Məhkəmə qərarları › İş №2-1(107)-527/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-527/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-527/2023 14.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid 665,0 m2 torpaq sahəsində tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-1(116)-1626/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid 665,0 m2 torpaq sahəsində tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olubolmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır.

3. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubundan və xx.xx.2023-cü il tarixli e-2-2(117)-834/2023 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, xx.xx.2023-cü il tarixə, saat 10:30-a hazırlıq iclası təyin edilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməsini və iş üzrə icraatın dayandırlmamasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahat verərək xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması tələbi ilə Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edildiyini bildirdi və iş üzrə icraatın dayandırlması xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 iyul 2023-cü il tarixli, 2- 1(116)-1626/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid 665,0 m2 torpaq sahəsində tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olubolmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraat, Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)- 834/2023 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olan "torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması" tələbinə dair iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki. Cavabdeh qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etməsinin əsas səbəbi kimi 1 il müddətində torpaq sahəsindən üzürsüz səbəb olmadan təyinatına uyğun istifadə edilməməsini, yəni həmin ərazidə tərəfindən hər hansı tikinti işlərinin aparılmamasını göstərmiş, eyni zamanda hüquqi əsas kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinad etmişdir. Hazırda icraatı dayanan işdən isə görünür ki. mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması üçün tərəfindən təqdim edilmiş tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmədiyi üçün tərəfindən cavabdeh inzibati orqana qarşı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Yəni Cavabdeh icarəsində olan torpaq sahəsində tikinti işləri aparılmasına süni maneələr yaratdığı üçün tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh icarəsində olan torpaq sahəsində tikmək istədiyi tikiliyə dair memarlıq planlaşdırma layihəsini və şəhərsalma əsaslandırılmasını şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərsəydi Şəki Kommersiya Məhkəməsinin icraatında olan iddia tələbinə baxılmasına zərurət yaranmayacaqdı. Əslində icraatı dayanan işin taleyi Şəki Kommersiya Məhkəməsinin icraatında olan işdən deyil Şəki Kommersiya Məhkəməsinin icraatında olan işin taleyi Şəki İnzibati Məhkəməsinin icraatında olan işdən aşlıdır. Bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, Onun iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə, Cavabdeh iddia ərizəsi isə Şəki Kommersiya Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Ötən 4 ay ərzində Cavabdeh Şəki Kommersiya Məhkəməsinə müraciət etməmiş, yalnız iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılan ərəfədə icarə müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-1(116)-1626/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-1(116)-1626/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-1(116)-1626/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Şəki Kommersiya Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e-2-2(117)-834/2023 nömrəli qərardadının surətindən və 11 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-834/2023 nömrəli məktubdan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” tələbi üzrə ərizə Şəki Kommersiya Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e-2-2(117)- 834/2023 nömrəli qərardadına əsasən baxılmamış saxlanılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 7.3. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir.

15. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandıraraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbi Şəki Kommersiya Məhkəməsində qaldırılan, sözügedən digər iddia tələbi ilə birbaşa əlaqəlidir və həmin iş üzrə qəbul ediləcək qərar hazırkı işə birbaşa təsir göstərə bilər. Belə ki, iddiaçının icarəsində olduğu torpaq sahəsinə dair istinad etdiyi xx.xx.2020-ci il tarixli icarə müqaviləsi mübahisələndirildiyindən həmin mübahisəyə baxılıb hüquqi qiymət verilmədən, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Buna görə Şəki Kommersiya Məhkəməsinin icraatında olan, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı işin icraatı dayandırılmalıdır.

16. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Belə ki,işin faktiki hallarından da müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsində qaldırılan iddiaçı Cavabdeh İddiaçı qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” tələbinə dair işlə hazırkı iddia tələbi birbaşa əlaqəli olduğundan hazırkı iş üzrə icraat dayandırılmışdır.

18. Hazırda iş materiallarından müəyyən edilmişdir ki, kollegiyanın iclasında iddiaçı tərəfindən təqdim edilmiş Şəki Kommersiya Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e-2- 2(117)-834/2023 nömrəli qərardadının surəti və Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-834/2023 nömrəli məktubu ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” tələbi üzrə ərizə Şəki Kommersiya Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, e-2-2(117)-834/2023 nömrəli qərardadına əsasən baxılmamış saxlanılmışdır və bununlа dа hаzırkı iş üzrə icrааtın dаyаndırılmаsınа səbəb olаn hаl аrаdаn qаlxmışdır.

19. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək inzibati işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

20. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-1(116)-1626/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar