Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-520/2023 07.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1434/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1434/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1434/2022 nömrəli qərarından apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. İddiaya baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını qəbul etmişdir. Həmin qərar birmənalı olaraq onların maraqlarını təmin etmişdir. Onun da tələbində qeyd etdiyi hallara qiymət verildiyindən uzun müddət dövlət üçün xidmətdə olmağını nəzərə alaraq o da bu hüquqdan yararlanmaq istəyir. Ancaq prosessual müddəti savadsızlıq və ailə vəziyyətində olan ciddi ağırlıqla əlaqədar zamanında şikayətini etməmişdir. Ona görə də dövlət qarşısında xidmətini nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1434/2022 nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 7 sentyabr 2023-cü il tarixə, saat 09:30-a təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1434/2022 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə İddiaçı göndərilmişdir. Göründüyü kimi, iddiaçı Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1434/2022 nömrəli qərarını aldıqdan sonra apellyasiya şikayətini verməmiş, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 9 ay ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1434/2022 nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdilər. Göründüyü kim, iddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1434/2022 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir:«qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Eyni hüquqi mövqeyi paylaşan Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа mədudiyyət yаrаtsın”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1434/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1434/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin . Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-520/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-520/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver