Məhkəmə qərarları › İş №2-1(107)-520/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-520/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-520/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və onun vəkili X7, Üçüncü şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2991251X8 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Yevlax şəhəri, Aran qəsəbəsində yerləşən 16 ha torpaq sahəsinə dair koordinat nöqtələrində düzəliş edilərək faktiki istifadədə olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-595/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçıya məxsus olan Yevlax şəhəri, Aran qəsəbəsində yerləşən 16 ha torpaq sahəsinə dair koordinat nöqtələrində cavabdeh tərəfindən düzəliş edilərək faktiki istifadədə olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı kənd təsərrüfatının inkişaf etdirməsi ilə bağlı ona Yevlax rayonu, Aran qəsəbəsində atasından vərəsəlik qaydasında keçmiş torpaq sahəsində kənd təsərrüfatı mallarının saxlanması ilə məşğul olur. Qeyd olunan torpaq sahəsi mərhum atasının adına alqı-satqı müqaviləsi əsasında keçmiş, atasının və iddiaçının hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus olan torpaq sahəsinin koordinat nöqtələri Yevlax şəhər Aran Bələdiyyəsinin koordinat nöqtələri ilə kəsişmişdir. Belə ki, 2023-cü il tarixdə iddiaçıya məxsus olan torpaq sahəsinin koordinatları yerində ölçülərək qeyd olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinat nöqtələri ilə eynilik təşkil etdiyi göstərilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən Aran Bələdiyyəsinin torpaq sahəsinin koordinat nöqtələri onun torpaq sahəsinin koordinat nöqtələrinin üzərinə sürüşdürülərək əsassız olaraq torpaq sahəsinin koordinat nöqtələri ilə eyniləşdirilmişdir. Bunun üçün isə müvafiq olaraq ona məxsus torpaq sahəsinin koordinat nöqtələri cavabdehin mütəxəssislərinin iştirakı ilə ilkin ayırmaya dair sənədlərlə birlikdə koordinat nöqtələri düzəldilməlidir. Belə ki, cavabdeh tərəfindən sürüşdürülmüş koordinatlar düzəldilərək iddiaçının torpaq sahəsinin koordinatları yerinə düzəldilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Bununla bağlı cavabdehə müraciət etsə də cavabdeh ona torpaq sahəsi ilə bağlı koordinat nöqtələrinin düzəldilməsindən imtina etmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan **********84 reyestr nömrəli 16 ha torpaq sahəsi Aran qəsəbəsində aparılan torpaq islahatı zamanı JN 684 685, 686 və 687 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinin alqı-satqı qaydasında əldə edilməsindən yaranmışdır. İddiaçıya təqdim edilmiş çıxarış və plan-ölçü sənədində göstərilən koordinatlar Aran qəsəbəsində aparılan torpaq islahatı zamanı JN-684, 685, 686 və 687 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilmiş koordinatlarla eynilik təşkil edir. İddiaçının hüquqi marağı plan-ölçü sənədində göstərilən koordinatların faktiki istifadə vəziyyətinə uyğunlaşdırılaraq yenidən təyin edilməsi və fakitiki istifadə vəziyyətinə uyğun olaraq dövlət qeydiyyatının aparılması digər şəxslərin konstitusion mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyi səbəbindən qeyri-mümkün sayılmışdır. Belə ki, iddiaçının iddia tələbi üzrə qeyd etdiyi koodmatlar daxilində yerləşən torpaq sahəsi digər şəxsin qeydiyyata alınmış icarə hüququ ilə yüklü edilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 16 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Yevlax rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 128 nömrəli sərəncamı. - xx.xx.2014-cü il tarixli 081446 nömrəli Lisenziya sənədi. - AN-İ ******* seriya nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9, X15 və X10 özlərinə məxsus torpaq sahəsini X1. - AN-İ ******* seriya nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9 və digərləri özlərinə məxsus torpaq sahəsini X1. - AN-İ ******* seriya nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X4 və digərləri özlərinə məxsus torpaq sahəsini X1. - xx.xx.2019-cu il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə. - RX ******* seriya nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 16.0 ha torpaq sahəsi X11 xüsusi mülkiyyətində olmuşdur. - JN-0684 KOD 90100016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X4 və ailə üzvlərinin mülkiyyətinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 saylı qərarı ilə 4.27 ha torpaq sahəsi verilmişdir. - JN-0685 KOD 90100016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X12 və ailə üzvlərinin mülkiyyətinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 saylı qərarı ilə 5.34 ha torpaq sahəsi verilmişdir. - JN-0686 KOD 90100016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X9 və ailə üzvlərinin mülkiyyətinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 saylı qərarı ilə 3.20 ha torpaq sahəsi verilmişdir. - JN-0687 KOD 90100016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X13 və ailə üzvlərinin mülkiyyətinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 saylı qərarı ilə 3.20 ha torpaq sahəsi verilmişdir. - ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 20 ha torpaq sahəsi X8 icarəsindədir. - A 995502 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədi. - xx.xx.2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, Yevlax rayonu Aran bələdiyyəsi Aran qəsəbəsində yerləşən 20 ha torpaq sahəsini X8 icarəsinə vermişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 17 may 2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 may 2024-cü il tarixli 2- 1(116)-595/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Yevlax şəhəri Aran qəsəbəsi ünvanında yerləşən 16 ha torpaq sahəsinə dair koordinat nöqtələrində düzəliş edilərək faktiki istifadədə olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı faktiki istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlıdır. İddiaçı həmin tələbi “16 ha torpaq sahəsinə dair koordinat nöqtələrində cavabdeh tərəfindən düzəliş edilərək faktiki istifadədə olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması” kimi ifadə etmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçının mərhum atası alqı-satqı müqavilələri əsasında torpaq sahələri əldə etmişdir. Cəmi 16 ha torpaq sahəsi üzərində mərhum X11 mülkiyyət hüququ xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. xx.xx.2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçıya miras qalan həmin torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixli çıxarışla iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Sözügedən torpaq yerləşmə vəziyyəti A seriyalı 387553 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən edilir. - İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının dəyişməsini istədiyi torpaq sahəsi ilə bağlı araşdırılma aparılmış, mütəxəssis rəyi tələb edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 17 may 2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi iddiaçıya verilmiş A seriyalı 387553 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları daxilində yerləşmir. İddiaçıya verilmiş A seriyalı 387553 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və JN-684, 685, 686 və 687 nömrəli Dövlət Aktlarının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Aran bələdiyyəsinin “X6 Uçotu informasiya Sistemindəki xəritəsinə əsasən torpaq sahələrinin mülkiyyətçiləri Aran qəsəbəsində aparılan torpaq islahatı zamanı JN-684, 685, 686 və 687 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələri olmuşdur. Hal-hazırkı mülkiyyətçisi (alqı-satqı qaydasında əldə edilmişdir) - İddiaçıdur. Torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi, uqodiyası - əkindir. Torpaq sahəsinin naturadakı sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Göründüyü kimi, iddiaçıya verilmiş Plan-ölçü sənədi ilə onun alqısatqı nəticəsində əldə etdiyi torpaq sahələri eynidir. İddia olunan torpaq sahəsinin koordinatlarının dəyişməsi bələdiyyə mülkiyyətində olan və hazırda üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsi deməkdir. Nəticə etibarı ilə iddiaçı Yevlax rayonu Aran bələdiyyəsinin mülkiyyətində olan və hazırda üçüncü şəxs X8 icarəsinə verilmiş 20 ha torpaq sahəsinin bir hissəsinin onun mülkiyyətinə verilməsini cavabdeh inzibati orqandan tələb etmişdir. Lakin iş materiallarına əsasən görünür ki, həmin torpaq sahəsinin iddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş torpaq sahələrinə hər hansı aidiyyəti yoxdur.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-595/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iş üzrə işin hallarına düzgün hüquqi qiymət verməyərək qərar qəbul etmişdir. Qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən ona vərəsəlik qaydasında keçmiş 16 ha torpaq sahəsi onun mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsi vərəsəlik qaydasında onun adına rəsmiləşdirilməklə qeydiyyat aparılarkən cavabdeh orqan tərəfindən torpaq sahəsi monitorinq edilərək onun mülkiyyətinə verilmişdir. Həmçinin torpaq sahəsi ilə bağlı tərəfindən cavabdeh orqana müraciət edilərək torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi bildirilmiş və cavabdeh orqanın əməkdaşları tərəfindən sənədə əsasən torpaq sahəsinin koordinatları üzrə onun hazırda faktiki istifadəsində olan torpaq sahəsinin yeri göstərilmiş və buna dair cavabdehin ona təqdim etdiyi arayış da iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmə ona məxsus torpaq sahəsinin harada yerləşməsi və ilkin sənədlərin məhkəməyə təqdim edilərək tədqiq edilməsi zəruri olduğu təqdirdə araşdırma aparmamışdır Həmçinin onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları bələdiyyə torpağının sahəsi ilə eyni olduğu təqdirdə nə üçün indiyədək bələdiyyə tərəfindən ona heç bir pretenziya edilməməsi çox maraqldır. Torpaq sahəsinin yerləşməsi ilə bağlı hər hansı dəyişikliyin edilməsi barədə ona heç bir etiraz bildirilməmişdir. Belə ki, 2023-cü il tarixdə yuxarıda da qeyd etdiyi kimi onun torpaq sahəsinin koordinatları müəyyən edilərkən ona cavabdeh orqan tərəfindən heç bir etiraz bildirilməmiş, əksinə hazırki torpaq sahəsi onun yeri kimi göstərilmişdir, bu baxımdan həmin araşdırma ilə bağlı da sənədlərin məhkəməyə inzibati orqandan alınaraq tədqiq edilməsi zəruridir. Məhkəmənin yalnız mütəxəssis rəyi ilə, yəni maraqlı inzibati orqanın rəyi ilə qərar qəbul etməsi ədalətli məhkəmə aktının çıxarılmasına əsas vermir. Bu halda müvafiq ekspertizanın keçirilməsi zəruridir. Qeyd olunan sənədlərin əldə edilməsi ilə birlikdə həmçinin məhkəmənin əsaslandığı mütəxəssis rəyi məhkəmə üçün əsas deyil və qeyd olunan sənədlər əldə edilməklə birlikdə tədqiq edilməlidir. Şəki İnzibati Məhkəməsinin qərarı Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 34-cü maddəsinin tələblərinin pozulması ilə çıxarıldığından qanuna müvafiq hesab edilə bilməz. Belə ki, məhkəmə qərarı işdə tam olmayan sübutlarla qərar qəbul etməsi, öhdəlik qoyulma barədə qərar çıxarılmaması üçün əsas deyil. Məhkəmə işdə olan onun mülkiyyətinə verilmiş və cavabdeh orqan tərəfindən 2023-cü il tarixdə koordinat arayışı ilə bağlı sənədləri tədqiq etmədən belə bir qənaətə gəlməsi Şəki İnzibati Məhkəməsi tərəfindən işdə olan sübutları və işin faktiki hallarının tam olaraq düzgün qiymətləndirməməsi qənaətinə gəlməyə əsas verir. İş üzrə məhkəmənin gəldiyi nəticə işdə olan sübutlara və işin hallarına uyğun düzgün tətbiq edilməməklə işin hallarına uyğun deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Lakin, üçüncü şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2991251X16 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, mən X3 bələdiyəsinin hərraca təqdim etdiyi 20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Dövlət Əmlak Komitəsinin keçirdiyi hərracda əldə etmişəm. Yüklülüyün müddəti xx.xx.2023-xx.xx.2028-il tarixə qədərdir. Yüklü edilən yerin reyestri № **********91-dir, qeydiyyat № **********, qeydiyyat tarixi xx.xx.2023 olmaqla Daşınmaz Əmlakın Dövlət reyestirində 154 №-li reyestr kitabının 91 №-li vərəqində qeydiyyata alınmışdır. Hörmətli Hakim, İddiaçı Rahim oğlunun atasının satın aldığı 16 hektar pay torpağı atasından ona miras qalmışdır. Mənim icarəyə götürdüyüm 20 hektar torpaq sahəsi ilə İddiaçı məxsus olan 16 hektar pay torpağının arasında Aran bələdiyyəsinin əlavə 5 hektar bələdiyyə torpağı var. Buna baxmayaraq İddiaçı öz torpaq sahəsini “gizli” saxlayaraq hərraca çıxarılan 20 hektar torpaq sahəsinə iddia edir. Aran bələdiyyəsi bələdiyyə torpağını zəbt etdiyinə görə İddiaçı rəsmi qaydada Yevlax rayon Prokurorluğuna vermişdir. Prokurorun təqdimatına əsasən İddiaçı Yevlax rayon polis şöbəsində cinayət işi başlamışdır. Yevlax rayon polis şöbəsi Daşınmaz Əmlakın 17 saylı Yevlax ərazi idarəsindən torpağın kimə məxsus olması barədə sənəd tələb etmişdir. 17 saylı ərazi idarəsi 10 avqust 2023-ci ildə Yevlax rayon polis şöbəsinə göndərdiyi sənəddə göstərilir ki, araşdırmanın nəticəsi olaraq İddiaçı mübahisələndirdiyi torpaq sahəsi **********91 №-li çıxarışla Aran bələdiyəsinin mülkiyyətinə verilmişdir. Hörmətli hakim həmin torpaq sahəsini Aran bələdiyəsi hərraca təqdim etmişdir və həmin 20 hektar torpaq sahəsini hərracda mən qazanmışam. Göstərilən reyestr nömrəsi-**********91 mənim çıxarış sənədimdədir. İddiaçı Yevlax rayon 17 saylı ərazi idarəsindən Şəki İnzibati Məhkəməsinə şikayət vermişdir ki, guya ərazi idarəsi onun koordinatlarını dəyişərək 20 hektar torpaq sahəsini hərraca çıxardıb. Şəki inzibati məhkəməsi əldə etdiyi ekspertiza sənədini rəhbər tutaraq İddiaçı iddiasını rədd etmişdir. İddiaçı haqqında açılan cinayət işindən yayınmaq üçün məhkəmə qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir. X5 hərrac vasitəsi ilə əldə etdiyim 20 hektar bələdiyyə torpağının sənədlərini Şəki Apellyasiya Məhkəməsinə göndərirəm.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X17 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-595/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2991251X16 və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. ...

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

24. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus olan torpaq sahəsinin koordinat nöqtələri Yevlax şəhər Aran Bələdiyyəsinin koordinat nöqtələri ilə kəsişmişdir. Cavabdeh orqanın əməkdaşları tərəfindən sənədə əsasən torpaq sahəsinin koordinatları üzrə onun hazırda faktiki istifadəsində olan torpaq sahəsinin yeri göstərilmiş və buna dair cavabdehin ona təqdim etdiyi arayış da iş materiallarına əlavə edilmişdir.

25. Məhkəmə kollegiyası tərəfindən həmin arayış tədqiq edilmiş, araşdırma aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən 26 yanvar 2023-cü il tarixdə iddiaçıya ünvanlanmış məktubdan (iddiaçının arayış kimi qeyd etdiyi sənəd) görünür ki, Yevlax rayon Aran qəsəbəsində yerləşən çıxarışlarla iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə iddiaçının iştirakı ilə İdarənin mütəxəssisi tərəfindən baxış keçirilmiş, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və həmçinin mövcud faktiki ölçüləri müəyyən edilərək göstərilmişdir.

26. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyasının 11 sentyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına 08 oktyabr 2024-cü il tarixdə daxil olmuş 07 oktyabr 2024-cü, 3- 21-3-35/2-3955/2024 nömrəli məktubdan görünür ki, Yevlax rayonu, Aran bələdiyyəsi tərəfindən X8 icarəsinə verilmiş və **********91 reyestr nömrəli çıxarışda göstərilmiş 20.0 ha torpaq sahəsi ilə İddiaçı xüsusi mülkiyyətində olan **********84 reyestr nömrəli çıxarışda göstərilmiş 16.0 ha torpaq sahəsi yerləşmə baxımından ayrı-ayrı torpaq sahələri olmaqla eynilik təşkil etmir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

27. Göründüyü kimi, iddiaçının qeyd edilən eyni dəlilləri həm birinci instansiya məhkəməsinin araşdırma predmeti olmuş, həm də apellyasiya şikayəti əsasında həmin qərarın qanuni və əsaslığının yoxlanılması üçün apellyasiya məhkəməsi instansiya məhkəməsin baxış predmeti olmuşdur. Lakin, qeyd edilən dəlillər cavabdeh inzibati orqan tərəfindən verilən mütəxəssis rəyləri və torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətləri barədə tərtib edilmiş yerquruluşu planı ilə təkzib edilir. Belə, olduğu təqdirdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

28. O da qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi məktuba əsasən cavabdeh inzibati orqanın mütəxəssisi tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin ona yerində göstərilmiş olması və nəticədə iddiaçının həmin torpaq sahəsindən istifadə etməsi, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması qənaətinə gəlinməsinə əsas versə də, iddiasının təmin olunması üçün yetərli deyil.

29. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə, ona məxsus torpaq sahəsinin harada yerləşməsi barədə və ilkin sənədlərin məhkəməyə təqdim edilərək tədqiq edilməsi zəruri olduğu təqdirdə araşdırma aparmamışdır.

30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 17 may 2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi iddiaçıya verilmiş A seriyalı 387553 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları daxilində yerləşmir. İddiaçıya verilmiş A seriyalı 387553 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və JN-684, 685, 686 və 687 nömrəli Dövlət Aktlarının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Aran bələdiyyəsinin “X6 Uçotu informasiya Sistemindəki xəritəsinə əsasən torpaq sahələrinin mülkiyyətçiləri Aran qəsəbəsində aparılan torpaq islahatı zamanı JN-684, 685, 686 və 687 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələri olmuşdur. Hal-hazırkı mülkiyyətçisi (alqı-satqı qaydasında əldə edilmişdir) - İddiaçıdur. Torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi, uqodiyası - əkindir. Torpaq sahəsinin naturadakı sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.

31. Məhkəmə kollegiyası iddiaçıya verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının iddiaçının atasının alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin koordinatları (ilkin sənədlərə əsasən) ilə eynilik təşkil etməsini nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

32. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, bələdiyyə torpağının sahəsi ilə eyni olduğu təqdirdə indiyədək bələdiyyə tərəfindən ona heç bir pretenziya edilməmiş, torpaq sahəsinin yerləşməsi ilə bağlı hər hansı dəyişikliyin edilməsi barədə ona heç bir etiraz bildirilməmiş, hazırki torpaq sahəsi onun yeri kimi göstərilmişdir, bu baxımdan həmin araşdırma ilə bağlı da sənədlərin məhkəməyə inzibati orqandan alınaraq tədqiq edilməsi zəruridir. Məhkəmənin yalnız mütəxəssis rəyi ilə, yəni maraqlı inzibati orqanın rəyi ilə qərar qəbul etməsi ədalətli məhkəmə aktının çıxarılmasına əsas vermir. Bu halda müvafiq ekspertizanın keçirilməsi zəruridir.

33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının ona məxsus torpaq sahəsinin yerləşməsi ilə bağlı hər hansı dəyişiklik edilməmişdir. İddiaçı çıxarış və plan ölçü sənədi üzrə ona məxsus torpaq sahəsinin yerləşdiyi yeri deyil, hazırda tələb etdiyi ərazini özünün zənn edərək oradan istifadə etmişdir. Bu isə ona məxsus torpaq sahəsinə dair koordinat nöqtələrində düzəliş edilərək faktiki istifadəsində olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas ola bilməz.

34. Məhkəmə kollegiyası iddiaçının ekspertiza keçirilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən Yevlax rayonu Aran bələdiyyəsi Aran qəsəbəsində yerləşən 20 ha torpaq sahəsini X8 icarəsinə vermişdir. ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən 20 ha torpaq sahəsi X8 icarəsində olmaqla A 995502 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

35. Göründüyü kimi, hazırda üçüncü şəxsə məxsus torpaq sahəsinə dair verilmiş çıxarış qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin mütəxəssis rəyi ilə müəyyən olunur ki, Yevlax rayonu, Aran bələdiyyəsi tərəfindən X8 icarəsinə verilmiş və **********91 reyestr nömrəli çıxarışda göstərilmiş 20.0 ha torpaq sahəsi ilə İddiaçı xüsusi mülkiyyətində olan **********84 reyestr nömrəli çıxarışda göstərilmiş 16.0 ha torpaq sahəsi yerləşmə baxımından ayrı-ayrı torpaq sahələri olmaqla eynilik təşkil etmir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin 10 avqust 2023-cü ildə Yevlax rayon polis şöbəsinə göndərdiyi arayışdan da görünür ki, Yevlax rayonu, Aran bələdiyyəsinin xəritə materiallarına (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasən mübahisəli (iddiaçının istifadə etdiyi və mülkiyyətində olan torpaq sahəsinin koordinat nöqtələrini həmin əraziyə uyğunlaşdırmaq istədiyi torpaq sahəsi) torpaq sahəsi **********91 №-li çıxarışla Aran bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsidir. Ona görə də, hazırkı işdə ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan əlavə, torpaq sahəsi həm iddiaçıya, həm də üçüncü şəxsə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla verilib. Nə qədər ki, həmin çıxarışlar və tərtib edilmiş plan ölçü sənədləri qüvvədədir, torpaq sahələrinin yerləşmə yerləri də mübahisələndirə bilməz. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.

36. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan-iddiaçı tərəfindən istifadə edilən torpaq sahəsinə dair iddiaçıya plan-ölçü sənədinin verilməsi üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

37. Beləliklə, iş materiallarından da göründüyü kimi, iddiaçıya verilmiş plan-ölçü sənədi ilə onun alqı-satqı nəticəsində əldə etdiyi torpaq sahələri eynidir. İddia olunan torpaq sahəsinin koordinatlarının dəyişməsi bələdiyyə mülkiyyətində olan və hazırda üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsi deməkdir. Nəticə etibarı ilə iddiaçı Yevlax rayonu Aran bələdiyyəsinin mülkiyyətində olan və hazırda üçüncü şəxs X8 icarəsinə verilmiş 20 ha torpaq sahəsinin bir hissəsinin onun mülkiyyətinə verilməsini cavabdeh inzibati orqandan tələb etmişdir. Lakin iş materiallarına əsasən görünür ki, həmin torpaq sahəsinin iddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş torpaq sahələrinə hər hansı aidiyyəti yoxdur.

38. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə üzrə iddiaçının tələbi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-595/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar