Məhkəmə qərarları › İş №2-1(107)-526/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-526/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-526/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə (üçüncü şəxslər: Balakən rayon İcra Hakimiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2-1(116)- 252/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri, Balakən Rayon İcra Hakimiyyəti adi qaydada cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat e-2-1(116)-2435/2022 nömrəli inzibati iş həll edilənədək dayandırılmış, xx.xx.2023cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ildən Balakən rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməyi ilə əlaqədar həmin rayona tez-tez gəlməyinə, həmçinin bu rayonda mənzilinin olmamasına əsaslanan Balakən Rayon İcra hakimiyyətinin başçısı özünün 08 oktyabr 2008-ci il tarixli, 172 № li sərəncamında "xxxx" MMC-nin Balakən Rayon İcra Hakimiyyətinə ünvanladığı 31 № li, 29 sentyabr 2008-ci il tarixli məktubuna rayon İcra Hakimiyyəti başçısı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyada baxılmasına və sözügedən komissiyanın mənzilməişət şəraitini araşdıraraq Balakən şəhəri S.Vurğun küçəsində inşa olunmuş hündürmərtəbəli, çoxmənzilli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 40 saylı mənzillə təmin edilməyini təklif etdiyinə istinad edərək həmin sərəncamla yuxarıda sözügedən ünvanda yerləşən, yaşayış sahəsi 116 m2 olan 40 saylı mənzilin ona verilməsini qərara almışdır. Bununla əlaqədar olaraq sərəncamın verildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq Balakən Rayon İcra Hakimiyyəti başçısı tərəfindən onun adına 11 oktyabr 2008-ci il tarixli, 000013 № li order verilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən Balakən rayon Dövlət Arxivindən alınmış 25 may 2022-ci il tarixli, 65 № li arxiv arayışından görünür ki, Balakən Rayon İcra hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 № li sərəncamı arxiv fondunda qeydiyyata alınmışdır. Sözügedən mənzil yuxarıda istinad edilən sənədlərə əsasən ona verildikdən sonra tərəfindən həmin mənzil tam təmir edilməklə, mənzil zəruri olan mebel və digər məişət avadanlıqları ilə də təchiz olunmuşdur. Qeyd olunan mənzil keçən müddət ərzində tərəfindən faktiki olaraq əməli istifadə olunur. Sözügedən mənzil ona verildikdən sonra tərəfindən həmin mənzilə dair müvafiq kommunal xərclərin, eləcə də digər müvafiq ödənişlərin ödənilməsi mütəmadi olaraq icra olunur. - Yuxarıda göstərilən mənzilə dair hüquqlarının dövlət reyestrində qeydə alınmasını təmin etməyi üçün tərəfindən müvafiq addımlar aparılsa da, hər dəfə bildirilmişdir ki, mənzilinin də daxil olduğu hündürmərtəbəli, çoxmənzilli binanın istismarına dair aidiyyatı dövlət orqanları tərəfindən müvafiq icazə verilmədiyindən mənzil üzərindəki hüquqlarının dövlət reyestrinə daxil edilməsi mümkün deyildir. - Bir müddət əvvəl onun da mənzilinin daxil olduğu yuxarıda göstərilən çoxmənzilli, hündürmərtəbəli binaya dair "xxxx" MMC-nin adına ümumilikdə reyestrdən çıxarış verildiyi barədə şifahi məlumat aldıqdan sonra, tərəfindən bu məlumatın dəqiqləşdirilməsi məqsədi ilə vəkili vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Sözügedən sorğuya verilən cavab məktubunda qeyd olunmuşdur ki, mənzilinin daxil olduğu hündürmərtəbəlı binanın yeni ünvanı Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, bina 93 olaraq dəyişdirilməklə həmin bina xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 01 saylı reyestr kitabının 01-ci səhifəsində "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilərək, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat № **********2, 01 saylı reyestr kitabının 01-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilinə dair hissəsinin ləğv olunması xahiş edilmiş, lakin bu xahişi cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillərin sayı hər mərtəbə üzrə 1,2,3,4,5 qeyd edilmişdir və digər mərtəbələrdə mənzillərin sayı eynilə təkrar olunur. Nəticə olaraq "xxxx" MMC-nin adına qeydiyyata alınmış çoxmərtəbəli yaşayış binasında 40 saylı mənzil aşkar olunmamışdır. - Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının 29 avqust tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixə ünvan 4 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli bina "xxxx" MMC-nin balansında olmuşdur. ünvan 5 ünvanında yerləşən çoxmənzilli binanın 116 kv. metr sahəsi olan 40 saylı mənzili İddiaçı Balakən RİH tərəfindən xidməti mənzil olaraq verilməmişdir. - RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 4854.75 kv.m. çoxmərtəbəli yaşayış binası "xxxx" MMC-nin mülkiyyətindədir. - xx.xx.2021-ci il tarixli **********32-05301-093035 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən şəhəri, N.Nərimanov küçəsi, ev 39 (Yeni qaydalarla: AZ 0800, ünvan 7 ünvanında yerləşən 106.10 kv metr mənzil "xxxx" MMC-nin mülkiyyətindədir. - Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının 07 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Balakən RİH tərəfindən "xxxx" MMCnin sədri Nümayəndə1 ünvanlanmış xx.xx.2008-ci il tarixli, 542/1 saylı müraciətdə şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dördotaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılması xahiş edilmişdir. - Balakən RİH başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan (109 saylı seçki dairəsi) seçilmiş deputatı İddiaçı mənzil-məişət şəraiti araşdırılmış, tez-tez ezamiyyətdə olan millət vəkilinin rayonda mənzili olmadığı nəzərə alınaraq onun Balakən şəhəri, S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 40 saylı mənzillə təmin edilməsi təklif edilmiş, Baləkən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 saylı Sərəncamı ilə S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 m2 ibarət 40 saylı mənzilin İddiaçı verilməsi məqsədəuyğun sayılmışdır. - Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008ci il tarixli 172 nömrəli Sərəncamının və əlavə edilmiş orderin surətindən görünür ki, millət vəkili İddiaçı Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 kv. metr olan 40 saylı mənzilin verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzil şəraiti ilə bağlı Balakən RİH-ə müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmadır. Balakən RİH-də "Alazançay” MMC-nin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu yoxdur. Balakən RİH başçısı tərəfindən "Alazançay” MMC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktuba yazılı cavab verilib-verilməməsi barədə məlumat RİH-də yoxdur. RİH-də "xxxx" MMC-nin sözügedən mənzilin İddiaçı verilməsi ilə bağlı yazılı müraciəti yoxdur. - Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzil şəraiti ilə bağlı Balakən RİH-ə müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Balakən RİH-də "xxxx" MMC-nin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının səhvi nəticəsində itmişdir. Balakən RİH başçısı tərəfindən "xxxx" MMCyə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktuba verilmiş yazılı cavabı müəyyən etmək mümkün olmamışdır. Lakin Balakən RİH başçısının xx.xx.2008-ci il tarixli, 172 saylı sərəncamına əsasən şəhərin N.Nərimanov küçəsində yerləşən çoxmənzilli binanın səkkizinci mərtəbəsində 40 saylı mənzilin İddiaçı həmin məktub əsasında verilməsi məqsədəuyğun hesab edilmişdir. RİH-də "xxxx" MMC-nin sözügedən mənzilin İddiaçı verilməsi ilə bağlı yazılı müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin, İddiaçı həmin mənzildən istifadə etmiş, kommunal xidmət haqlarını ödəmişdir. - 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Balakən şəhəri, N.Nərimanov küçəsi ev 93 (ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 106,10 kv.m olan mənzil iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 noyabr 2023-cü il tarixli 2- 2-1(116)-252/2023 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən şəhər Nəriman Nərimanov küçəsi 93 (yeni qaydalarla ünvan 13 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) iddiaçının adına order verilmiş mənzilə dair hissəsinin (hazırkı ünvan 16) ləğv olunması öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə iddia qaldırmaqda hüquqi marağı iddiaçının adına Balakən RİH-in 11 oktyabr 2008-ci il tarixli order olduğu halda cavabdeh inzibati orqan tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə reyestr qeydiyyatının ləğvindən ibarətdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, qeydiyyatı mübahisələndirilən mənzilin yeni qaydalarla ünvanı ünvan 14ırılmış hallarından görünür ki, iddiaçıya Balakən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008ci il tarixli 172 nömrəli Sərəncamına əsasən Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, birgirişli yaşayış binasının 8-ci mərtəbəsində 116 kv. metr yaşayış sahəsi olan 40 saylı mənzil iddiaçıya verilmişdir. Sərəncam əsasında xx.xx.2008-ci il tarixli 000013 nömrəli order iddiaçının adına tərtib edilmişdir. İddiaçı tərəfindən mənzil təmir etdirilmiş və onun istifadəsində olmuşdur. "xxxx" MMC tərəfindən 15 ildən artıq müddət ərzində sözügedən Sərəncam və order, həmçinin, iddiaçının həmin mənzildən istifadəsi mübahisələndirilməmişdir. Verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, sözügedən sərəncam ləğv edilməmiş, order hazırda da qüvvədədir. Cavabdeh inzibati orqan tərəfindən order nəzərə alınmadan həmin mənzil üzərində "xxxx" MMC-nin adına qeydiyyat aparılmışdır.

8. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(107)-67/2024 nömrəli qərarı ilə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2-1(116)-252/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılmış, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə (üçüncü şəxslər: Balakən rayon İcra Hakimiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

10. İddiaçı nümayəndəsi və vəkili həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(102)- 1532/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-67/2024 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsin etimad hüququ qanuni olsaydı belə, mülkiyyət hüququndan yüksək qiymətləndirilə bilməzdi. Çünki mülkiyyət hüququ konstitusion hüquqdur. Həmin ünvanda çoxmərtəbəli, çoxmənzilli binanı "xxxx" MMC öz vəsaiti hesabına proyektləşdirmiş və həmin proyektə uyğun olaraq öz vəsaiti hesabına inşa etdirmişdir. Balakən Rayon İcra Hakimiyyətinin həmin binanın tikintisinə heç bir aidiyyatı olmamışdır, ona görə də, onun "xxxx" MMC-nin mülkiyyətində olan mənzilə dair sərəncam verməsinə heç bir hüquqi əsası olmamışdır. Balakən Rayon İH-nin xx.xx.2008ci il tarixli 172 nömrəli Sərəncamı və onun əsasında verilmiş xx.xx.2008-ci il tarixli 000013 nömrəli order səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən onların heç bir hüquqi qüvvəsi yoxdur. Qərara əsasən, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də, qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İndiki halda etimadın qorunması prinsipinin tətbiqindən söhbət belə gedə bilməz. Çünki Balakən Rayon İcra Hakimiyyəti sözügedən sərəncamı verərkən və həmin sərəncam əsasında İddiaçı adına order verərkən səlahiyyətlərini açıq-aşkar aşmışdır. "xxxx" MMC tərəfindən 15 ildən artıq müddət ərzində sözügedən Sərəncam və order, həmçinin, iddiaçının həmin mənzildən istifadəsi mübahisələndirilməmişdir” – fikri həqiqəti əks etdirmir. "xxxx" MMC həmin binanın tikintisinə 01 may 2007-ci ildə başlamış, bina istismara 01 mart 2009-cu il tarixdə qəbul edilmişdir. 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı order və həmin orderin verilməsinə əsas olmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamı verilərkən binanın özü hələ istismara qəbul edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2-1(116)-252/2023 nömrəli qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə1 izahatında bildirdi ki, məhkəmə kollegiyasına təqdim etdiyi ərizəni və apellyasiya şikayətini müdafiə edir. Əlavə olaraq göstərdi ki, "xxxx" MMC-nin inşa etdiyi binadan Balakən Rayon İcra Hakimiyyətinin xahişi əsasında iddiaçıya onların rəhbərliyi tərəfindən təmənnasız sadəcə istifadə məqsədi ilə mənzil ayrılmışdır. İddiaçı həmin dövrdə deputat olduğundan seçicilərlə görüşmək üçün müvəqqəti yaşayış üçün 4 otaqlı mənzil ayrılmışdır. Həmçinin, mənzil iddiaçıya təmirsiz şəkildə ayrılmış, həmin mənzili iddiaçının özü təmir etdirmişdir. Lakin, aralarında heç bir bağışlama, alqı-satqı müqaviləsi olmamışdır. Uzun müddətdir ki, mənzil iddiaçının istifadəsində olmuş, kommunal ödənişləri də iddiaçı ödəmişdir. Onlar tərəfindən 2008-ci ildən 2018-ci ilədək iddiaçının həmin mənzilə sahiblik etməsinə etiraz və şikayətləri olmamışdır. 2018-ci ildən binadakı mənzillərin vətəndaşların adına keçirilməyə başladığı zaman iddiaçı onlara istifadə etdiyi mənzilin icra hakimiyyəti tərəfindən ona bağışlanmasını və həmin mənzillə bağlı çıxarışın verilməsi ilə bağlı məsələnin necə olacağını soruşmuşdur. Məhkəmənin qərarı ilə razı deyil, odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, iddiaçı həmin mənzilə onların razılıqları ilə gəlmişdir. Orderi birinci dəfə inzibati məhkəmədə görmüşdür. Həmin order icra hakimiyyəti tərəfindən verilmişdir. Həmin bina 2014-2015-ci illərdən istismara verilmişdir. Həmin vaxtdan iddiaçıda olmuşdur. Təmirsiz mənzil veriblər, özləri təmir etdiriblər. Kommunal onlar tərəfdən ödənmişdir. Lakin kirayə kimi heç bir pul almamışlar.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, üçüncü şəxs "xxxx" MMC-nin başlıca arqumenti məktubun olmaması ilə bağlıdir. Qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi tərəfindən məktubla bağlı sorğu verilmiş, Balakən rayon İcra Hakimiyyəti sorğuya cavabında həmin məktubun naməlum şəraitdə icra hakimiyyətininin dəftərxanasında itdiyi bildirilmişdir. Görünür ki, Balakən Rayon İcra Hakimiyyəti həmin məktubun mövcudluğunu inkar etmir. Hesab edir ki, həmin məktubun olmaması inzibati aktın hüquqi qüvvəsinə heç bir təsir etmir. Əlavə olaraq qeyd edir ki, həmin sərəncam qüvvədədir və iddiaçının mənzillə bağlı hüququ yaranmışdır. Həmçinin üçüncü şəxsin də etirafından göründüyü kimi, 2008-ci ildən üçüncü şəxs tərəfindən iddiaçıya razılıq vermiş, iddiaçı tərəfindən mənzildə təmir işləri getmişdir. Qeyd edir ki, o dövrün praktikasında da mənzil inşa edən tikinti şirkətləri icra hakimiyyətlərinin balansına belə mənzillər verirdi və həmin mənzillərə dair sərəncam vermək səlahiyyəti icra hakimiyyətinə də verilirdi. Hesab edirlər ki, həmin sərəncam və həmin sərəncam əsasında verilən order qüvvədə olmasına, həmin mənzil üzun müddətdir iddiaçının istifadəsində olduğuna görə onun hüquqları qeydiyyata alınmalıdır. Cavabdeh orqan tərəfindən mənzilə verilmiş çıxarış iddiaçının qeydiyyata alınmasına maneə törədir. Hesab edir ki, üçüncü şəxsin adına aparılmış qeydiyyat ləğv edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, verilmiş sərəncam hər hansı əsas olmadan verilməmişdir. Belə ki, Balakən Rayon İcra hakimiyyəti 08 oktyabr 2008-ci il tarixli, 172 № li sərəncamında "xxxx" MMC-nin Balakən Rayon İcra Hakimiyyətinə ünvanladığı 31 № li, 29 sentyabr 2008-ci il tarixli məktubu ilə mənzillə təmin edilməyini təklif etdiyinə istinad edərək həmin sərəncamla mənzilin iddiaçıya verilməsini qərara almış və icra hakimiyyəti tərəfindən iddiaçının adına 11 oktyabr 2008ci il tarixli, 000013 № li order verilmişdir. Onlar həmin sərəncamı müdafiə edirlər. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Suala cavab olaraq bildirdi ki, “Alazançay MMC”-nin Balakən rayon İcra Hakimiyyətinə ünvanladığı həmin məktub tapılmır. Məktubun necə və ya hansı şəraitdə itirilməsi ilə bağlı məlumatı yoxdur. O, həmin dövrlərdə işləməmişdir.

17. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ..... Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

23. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 24-cü madəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti dövlət əsaslı vəsaiti hesabına tikilmiş yeni evlərdə mənzil sahəsinin bir hissəsinin məskunlaşdırılmaq üçün evtikənlər tərəfindən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə və başqa təşkilatlara verilməsinin əsaslarını və şərtlərini, habelə verilən mənzil sahəsinin ölçüsünü müəyyən etmək ixtiyarına malikdir. 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

24. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

32. Belə ki, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin başlıca dəlili kimi Balakən Rayon İcra Hakimiyyətinin mübahisə predmeti yerləşən mənzil olan binanın tikintisinə heç bir aidiyyatının olmaması, ona görə də, onun "xxxx" MMC-nin mülkiyyətində olan mənzilə dair sərəncam verməsinə heç bir hüquqi əsasının olmaması, "xxxx" MMC-nin həmin binanın tikintisinə 01 may 2007-ci ildə başlaması, binanın istismara isə 01 mart 2009-cu il tarixdə qəbul edilməsi, 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı order və həmin orderin verilməsinə əsas olmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamı verilərkən isə binanın özünün hələ istismara qəbul edilməməsidir.

33. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(102)-1532/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)- 67/2024 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

34. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

35. Ali Məhkəmə hazırki iş üzrə 12 iyul 2024-cü il tarixli, 2-1(102)-1532/2024 nömrəli qərarda qeyd etmişdir ki, - Apelyasiya instansiyası məhkəməsi, ilk növbədə nəzərə almalı idi ki, Balakən rayon İHB-nin xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı, onun məzmunundan da göründüyü kimi, sərəncamda bilavasitə istinad edilən, habelə bilavasitə istinad olunmasa belə, sərəncamın qəbul edilməsinə səbəb olan faktiki hallar əsasında qəbul edilmişdir. Başqa sözlə, İcra Hakimiyyəti bunun üçün müqəddəm şərtlərin (o cümlədən, tikinti sahibinin – üçüncü şəxsin razılığının) mövcudluğunda hazırkı məzmunda sərəncam verə bilərdi. Həmin Sərəncamda da üçüncü şəxsin məktubuna istinad edilir. Digər tərəfdən, işin materiallarında İcra Hakimiyyətinin üçüncü şəxsə (tikinti sahibinə) yazılı müraciəti mövcuddur. Sərəncamda istinad edilən məktubun sərəncamın verildiyi vaxtda mövcud olduğunu İcra Hakimiyyəti də təsdiq edir. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin İcra Hakimiyyətinin sərəncamına verilməsinə dair dəlilləri işdəki digər sübutlarla birlikdə tam və hərtərəfli araşdırdıqdan sonra onları qiymətləndirməli idi. Hazırkı halda, bu, baş verməmişdir. - Bu zaman, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərlə yerli icra hakimiyyəti orqanları arasında formalaşmış praktika da nəzərdən qaçırılmalı deyil. Belə praktika normativ qaydada 1982-ci il Mənzil Məcəlləsinin 24-cü maddəsində, lakin dövlət əsaslı vəsaiti hesabına tikilmiş yeni evlərdə mənzil sahəsinin bir hissəsinin məskunlaşdırılmaq üçün evtikənlər tərəfindən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə və başqa təşkilatlara verilməsi tənzimlənmiş, bina tikintisi fəaliyyətinin sahibkarlıq subyektləri tərəfindən həyata keçirildiyi vaxtdan isə həmin praktika qeyridövlət əsaslı vəsait hesabına tikilmiş yeni binalara da şamil edilmiş və hal-hazırda da bu praktika davam etməkdədir. - Bu qənaət, həmçinin ondan irəli gəlir ki, qanunverici məhz həmin praktikanı nəzərə almaqla bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələri vergiyə cəlb olunan gəlir hesab etmir, həmçinin həmin şəxslər tərəfindən dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəfləri gəlirdən çıxılan xərclərə aid edir (Vergi Məcəlləsinin 13.2.12, 108.3 və 164.1.47-ci maddələri). - Həmçinin nəzərə alınmalıdır ki, sözügedən Sərəncam və onun əsasında iddiaçının adına verilmiş xx.xx.2008-ci il tarixli, 000013 saylı order hal-hazırda da qüvvədədir, hər hansı əsasla ləğv edilməmiş, etibarsız hesab olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, həmin sərəncam və order "xxxx" MMC tərəfindən 14 ildən sonra məhkəmə qaydasında mübahisələndirilmiş, lakin iddia qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mümkün sayılmamışdır. - Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların və izahat verməmələrinin üzərindən sükutla keçə bilməz. - Balakən rayon İHB-nin xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamının qəbulu üçün səbəb və əsasların mövcudluğuna, bunun ardınca, binanın istismara verildiyi vaxtdan iddia olunan mənzilin iddiaçının istifadəsində olması, mənzilin onun tərəfindən təmir olunması və kommunal ödənişlərin edilməsi (bu fakt Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur), sərəncam və orderin verildiyi 2008-ci ildən üçüncü şəxs "xxxx" MMC-nin mülkiyyət hüququnun qeydə alındığı 2018-ci ilədək həmin MMC-nin sərəncama, orderə və iddiaçının mənzilə sahiblik faktına hər hansı etiraz və şikayətinin olmadığına dair iddiaçı tərəfin dəlilləri araşdırma predmeti olmamış, məhkəmə qərarında həmin dəlillərə hər hansı münasibət bildirilməmişdir.

36. Ali Məhkəmənin həmin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin edərək məhkəmə iclasında iştiraklarını təmin etmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Balakən şəhər Nəriman Nərimanov küçəsi 93, yeni qaydalarla ünvan 16 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın 8-ci mərtəbəsində yerləşən 116 kv.m yaşayış sahəsi olan 40 saylı mənzil istismara verildiyi vaxtdan iddiaçı tərəfindən istifadə edilir, həmin mənzil iddiaçıya təqdim edilərkən təmirsiz şəkildə təhvil verilmiş, iddiaçı həmin mənzili öz hesabına təmir etdirdikdən sonra oradan istifadə etmiş, həmin mənzilə dair bütün kommunal xərclər (bu fakt Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur) də onun tərəfindən ödənilmişdir. Sərəncam və orderin verildiyi 2008-ci ildən üçüncü şəxs "xxxx" MMC-nin mülkiyyət hüququnun qeydə alındığı 2018-ci ilədək həmin MMC-nin sərəncama, orderə və iddiaçının mənzilə sahiblik faktına hər hansı etiraz və şikayəti olmamışdır. Yalnız ümumi binaya dair mülkiyyət hüquqları qeydə alındıqdan sonra tərəflər arasında hazırkı mübahisə yaranmış, həmçinin Balakən Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı və həmin sərəncam əsasında verilmiş xx.xx.2008-ci il tarixli, 000013 nömrəli order üçüncü şəxs "xxxx" MMC tərəfindən mübahisələndirilsə də, sözügedən Sərəncam və onun əsasında iddiaçının adına verilmiş order hal-hazırda da qüvvədədir, hər hansı əsasla ləğv edilməmiş, etibarsız hesab olunmamışdır. İddia qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mümkün sayılmamış, qərardad qanuni qüvvəyə minmişdir.

37. Yuxarıda qeyd edilən hallar, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatları ilə də öz təsdiqini tapmışdır.

38. Bundan əlavə olaraq Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin Başçısının 07 sentyabr 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Balakən RİH tərəfindən "xxxx" MMC-nin sədri Nümayəndə1 ünvanlanmış xx.xx.2008ci il tarixli, 542/1 saylı müraciətdə şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dördotaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılması xahiş edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Balakən rayon İHB-nin xx.xx.2008-ci il tarixli, 172 nömrəli sərəncamı, onun məzmunundan da göründüyü kimi, sərəncamda bilavasitə istinad edilən, habelə bilavasitə istinad olunmasa belə, sərəncamın qəbul edilməsinə səbəb olan faktiki hallar əsasında qəbul edilmişdir. Başqa sözlə, İcra Hakimiyyəti bunun üçün üçüncü şəxsin razılığının mövcudluğunda hazırkı məzmunda sərəncam verə bilərdi. Həmin Sərəncamda da üçüncü şəxsin məktubuna istinad edilir. Digər tərəfdən, işin materiallarında İcra Hakimiyyətinin üçüncü şəxsə (tikinti sahibinə) yazılı müraciəti mövcuddur. Sərəncamda istinad edilən məktubun sərəncamın verildiyi vaxtda mövcud olduğunu Balakən rayon İcra Hakimiyyəti də təsdiq edir.

40. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

41. Etimadən qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşlarda publik maraqlara zidd olmayan əlverişli qanuni gösləntilərin yaranması ilə nəticələnsin.

42. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

43. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə (üçüncü şəxslər: Balakən rayon İcra Hakimiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı Üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2-1(116)-252/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar