Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-53/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "18.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(116)-135/2020 nömrəli qərarından cavabdeh DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş və hazırda Zaqatala şəhərində yaşayır. O, 02.05.1974-cü ildən 04.05.1976-cı ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında olan qeydlərə əsasən, iddiaçı 22.01.1974-cü ildən 02.05.1974- cü ilədək, 26.05.1976-cı ildən 11.11.1979-cu ilədək, 02.10.1981-ci ildən 28.02.1994-cü ilədək Zaqatala Rayon Avtobazasında, 01.03.1994-cü ildən 10.12.1999-cu ilədək "xxxx" ASC-nin Zaqatala filialında, 01.01.1999-cu ildən 29.12.2006-cı ilədək Zaqatala Rayon Mərkəzi Camaşırxanasında, 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək "Zaqatala- Avtonəqliyyat" ATSC-də, 01.01.2007-ci ildən (bu tarix texniki səhv olaraq 01.13.2006-cı il kimi yazılmışdır) 01.12.2013-cü ilədək Zaqatala rayonu "xxxx" MMC-də işləmişdir. İddiaçı 18.04.2019-cu ildə (64 yaş) pensiya yaşına çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 03.09.2019cu il tarixli **********9 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində 01.09.1994-cü ildən 10.02.1999-cu ilədək "xxxx" ASC-də anbardar, 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işləməyi barədə qeydlər aparılmışdır. Lakin "xxxx" ASC-nin maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilmədiyi səbəbindən iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. İddiaçının 13.08.2003cü ildən 29.12.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də işləməyi barədə iş stajının yoxlanması zamanı onun həmin müddətlərdə hər hansı əmək haqqı alması barədəqeydlər aşkar edilməmişdir. Buna görə də iddiaçının 01.09.1994-cü ildən 10.02.1999-cu ilədək "xxxx" ASC-də anbardar, 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək "Zaqatala- Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı cavabdehin cavabı ilə razılaşmayaraq ona yaşa görə əmək pensiyasınıntəyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinasıəsassızdır. "xxxx" ASC hazırda ləğv olunmadığı üçün sənədlərinin arxivə təhvil verilməsi mümkün deyil. "Zaqatala-Avtonəqliyyat" ATSC-də işləməsi onun əmək kitabçasıilə müəyyən edilir. Buna görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra 16.10.2019-cu ildə iddiaçı məhkəməyə iddianın dəyişdirilməsibarədə ərizə təqdim edərək, 18.04.2019-cu ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahişetmişdir. Cavabdeh iddiaya qarşı etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, iddiaçının işə qəbul və işdən çıxarılması barədə əmrlərin əmrlər kitabında qaralama şəklində olması və əmək haqqının alınmasına dair qeydlərin, əmək haqqıcədvəllərinin olmaması iddiaçının əmək fəaliyyəti ilə məşğul olmamasını sübut edir. Buna görə də iddiaçının 01.09.1994-cü ildən 10.02.1999-cu ilədək "xxxx" ASCdəanbardar, 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22.01.1974-cü ildən 02.05.1974-cü ilədək, 26.05.1976-cı ildən 11.11.1979-cu ilədək, 02.10.1981-ci ildən 28.02.1994-cü ilədək Zaqatala Rayon Avtobazasında, 01.03.1994-cü ildən 10.12.1999-cu ilədək "xxxx" ASC-nin Zaqatala filialında, 01.01.1999-cu ildən 29.12.2006-cı ilədək Zaqatala Rayon Mərkəzi Camaşırxanasında, 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də, 01.01.2007-ci ildən (bu tarix texniki səhv olaraq 01.13.2006-cı il kimi yazılmışdır) 01.12.2013-cü ilədək Zaqatala rayonu "xxxx" MMC-də işləmişdir. - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 02.05.1974-cü ildən 04.05.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının 03.09.2019-cu il tarixli **********9 nömrəli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində 01.09.1994-cü ildən 10.02.1999-cu ilədək "xxxx" ASC-də anbardar, 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işləməyi barədə qeydlər aparılmışdır. Lakin "xxxx" ASC-nin maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilmədiyi səbəbindən iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. İddiaçının 13.08.2003cü ildən 29.12.2005-ci ilədək "Zaqatala-Avtonəqliyyat" ATSC-də işləməyi barədə iş stajının yoxlanması zamanı onun həmin müddətlərdə hər hansı əmək haqqı alması barədə qeydlər aşkar edilməmişdir. Buna görə də iddiaçının 01.09.1994-cü ildən 10.02.1999-cu ilədək "xxxx" ASC-də anbardar, 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək "Zaqatala- Avtonəqliyyat" ATSC-də ehtiyat sürücü işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Şəki İnzibati Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2-1(116)-135/2020 tarixli qərarı ilə, iddia təmin edilmiş, İddiaçı 18.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə tərəfidən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.Belə ki,“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1- dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1 dək hər il 6 ay artırılır.Bildirmək istəyirik ki, İddiaçı əmək kitabçasının surətində 01.03,1994- cü il tarixdən 10.02.1999-cu ıl tarixədək "xxxx" ASC-də anbarsar işləməsi barədə qeydlər aparılmışdır. Qeyd edək ki, Pensiya ( pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri- dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Bu səbəbdən İddiaçı əmək kitabçasının surətində qeyd olunan müəssisələrdə işləyib-işləməməsini müəyyən etmək üçün qarşılıqlı yoxlama aktları tərtib olunmuşdur. Belə ki, DSMF-nin Zaqatala rayon şöbəsinin Sosial sığorta sektorunun baş mühasibi, həmin şöbənin Pensiya sektorunun məsləhətçisi, "xxxx" ASC-nin Zaqatala rayon Texniki Xidmət Nümayəndəliyinin direktorunun birgə iştirakı ilə "xxxx" ASC-də saxlanılan əmrlər kitabına əsasən tərtib olunmuş Aktda İddiaçı 1994-1999-cu illər ərzində işləməsi məsələsi qarşılıqlı yoxlanılmışdır, iş materiallarınada da əlavə edilmiş həmin Aktda qeyd edilir ki, İddiaçı 01,03.1994-cu il tarixdə 38 saylı əmrlə anbardar kimi işə götürülməsi və 10.12.1999-cu il 273 saylı əmrlə işdən çıxması barədə qeydlər mövcuddur.Lakin İddiaçı işə qəbul və işdən azad edilməsi barədə əmri əmrlər kitabında qaralamalı yazılması aşkar edilmişdir.Həmçinin, 1994-1999-cu illər üzrə əmək haqqı alınması barədə qeydlər və əmək haqqı barəsində cədvəllər müəssisədə olmadığı üçün yoxlanılması mümkün olmamışdır. Göründüyü kimi şəxsin işə qəbul və işdən çıxarılması barədə əmrləri əmrlər kitabında qaralamalı səkildə mövcud olması, qeyd olunan illər üzrə əmək haqqının alınmasına dair qeydlərin və əmək haqqı cədvəllərinin olmaması şəxsin həmin illərdə əmək fəaliyyəti ilə məşğul olmamasını sübut edir ki, bu da sosial sığorta stajına daxil edilməməlidir. Qeyd edirik ki, Şəki İnzibati Məhkəməsi qərar qəbul edərkən yuxarıda qeyd etdiyimiz sübutları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Şəki İnzibati Məhkəməsi İddiaçı 01.03.1994-cü il tarixdən 10.02.1999-cu il tarixədək "xxxx" ASC-də işləməsi barədə məlumatların həqiqiliyini yoxlamaq üçün "xxxx" ASC-nin Zaqatala Filialının 1994-1999-cu il üzrə əmrlər kitabının əslinin tədqiq edilməsi zərurətinə gəlmişdir. Ona görə də məhkəmə ardıcıl olaraq 2 dəfə 02.03.2020-ci il tarixli və 01.06.2020-ci il tarixli məktublar ilə "xxxx" ASC-nin Zaqatala Filialından 1994-1999-cu il üzrə əmrlər kitabının əslini məhkəməyə təqdim edilməsi tələb edilmiş, ancaq ‘Xəzər Lada” ASC-nin Zaqatala filialı həmin dövrlərdə heç bir əsas və məlumat göstərmədən əmrlər kitabının əslini məhkəməyə döndərməkdən yayınmışdır. Bundan sonra Səki İnzibati Məhkəməsi 2- 1(1161-135/2020 nömrəli “Xəzər Lada': ASC-nin Zaqatala Filialında saxlanılan 1994-1999- cu illərə aid əmrlər kitabının götürülərək Səki İnzibati Məhkəməsinə təqdim edilməsi barəsində qərardad qəbul etmiş və qərardadın icrası Zaqatala Rayon İcra və Probasiva Şöbəsinə tapşırılmışdır.Bundan sonra "xxxx" ASC-nin Zaqatala Filialının direktorunun yazılı izahatında 1994-1999-cu illərə aid əmrlər kitabının məhkəməyə təqdim etməmələrinin səbəbi kimi heç bir həqiqətə uyğun gəlməyən quya əmrlər kitabının 2020- ci ilin aprel ayında təmizlik isləri ananlarkən işçilər tərəfindən yanlışlıqla yandırılması bəhanəsini gətirmişdir. Halbuki, məhkəmənin əmrlər kitabının əslinin məhkəməyə təqdim edilməsi barədə ‘Xəzər Lada" ASC-nin Zaqatala filialına göndərilən birinci məktub aprel ayından da daha əvvəl - 02.03.2020-ci il tarixində göndərilmişdir. Daha sonra şifahi məhkəmə baxışı zamanı “Xəzər Lada" ASC-nin Zaqatala filialını direktoru X5 məhkəmə baxışında şahid qismində dindirilərkən bildirmişdir ki, İddiaçı 01.03.1994- 10.12.1999- cu illərdə həmin filialda işləmiş və bu barədə müvafiq qeydlər əmrlər kitabında olmuşdur. Filialın direktoru bir daha ifadəsində yalan olaraq qeyd etmişdir ki, əmrlər kitabı barəsində aktı DSMF-nun Zaqatala rayon şöbəsinin işçiləri filiala gəlib, özləri tərtib etmişlər və əmrlər kitabında heç bir düzəliş və qaralama olmamışdır. Halbuki məhkəmənin diqqətinə çatdırırıq ki, "xxxx" ASC-nin Zaqatala filialında əmrlər kitabına baxış keçirilməsi aktının tərtib olunmasında filialın direktoru X6 özü də iştirak etmişdir və iştirakını da aktın sonuna imza ataraq təsdiq etmişdir. Filialın direktoru X3 öz imzasıyla təsdiq etdiyi həmin akta əmrlər kitabında qaralama olması faktı qeyd olunmuşdur. Bildiririk ki, Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan müddəti sosial sığorta stajına daxil edərkən kobud səhvə yol vermişdir. Belə ki, Şəki İnzibati Məhkəməsi yekun qərarında qeyd etdiyinin əksinə olaraq İddiaçı 01.01.1999-cu ildən 29.12.2006-cı ilədək Zaqatala Rayon Mərkəzi Camaşırxanasında işləməsi barəsində əmək kitabçasında heç bir qeyd aparılmamışdır. DSMF-nun Zaqatala rayon şöbəsinin sosial sığorta sektorunun baş mühasibi, həmin şöbənin Pensiya sektorunun məsləhətçisi, Zaqatala "xxxx" MMC-nin direktorunun birgə iştirakı ilə qarşılıqlı yoxlama Aktı tərtib olunmuşdur. Yoxlama zamanı İddiaçı 01.01.1999-cu il tarixdə 1 saylı əmrlə sürücü vəzifəsinə təyin edilmişdir. 29.12.2006-cı il tarixli 2 saylı əmrə əsasən öz ərizəsi ilə işdən çıxma barədə qeydlər məlum olmuşdur. Həmin Aktda qeyd olunan müddətlər ərzində əmək haqqı cədvəllərində İddiaçı əmək haqqı hesablanması barədə hər hansı bir qeydiyyat aşkar edilməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki. əgər aktda qeyd olunduğu kimi iddiaçı həqiqətən 01.01.1999-cu il tarixdən 29.12.2006-cı il tarixədək Zaqatala Rayon Mərkəzi Camaşırxanasında işləsəydi 01.01.2006-cı il tarixdən 29.12.2006-cı il tarixədək olan müddət üçün aylıq gəlirinə uyğun olaraq onun sığortaolunanın fərdi şəxsi hesabında pensiya kapitalı olmalı idi, iş materiallarına da əlavə edilmiş Sığortaolunanların fərdi şəxsi hesab çıxarışından (qoşma 1 nüsxədə) görünür ki, 29.12.2006-cı il tarixədək iddiaçının fərdi hesabına heç bir məbləğdə məcburi dövlət sosial sığorta haqları ödənməmişdir. Həmin çıxarışdan görünür ki, iddiaçının fərdi hesabına yalnız onun Zaqatala-Broyler MMCdə işləməsi ilə bağlı 2019-cu il oktyabr, noyabr, dekabr aylarında məcburi dövlət sosial sığorta haqları ödənmişdir. Bütün bu qeyd olunanlar 01.01.1999-cu il tarixdən 29.12.2006-cı il tarixədək Zaqatala Rayon Mərkəzi Camaşırxanasında işləməsi faktının həqiqətə uyğun olmamasını göstərir. Göründüyü kimi şəxsin işə qəbul və işdən çıxarılması barədə əmrləri əmrlər kitabında qaralamalı şəkildə mövcud olması, qeyd olunan illər üzrə əmək haqqının alınmasına dair qeydlərin və əmək haqqı cədvəllərinin olmaması, həmçinin sığortaolunanların fərdi şəxsi hesablarından çıxarışa əsasən əldə olunmuş məlumatlar şəxsin həmin illərdə əmək fəaliyyəti ilə məşğul olmamasını sübut edir ki, bu da sosial sığorta stajına daxil edilməməlidir. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2- 1(116)-135/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2-1(116)- 135/2020 nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə Şəki İnzibati Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2-1(116)-135/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır və Şəki İnzibati Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2-1(116)-135/2020 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbi təmin etməklə qərarını belə əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edərək, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. hesablana bilər.İddiaçının 01.03.1994-cü ildən 10.12.1999-cu ilədək "xxxx" ASC-nin Zaqatala filialında işlədiyi müddətlə bağlı cavabdeh həmin müddəti sosial sığorta stajına daxil etməməsinin səbəbi kimi əmr kitabında qaralamaya yol verilməsini göstərmiş, lakin konkret olaraq hansı yazının qaralandığını,ümumiyyətlə qaralamanın nədən ibarət olmasını, eləcə də bu qaralamanın iddiaçının ziyanına təfsir edilməsinin səbəbini izah edə bilmədiynə görə "xxxx" ASC-nin Zaqatala filialının direktoru X5 şahid qismində bildirmişdir ki, İddiaçı 01.03.1994-cü ildən 10.12.1999-cu ilədək həmin filialda anbardar işləmiş, əmr kitablarında bu barədə müvafiq qeydlər olmuş, DSMF-nin Zaqatala rayon şöbəsinin işçiləri filiala gəlib əmr kitablarını özləri yoxlamış və akt tərtib etmişlər. Əmrlər kitabında İddiaçı barədə olan əmrlərdə heç bir düzəliş, yanlışlıq olmasa da, aktda güya əmrlər kitabında qaralama olması göstərilmişdir. Şahid əlavə olaraq bildirdi ki, filialda işləyən şəxslərə cədvəl vasitəsilə əmək haqqı verilmədiyinə görə əmək haqqı cədvəlləri yoxdur. Cari ilin aprel ayında pandemiya ilə əlaqədar təmizlik işləri aparıldığı zaman bəzi sənədlər, o cümlədən əmrlər kitabı yanlışlıqla məhv edilmişdir.Məhkəmə şahadin ifadəsinə əsaslanaraq iddiaçının 01.03.1994-cü ildən 10.12.1999-cu ilədək "xxxx" ASC-nin Zaqatala filialında anbardar işləməsi tamamilə təsdiq olması və bu müddətin onun sosial sığorta stajına daxil edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki,iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 18.04.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi,yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiya sının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini iddia etmədiyinə görə məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsində deyilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.1-ci və 21.2.3-cü maddələrinə görə, sığortaolunanın sığortastajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti, habelə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) də daxil edilir. 22.2-ci maddəsinə görə, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Kollegiya iclasında işə əlavə edilmiş sənədlərin tədqiqatı nəticəsində müəyyən olundu ki, iddiaçı 22.01.1974-cü ildən 02.05.1974-cü ilədək 3 ay 10 gün, 26.05.1976-cı ildən 11.11.1979-cu ilədək 3 il 5 ay 15 gün, 02.10.1981-ci ildən 28.02.1994-cü ilədək 12 il 4 ay 28 gün Zaqatala Rayon Avtobazasında işlədiyi müddət (cəmi 16 il 1 ay 23 gün) cavabdeh tərəfindən mübahisələndirilmir. İnzibati iş üzrə cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan iş yerlərindən yalnız ikisini, yəni 01.03.1994-cü ildən 10.12.1999-cu ilədək 5 il 9 ay 9 gün "xxxx" ASC-nin Zaqatala filialında, eləcə də 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək 2 il 4 ay 16 gün "Zaqatala-Avtonəqliyyat" ATSC-də işlədiyi müddətləri mübahisələndirir. Məhkəmə kollegiyası iddiaçının 13.08.2003-cü ildən 29.12.2005-ci ilədək "Zaqatala- Avtonəqliyyat" ATSC-də işlədiyi müddətlə baglı qeyd edir ki, Zaqatala Rayon Mərkəzi Camaşırxanasında işlədiyi müddətlə üst-üstə düşdüyünə görə həmin müddətlərdən yalnız biri hesablana bilər. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan 01.03.1994-cü ildən 10.12.1999cu illərin mübahisələndirməsi ilə baglı əmr kitablarına baxış kecirmiş və bu barədə müvafiq qeydlər aparmaqla akt tərtib etməsində iştirak etmiş və aktda müddəti sosial sığorta stajına daxil etməməsinin səbəbi kimi əmr kitabında qaralamaya yol verilməsini göstərməsi,hansı yazının qaralandığını, ümumiyyətlə qaralamanın nədən ibarət olması müəyyən etmək məqsəd ilə DSMF-nin Zaqatala rayon şöbəsinin Sosial sığorta sektorunun baş mühasibi, həmin şöbənin Pensiya sektorunun məsləhətçisi X1 iclasında şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, "xxxx" ASC-nin Zaqatala rayon Texniki Xidmət Nümayəndəliyinin direktorunun birgə iştirakı ilə "xxxx" ASC-də saxlanılan əmrlər kitabına baxış kecirilmiş və buna əsasən tərtib olunmuş aktda İddiaçı 1994-1999-cu illər ərzində işləməsi məsələsi qarşılıqlı yoxlanılmışdır. Əmrlər kitabına əsasən tərtib edilmiş Aktda qeyd edilmişdir ki, İddiaçı 01.03.1994-cu il tarixdə 38 saylı əmrlə anbardar kimi işə götürülməsi və 10.12.1999-cu il 273 saylı əmrlə işdən çıxması barədə qeydlər mövcuddur. Lakin iddiaçının adı və soyadı digər pozulmuş ad və soyadın üzərində yazılması müəyyən edilmişdir. Həmçinin, 1994-1999-cu illər üzrə əmək haqqı alınması barədə qeydlər və əmək haqqı barəsində cədvəllər müəssisədə olmadığı üçün yoxlanılması mümkün olmamışdır. Məhkəmə kollegiyası İddiaçı 01.03.1994-cü ildən 10.12.1999-cu ilədək həmin filialda anbardar işləməsi, əmr kitablarında barəsində olan əmrlərdə heç bir düzəliş, yanlışlıqın olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etmir və qeyd edir ki, akt onun iştiraki ilə tərtib edilmiş, imzalanmış və müəssisənin dairəvi möhürü ilə möhürlənmişdir. Göründüyü kimi şəxsin işə qəbul və işdən çıxarılması barədə əmrlərin əmrlər kitabında qaralamalı şəkildə mövcud olması, qeyd olunan illər üzrə əmək haqqının alınmasına dair qeydlərin və əmək haqqı cədvəllərinin olmaması şəxsin həmin illərdə əmək fəaliyyəti ilə məşğul olmasını sübut etmir. Belə olan halda iddiaçının "xxxx" ASC-də işlədiyi 1994-1999-cu illər sosial sığorta stajına daxil edilməyəcəyi təqdirdə isə onun tələb olunan 25 il stajı tamamlanmadığı üçün onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yalnış olduğundan qərarı ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, işdə olan sənədləri tam tədqiq edilməmiş,əmr kitablarında göstərilmiş iddiaçının iş stajı və qeyd olunmuş qaralamalarda nəyin yazıldığı müəyyən olunmamış, qaralamaların həqiqiliyini müəyyən etmək üçün sübutlar tam əldə edilməmiş və cavabdeh orqanın hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul edilmişdir. İPM-nin 12.1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, məhkəmə, prosesi iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən iddiaçı DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(116)-135/2020 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "18.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddia tələbi təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(116)-135/2020 nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "18.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-53/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-53/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver