasının olmaması səbəbindən ona yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. Belə ki, onun kolxozdakı əmək stajı barədə məlumatlar təqdim etdiyi Qax rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 24/2 nömrəli arayışında qeyd edilmişdir. Şöbə tərəfindən ona göndərilmiş məktubda onun kolxozdakı fəaliyyətinin 07 il 08 ay olduğu, lakin əmək kitabçasının olmadığı üçün məhkəmə qərarı ilə təsdiq olunandan sonra sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasının mümkünlüyü bildirilmişdir. Məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti vətəndaşların sosial sığorta stajına daxil edilir. Nazirlik yanında DSMF-nin Qax rayon şöbəsinin imtina məktubunda qeyd edildiyi kimi uşaqlıqdan əlil olan övladı X4 əlilliyin müəyyən edildiyi xx xxxxxxx 1998-ci il tarixdən əmək pensiyasının təyin olunması üçün müraciət etdiyi xx xxx 2020-ci il tarixədək qulluq göstərdiyi 21 il 05 ay müddət kolxozdakı 07 il 08 ay əmək stajı ilə birlikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası almaq hüququ verir. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1983-1988, 1991-1992, 1995- 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmişdir. Əmək pensiyası hüququnun müəyyən olunması zamanı iddiaçının İ qrup ümumi səbəblərdən əlil olan övladı X4 əlilliyinin müəyyən edildiyi xx xxxxxxx 1998-ci ildən əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixə kimi qulluq göstərdiyi 21 il 03 ay müddət “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən sosial sığorta stajına daxil edilmişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçasında qeyd edilən həmçinin, dövlət arxivinin arayışları əsasında təsdiqlənən dövrlər istisna olmaqla vətəndaşın işləməsi barədə verilmiş stajın təsdiq edilməsi ilə bağlı arxiv arayışları məhkəmə qərarından sonra nəzərə alına bilər. Qeyd edilən səbəbdən iddiaçının Qax rayon Dövlət Arxivindən verilən 1983-1988ci, 1991-1992-ci, 1995 və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi və qanunvericiliyə uyğun olaraq müəyyən olunan 07 il 08 ay müddət, vətəndaşın sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının müraciət etdiyi tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddi 61 yaş 06 ay olduğu üçün iddiaçının qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı tarix 56 yaş 06 ay tamam olduğu xx xxxxxx 2020-ci il hesab olunur. İddiaçının Qax rayonunun Zəyəm kəndi “Ukrayna” kolxozunda işlədiyi 07 il 08 ay müddət qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə qərarı ilə təsdiq olunduğu halda sosial sığorta stajı mübahisələndirilməyən İ qrup əlil övladına qulluq göstərdiyi 21 il 03 ay sosial sığorta stajı nəzərə alınmaqla ümumilikdə 28 il 11 ay müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Zəyəm kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli 3/3 nömrəli arayışından görünür ki, Zəyəm kənd sakini İddiaçı 3 uşağı var. Uşaqları 8 yaşınadək özü tərbiyə etmiş və hal-hazırda heç bir büdcə təşkilatında işləmir. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Zəyəm kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli 333 nömrəli arayışından görünür ki, Zəyəm kənd sakini İ qrup əlil X6 anası İddiaçı himayəsindədir və anası ona qulluq edir. İş materiallarında olan Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 24/2 nömrəli arxiv arayışından görünür ki, X2 1983-1988, 1991-1992 və 1995 və 1998-ci il tarixlərdə Qax rayon Zəyəm kənd “Ukrayna” kolxozunda işləmişdir. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, X1 1983-1988, 1991-1992 və 1995 və 1998-ci il tarixlərdə Qax rayon Zəyəm kənd “Ukrayna” kolxozunda işləməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan 643413 nömrəli TSEK-də müayinə Aktından Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, X5 müddətsiz İ dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı Abdulhüseyn qızı xx.xx.1998-ci il tarixdən xx.xx.2020-ci il tarixədək övladı uşaq serebral iflici əlil X5 qulluq etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli, AZE seriyalı 15812003 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, DSMF-nin Qax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, Xİİ-ЖГ seriyalı 879202 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, İİ- ЖГ seriyalı 481663 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1186/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı 1983-1988, 1991- 1992, 1995 və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)- 1186/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Qax rayon filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “1983-1988; 1991-1992; 1995-ci və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1186/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1983-1988; 1991-1992; 1995-ci və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Qax rayon filialına həvalə edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikäiının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2- ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 87.1ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 24/2 nömrəli arayışı əsasında iddiaçının 1983-1988; 1991-1992; 1995-ci və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi və qanunvericiliyə uyğun olaraq müəyyən edilən 06 il 05 ay müddət əmək stajının müəyyən edilməsi zamanı nəzərə alınması yuxarıda qeyd edilən səbəblərdən qanunvericiliyə görə mümkün hesab edilmir. Ona görə də Şəki İnziabti Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1186/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1186/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. İddiaçı xx.xx.1963-cü il tarixində anadan olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, iddiaçının Qax rayonunun Zəyəm kəndi “Ukrayna” kolxozunda işlədiyi 07 il 08 ay müddət qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə qərarı ilə təsdiq olunduğu halda sosial sığorta stajı mübahisələndirilməyən İ qrup əlil övladına qulluq göstərdiyi 21 il 03 ay sosial sığorta stajı nəzərə alınmaqla ümumilikdə 28 il 11 ay müəyyən olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1983-1988, 1991-1992, 1995 və 1998ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsiöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1186/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar