Məhkəmə qərarları › İş №2-1(107)-525/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-525/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-525/2020 27.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19 nümayəndəsi X10 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X22 və X5 qarşı (üçüncü şəxs: X15) “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X22 tərəfindən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzilinə digər cavabdeh X3 adına xx.xx.2010-cu il tarixdə verilmiş ********** saylı çıxarışın və mənzilin özəlləşdirilməsi ilə bağlı verdiyi ərizənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1522/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X22 və X5 qarşı (üçüncü şəxs: X15) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X22 tərəfindən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzilinə digər cavabdeh X3 adına xx.xx.2010-cu il tarixdə verilmiş ********** saylı çıxarışın və mənzilin özəlləşdirilməsi ilə bağlı verdiyi ərizənin ləğv edilməsi”barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının doğulduğu və hal-hazırda yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzili digər ailə üzvləri kimi onun ərizəsi əsasında cavabdeh X3 adına özəlləşdirilmişdir. Digər cavabdeh DƏDRX-nin 17 saylı X22 tərəfindən xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə cavabdeh X3 adına mülkiyyəti təsdiq edən çıxarış verilmişdir. İddiaçı 3-cü şəxs X15 ilə 2016-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə iki övladları olmuşdur. 2017-ci ildə 3-cü şəxs rəsmi olaraq mülkiyyətçi olan cavabdeh X3 razılığı əsasında ünvan 1 mənzil 32 ünvanına qeydiyyata düşmüşdür. Lakin son vaxtlar cavabdeh tərəfindən heç bir səbəb olmadan onlara qarşı olan münasibət pisləşmişdir. Bunun nəticəsi olaraq mübahisələr zamanı mülkiyyətçi bildirmişdir ki, ilk növbədə iddiaçının həyat yoldaşı X12 azyaşlı övladı ilə birlikdə, sonra da iddiaçını mənzildən çıxaracaqdır. Mülkiyyətçi olan cavabdeh X8 mülkiyyət hüquqlarından istifadə edərək iddiaçının ailəsini küçəyə atmaq niyyətindədir. Mülkiyyətçinin iddiaçının ailəsini küçəyə atmaq niyyəti iddiaçıya onun tərəfindən Mingəçevir şəhər Məhkəməsinə rəsmi iddia ilə müraciət etdikdən sonra məlum olmuşdur. Məhkəmənin qətnaməsi ilə cavabdeh X3 iddiası təmin olunmuşdur. Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Qanunun 12-ci maddəsinə əsasən “Mənzilə mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir”. İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı X21 mənzilin özəlləşməsi ilə bağlı verdiyi ərizənin ləğv edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan ərizənin ləğvindən imtina etmişdir. İş materiallarında olan iddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.2010-cu il tarixli ərizənin surətindən müəyyən edilir ki, Hüseynov X1 şəhəri, Naxçıvan küçəsi 40, mənzil 32 ünvanında yerləşən mənzilin atası X3 adına özəlləşdirilməklə mülkiyyət hüququnun verilməsinə razılıq vermişdir. İş materiallarında olan 135093 nömrəli “Nikah haqqında şəhadətnamə”nin və “Doğum haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, İddiaçı iş üzrə üçüncü şəxs X18 ilə xx.xx.2016-cı il tarixdə nikah bağlamışdır. Onların birgə nikahından xx.xx.2017-ci il tarixdə X2 və xx.xx.2019-cu il tarixdə X7 doğulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19 xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzili xx.xx.2010-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-168/2020 saylı qətnaməsindən görünür ki, X8 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilindən X11 çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, yaşadığı və qeydiyyatda olduğu Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilinin özəlləşməsi ilə bağlı verdiyi ərizənin etibarsız sayılması və mənzilin özəlləşməsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 saylı qərardadına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncüşəxs İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmışdır. X3 X13 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, X11 X3 mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı evin 32 saylı mənzilindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzili xx xxxx 2010-cu il tarixdə X3 adına qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1522/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X22 və X5 qarşı (üçüncü şəxs: X15) “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X22 tərəfindən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzilinə digər cavabdeh X3 adına xx.xx.2010-cu il tarixdə verilmiş ********** saylı çıxarışın və mənzilin özəlləşdirilməsi ilə bağlı verdiyi ərizənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1522/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, doğulub boya-başa çatdığı və halhazırda yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzil digər ailə üzvləri kimi onunda ərizəsi əsasında cavabdeh X3 adına özəlləşdirilmişdir. Digər cavabdeh DƏDRX-nin 17 saylı X22 tərəfindən xx.xx.2010-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə cavabdeh X3 adına mülkiyyəti təsdiq edən çıxarış verilmişdir. O, 3cü şəxs X15 ilə 2016-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə iki övladları olmuşdur. Həmişə mehriban ailə kimi yaşamışıq. 2017- ci ildə 3-cü şəxs rəsmi olaraq mülkiyyətçi olan cavabdeh X4 razılığı əsasında ünvan 2 mənzil 32 ünvanına qeydiyyata düşmüşdür. Lakin son vaxtlar cavabdeh tərəfindən heç bir səbəb olmadan onlara qarşı olan münasibəti pisləşmişdir. Bunun nəticəsi olaraq bu mübahisələr zamanı mülkiyyətçi bildirmişdir ki, ilk növbədə həyat yoldaşı X12 azyaşlı övladıyla birlikdə, sonra da onu mənzildən çıxaracaqdır. Lakin məhkəmə təqdim etdiyi sübutlara lazımi qaydada hüquqi qiymət vermədiyindən və araşdırma aparmadığından qanuna zidd qərardad çıxarmışdır. Məhkəmə qərardadında göstərmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə istinad edərək göstərmişdir ki, mübahisəni məhkəmə aidiyyatının müəyyən edilməsi üçün ilk növbədə mübahiə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) yaxud xüsusi hüququn nizama salma predmetinə aid olduğu müəyyən edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddaçıya aidiyyatı üzrə səlahiyyətli yerli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bu fakta istinad edən məhkəmə qərardadında göstərmişdir ki, mən hazırki tələblə bağlı aidiyyatı üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət etməliyəm. Bundan əlavə məhkəmə qərardadında həmçinin o faktı da qeyd etmişdir ki, mənim tərəfimdən eyni iddia ilə Mingəçevir şəhər məhkəməsinə eyni iddia ilə müraciət etmişəm və məhkəmənin qərardadına əsasən aidiyyatı üzrə inzibati məhkəməyə müraciət edilməyim tövsiyyə edilmişdir. Bu qərardada istinad edərək “Çıxarışın və mənzilin özəlləşməsi ilə bağlı verdiyim ərizənin ləğv edilməsi” barədə İnzibati Məhkəməyə müraciət edilmişdir. İPM-yə müvafiq olaraq onun tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Bundan əlavə məhkəmə iddiamda göstərdiyi Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Qanunun 12-ci maddəsinə əsasən “Mənzilə mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeynə xələl gətirməməlidir” faktına da heç bir hüquqi qiymət verməmişdir. Həmçinin cavabdeh tərəf DƏDRX-nin 17 saylı X19 rəsmi cavabını da nəzərə almamışdır. Cavabdeh tərəfin 18 dekabr xx xxxxxxx 2020-ci il tarixli **********15 saylı cavabında qeyd olunmuşdur ki, çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Həmin sənədi məhkəməyə təqdim etməyinə baxmayaraq təəsüflər olsun ki, qərardadda bu fakt öz əksini tapmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli İş №2-1(116)-1522/2020 saylı qərardadı ləğv edərək işin aidiyyatı üzrə baxılması üçün İnzibati Məhkəməyə göndərilməsi ilə bağlı yeni qərardad çıxarılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19 nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)- 1522/2020 nömrəli qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh X8 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)- 1522/2020 nömrəli qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş. İddiaçı məhkəməyə teleqram göndərərək birinci instansiya məhkəməsinin qərardadını ləğv edilməsini və məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişlər Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunan ərizə isə inzibati akt olmadığı üçün inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə və inzibati məhkəmə baxışının predmeti ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı məzmunda iddianın mümkünlüyü üçün iddiaçının ləğvini tələb etdiyi “ərizə” müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən qəbul edilmiş olmalı və həmin “ərizə” “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati akt keyfiyyətinə malik olmalıdır. Hazırkı halda, “ərizə” isə həmin Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmiş, hazırki qərardadla hüquqları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1522/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1522/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar