Məhkəmə qərarları › İş №2-1(107)-53/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-53/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-53/2025 07.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29.*7.2*24-cü il tarixli 2-1(116)-1469/2*24 nömrəli qərarından iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax şəhərində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin 28.*2.2*24-cü il tarixli 2-1(116)-1469/2*24 saylı iş üzrə qərardadı ilə Qax rayonu Qaxbaş bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 16.*7.2*24-cü il tarixli qərardad ilə Qax rayonu Qaxbaş bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmiş, Qax bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.

3. İddiaçı 16.*7.2*24-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək “Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 16.*7.2*24-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax şəhərində yerləşən 1,5 ha torpaq sahəsi Qax rayon Qaxingiloy Bələdiyyəsinin 26 sentyabr 2**6-cı il tarixli, *9 nömrəli qərarına əsasən iddiaçıya ayrılmışdır. Torpaq sahəsi ona ayrılan gündən faktiki istifadəsində olmuşdur. İddiaçı, həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan ilkin imtina cavabını torpaq sahəsinə dair təqdim olunan sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əsaslandırmışdır.

6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci bəndinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Təqdim olunmuş sənədlərin araşdırılması zamanı ərizəyə Qax rayonu Qaxingiloy Bələdiyyəsinin 26 sentyabr 2**6-cı il tarixli, *9 nömrəli qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Qax rayon şöbəsində *9 iyul 2**7-ci il tarixdə 766 nömrə ilə qeydiyyata alınmış Azərbaycan Respublikası Prezidentinin 1* yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair akt, ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş 16 iyul 2**7-ci il tarixli, A№ **7*81 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi və torpaq sahəsinin yerquruluşu planından çıxarışın əlavə edildiyi müəyyən olunmuşdur. Yerquruluşu planından çıxarış bələdiyyə tərəfindən təsdiqlənməmişdir.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin 15.12.2*23-ci il tarixli imtina məktubu, - *9.*7.2**7-ci il tarixli 766 nömrəli torpaq alqı-satqısına dair aktı, - A**7*81 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin 1 iyul 2*24-cü il tarixli uçota dair arayışı, - *3.*5.2*24-cü il tarixli mütəxəssis rəyi.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 iyul 2*24-cü il tarixli 2- 1(116)-1469/2*24 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax- İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, İddiaçı 19.1*.2***-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və qanuni təmsilçisi X7r (hazırda fəaliyyəti dayandırılmışdır). Qax rayon Qaxingiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli *9 saylı qərarı əsasında Qaxingiloy kəndində yerləşən 1,5 ha torpaq sahəsi İddiaçı-yə satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi ilə bağlı Qax rayon İcra Hakimiyyətinin 25.*9.2**6-cı il tarixli, 955 №-li rəyi, satılması nəzərdə tutulan torpaq sahəsinə dair alqı-satqı aktı, torpaq sahəsinin plan-ölçü sənədi ilə təsdiq edilir. Beləliklə, torpaq sahəsi Qax rayon Qaxingiloy bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi 195** kv.metrdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, (TEKUİS məlumat bazasına əsasən uqodiyası - Tikinti altında olan torpaqlar, AZCAD məlumat bazasına əsasən uqodiyası – bir hissəsi iaşə, bir hissəsi isə həyətyanı göstərilmişdir) DWG faylına əsasən perspektiv inkişaf fond torpaqlarına aid fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş Qax bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddiçının nümayəndəsinin bildirdiyinə görə həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilir. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. Cavabdehin iddiaya qarşı dəlili yerquruluşu planından çıxarışın bələdiyyə tərəfindən təsdiqlənməməsi ilə bağlı olmuşdur. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. İş materiallarında olan Qax rayon İcra Hakimiyyətinin 25.*9.2**6-cı il tarixli, 955 №-li rəyindən görünür ki, sözügedən torpaq sahəsinin kəndin perespektiv inkişaf planına uyğun olması, ərazidə başqa ictimai tikinti nəzərdə tutulmaması və qanunauyğun qaydada satılmasına etiraz edilmədiyi qeyd edilmişdir. - İş materiallarında olan A**7*81 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Qax rayon Qaxingiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli *9 saylı qərarına istinad olunmuşdur. Yəni, cavabdeh orqan DT və XK-nin hüquq varisi olduğundan həmin plan-ölçü sənədi tərtib edilərkən ilkin torpaqayrıma sənədlərinin mötəbərliyi yoxlanılmış və A**7*81 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin Qax rayon Qaxingiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli *9 saylı qərarı ilə ayrılmış torpaq sahəsi olması təsdiq edilmişdir. Odur ki, sözügedən sənədlərin iddiaçıdan yenidən tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş ilkin torpaqayırma sənədlərinin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan *9.*7.2**7-ci il tarixli 766 nömrəli “torpaq alqı-satqısına dair” aktda da, bələdiyyənin 26.*9.2**6-cı il tarixli, *9 saylı qərarına istinad edilmiş və sözügedən aktda iddia olunan torpaq sahəsinin satılması müqabilində iddiaçı tərəfindən bələdiyyənin hesabına 54** manat haqqın ödənilməsi öz əksini tapmış, həmin sənəd DT və XK-nin Qax rayon şöbəsinin və Qax rayon Qaxingiloy bələdiyyəsinin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmişdir. Oxşar inzibati mübahisə üzrə icraat materiallarında olan Qax rayon Dövlət Arxivi 17.*3.2*23-cü il tarixli məktubunda qeyd edilmişdir ki, arxivdə mühafizə olunan Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq idarəsinin 19 oktyabr 2**9-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qarar”a əsasən *4 oktyabr 2**9-cu il tarixdə Qaxingiloy bələdiyyəsinin yerləşdiyi binada baş vermiş yanğın nəticəsində *1 yanvar 2**5-ci il tarixdən 3* sentyabr 2**9-cu il tarixədək Qaxingiloy bələdiyyəsinə məxsus protokollar yanmışdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. 1*. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29.*7.2*24-cü il tarixli 2-1(116)-1469/2*24 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsində baxılan İddiaçı-nin qanuni təmsilçisi X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair 2-1(116)-1469/2*24 nömrəli iş üzrə iddia tələbini təmin edərkən yerquruluşu planında torpaq ayırma barədə rəy vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdirinin imzası və torpaq şöbəsinin möhürü olmadan bələdiyyənin inzibati ərazisində yerləşən torpaq sahəsinin ayrılmasının mümkünlüyünün hansı qaydada dəqiqləşdirildiyini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş 16 iyul 2**7-ci il tarixli, A **7*81 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunmuş 15*** kv.metr torpaq sahəsi ilə sözügedən yerquruluşu planında əks olunmuş *.2* ha torpaq sahəsinin koordinatlar üzrə üst-üstə düşüb-düşmədiyini, iki sənəd arasında torpaq sahəsinin ölçüsü ilə bağlı ziddiyətin səbəbini araşdırmadan iddia olunan torpaq sahəsinin məhz bələdiyyə tərəfindən 26 sentyabr 2**6-cı il tarixli 9 saylı qərarla ayrılmış torpaq sahəsi olduğu qənaətinə gəlmiş, həmçinin mübahisə predmeti olan 15*** kv.metr torpaq sahəsinin və torpaq sahəsində yerləşən tikililərin yarıdan çox hissəsinin gərginliyi 1* kV olan elektrik şəbəkələrinin mühfizə zonasında yerləşdiyini, habelə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair tərtib edilmiş alqı-satqı aktında tərtib olunma tarixi ilə bağlı qeydiyyatın aparılmadığını nəzərə almamışdır. Belə ki, nə mütəxəssis qarşısında qoyulmuş suallarda, nə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 15 may 2*24-cü il tarixli 3-21-3-39/2-2113/2*24 nömrəli müşayiət məktubu ilə verilmiş mütəxəssis rəyində İddiaçı-nin qanuni təmsilçisi X12 tərəfindən iddia olunan 1.5 ha torpaq sahəsi ilə Qaxingiloy bələdiyyəsin sədri S.Nəzirov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin mütəxəssisi F.Abbasov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin sxematik planında əks olunmuş İddiaçı- yə satılması nəzərdə tutulan *,2* ha torpaq sahəsinin eynilik təşkil edib etməməsi, habelə iddia olunan 1.5 ha, yerquruluşu (sxematik) planında ayrılmış *.2* ha və X1* kitabında 16.*7.2**7-ci il tarixdə 82 nömrə ilə uçota alınmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş 16 iyul 2**7-ci il tarixli, A **7*81 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunmuş Qax rayonu Qax-İngiloy kəndində yerləşən 15*** kv.metr torpaq sahələrinin bir-biri ilə üst-üstə düşüb-düşməmələri araşdırılmamışdır. O da qeyd olunmalıdır ki, mütəxəssis rəyi və yerquruluşu planında mübahisə predmeti olan faktiki ölçüsü 195** kv.metr torpaq sahəsi və torpaq sahəsində yerləşən tikililərin bir hissəsinin gərginliyi 1* kV olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyi göstərilmişdir. Qanunun torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı tələblərinin pozulması ilə qəbul olunmuş bələdiyyə qərarının bu günədək qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməməsi, ləğv olunmaması, geri çağırılmaması, dəyişdirilməməsi və etibarsız sayılmaması ilə bağlı qeyd olunmalıdır ki, sözügedən bələdiyyə qərarını bu günədək mübahisələndirəcək subyektlərdən biri Qax-İngiloy (hazırki Qax) bələdiyyəsidir ki, həmin yerli özünüidarəetmə orqanının özünün qəbul etdiyi qanunsuz qərarı mübahisələndirilməməsi başa düşüləndir. Həmçinin alqı-satqı predmeti olmayan torpağı bələdiyyədən alan hüquqi şəxs üçün həmin qərar qanunsuz olsa da, əlverişli xarakter daşıdığından qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. - X11 Məhkəməsinin 29.*7.2*24-cü il tarixli, 2-1(116)-1469/2*24 nömrəli qərarının əsaslandırma hissəsində məhkəmənin “cavabdeh inzibati orqanın istər imtinanaın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır” mülahizəsi ilə bağlı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 3.1-ci bəndlərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Konstitusiyasına, Mülki Məcəlləsinə və digər normativ-hüquqi aktlarına uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt olduğundan daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericiliyə uyğun olmayan sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin dəyişdirilərək “cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin üzərinə Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin 29.11.2*24-cü il tarixli 3-21-3-39/2-5477/2*24 nömrəli mütəxəssis rəyində göstərilən koordinatlara uyğun olaraq İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması”nı xahiş etdi. Əlavə olaraq hazırki iddianın təmin edilməsini, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *7 yanvar 2*25-ci il tarixli, 2-1(1*7)-53/2*25 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi X12 tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29.*7.2*24-cü il tarixli 2-1(116)-1469/2*24 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Qax bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3* gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1* gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 3* gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 2*. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.*.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.*.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

21. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1.yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

22. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” *9.*8.2**1-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

23. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

25. Azərbaycan Respublikası Prezidentinin 2*15-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.*. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

26. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2*21-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra dövlət kadastrı), X1*nın tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2*21-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.*. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

Apellyasiya şikayətinin mümkünlüyü

27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 3* gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. 3*. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizəyə uyğun olaraq iddia təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

32. Məhkəmə kollegiyasının qənaətinə görə aşağıda göstərilənlər birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsasdır. Bu qiymətləndirmə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına görə iddiaçıya yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında 1,5 ha torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadəsində 1.95 ha torpaq sahəsi olduğu qeyd edilir. Bu baxımdan da, Kollegiya tərəfindən iddiaçıya ayrılmış 1.5 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 1,95 ha torpaq sahəsinin məhz hansı hissəsinə düşməsi ilə bağlı zəruri araşdırma aparılmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, əgər birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək cavabdehin üzərinə “Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulmalı olduğu barədə” nəticəyə gəlirsə, deməli iddiaçıya ayrılmış 1.5 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 1.95 ha torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməklə məhkəmə qərarında göstərməli, buradan, icrası mümkün olan, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu torpaq sahəsi ilə bağlı yeni mübahisə predmeti yaratmayan qərar qəbul etməli idi. Hazırkı işdə isə bu, baş verməmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin 29.11.2*24-cü il tarixli 3-21-3-39/2-5477/2*24 nömrəli mütəxəssis rəyində göstərilən koordinatlara uyğun olaraq İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

36. Bundan sonra məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin aşağıda qeyd olunacaq dəlilləri iddia tələbinin rədd olunması üçün əsas deyil.

37. Belə ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 15 may 2*24-cü il tarixli 3-21-3-39/2-2113/2*24 nömrəli müşayiət məktubu ilə verilmiş mütəxəssis rəyində İddiaçı-nin qanuni təmsilçisi X12 tərəfindən iddia olunan 1.5 ha torpaq sahəsi ilə Qaxingiloy bələdiyyəsin sədri S.Nəzirov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin mütəxəssisi F.Abbasov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin sxematik planında əks olunmuş İddiaçı- yə satılması nəzərdə tutulan *,2* ha torpaq sahəsinin eynilik təşkil edib etməməsi, habelə iddia olunan 1.5 ha, yerquruluşu (sxematik) planında ayrılmış *.2* ha və X1* kitabında 16.*7.2**7-ci il tarixdə 82 nömrə ilə uçota alınmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş 16 iyul 2**7-ci il tarixli, A**7*81 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunmuş Qax rayonu Qax-İngiloy kəndində yerləşən 15*** kv.metr torpaq sahələrinin bir-biri ilə üst-üstə düşüb-düşməmələri araşdırılmamışdır.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqana məhkəmə kollegiyası tərəfindən sorğu verilmiş sorğuda Qax-İngiloy bələdiyyəsinin ərazisindən İddiaçı müəssəsinə satılmaq üçün ayrılmış torpaq sahəsinin sxematik planına əsasən ona satılması nəzərdə tutulan *.2* ha torpaq sahəsi ilə Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi və Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsinin İddiaçı-nin faktiki istifadəsində olan, 15 may 2*24-cü il tarixli mütəxəssis rəyində göstərilən 1,95 ha torpaq sahəsinin hansı hissəsində yerləşmə vəziyyəti, onun döngə nöqtələrinin koordinatları barədə yeruquruluşu sxemi hazırlanması qeyd edilmişdir.

39. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 29 noyabr 2*24-cü il tarixli müşayiət məktubu ilə birlikdə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir ki, Qax-İngiloy bələdiyyəsinin ərazisindən İddiaçı müəssisəsinə satılmaq üçün ayrılmış torpaq sahəsinin sxematik planına əsasən ona satılması nəzərdə tutulan *.2* ha torpaq sahəsi ilə Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1.5 ha torpaq sahəsinin coğrafi yerləşməsi eynidir. İddiaçının bildirdiyinə görə Qax-İngiloy bələdiyyəsinə sahibkarlıq məqsədi ilə *.2* ha torpaq sahəsinin ayrılması üçün müraciət etsə də ərazinin naturada sahəcə çox olması və torpaq sahəsindən səmərəli istifadə edilməsi məqsədilə *.2* ha torpaq sahəsinin sənədləşdirilməsi yarımçıq saxlanılaraq, iddiaçıya Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə 1.5 ha torpaq sahəsi ayrılmış və DTXK-nın Qax rayon şöbəsi tərəfindən "xxxx" MMCnin direktoru X5 adına 6 iyul 2**7-ci il tarixli, AN **7*81(4*3*9*18****17) saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunaraq verilmişdir. 4*. Həmçinin məhkəmə kollegiyasına ünvanlanmış tərtib edilmiş yerquruluşu planında Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1.5 ha torpaq sahəsinin iddiaçı “Sadiq" MMC-nin faktiki istifadəsində olan, 15 may 2*24-cü il tarixli mütəxəssis rəyində göstərilən 1.95 ha torpaq sahəsi ilə üst-üstə düşməsi (yerləşmə vəziyyəti) göstərilmişdir.

41. Göründüyü kimi, cavabdeh orqanın apellyasiya şikayətində mütəxəssis rəyinə istinad etməklə qeyd etdiyi dəlillərə daha sonra məhkəmə kollegiyasına ünvanlanmış mütəxəssis rəyi ilə aydınlıq gətirilmiş, bununla da şikayətdə göstərilən dəlillər mütəxəssis rəyi ilə aradan qalxmışdır.

42. Bundan başqa, birinci instansiya məhkəməsində üçüncü şəxs qismində işə cəlb edilmiş Qax rayon Qaxbaş bələdiyyəsi 26.*9.2**6-cı il tarixli *9 saylı qərarı əsasında Qaxingiloy kəndində yerləşən 1,5 ha torpaq sahəsini İddiaçı-yə satılmasını etiraf edir. Bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin hal-hazırda istifadə etdiyi torpaq sahəsi ilə eynilik təşkil etdiyini bildirir.

43. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas sayıla bilməz.

44. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, mütəxəssis rəyi və yerquruluşu planında mübahisə predmeti olan faktiki ölçüsü 195** kv.metr torpaq sahəsi və torpaq sahəsində yerləşən tikililərin bir hissəsinin gərginliyi 1* kv olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyi göstərilmişdir.

45. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**5-ci il 1* iyun tarixli, 1*3 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1*** voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

47. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir.

48. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarında cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının qeyd edilən əsaslara görə imtinası nəzərdə tutulmamışdır.

49. Hazırki işin halları baxımından o da aydın olur ki, Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.*.1-ci maddəsinə görə bələdiyə qərarı əsas götürülməklə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmalıdır. 5*. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.

51. Göründüyü kimi, cavabdeh orqanın qeyd etdiyi dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır, eyni zamanda məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin qeyd edilən dəlilləri də öz təsdiqini tapmamış, əksinə işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.

52. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

53. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2*16-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” *4 oktyabr 2*16-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.

55. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

56. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

57. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2*2*-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

58. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

59. Məhkəmə kollegiyası cavabdeh orqanın alqı-satqı aktında tarix olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan *9.*7.2**7-ci il tarixli 766 nömrəli “torpaq alqı-satqısına dair” aktda, bələdiyyənin 26.*9.2**6-cı il tarixli, *9 saylı qərarına istinad edilmiş və sözügedən aktda iddia olunan torpaq sahəsinin satılması müqabilində iddiaçı tərəfindən bələdiyyənin hesabına 54** manat haqqın ödənilməsi öz əksini tapmış, həmin sənəd DT və XK-nin Qax rayon şöbəsinin və Qax rayon Qaxingiloy bələdiyyəsinin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmişdir. 6*. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

61. Məhkəmə kollegiyasının qənaətinə görə Qax-İngiloy bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərarla mülkiyyətinə verilən torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.*.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

62. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

63. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbi təmin edilməlidir.

64. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 9*.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2*24-cü il tarixli 2-1(116)-1469/2*24 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin üzərinə “Qax-İngiloy bələdiyyəsinin 26.*9.2**6-cı il tarixli 9 saylı qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin 29.11.2*24-cü il tarixli 3-21-3-39/2- 5477/2*24 nömrəli mütəxəssis rəyində göstərilən koordinatlara əsasən İddiaçı-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 3* (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar