Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-522/2025 28.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(116)-2352/2025 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 90, mənzil 6 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. AZEMİS-dən çıxarışdan görünür ki, üçüncü şəxslər X6 və X2 şəhəri, Heydər Əliyev prospekti, ev 90, mənzil 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
3. İddiaçının vəkilinin cavabdeh orqana xx.xx.2025-ci il tarixli müraciətindən və cavabdeh orqanın xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciəti təmin edilməmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-252/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı hər biri üçün 2000 manat kompensasiya məbləği alınaraq cavabdehlər X4, X7 və digər şəxslərə ödənildikdən sonra cavabdehlərin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 90 saylı evin 6 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları, cavabdehlərə pul məbləğinin ödənilməsi, cavabdehlərin istifadə hüququna xitam verilməsi və onların əşyaları ilə mənzildən çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(107)-677/2016 saylı qətnaməsi ilə cavabdehlər X4, X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-252/2016 saylı qətnaməsi qismən, yəni cavabdehlər cavabdehlər X6 və X7 münasibətdə ləğv edilmiş və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdehlər X6 və X7 münasibətdə rədd edilmişdir.
6. xx.xx.2016-cı il tarixli, 2(107)-677/2016 saylı Şəki Apellyasiya Məhkəməsinin icra vərəqəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016cı il tarixli, 2(107)-677/2016 saylı qətnaməsi xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X6 və X5 Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 90, mənzil 6 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən mənzil ona məxsusdur. Belə ki, həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 3-cü şəxslər X6 və X12 2016-cı ildən Bakı şəhərinə köçmüş, hazırda həmin mənzildə yaşamırlar. Həmin şəxslər ona məxsus mənzildə istifadə hüququ olmadan qeydiyyatdadırlar. Onların mənzildə qeydiyyatı formal xarakter daşıyır. 3cü şəxslərin onun mənzilində qeydiyyatda olmaları mülkiyyətçinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır.
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
10. Cavabdeh orqan və üçüncü şəxslər iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişlər
11. Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(116)-2352/2025 nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktubu ilə ünvan 2 vərəsəlik hüququ əsasında X8 tərəfindən qızı İddiaçı miras qalması barədə xx.xx.2012-ci il tarixli, 2V-722 reyster nömrəli şəhadətnamənin, həmin mənzilə sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2012-ci il tarixli (********** qeydiyyat nömrəli) reyestrdən çıxarışın surətləri təqdim olunmuş və bildirilmişdir ki, X6 və X1 şəhəri, Heydər Əliyev prospekti, ev 90, 6 nömrəli mənzil üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarına əsasən hazırda Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 90, 6 nömrəli mənzilə sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur və onun bu hüququnun yaranmasının əsası kimi vərəsəlik haqqında şəhadətnamə çıxış edir. Həmin hüquq isə, iddiaçıya mənzilin ondan əvvəlki mülkiyyətçisi, yəni atasından keçmişdir ki, sonuncu da yaşadığı müddətdə həmin mənzilin iddiaçıya qanun üzrə miras qalması ilə bağlı etiraz ifadəsini nümayiş etdirməmişdir. Eyni zamanda, köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsində, habelə onun ailə üzvü olan və (və ya) evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış hər hansı şəxsin həmin mənzilin iddiaçıya miras qalmasına etiraz etmələri müəyyən edilmir. Buna görə də X10 və X5 Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 90, 6 nömrəli mənzil üzərində hər hansı hüquqlarının olması ehtimalı qalmır. Aidiyyəti səlahiyyətli qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən alınmış sorğuya cavabda da həmin şəxsin sözügedən mənzilə istifadə hüququnun qeydiyyata alınmadığı təsdiqini tapır. Üçüncü şəxslər X6 və X5 iddiaçının hazırda mülkiyyətində olan mənzilə dair hüquqlarının mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxslərin özü tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. Hazırkı iş üzrə üçüncü şəxslər iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericilyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçının isə həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Cavabdeh İddiaçı müraciəti üzrə həmin şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır.
13. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişlər.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlillərinə görə üçüncü şəxs 15 yanvar 1993-cü ildə X13 ilə nikahını rəsmi qeyd etdirməklə ailə qurmuş, toy mərasimindən sonra o, Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yerləşən 90 saylı evin 6 saylı mənzilinə köçmüşdür. Ona məxsus cehiz əmlakları da, həmin mənzilə yerləşdirilmişdir. O və Azer Mustafayev arasında münasibətlər mehriban olsa da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir şəhər Məhkəməsinin 27 may 2009-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra hazırkı iş üzrə iddiaçı onun qeyd olunan mənzildən çıxarılmasına qərar vermişdir. Belə ki, İddiaçı ilk olaraq ona və qeyrilərinə qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və əşyalarla birlikdə mənzildən çıxarılma” tələbinə dair iddia qaldırmışdır. Mingəçevir şəhər Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 252/2016 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(107)-677/2016 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbi onlara münasibətdə rədd olunmuşdur. Göründüyü kimi, onun və X5 Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yerləşən 90 saylı evin 6 saylı mənzilindən istifadə hüququ vardır. O, Murad adlı övladı ilə daim sözügedən mənzildə yaşayır. Lakin, hazırkı vaxtda iddiaçı onunla mübahisə edərək mübahisəli mənzildən qovmuşdur. Buna görə də, o, müvəqqəti olaraq kirayə mənzildə yaşayır. Buna baxmayaraq, o, qeydiyyatda olduğu və istifadə hüququ olan Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yerləşən 90 saylı evin 6 saylı mənzilində yaşayacaqdır. Çünki həmin mənzildən başqa yaşamaq üçün yeri yoxdur. Lakin, işə baxan Şəki İnzibati Məhkəməsi bu halları nəzərə almamış, işi tam və hərtərəfli araşdırmadan iddia tələbini təmin etmişdir. X22 Məhkəməsi onların Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yerləşən 90 saylı evin 6 saylı mənzilindən isliladə hüququ olduğu halda, sözügedən mənzildən qeydiyyatdan çıxara bilməzdi. Çünki, hazırki mübahisəyə heç Şəki İnzibati Məhkəməsinin baxmaq səlahiyyəti olmamışdır. Hesab edir ki, hazırki iddia mümkünsüz iddiadır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(116)-1504/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(107)-677/2016 saylı qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-252/2016 saylı qətnaməsi cavabdehlər X6 və X7 münasibətdə ləğv edilərək iddia rədd edilsə də, üçüncü şəxslərin sözügedən mənzildə istifadə hüquqlarının olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ ... İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. ... Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
25. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 90, mənzil 6 ünvanından üçüncü şəxslər X6 və X5 qeydiyyatdan çıxarılmasına nail olmaqdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında əks edilmiş mövqeylə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir.
27. İş materialları ilə müəyyən edilmişdir ki, üçüncü şəxslər X6 və X5 Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 90, mənzil 6 ünvanında istifadə hüququnun mövcudluğuna dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(107)-677/2016 saylı qətnaməsi mövcuddur. Həmin qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvvəsini almışdır. Sözügedən qətnamədə qeyd olunmuşdur ki, hazırkı iddia tələbi cavabdehlərə münasibətdə onu ehtiva edir ki, sonuncular qanunvericiliklə müəyyən edilmiş qaydada mənzildən istifadə hüququ əldə etmiş və kompensasiya verməklə onların hüququnun xitam verilməsinə dair iddia olmasaydı cavabdehlərin istifadə hüququ daimi xarakter daşıyacaqdır. Yəni, mübahisəli mənzildə onların istifadə hüququ müvəqqəti deyil, daimi xarakter daşıyır.
28. Üçüncü şəxslərin hazırda mübahisəli mənzildə faktiki olaraq yaşamamasına münasibətdə qeyd edilməlidir ki, bu hal mövcud olsa belə, onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas ola bilməz. Belə ki, üçüncü şəxslərin həmin yaşayış sahəsində istifadə hüquqlarının olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilir. Onların həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı heç bir sübut mövcud deyildir.
29. Beləliklə, üçüncü şəxslərin sözügedən yaşayış sahəsindən istifadə hüququ mövcud olduğundan, onlar yalnız öz razılığı və ya istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilərlər.
30. Məhkəmə kollegiyası iddia tələbinin mümkünsüzlüyü ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, üçüncü şəxslərin mübahisəli mənzildən istifadə hüququnun mövcudluğu iddia tələbinə mahiyyəti üzrə baxılmasına mane olmur. Lakin, qeyd oluna hal iddianın əsaslılığına qiymət verilərkən nəzərə alınmalıdır. Belə ki, yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
31. Məhkəmə kollegiyası həmin mövqeni nəzərə alaraq hesab edir ki, əgər üçüncü şəxslərin mübahisəli yaşayış sahəsinə istifadə hüququ mövcuddursa, həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətinə inzibati orqanın imtina cavabı haqlı sayılacaqdır. Bu halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxsa da, nəticədə inzibati orqanın üzərinə qeydiyyatdan çıxarma öhdəliyi qoymayacaqdır.
32. Hazırkı işdə birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmuş, yəni iddiaçının hüquqi marağını qiymətləndirmiş, lakin tələbin təmin edilməsi məsələsində səhv nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(116)-2352/2025 nömrəli qərarı qərarı ləğv edilir. İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X6 və X5 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 90, mənzil 6 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir