Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-532/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Balakən rayon Qullar bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 Balakən rayon Notariat ofisinə qarşı (üçüncü şəxs X10) “Qullar bələdiyyəsinin qa-nuna zidd hərəkətləri ilə üçüncü şəxs X4 adına hazırlanmış Ayrıc aktının, üçüncü şəxslə Qullar bələdiyyəsi arasında bağlanmış 4 Ə-517 saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, 18 saylı X12 qanunsuz hərəkətləri ilə üçüncü şəxsin adına tərtib edilmiş AN 322240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və Seriya RX ******* nömrəli Çıxarışın qanun-suz sayılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1517/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Balakən rayon Qullar bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 18 saylı X17 və Balakən rayon Notariat ofisinə qarşı (üçüncü şəxs X10)iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Qullar bələdiyyəsinin qa-nuna zidd hərəkətləri ilə üçüncü şəxs X4 adına hazırlanmış Ayrıc aktının, üçüncü şəxslə Qullar bələdyyəsi arasında bağlanmış 4Ə-517 saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, 18 saylı X12 qanunsuz hərəkətləri ilə üçüncü şəxsin adına tərtib edilmiş AN 322240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və Seriya RX ******* nömrəli Çıxarışın qanun-suz sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildə Balakən rayonunda Torpaq islahatı keçirilən zaman Qullar kəndində, H.Nəsibov adına kolxozda da islahat aparılmışdır. İslahat nəticəsində həyətyanı torpaqlarına bitişik kolxozun tütün sarayının əmlakı kolxozçular arasında bölüşdürülmüşdür. Həyətyanı torpaqlarına bitişik tütün sarayının boş qalmış 0.22 ha torpaq sahəsindən X20 ilə birlikdə istifadə etməyə başlamışlar. 2004-cü ildən həmin torpaq sahəsindən istifadə etməyi qanuniləşdirərək Qullar bələdiyyə-si ilə bir il müddətinə icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsinin müddəti bitərkən heç bir tərəf müqavilənin dayandırılması ilə bağlı təklif irəli sürmədiyi üçün müqavi-lə hər il davam etdirilmişdir. Torpağın icarə haqqını hər il Qullar bələdiyyəsinin xəzi-nəsinə ödəmişlər. 2013-cü ilədək istifadə etdikləri həmin torpaq sahəsini qoruyub saxlamış, münbitləşdirmiş, orda müxtəlif meyvə ağacları əkib bağ yetişdirmişlər. Qərara gəlmişdir ki, yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi götürsün. Ona görə də 0.10 ha həyətyanı toraq sahəsi almaq üçün 2013-cü ildə ərizə ilə Qullar bələdiyyə-sinə müraciət etmişdir. Ərizəsində 0.10 ha həyətyanı torpaq sahəsini sökülmüş saray əra-zisindən, 15 il istifadə etdiyi, qoruyub saxladığı, bağ yetişdirdiyi, həyətyanı sa-həsinə bitişik ərazidən verilməsini xahiş etmişdir. Balakən rayon Qullar bələdiyyəsi xx xxxxx 2013-cü il tarixli 4 saylı iclasının qərarı ilə iddiaçıya ərizədə göstərdiyi yerdən həyətyanı sahəsinə bitişik, 15 il istifadə etdiyi, sökülmüş sarayaltı ərazidən 0.10 ha həyətyanı torpaq sahəsinin satılması və ayrılması haqda qərar çıxarmışdır. Eyni zamanda Qullar bələdiyyəsi eyni xx xxxxx 2013-cü il tarixli 4 saylı iclasının qərarı ilə əmisi qızı X5 da istifadə etdikləri həmin həyətyanı sahə-lərinə bitişik sökülmüş saray altı ərazidən 0.12 ha həyətyanı toıpaq sahəsinin satılma-sı haqda qərar qəbul etmişdir. Qullar bələdiyyəsi tərəfindən ona torpaq sahəsi Bələdiyyə torpaqlarının idarə edil-məsi haqqında qanuna, Əsasnaməyə və Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq bir növ mülkiyyətinə verilmişdir. Qərar verildikdən sonra o zamankı torpaq şöbəsinin işçisi ilə bələdiyyənin sədri hə-min əraziyə gələrək ona aid 0.10 ha və əmisi qızı Ayselə aid 0.12 ha torpaq sahəsini dəqiqliklə ayırmışlar və onlar da onların ölçüsünə əsasən sim məftillə öz yerlərini ayırmışlar. Hal-hazırdada ayrılan ərazilər eyni vəziyyətdə durur. Orda başqa şəxsə vermək üçün torpaq sahəsi yoxdur. Sənədlər tam hazır olmadığı üçün evin tikintisinə başlaya bilməmişdir. Torpağın alqı-satqısı ilə bağlı Qullar bələdiyyəsinin Kapital Bankdakı hesabına 17 de-kabr 2014-cü il tarixdə 200 manat, 2015- c ilin sentyabr ayında 200 manat, xx.xx.2017-ci il tarixdə 400 manat cəmi 800 manat ödəməklə demək olar ki, torpağın normativ qiymətini iki qat ödəmiş olmuşdur. Həm də 2015-ci ildə DTXK və onun yerli şöbələrinin ləğv edilməsi sənədləşmə işini müəyyən qədər çətinləşdirdi. Amma buna baxmayaraq 2017-ci ilin sentyabr ayından başlayaraq müntəzəm olaraq Qullar bələdiyyəsini narahat edirdi ki, torpağın sənədlərini hazırlayıb versin. Qullar bələdiyyəsinin keçmiş sədri X6 ona demişdir ki, torpağın yerquruluşu sənədləri hazırlanmalıdır. Bələdiyyənin 183 manat pulu yoxdur ki, yerquruluşu idarəsinə köçürsün sənə veriləsi torpağın yerquruluşu sənədlərini hazırlasın. Belə olan halda məcbur olmuşdur ki, Qullar poçtu vasitəsi ilə Qullar bələdiyyəsinin hesabına xx xxxxxxx 2017-ci il tarixdə 210 manat pul köçürsün ki, Qullar bələdiyyəsi pulu gö-türüb torpağının yerquruluşu sənədlərini hazırlatsın. Bələdiyyənin sədri ona demişdir ki, sənəd 4-5 aya hazır olacaq. 2019-cu ilin yanvar ayında yenidən bələdiy-yənin sədrinin yanına getmişdir. Ona bələdiy-yənin sədri demişdir ki, yerquruluşu sənədləri hazırdı, bələdiyyə-nin pulu yoxdur ki, satılası torpağa DƏDRX 18 saylı ərazi idarəsindən Çıxarış götü-rsün sonra onunla notariusa gedib alqısatqı müqaviləsi bağlayaq, bununla da torpağı-na Çıxarış götürə biləcəksən. Soruşmuşdur ki, nə qədər bələdiyyənin hesabına pul köçürsün. Bələdiyyənin sədri Omarov Ramazan demişdir ki, keçən dəfə yerquruluşu sə-nədlərinin hazırlanmasına nə qədər köçürmüşdünsə o qədər köçür bəsdir. xx xxxxxx 2019-cu il tarixdə Qullar poçtu ilə Qullar Bələdiyyəsinin hesabına 210 manat pul köçürmüşdür. Təxminən 2019-cu ilin aprel ayında bələdiyyənin sədrindən soruşmuşdur ki, nə oldu sənəd hazır olmadımı? Demişdir ki, yerquruluşu idarəsinə sənədləri göndərmişəm sənədlər 10-15 günə hazır olacaq. Bu dəfə onun dediklərinə inanmamışdır. Zaqatala rayonunda yerləşən yerqurulu-şu idarəsinə getmişdir. Kompüterə baxıb ona demişlər ki, həmin torpaq sahəsinə sənədlər hazırlanıb, alqı- satqıda olunub, DƏDRX 18 saylı ərazi idarəsi tərəfindən Çıxa-rış da verilib. Qullar bələdiyyəsinin sədri R.Omarovun yanına gədərək demişdir ki, necə olur ki, onun adına verilən torpaq başqa adama satılır. O, öyrənmişdir ki, bələdiyyənin 2013-cü il aprel tarixli qərarı ilə üzərində hüquqları yaranan 0.10 ha həyətyanı torpaq sahəsi Qullar kənd sakini X4 adına sənədləşdirilmişdir. Müxtəlif yollardan öyrənmişdir ki, üzərində hüququ yaranmış torpaq sahəsi X1 ona notariusda yerquruluşu sənədləri hazırlanmamış, yalnız ayrıc aktı əsasında ona satılmışdır. X10 ilə Qullar Bələdiyyəsi arasında Balakən rayon notariat idarəsində xx.xx.2018-ci il tarixdə 4Ə 517 saylı alqı satqı müqaviləsi bağ-lanmışdır və DODRX 18 saylı X17 tərəfindən X21-zan oğluna Seriya RX N:1398792 olan Çıxarış verilmişdir. Öyrəndiyinə görə X10 tərəfindən Qullar bələdiyyəsinə həyətyanı torpaq sahəsi almaq üçün ərizə ilə müraciət edilməmiş, X22-mazan oğluna 0.10 ha torpaq satılması haqda Qullar bələdiyyəsinin hər hansı bir qərarı belə yoxdur. X10 0.10 ha torpaq sahəsi almaq üçün Qullar bələdiyyəsinin hesabına ümumiyyətlə pul köçürməyib. Qullar bələdiyyəsinin 2013-cü il 30 aprel tarixli 4 saylı iclasının qərari ilə ona verilmiş 0.10 ha torpaq sahəsi mübahisə obyekti olmayıb, mübahisələndirilməyib, ləğv edilməyib. Hal hazırda 0.10 ha torpaq sahəsi üzərində hüququ mövcuddur. Qullar bələdiyyəsinə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək torpağının A.Kaltayevə satılmasının doğru olması, 0.10.ha torpağımın ona satılması haqda qərar və s. haqda məlumat verməsini xahiş etsə də, Qullar bələdiyyəsinin yeni sədri xx.xx.2020-ci il tarixli 79 saylı məktubu ilə bildirmişdir ki, kargüzarlıq qaydalarına əsa-sən müraciət etmiş vətəndaşlara özlərinə aid sənədlər barədə məlumat verilə bilər. Odur ki, X10 barəsində bələdiyyədə olan sənədlər barəsində sizə rəsmi arayış verilə bilməz. X3 üçün Qullar bələdiyyəsinin 2013-cü il 30 aprel 4 saylı iclasının qərarı ilə aldığı 0.12 ha torpağına sənədləri hazırlatmaq istəmişdir. Şəxsən özü yerquruluşu planını hazır-latmağa başlamışdır. Naturada torpağın yerquruluşu planı tərtib edilərkən məlum olmuşdur ki, qızı Ayselə 0.12 ha torpaq sahəsi vermək mümkün deyil. Ona görə ki, Həmin ərazi dən A.Kaltayevə ayrıc aktı və torpaq sahəsinin planı və ölçüsünü hazırlayan 18 saylı X17 tərəfindən A.Kaltayevə torpaq sahəsi notariusda ayrılmamış və 18 saylı ərazi idarəsi də qanuna zidd olaraq A.Kaltayevə torpaq sahəsinin planı və ölçüsü sənədini necə gəldi tərtib etmiş və bununla da Ayselin də hüquqlarını pozaraq ona satılmış 0.12 ha torpaq sahəsinin verilməsinin qarşısını almışdır. Qullar bələdiyyəsinin və 18 saylı ərazi idarəsinin qanuna zidd hərəkətlərinin nəticəsində bələdiyyə tərəfindən Ayselə ayrılmış 0.12 hatorpaq sahəsinin 0.0668 ha Ayselə, 0.0512 ha isə bacısı Türkana alqı-satqı müqaviləsi nəticəsində satılmışdır. Tükana da hər hansı bir torpaq sahəsinin satılması haqda bələdiyyənin qərarı yoxdur. Qullar Bələdiyyəsinin qanuna zidd hərəkətləri ilə A.Kaltayevə vermiş torpaq sahəsi və həmin torpaq sahəsinə DƏDRX-nin 18 saylı ərazi idarəsinin qanuna zidd olaraq hazırladığı torpaq sahəsinin planı və ölçüsü sənədi nəticəsində digər şəxslərin də hüquq və mənafelərinə zərər yetirilmişdir. O, Qullar bələdiyyəsinin büd-cəsinə 1200 manat pul ödədiyi halda iş üzrə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində hüququ mövcud olduğu torpağını sənədləşdirə bilmir və onların hərəkətləri nəticəsində A.Kaltayevin ailəsi ilə düşman olmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1517/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Balakən rayon Qullar bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 18 saylı X17 və Balakən rayon Notariat ofisinə qarşı (üçüncü şəxs X10) "Qullar bələdiyyəsinin qa-nuna zidd hərəkətləri ilə üçüncü şəxs X4 adına hazırlanmış Ayrıc aktının, üçüncü şəxslə Qullar bələdyyəsi arasında bağlanmış 4Ə-517 saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, 18 saylı X12 qanunsuz hərəkətləri ilə üçüncü şəxsin adına tərtib edilmiş AN 322240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və Seriya RX ******* nömrəli Çıxarışın qanunsuz sayılması” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Balakən rayon Qullar bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15 və Balakən rayon Notariat ofisinə qarşı (üçüncü şəxs X10) Qullar bələdiyyəsinin qanuna zidd hərəkətləri ilə üçüncü şəxs X4 adma hazırlanmış Ayrıc aktının, üçüncü şəxslə Qullar bələdiyyəsi arasında bağlanmış 4Ə-517 saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, 18 saylı X12 qanunsuz hərəkətləri ilə üçüncü şəxsin adına tərtib edilmiş AN 322240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və RX seriyalı ******* nömrəli Çıxarışın qanunsuz sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-] 517/2020 nömrəli qərardadı ilə iddiam mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazıyam və ləğv edilməsini xahiş edir. Belə ki, Balakən rayon Qullar Bələdiyyəsinin xx xxxxx 2013-cü il tarixli 04 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Zəruri hərəkətlərin aparılması üçün bələdiyyənin hesabına və digər bank hesablarına müvafiq ödənişlər etmişdir. Lakin, sonradan Qullar bələdiyyəsi ona məxsus torpaq sahəsini xx xxxxxxxx 2015-ci il tarixli 10 saylı iclasın qərarı ilə X2. Qeyd etmək istəyir ki, mübahisəli torpaq sahəsinin üzərində 20 illik əziyyəti vardır. Həmin torpaq sahəsini ilkin olaraq o almışdır. Araz Kaltayev tərəfindən torpaq sahəsinin alınması üçün hər hansı ödəniş olunmayıb. Bununla da onun hüquqları pozulub. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1 -ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şəıtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 646.1 -ci maddəsinə görə, daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə vennəyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1517/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollagiyası Əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Balakən rayonu Qullar bələdiyyəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 18 saylı X8rşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "4ə-517 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən texniki səhv olaraq xx.xx.2018-ci il tarixdə tər-tib edilmiş AN:322240 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, iş üzrə üçüncü şəxs X7 Qullar bələdiyyəsi tərəfindən satılmış 0.10 ha torpaq sahəsinə naturada yenidən “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. (iş nömrəsi 2-1(116)-630/2020) Həmin iş üzrə hazırki İddiaçı cavabdeh Balakən rayon Qullar bələdiyyəsinə qarşı (üçüncü şəxs X10) “Qullar bələdiyyəsi ilə X10 arasında bağlanmış 4ə- 517 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız (qanunsuz) hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 18 saylı X17 tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin 18 saylı X12 üzərinə qoyulması” barədə qarşılıqlı iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-630/2020 saylı qərardadı ilə Qullar bələdiyyəsinin iddiası və İddiaçı qarşılıqlı iddiası mümkün sayılmamışdır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Balakən rayonu Qullar bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17, Balakən rayon Notariat ofisinə və X7 qarşı “Balakən rayonu Qullar bələdiyyəsi ilə X10 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-517 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş RX-1398792 saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət etmişdir. Balakən rayon Məhkəməsinin xx xxxx 2019-cü il tarixli, 2(019)-604/2019 nömrəli qətnaməsi ilə İddiaçı qeyd olunan iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2769/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi iddiaçının hazırki tələbinin “üçüncü şəxslə Qullar bələdyyəsi arasında bağlanmış 4Ə-517 saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, 18 saylı X12 qanunsuz hərəkətləri ilə üçüncü şəxsin adına tərtib edilmiş AN 322240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və Seriya RX ******* nömrəli Çıxarışın qanun-suz sayılması” hissəsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Ümumiyyətlə iddianın qeyd olunan hissəsi (tələbləri) inzibati məhkəmə baxışının predmeti deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçının tələbinin “Qullar bələdiyyəsinin qa-nuna zidd hərəkətləri ilə üçüncü şəxs X4 adına hazırlanmış Ayrıc aktının qanun-suz sayılması” hissəsinə dair məhkəmə qeyd edir ki, bu hissədə də iddia mümkün sayılmamalıdır. Belə ki, həmin “ayrıc aktı” inzibati akt olmamaqla torpaq sahəsinin 3-cü şəxsə satılması üçün aparılan yerquruluşu sənədlərinin hazırlanması qaydasında tərtib olunmuş sənəddir. İPM-in 36-cı maddəsinin müddəalarına əsasən, ...tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1). ...tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2). ...tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər (36.3). İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia üzrə qərarın qəbulu üçün xüsusi mümkünlük şərtləri baxımından iddiaçının müəyyən etmə marağı ondan irəli gəlməlidir ki, o, inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. Lakin iddiaçı bu məzmunda iddianı o halda irəli sürə bilər ki, istinad etdiyi nəticələr onun subyektiv hüquq sferasına aid olsun. İddiaçı hesab edir ki, ayrıc akt inzibati orqan tərəfindən verilmiş, o cümlədən iddiaçının da hüquqlarını və qanunla qorunan maraqlarını pozan inzibati aktdır. Məhkəmə razılaşır ki, “Ayrıc Akt”ın məzmununa həmin torpaq sahəsinə əşya hüququ olan iddiaçının marağı ola bilər və ya mövcuddur. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatında” “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərin də inzibati orqan hesab edildiyi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı məzmunda iddianın mümkünlüyü üçün iddiaçının qanunsuzluğunun tanınmasını tələb etdiyi “Ayrıc akt”ı müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən qəbul edilmiş olsun və həmin “Akt” “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati akt keyfiyyətinə malik olsun. Hazırkı halda, “Ayrıc akt”ı isə həmin Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı 3-cü şəxsə satılmış torpaq sahəsinin əslində ona aid olduğunu, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz olaraq 3-cü şəxsə satıldığını qeyd edir və bu proseslərdən xəbəri olmadığını iddia edir. Yəni əslində iddiaçının hüquqi marağı baxımından o, 3-cü şəxsə torpaq sahəsinin satılması barədə qərarı mübahisələndirməli idi ki, bu halda da məhkəmə qeyd edir ki, ona bu istiqamətdə yardımın edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcəkdi. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının tələblərinə artıq mülki qaydada məhkəmələr tərəfindən baxılmış və qəbul olunmuş qətnamələr qanuni qüvvəsini almışdır. Həmin proseslərdə iştirak edən iddiaçının 3-cü şəxsə torpaq sahəsinin satılması barədə bələdiyyə qərarından məlumatı olmuş, həmin bələdiyyə qərarını iddiaçı əldə etmiş və ya əldə etmə imkanına malik olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu il tarixli qətnaməsindən görünür ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.0993 ha həyətyanı torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qullar Bələdiyyəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin qərar ilə X7 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iştirak etmiş və izahat vermiş, işdə olan sənədlər onun iştirakı ilə tədqiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işdə mübahisə olunan çıxarışın verilməsinə səbəb Balakən rayon Qullar Bələdiyyəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixli 10 saylı qərarı olmuşdur. İddiaçı torpaq sahəsinə 3-cü şəxsin mülkiyyətin hüququnun qeydiyyata alınmasından ən azından 2019-cü ilin oktyabr ayından xəbərdar (apellyasiya məhkəməsinin qətnaməsinin qəbul edilmə tarixindən) olmuş, bu halda da xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etməklə İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Buradan da göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə bütün yuxarıda qeyd olunanlardan əlavə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2020-ci Qərarında qeyd olunmuşdur ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı). Həmçinin o da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin iddia predmetinin dəqiq göstərilməsinə dair tələbi prosessual qənaət prinsipini qorumağa yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “X13” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Hazırki iş üzrə isə N.Aləmmədzadə və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı). Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı tələbinə mülki qaydada baxılmış, araşdırma aparılmış və nəticə etibarı ilə iddiası əsassız olması görə tələbi təmin edilməmişdir. İddiaçı müxtəlif cavabdehləri qeyd etməklə, bir-biri ilə əlaqəli olmayan tələblər irəli sürməklə prosessual məhdudiyyətlərdən yayınmağa çalışmaqla yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir. Bütüb iddiaların mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1517/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1517/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-532/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-532/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver