Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-520/2025 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. iddiaçı, N nömrəli hərbi hissə komandirinin # ### 2014-cü il tarixli *** nömrəli əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir.
2. N saylı hərbi hissə komandirinin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və tapşırıqların icrası haqqında ##.##.2020-ci il tarixli, *** №-li əmrində maddi texniki təminat bölüyündən cəlb edilən şəxsi heyətin siyahısında iddiaçının adı qeyd edilmişdir.
3. Iddiaçının müharibə dövründə hərbi xidmətinə dair N saylı hərbi hissə tərəfindən verilmiş arayış-məlumatda onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər – Ömər Aşırımı istiqamətində əks hücum əməliyyatları aparan qoşun qruplaşmasının və Kəlbəcər, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı hərbi hissənin divizionlarının barak və buk zenit raket komplekslərinin ehtiyat mövqelərə köçürülməsi, atəş altından çıxarılması, döyüşə hazır vəziyyətə gətirilməsinə və həmin bölmələrin təminatının dəqiq yerinə yetirilməsində iştirak etməsi qeyd edilmişdir.
4. Iddiaçı, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan ##.##.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Əsas olaraq iddiaçının xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlməməsi qeyd edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia ərizəsinin əsaslarına görə 2020-ci ilin sentyabr – noyabr aylarında əks hücum əməliyyatları aparan Kəlbəcər, Gəncə, Şəmkir, Ağstafa, Göygöl istiqamətlərində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsini təmin edən və döyüş əməliyyatları aparan ordu hissələrinin düşmən atəş zərbələrinin qorunmasında iştirak etmişdir. Bundan əlavə N saylı h/h komandirinin # ####### 2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrdə sözügedən hərbi hissənin hərbi qulluqçusu kimi onun döyüş əməliyyatlarına cəlb olunması və tapşırıqların icrasına hazır olması əksini tapmışdır. O, həmin vaxt öz xidmətini nümunəvi aparmış, heç bir cinayət məsuliyyətinə cəlb olunmamışdır. Lakin müvafiq məktubun məzmununa görə qaldırılan məsələ üzrə iri artilleriya (raket) qurğusunun idarə olunması ilə bağlı hərəkətlər aparılan şəxs olmalı idi. Nəzərə alınmalıdır ki, iri silahların həmin əraziyə gətirilməsi, döyüş şəraitinə uyğun sazlanması, təchizatı, əmrin lazımi vaxtda verilməsi və icrası cəm formada olmalıdır. Bunlar bir-birini tamamlamalı və cəmdə qiymətləndirilməlidir. Onun atası (X2) Birinci Qarabağ müharibəsində döyüşmüşdür və ikinci qrup müharibə əlilidir. Göstərilənlərə və «Veteranlar haqqında» Qanunun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin müddəalarına əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Cavabdeh inzibati orqan vəsatət təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın ## ##### 2025-ci il tarixli məktubuna əsasən İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Komissiyanın iclasında baxılaraq müsbət qərar qəbul edilmişdir. Sənədlər razılaşdırılması üçün Nazirlər Kabinetinə göndəriləcəkdir. Beləliklə də, hazırkı inzibati iş üzrə iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və hazırda mübahisə olmadığından hesab olunur ki, iş üzrə icraata xitam verilməlidir.
8. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Qanunvericilik normaları 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçularla yanaşı, həmin döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxsləri də müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə, iddiaçının 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 11-dək müvafiq marşrut üzrə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyini və komendant xidmətini təmin edən bölüyün əsgəri kimi döyüş təminatını yerinə yetirdiyi cavabdeh inzibati orqanın özünün verdiyi sənədlərdə (əmr, arayış-məlumat) öz təsdiqini tapır. Məhkəmə xüsusilə diqqətə çəkir ki, cavabdeh inzibati orqan apardığı inzibati icraatda qaldırılan məsələnin həllindən imtina etsə də, məhkəmə icraatının gedişində imtina ilə bağlı dəlil gətirməmiş, həyata keçirməli olduğu hərəkətlərin bir qismini, yəni Nazirlər Kabinetinə razılaşdırma ilə bağlı göndərilən müvafiq siyahıya iddiaçının adını daxil etməklə kifayətlənmiş, bununla da inzibati icraatı tam başa çatdırmamışdır. Bununla da, məhkəmə icraatında müəyyən edilir ki, iddiaçı İddiaçı 2020-ci ilin ## ######## tarixindən ## ###### 2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə bağlı müvafiq marşrut ilə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyinə xidmət edən təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Cavabdehin imtina üzrə dəlilinə, yəni iddiaçının həyata keçirdiyi təminatın olduğu hərbi hissə və ya marşrutun yerləşdiyi yerin ərazi meyarlarına uyğunsuzluğuna gəldikdə isə, məhkəmə vurğulayır ki, Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 10-cu abzası ərazi meyarları ilə şərtləndirilmir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanlanmış sorğuya (tələbnaməyə) həmin qurumdan alınmış cavabdan ## ###### 1993- cü tarixdə Mingəçevir şəhərində doğulmuş İddiaçı məhkumluğuna, eləcə də barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair DIN Baş Əməliyyat və Statistik Informasiya Idarəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Bu isə, belə nəticə yaradır ki, iddiaçı İddiaçı «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslərin dairəsinə aid edilmir. Odur ki, məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin imtinası ilə razılaşmır və iddiaçının dəlillərini əsaslı sayır.
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlillərinə əsasən, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın ## ##### 2025-ci il tarixli 3-25-14/2- ****/**** nömrəli məktubuna əsasən iddiaçı İddiaçı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün göndərilən sənədləri “Veteran adları və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın" iclasında baxılmış və müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcək. Qeyd olunan məktubun və vəsatətin məhkəmə mübahisəsi zamanı məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən iddiaçının iddiasının təmin olunması barədə qərar qəbul etmişdir. Iddiaçın arzuladığı qərar qəbul etdikdən sonra, yəni tərəflər arasında mübahisə predmeti qalmadığı halda birinci instansiya məhkəmə iddianın təmin olunması barədə qərar qəbul etmişdir. Sözügedən Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müvafiq siyahılar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilir və Nazirlər Kabineti tərəfindən razılaşdırıldıqdan sonra şəxslərə müharibə veteranı adı verilir. Yəni iddiaçıya münasibətdə məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçının adının müvafiq siyahıya salınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi qoyula bilər. Beləlilklə hesab edirlər ki, qeyd olunan iş üzrə iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və yekun məhkəmə qərarı çıxarılanadək məhkəməyə bu barədə məlumat verilmişdirsə, məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
14. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
15. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
16. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; HYPERLINK "https://e-qanun.az/framework/13385" \l "_edn7" \o "" 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X6 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir,... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
23. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Cavabdeh orqan tərəfindən ilkin inzibati icraat zamanı iddiaçıya imtina cavabı verilsə də, sonradan məhkəmə icraatı gedişində iddiaçı barəsində Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” tərəfindən müsbət qərar qəbul edilməsi və müvafiq sənədlərin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndəriləcəyini bildirilmişdir. Iddiaçının tələbinin faktiki olaraq təmin edilməsi və tərəflər arasında mübahisənin aradan qalxması qeyd edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
25. Hazırda cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlili də, ondan ibarətdir ki, Əsasnamənin tələblərinə əsasən cavabdeh tərəfindən müvafiq siyahılar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilir və həmin qurumla razılaşdırıldıqdan sonra şəxslərə müharibə veteranı adı verilir. Odur ki, məhkəmə cavabdehin üzərinə iddiaçının adının müvafiq siyahıya salınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi qoya bilər. Hazırkı iş üzrə iddiaçı barəsində müsbət qərar qəbul edilərək adının Nazirlər Kabinetinə göndərilməsi nəzərdə tutulan siyahıya daxil edilməsinə və bununla da, mübahisənin aradan qalxmasına baxmayaraq, birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçının nail olmaq istədiyi yekun hüquqi nəticə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsidir. Bu hüquqi nəticənin əldə edilməsi ilə bağlı cavabdeh tərəfindən aparılan inzibati icraatın tərkib hissələrindən biri də sənədlərin razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsidir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. Iddiaçının münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.
28. Bununla yanaşı, Əsasnamənin “Qeyd” hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
29. Normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.
30. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır.
31. Inzibati orqan yalnız iddiaçını “Müharibə veteranı” adı və müvafiq vəsiqə ilə təmin etdiyi halda mübahisənin aradan qalxmasına istinad edə bilər. Cavabdeh orqan inzibati icraat mərhələlərini müstəqil şəkildə həyata keçirməli və son nəticəni – iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsini təmin etməlidir.
32. Hazırkı mərhələdə isə cavabdeh orqan iddiaçının adının razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulan siyahıya daxil edilməsi ilə kifayətlənmiş, inzibati icraatı başa çatdırmamışdır. Odur ki, iddiaçının tələbinin faktiki olaraq təmin edilməsi və mübahisənin aradan qalxması qənaətinə gəlmək üçün hüquqi əsaslar mövcud deyildir.
33. Işin hallarından göründüyü kimi cavabdeh orqan iddiaçının adının müvafiq siyahıya daxil edilməsi ilə bağlı məlumatı birinci instansiya məhkəməsinə ##.##.2025-ci il tarixdə təqdim etmiş, bundan sonra ötən müddət ərzində siyahının razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsini təmin etməmişdir.
34. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan ##.##.2026cı il tarixli məktubunda bildirmişdir ki, müvafiq siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndəriləcəyi tarix qeyri-müəyyəndir.
35. Işin faktiki hallarına münasibətdə isə müəyyən edilir ki, iddiaçı, N nömrəli hərbi hissə komandirinin # ### 2014-cü il tarixli, *** nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir.
36. N saylı hərbi hissə komandirinin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və tapşırıqların icrası haqqında ##.##.2020-ci il tarixli, *** №-li əmrində maddi texniki təminat bölüyündən cəlb edilən şəxsi heyətin siyahısında iddiaçının adı qeyd edilmişdir.
37. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericilik normaları 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçularla yanaşı, həmin döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxsləri də müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur.
38. Hazırkı işin hallarına görə, iddiaçının 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 11-dək müvafiq marşrut üzrə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyini və komendant xidmətini təmin edən bölüyün əsgəri kimi döyüş təminatını yerinə yetirdiyi cavabdeh inzibati orqanın özünün verdiyi sənədlərdə (əmr, arayış-məlumat) öz təsdiqini tapır.
39. Iddiaçının həyata keçirdiyi təminatın olduğu hərbi hissə və ya marşrutun yerləşdiyi yerin ərazi meyarlarına uyğunsuzluğuna gəldikdə isə, Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 10-cu abzası ərazi meyarları ilə şərtləndirilmir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.