Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-53/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X8 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı oğlu və Dövlət Sosial X11 rayon şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Dövlət Sosial X11 rayon şöbəsinə qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Aqrokimya Laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-605/2019nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçının 1975-ci ildən 2006-cı ilədək olan müddətdə əmək fəaliyyəti olmuşdur. Pensiya yaşına çatdığı üçün bununla bağlı yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə sənədləri DSMF Zaqatala rayon şöbəsinə təqdim etmişdir. Lakin Zaqatala rayon şöbəsi xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verərək bildirmişdir ki, Zaqatala Agrokimya laboratoriyası hal-hazırda fəaliyyət göstərmədiyindən və maliyyə uçot sənədlərini rayon arxivinə verməməsi səbəbindən 1992-ci il tarixindən 2006-cı il tarixə olan iş stajı yoxlanması mümkün olmamışdır. Ona görə də həmin illər sığorta stajı kimi qəbul edilmir. İddiaçının faktiki olaraq Zaqatala Agrokimya laboratoriyasında sürücü işlədiyinə dair əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “pozulmuş pensiya almaq hüququnun bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Aqrokimya Laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasnda ərizə protokol qərardadla icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: «X9» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 63 yaş 6 ay olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əgər pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cü il tarixdən “X9” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.2006-cı il tarixədək 29 il 6 ay müxtəlif idarə və təşkilatlarda işləməsi barədə qeydlər aparılmışdır. «X9» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X1 işləməsinə dair əmək kitabçasının surətində edilmiş qeydlər müəssisənin fəaliyyəti olmadığına, hüquqi ünvanı məlum olmadığına və maliyyə uçot sənədlərini rayon arxivinə təhvil verilmədiyi səbəbindən yoxlanması mümkün olmamışdır. İddiaçının izahatı: Faktiki olaraq Zaqatala Agrokimya laboratoriyasında sürücü işləməsinə dair əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İndi həmin laboratoriyanın işləməməsi və sənədlərin rayon arxivinə təhvil verilməməsi onun pensiya almaq hüququnun pozulmasına səbəb ola bilməz. Əlavə olaraq iddiaçı əmək kitabçasını 3 il bundan əvvəl aldığını, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsinin izahatı: Etirazın məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, əgər iddiaçı həqiqətən xx.xx.2006-cı ilə qədər qeyd olunan müəssisədə işləmiş olsa idi, xx.xx.2006-cı il tarixindən sonrakı dövr üçün onun hesabında məcburi dövlət sosial sığorta ödənişləri olmalı idi. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədləri birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X11 rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubu, Vergilər Nazirliyinin 13 saylı X10 xx.xx.2019-cu il tarixli **********843800 nömrəli və xx.xx.2019-cu il tarixli **********096300 nömrəli məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 41 nömrəli arxiv arayışı, AR Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2019-cu il tarixli 07/24-08-858 nömrəli və xx.xx.2019-cu il tarixli 07/24-08-953 nömrəli məktubu, Şəki Şəhər Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 189-23959-1219 nömrəli məktubu və tələbnaməsi, Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli 33/6171 nömrəli məktubu, iddiaçının ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-605/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh DövlətSosial X11 rayon şöbəsinə qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Aqro kimya Laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır. İddiaçı inzibati orqan apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-605/2019 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-605/2019 nömrəli iş üzrə qərarınləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 605/2019nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sosial X11 rayon şöbəsinin nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati- İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-605/2019nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X11 rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubundan görünür ki, “X9” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2 işləməsinə dair əmək kitabçasının surətində edilmiş qeydlər müəssisənin fəaliyyəti olmadığına, hüquqi ünvanı məlum olmadığına və maliyyə uçot sənədlərini rayon arxivinə təhvil verilmədiyi səbəbindən yoxlanması mümkün olmamışdır. İşdə olan Vergilər Nazirliyinin 13 saylı X10 xx.xx.2019-cu il tarixli **********843800 nömrəli məktubundan görünür ki, qanunvericiliyə uyğun olaraq vergi ödəyiciləri öz işçiləri barədə vergi orqanına yalnız ümumi məlumatlar təqdim etdiyindən İddiaçı X3 həqiqətən işləyib-işləməməsi barədə 13 saylı X12 heç bir məlumat yoxdur. İşdə olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 41 nömrəli məktubundan görünür ki, X4 arxiv sənədləri rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, İddiaçı həmin idarədə xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini təsdiq edən sənədlərdən çıxarışları məhkəməyə təqdim etmək mümkün olmamışdır. İşdə olan AR Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2019-cu il tarixli 07/24-08-858 nömrəli məktubundan görünür ki, X4 arxiv sənədləri mühafizə üçün Nazirliyin arxivinə təhvil verildiyi üçün İddiaçı əmək fəaliyyəti barədə məlumat təqdim etmək imkan xaricindədir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının 14-cü səhifəsində 1992-ci il tarixində aparılmış 23 nömrəli qeyddə olan möhür əksində latın qrafikası ilə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zaqatala rayon Aqrokimya Laboratoriyası” yazılmışdır. Eyni zamanda iddiaçının sürücü vəzifəsinə qəbul olunması barədə yazılar kiril əlifbası ilə yazıldığı halda, “əmr” sözü latın qrafikası ilə yazılmışdır. İşdə olan Vergilər Nazirliyinin 13 saylı X10 xx.xx.2019-cu il tarixli **********843800 nömrəli məktubundan görünür ki, X5 Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 320 saylı qərarına əsasən “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyinin nəzdində yemlərin keyfiyyətini təyin edən laboratoriya kimi yaradılmış və sonra Respublika Dövlət AqrarSənaye Komitəsinin xx.xx.1990-cı il tarixli, 517 saylı əmri ilə Zaqatala rayon Aqrokimya Laboratoriyası adlandırılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxx 1993-cü il 611 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi ləğv edilmiş və onun bazasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yaradılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1993-cü il tarixində yaradıldığı halda iddiaçının əmək kitabçasında onun xx.xx.1992-ci il tarixindən laboratoriyada işləməsi barədə qeyddə möhür əksində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zaqatala rayon Aqrokimya Laboratoriyası” yazılması əmək kitabçasının sonradan yazılması nəticəsinə gəlməyə imkan verir. Həmçinin iddiaçı yazılı izahatında da kitabçanı 3 il əvvəl aldığını bildirməklə bu qənaətə gəlinməsinə əsas vermişdir. İddia ərizəsindən, iddiaçının izahatından və iş materiallarında olan sənədlərdən müüəyyən olunmuşdur ki, iddiaçı ərizəsində qeyd etdiyi illərdə faktiki olaraq müəssisədə işləməmişdir. Ona görə yuxarıda qeyd olunanlara əsasən iddiaçının iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-605/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2-1(107)-53/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-53/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver