Məhkəmə qərarları › İş №2-1(107)-523/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-523/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-523/2025 22.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik еdən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxs Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx/xx/2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35596.96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə (ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC mehmanxanada dəyəri 45000,0 manat məbləğində qiymətləndirilən Türkiyə istehsalı “AKSA” markalı generator) 45000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə "xxxx" QSC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-1(116)-3431/2025 nömrəli qərardadından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. iş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi cavabdeh “Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx/xx/2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35596.96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə (ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC mehmanxanada dəyəri 45000,0 manat məbləğində qiymətləndirilən Türkiyə istehsalı “AKSA” markalı generator) 45000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-904/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Teymur Əhmədov adına "xxxx" QSC xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə göndərərək bildirmişdir ki, Vergi ödəyicisi olan “Nar Travel" MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 35926.66 manat borcuna görə (Göyçay şəhəri, Natəvan küçəsi 124 ünvanda yerləşən “Nar Travel" MMC mehmanxanada dəyəri 45000,0 manat məbləğində qiymətləndirilən Türkiyə Respublikasında istehsal olunmuş “AKSA” markalı generator) 45000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlığa Cavabdeh MMC tərəfindən heç bir münasibət bildirilmədiyi üçün Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər idarəsi tərəfindən Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2023- cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35596.96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə (ünvan 2 ünvanda yerləşən Cavabdeh MMC mehmanxanada dəyəri 45000,0 manat məbləğində qiymətləndirilən Türkiyə Respublikasında istehsal olunmuş “AKSA” markalı generator) 45000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Şəki İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2-1(116)-904/2024 saylı qərarı ilə iddia təmin edilmiş, Cavabdeh MMC-nin xx.xx.2023-cü İİ tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35596.96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə (ünvan 2 ünvanda yerləşən “Nar Travel" MMC mehmanxanada dəyəri 45000,0 manat məbləğində qiymətləndirilən Türkiyə istehsalı “AKSA” markalı generator) 45000 manat məbləğində siyahıya alınmış əmlakın icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satışını təşkil etmək öhdəliyinin iddiaçının üzərinə qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-1(116)-3431/2025 nömrəli qərardadı ilə 2-1(116)-904/2024 nömrəli iş üzrə Teymur Əhmədov adına "xxxx" QSC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilməsi, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-904/2024 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi müəyyən edilmişdir. "xxxx" QSC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-1(116)- 3431/2025 nömrəli qərardadından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İş materiallarına olan əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********1 saylı protokola əlavə edilmiş Cavabdeh MMC-nin rəhbəri X1 verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, siyahıya alınmış əmlak (ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC mehmanxanada dəyəri 45000,0 manat məbləğində qiymətləndirilən Türkiyə istehsalı “AKSA” markalı generator) Cavabdeh MMC-nə məxsusdur və qeyd olunan izahat rəhbər tərəfindən imza atılaraq möhürlənmişdir ( izahat iş materiallarına əlavə edilib). Əlavə məlumat üçün bildirilir ki, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh MMC-i təsis edilmiş və cəmiyyətinin təsisçisi kimi Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. Cavabdeh MMC-nin nizamnaməsinin 2.2-ci bəndinə əsasən cəmiyyətin təsisçisi Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Nizamnamənin 4.1-ci bəndinə əsasən cəmiyyətin ali idrəetmə orqanı təsisçilərin azı ildə bir dəfə çağırılan ümumi yığıncağıdır. Ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə bu barədə təsisçiləri hər birinə ümumi iclasın gündəliyi, keçiriləcəyi ünvan, vaxt və tarix qeyd olunmaqla yazılı bildiriş göndərməli və çatdırılmasını təmin etməlidir. Mülki Məcəllənin 91.2-ci maddəsinə əsasən Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Nizamnamənin 5-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Direktorun səlahiyyətinə aşağıdakılar aiddir: - Etibarnamə olmadan cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüdarəetmə orqanlarında iddiaçı və cavabdeh qismində təmsil edir. - Öz səlahiyyətləri daxilində cəmiyyətin adından mülki hüquqi müqavilələr bağlayır, maliyyə təsərrüfat hesabı üzrə sərəncam verir. - Öz səlahiyyəti daxilində qərarlar qəbul edir və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirir. - Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir. Qeyd olunanla əsasən bildirir ki, Cavabdeh MMC-nin təsisiçisi "xxxx"QSC-i olduğu üçün və cəmiyyətin nizamnaməsinə əsasən buna səlahiyyəti olduğu üçün müəssənin direktoru etibarnamə olmadan müəssiənin adından çıxış etmiş rəsmi olaraq izahat verərək əmlakın cəmiyyətə məxsus olmasını təsdiq etmişdir. Eyni zamanda məlumat üçün qeyd etmək istərdi ki, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh MMC-nin hüquqi ünvanının Teymur Əhmədov adına "xxxx" QSC-nə məxsus Göyçay şəhəri, Natəvan küçəsi 124 saylı ünvan olmasına etiraz etməmişdir. Buradan müəyyən olunur ki, qeyd olunan hər iki müəssisənin ünvanı Göyçay şəhəri, Natəvan küçəsi 124 saylı ünvanıdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-904/2024 saylı qərarının icrası ilə bağlı əmlakın qiymətləndirilməsi ilə əlaqədar qiymətləndiricinin 2024-cü il tarixdə qeyd olunan ünvanda olması, əmlakın hərraca göndərilməsi ilə bağlı bütün tədbirlər, keçirilən hərrac və əmlakın hərracda satılması ilə əlaqədar alıcının qeyd olunan ünvandan əmlakın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat İdarəsinin axtarış, müəyyən etmə və məcburi gətirmə şöbəsinin əməkdaşının iştirakı ilə götürülməsi üçün qeyd olunan ünvana gəlməsi və QSC-nin cəmiyyətin rəhbərliyinin buna şərait yaratması ilə əlaqədar və digər məsələlər ilə bağlı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin məlumatı olmuşdur. Məlumat üçün bildirir ki, əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin nümayəndəsinin qeyd olunan ünvanda olması və əmlakın dəyəri barədə verdiyi xx.xx.2024-cü il tarixli rəylə, eyni zamanda qeyd olunan ünvanda tərtib edilmiş xx.xx.2025ci il tarixli akta (əmlakın götürülməsinə şərait yaradılmaması haqqında) nəzər saldıqda bir daha aydın olur ki, Teymur Əhmədov adına "xxxx" QSC-nin rəhbərliyinin bu barədə məlumatı olmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istərdi ki, hər iki cəmiyyətin hüquqi və faktiki ünvanı ünvan 4 ünvanına hər hansı məktubun daxil olması, həmçinin cəmiyyətin ərazisinə əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının əməkdaşlarının gəlməsi, əmlakın siyahıya alınması prosesini həyata keçirilməsi, həmçinin əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndiricinin gəlməsi Aznar”QSC-nin rəhbərliyinin, işçi heyətinin və ya texniki heyətinin bu barədə onlarda məlumatların olmaması inandırıcı deyil . Buradan aydın olur ki, əmlakın siyahıya alınması prossesindən və əmlakın hərraca göndərilməsindən Teymur Əhmədov adına "xxxx"QSC-nin məlumatı olmuş, burada əsas məqsəd yaranmış borcun dövlət büdcəsinə ödənilməsindən yayınmaqdır. Şəki İnzibati Məhkəməsi Cavabdeh MMC-nin təsisçisi "xxxx" QSC-nin olması, hər iki cəmiyyətin eyni ünvanda yerləşməsi və fəaliyyət göstərməsini, və həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra vərəqəsini icra olunmaması nəzərə almamış, təqdim edilmiş sənədləri, sübutları araşdırmamış və nəticədə əsassız bir qərar qəbul etmişdir. Beləliklə məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə və yanlış şərh etməklə inzibati orqanı qanunvericilikdə nəzərdə tutulmuş hüququndan məhrum etmiş, iddia tələbinin təmin edilməməsi barədə qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Şəki Apellyasiya Məhkəməsinin 20 avqust 2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində icraata cəb edilmiş X3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən üçüncü şəxs Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). tətbiq edilən hüquq: İnzibati Prosessual Məcəllə: Maddə 28.2. mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə); Maddə 28.3. üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. apellyasiya şikayətinin mümkünlüyü: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisə edilən hüquq münasibətinin xarakteri inzibati məhkəmə icraatının tərəfləri, o cümlədən hazırkı vəsatəti verən Teymur Əhmədov adına "xxxx" QSC-yə münasibətdə vahid qərarın qəbul olunmasını şərtləndirdiyindən o, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilməlidir. Belə ki, Cavabdeh MMC-nin xx/xx/2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35596.96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə (ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC mehmanxanada dəyəri 45000,0 manat məbləğində qiymətləndirilən Türkiyə istehsalı “AKSA” markalı generator) 45000 manat məbləğində siyahıya alınmış əmlak Teymur Əhmədov adına "xxxx" QSC-yə məxsusdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki,

1. inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.

3. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 2-1(116)-904/2024 nömrəli iş üzrə Teymur Əhmədov adına "xxxx" QSC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb etməklə və həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-904/2024 nömrəli qərarını ləğv edərək işə mahiyyəti üzrə baxılmasını təzələməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-67/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-1(116)-3431/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar