Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-527/2025 21.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı “1945-ci ildə ölmüş babası X2 ölümünün qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 6 may 2*25-ci il tarixli 2-1(116)-2119/2*25 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1945-ci ildə ölmüş babası X2 ölümünün qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 2-1(116)-2119/2*25 nömrəli, *6.*5.2*25-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı, həmin qərardan аpеllyаsiyа şikаyəti vermiş, sözügedən qərarın elektron kabinetə *7 iyul 2*25-ci il tarixdə yerləşdirilməsini qeyd etmişdir. İddiaçıya *7.*8.2*25-ci il tarixdə bildiriş göndərilərək аpellyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə 21 avqust 2*25-ci il tarixdə baxılacağı bildirilmiş və izah edilmişdir ki, аpellyаsiyа şikаyətinin verilməsi müddətinin burаxılmаsı həmin şikаyətin qeyri-mümkün sаyılmаsı üçün əsаslаrdаn biridir. Eyni zamanda bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 2*.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. ... Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3* gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1* gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, 2-1(116)- 2119/2*25 nömrəli, *6.*5.2*25-ci il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-in 23.1-ci və 85.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, 1* gün müddətində müvafiq birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. İddiaçı, mübahisələndirdiyi məhkəmə aktının elektron kabinetə *7 iyul 2*25-ci il tarixdə yerləşdirilməsini qeyd etsə də, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2119/2*25 nömrəli, *6.*5.2*25-ci il tarixli qərarı *5.*6.2*25-ci il tarixdə, saat 1*:54-də iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, İPM-nin 2*.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq, sözügedən məhkəmə aktının iddiaçıya təqdim edilməsi tarixi həmin qərarın elektron kabinetdə yerləşdirildiyi *5.*6.2*25-ci il qəbul edilməli və prosessual müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2119/2*25 nömrəli, *6.*5.2*25-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün *5.*7.2*25-ci il olmuşdur. Bununla belə apellyasiya şikayəti *2.*8.2*25-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilmiş, nəticədə İPM-nin 85.1-ci maddəsində nəzərdə tutulmuş 3* günlük müddət ötürülmüşdür. Göründüyü kimi iddiaçı tərəfindən, prossesual müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmiş, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2119/2*25 nömrəli, *6.*5.2*25-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmır, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilir. Qərardaddan onun təqdim edildiyi gündən 1* gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 1* gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-527/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-527/2025
21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver