Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-530/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Zaqatala şəhəri X8 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-ci il tarixli, 2-1(116)- 265/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının nümayəndəsi Nümayəndə1 Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Zaqatala şəhəri X8 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrü - illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı tərəfindən də əsl imza ilə imzalanmış iddia ərizəsi elektron iddia ərizəsinə əlavə olunmuşdur.
2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268,61 manat pensiya almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırmış, qanunsuz olaraq hüquqlarını pozmuş və əmək pensiyasını ləğv etmişdir. İddiaçı cavabdehə pensiyanın dayandırılması səbəbi barədə sorğu və müraciət yazmış və pensiyanın dayandırıldığı gündən bərpa olunmasını xahiş etmişdir. Lakin cavabdeh iddiaçının əmək pensiyasını bərpa etməmiş, yazdığı məktubda isə ona təyin olunmuş sosial pensiyadan tutulma apardığını yazmışdır. Eyni zamanda cavabdeh iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərə əsasən iddiaçının 25 il 11 ay 29 gün sığorta stajı vardır. Lakin arxiv arayışına əsasən iddiaçının pensiyası dayandırılmışdır. Arxiv arayışında yazılmışdır ki, xx.xx.1980-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi Zaqalala şəhər X8 iddiaçıya 1994-cü il tarixindən sonra əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. İddiaçı hesab edir ki, onun sığorta stajını təsdiq edən əmək kitabçası vardır. Əmək haqqı kitablarının arxivə təhvil vermək onun vəzifəsi deyildir. İmtina əsassızdır.
3. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən 25 il 11 ay 29 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.2003-cü il tarixədək iddiaçının işlədiyi Zaqatala şəhər X4 1994-cü il tarixindən sonra əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə 25 il sığorta stajı olmadığı halda (faktiki staj: 16 il 11 ay) iddiaçıya 25 il 11 ay 29 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixindən əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 8774,10 rnanat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiya hüququ olmadığı üçün ona xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin məbləği ötən dövrdəki ayların sayına bölünərək iddiaçının cari müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən artıq ödənilmiş yaşa görə əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli 25690 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən artıq ödənilmiş 8774,10 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) iddiaçının aylıq əlilliyə görə sosial müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli etiraz məktubunda cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilənləri əsas gətirməklə iddiaya dair münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiasını müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş, həmçinin vəsatətlə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələbinə əsasən iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 320-ci maddələrinin tərkib əlamətlərinin olmasına dair şübhələr olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 16 avqust 2023-ci il tarixli, 2-1(116)-265/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehin verdiyi imtinanın səbəbi qanunsuz olduğuna görə və Ali Məhkəmənin bu cür işlərdə geniş məhkəmə təcrübəsindən irəli gələn qərarı aşağıdakı qaydada olduğundan, yəni “əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasını bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdrıcı nəticələr doğurmamalıdır” olduğundan hazırkı iddianı məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırma zamanı Arxiv İdarəsinə sorğu göndərib. Arxiv sorğuya cavab verərək qeyd etmişdir ki, İddiaçı xx.xx.1980-xx.xx.2003-cü ilədək Zaqatala X8n işləməsini əks etdirən əmrlərdən çıxarışların təsdiq edilmiş surətləri sizə göndərilir. Vətəndaşın əmək haqqı cədvəllərində adı aşkar edilmədi. Arxiv arayışda qeyd olaraq yazılmışdır ki, vətəndaşın işə girməsini əks etdirən əmr vərəqin sonunda başqa xətlə yazılmışdır. Daha sonra məhkəmə cavabdehdən iddiaçının pensiya işini tələb etmişdir. Pensiya işinin içərisində həmin arxiv müdirinin xx.xx.2021 -ci il tarixdə 72 saylı arayışı aşkar olunmuşdur. Arayışda yazır ki, İddiaçı Zaqatala İİB-də işlədiyi 1980-2003-cü illərin arxiv sənədləri əsasında araşdırılması aparıldı, araşdırma zamanı vətəndaşın 1994cü ildən sonra əmək haqqı almaması aşkar edildi. Deməli 1980-ci ildən 1994-cü ilədək əmək haqqi almışdır. Məhkəmə arxiv müdirinin belə ziddiyyətli rəsmi olaraq verdiyi arayışların verilmə səbəblərini araşdırmamışdır. Məhkəmə qeyd edir ki, onun 1980-cı ildə işə girmə əmri şübhəlidir. Digər tərəfdən isə onun həmin təşkilatda 1994-cü ilə qədər əmək haqqı aldığı aşkar olunur. Bundan başqa əmr kitablarında müxtəlif xətlərin, müxtəlif imzaların olması onun təqsiri deyildir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-ci il tarixli, 2-1(116)-265/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-ci il tarixli, 2-1(116)-265/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-ci il tarixli, 2-1(116)-265/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. - İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 1974-cü ilin may ayından xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyət aşağıdakı kimi olmuşdur: xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək sürücü; xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək sürücü; xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək Zaqatala şəhər X8 sürücü. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci ildə tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd olunmuşdur ki, İddiaçı əmək haqqı cədvəllərində adı aşkar edilməmişdir. - İddiaçının xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək Zaqatala şəhər X8 işləməsini əks etdirən əmrlərdən çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - Məktuba həmçinin arxiv müdiri tərəfindən qeyd əlavə edilməklə vətəndaşın işə girməsini əks etdirən əmr vərəqin sonunda başqa xətlə yazıldığı məhkəmənin diqqətinə çatdırılmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əlavə olunmuş pensiya işindən görünür ki, iddiaçının ərizəsi əsasında Fondun Zaqatala rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli, 189 nörməli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. - Pensiya işində olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 72 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Zaqatala İİMB-də işlədiyi 1980- 2003-cü illərin arxiv sənədləri əsasında araşdırılması aparılmışdır. Araşdırma zamanı vətəndaşın 1994-cü ildən sonra əmək haqqı almaması aşkar edilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 348-47RA-2-19/2023 nömrəli məktubu ilə Zaqatala şəhəri X9 1980, 2003-2005-ci illərə aid əmr kitabları məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmişdir. - Əmr kitablarında iddiaçının işə girmə barədə əmrinin digər qeydlərdən fərqli olması aşkar edildiyindən Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-265/2023 nörməli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Əmr kitabının 4-cü vərəqinin sonunda İddiaçı Zaqatala şəhər X10 sürücü təyin edilməsi barədə yazılmış əmrə dair 6a nömrəli paraqrafda göstərilən qeydlər həmin əmr kitabının 4-cü və 5-ci vərəqlərində qeyd olunmuş 35, 37 nömrəli əmrlərə və 36 nömrəli sərəncama dair qeydləri aparmış şəxs tərəfindən icra edilmişdirmi?
2. Əmr kitabının 4-cü vərəqinin sonunda İddiaçı Zaqatala şəhər X10 sürücü təyin edilməsi barədə yazılmış əmrə dair 6a nömrəli paraqrafın təsdiq edilməsi barədə İ.Nəbiyevə aid imza həmin əmr kitabının müxtəlif vərəqlərində qeyd olunmuş əmrlərdəki İ.Nəbiyevə aid imzalarla eyni şəxs tərəfindən icra edilmişdirmi? Ekspertin rəy verə bilməsi üçün e-2-1(116)-265/2023 nömrəli iş materialları və əmr kitabı ekspertizaya təqdim edilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/637 nörməli məktubu ilə xx.xx.2023-cü il tarixli, 4/637 nörməli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş əmr kitabının 4-cü vərəqinin sonunda “6a” saylı paraqrafdakı qeydlər ilə həmin əmrin 4-5-ci vərəqlərində 35, 36 və 37 nömrəli sərəncamlara dair qeydlər - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş əmr kitabının 4-cü vərəqinin arxa hissəsinin sonunda “6a” nömrəli paraqrafa dair “И.Нəбиjeв” yazıları önündəki imza ilə əmr kitabının digər vərəqlərində qeyd olunmuş əmrlərdəki imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə X6 Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi vəsatətində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/637 nörməli ekspert rəyində qeyd olunanları əsas gətirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4- cü maddəsinin tələbinə əsasən işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 320-ci maddələrinin tərkib əlamətlərinin olmasına dair şübhələr olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
15. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
16. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
18. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd olunan tələbdən ibarət iddiası əsassızdır. Belə ki, işin hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, iş materialları ilə onun prensiya təminatına imkan verən 25 il sığorta stajına malik olması öz təsdiqini tapmır. Belə ki, göstərilən dövrlərdə iddiaçının əmək kitabçasında qeyd olunan məlumatırın araşdırması zamanı, göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Bunula yanaşı əmr kitabında olan məlumatların (xx.xx.1980-ci il tarixdən işə daxil olmasını təsdiq edən əmrin) səlahiyyətli şəxs tərəfindən imzalanmadığı aşkar olunmuşdur. Odur ki, digər dövlərə münasibətdə də əlavə araşdırma aparılması zərurəti aradan qalxmışdır r.
25. İddiaçının xx.xx.1980-xx.xx.2003-cü illərə dair iş illərinin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinin əsasını birinci instansiya məhkəməsi tərəfindən onun əmək kitabçasında icra edilmiş qeydlərin nəzərə alınmaması təşkil edir.
27. Cavabdehin iddiaçının müraciətinə imtinasının dəlili xidməti yoxlama zamanı Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.2003-cü il tarixədək iddiaçının işlədiyi Zaqatala şəhər X4 1994-cü il tarixindən sonra əmək haqqı cədvəllərində onun adının aşkar edilməməsindən ibarət olmuşdur.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır O 2002-ci il tarixdən Zaqatala şəhər X8 işləmişdir. İddiaçı Zaqatala şəhər X8 işçi olmuşdur. İddiaçı məxsus əmək kitabçasında İsmayılov sözünün qarşısındakı imza onun tərəfindən imzalanmışdır. Əmək kitabçasında axrıncı imza onun imzasıdır. İddiaçı işdən o azad etmişdir. İddiaçı sürücü işləmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin iddiaçının müraciətinə imtinasında göstərdiyi dəlil və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.
30. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
31. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.
32. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı Zaqatala şəhəri X8 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-ci il tarixli, 2-1(116)-265/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı Zaqatala şəhəri X8 işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.