Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-533/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “alğı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsini iddiaçı alğı-satqı yolu bələdiyyənin xx.xx.2004-cü il tarixli 11 saylı protokol qərarı ilə almışdır. İddiaçı bələdiyyənin həmin qərarını İcra Hakimiyyətinə təqdim edərək, memarlıq şöbəsinin razılığı əsasında onların göstərdiyi smeta sənədi və layihə əsasında həmin torpaq sahəsi üzərində mağaza tikmişdir. Həmin tarixdən indiyədək iddiaçı həmin mağazadan istifadə edir. Həmin torpaq sahəsi üçün A seriyalı 423249 saylı Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmin sənəd xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə Dövlət torpaq kadastr kitabında uçota alınmış və X4 Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən təsdiq olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********52 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yer fərqlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.1-ci maddəsinə əsasən müraciətin təmin olunmasından imtina edilmişdir.
3. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-2472/2022 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-540/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin 76 nömrəli xx.xx.2004-cü il tarixli rəyinin notariat qaydada təsdiq olunmuş surətində qeyd olunur ki, Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan sahədən Balakən şəhər sakini İddiaçı alqısatqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Balakən bələdiyyəsinin müraciətini, mütəxəssis rəyini nəzərə alaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin Balakən şəhər sakini İddiaçı verilməsini DTXK-nın Balakən rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir. - Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iclasın gündəliyi bələdiyyəyə daxil olan ərizə və şikayətlərə baxılması barədə olmuşdur. İddiaçının xx.xx.2004-cü il tarixli 149 saylı ərizəsi nəzərə alınmış, H.Əliyev küçəsində İddiaçı mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. - Balakən bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli 102 nömrəli sərəncamının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaşın ərizəsinə, komissiyanın rəyinə və xx.xx.2004-cü il tarixli 11 saylı protokol qərarına əsasən H.Əliyev küçəsində İddiaçı mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. - DTXK-nın Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixə 278 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” Aktın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 nömrəli qərarı ilə iddiaçıya 9 kv.m torpaq sahəsi satılmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və Akt xx.xx.2004-cü il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq olunmuşdur. - A seriyalı 423249 nömrəli DTXK tərəfindən verilmiş, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə 9 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün iddiaçıya verilmişdir. - xx.xx.2004-cü il tarixli 121 nömrəli kassa mədaxil orderinin qəbzinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. - Balakən bələdiyyəsi xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı 9 kv.m torpaq sahəsinin ayrılmasına dair Balakən bələdiyyəsində heç bir sənəd qalmamışdır. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 141 nömrəli məktubuna əlavə olunmuş Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas protokolunun arxiv nüsxəsindən görünür ki, iclasın gündəliyi bələdiyyəyə daxil olan ərizə və şikayətlərə baxılması barədə olmuşdur. İddiaçının xx.xx.2004-cü il tarixli 149 saylı ərizəsi nəzərə alınmış, İddiaçı azad sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin satılması qərara alınmışdır. İclas protokolunda satılmalı olan torpaq sahəsinin ölçüsü və yeri göstərilməmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2092/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas qərarı ilə İddiaçı ünvan 2 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsinin naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir, iddia olunan torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdır. Həmin torpaq sahəsinin ölçüləri yerləşmə vəziyyəti koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İlkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi eyni torpaq sahəsidir. - Məhkəmə kollegiyasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə verdiyi 17 noyabr 2023-cü il tarixli sorğusuna əsasən verilmiş 14 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan Balakən bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən İddiaçı adına verilmiş ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, mülkiyyət növü isə dövlət mülkiyyətinə aid ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsinin dövlət mülkiyyətinə nə vaxt keçməsi barədə məlumat 18 saylı Zaqatala Ərazi İdarəsində aşkar edilməmişdir. - Məhkəmə kollegiyasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə verdiyi 16 yanvar 2024-cü il tarixli sorğusuna əsasən verilmiş 17 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına verilmiş ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastr kitabında xx.xx.2013cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin iddiaçıya verildiyi tarixdə kimin mülkiyyətində olması barədə məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapmamışdır.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, bələdiyyələr yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyətə, istifadəyə və ya icarəyə vermək hüququna malikdirlər. Lakin məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas qərarı ilə İddiaçı ünvan 2 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsinin naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir. Belə olan halda iddiaçının istinad etdiyi qərarı qəbul etmiş bələdiyyə, yəni daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarının tam ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2-1(107)-19/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-ci il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.
12. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(102)- 1344/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2- 1(107)-19/2024 nömrəli qərarı ləğv edilmiş, işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 12, 68, 58 və 68-ci maddələrinin tələblərini pozmaqla qərar qəbul etmişdir. İddia tələbi iddiaçı tərəfindən 2004-cü ildə qüvvədə olmuş qanunvericilik əsasında aldığı torpaq sahəsinin DƏDR-də qeydiyyata alınmasından ibarətdir. Cavabdeh təşkilat həmin torpaq sahəsini Dövlət reyestrində qeydiyyata almaqdan imtina edərək imtinanın səbəbini aşağıdakı qaydada göstərmişdir: “Qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yeri fərqlidir”. Məhkəmə xx.xx.2022-ci il tarixdə iş üzrə sərəncam imzalamışdır. Sərəncamın İİİ bəndində qeyd olunmuşdur ki, cavabdeh və üçüncü şəxs 20 gün müddətində iddiaya qarşı rəsmi münasibətlərini (etirazlarını) yazılı şəkildə məhkəməyə təqdim etsinlər. Sərəncamın qeyd olunan bu bəndi cavabdeh və üçüncü şəxslər tərəfindən icra olunmamış, cavabdeh iddiaya qarşı hər hansı münasibətini rəsmi olaraq bildirməmişdir. Əgər bildirmişdirsə həmin münasibət yazılı olmalı idi və işin elektron kabinetinə qoyularaq proses iştirakçılarının tanış olmaları üçün məhkəmə tərəfindən şərait yaradılmalı idi və yaxud da cavabdehin yazılı münasibəti məhkəmə tərəfindən iddiaçıya göndərilməli idi. Cavabdehin iddiaya qarşı etirazı olmadığı halda iddia bir mənalı olaraq təmin olunmalı idi. İddia ərizəsi 2022-ci ilin oktyabr ayında məhkəməyə daxil olduqdan 9 ay sonra məhkəmə iddiada qoyulmuş tələbi araşdırmaq üçün ƏMDX-ni üçünçü şəxs kimi cəlb edir. İş materiallarında olan cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanladığı məktubundan görünür ki, məhkəmə xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata məktub ünvanlayaraq işlə əlaqədar mütəxəssis rəyinin məhkəməyə təqdim olunmasını tələb etmişdir. Məhkəmənin imzaladığı həmin məktub da işin elektron kabinetinə qoyulmamış, iddiaçının bundan məlumatı olmamışdır. Cavabdeh təşkilat məhkəmənin həmin məktubuna mütəxəssis rəyi hazırlamış və məhkəmənin suallarına cavab vermişdir. Məhkəmənin suallarından biri mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı tərəfindən faktiki istifadə etdiyi sahə ilə A seriyalı 423249 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsidir. Cavabdeh təşkilat iddiaçıya verdiyi imtinada göstərilən səbəbdən fərqli bir cavab vermişdir və həmin suala cavab olaraq bildirmişdir ki, torpaq sahəsi iddiaçının faktiki istifadə etdiyi sahə ilə A seriyalı 423249 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə, hətta ilkin torpaq ayırma sənədlərində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür və torpaq sahəsi eyni torpaq sahəsidir. Məhkəmə cavabdehin vətəndaşa verdiyi imtina səbəbi ilə məhkəməyə verdiyi mütəxəssis rəyinin arasında olan fərqin nədən əmələ gəlməsi, hansı səbəbə görə cavabdeh iddiaçıya başqa səbəbli imtina verdiyini məhkəməyə isə başqa cavab verdiyini aydınlaşdırmamışdır. Məhkəmə aydınlaşdırmamışdır ki, cavabdeh təşkilat bu hərəkətləri ilə vətəndaşları incidir, səhlənkarlıq edir, vətəndaşları süründürür və daşınmaz əmlakların Dövlət reyestrində qeydiyyata alınmasının müxtəlif bəhanələrlə qarşısını alır. Məhkəmə iddianı təmin etməmək üçün əsası cavabdehin məhkəməyə verdiyi mütəxəssis rəyində qeyd olunan “mübahisəli torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən mülkiyyət növünün Dövlət mülkiyyəti kimi işlənməsidir. Məhkəmə ilk olaraq nəzərə almalıdır ki, iş üzrə cavabdeh kimi tanınmış prosessual şəxsin verdiyi mütəxəssis rəyi mötəbər sübut hesab oluna bilməz. Cavabdeh iddianın təmin olunmaması üçün qəsdən və yaxud da müxtəlif bəhanələr göstərərək müəyyən hərəkətlər edə bilər. Məhkəmə cavabdehin verdiyi mütəxəssis rəyini düzgün qiymətləndirməmişdir. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, həmin torpaq TEKUİS (bu hərflərin açıqlanması məlum deyil) məlumat bazasına əsasən mülkiyyət növü Dövlət mülkiyyəti kimi işlənmişdir. Məhkəmə burada “Dövlət mülkiyyəti kimi işlənmişdir” sözünü araşdırmamış, TEKUİS məlumat bazasının nə vaxt yaradılması, bu torpaq sahəsinin nə vaxt Dövlət mülkiyyəti kimi işlənməsi, həmin məlumat bazasının kim tərəfindən yaradılması, həmin torpaq sahəsinin kim tərəfindən dövlət mülkiyyəti kimi işlənməsi, hansı qərara əsasən vətəndaşın şəxsi mülkiyyəti yerləşən əmlakın altındakı torpaq sahəsini Dövlət mülkiyyətinə işlənməsinin əsasını məhkəmə araşdırmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, torpaq sahəsi 2004-cü ildə bələdiyyənin qərarı ilə vətəndaşa satılmış, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən Dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon Şöbəsinin rəyi ilə təsdiqlənmişdir. Məhkəmə həmin rəyi nəzərə almamış və bu rəyin doğru olub-olmadığını həqiqətən də həmin torpaq sahəsinin 2004-cü ildə mövcud olan hüquqmüəyyənedici sənədlərlə (torpaq xəritəsi, Balakən rayon ərazisini təsdiq edən xəritə, Balakən şəhərinin baş planı və s.) bələdiyyə mülkiyyətində olub-olmadığını aydınlaşdırmadan qərar qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2004-cü ildə tərtib olunmuş Balakən bələdiyyəsinin sədri, X4 Komitəsinin Balakən rayon Şöbəsinin müdüri və Balakən rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən imzalanıb təsdiq edilmiş torpaq sahəsinin sitüasiya planından görünür ki, həmin torpaq sahəsi yerin ayrılması plana uyğundur. Daha sonra məhkəməyə təqdim olunmuş Balakən rayon Torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsi üçün Torpaq sahəsinin planı və ölçüsü sənədi Prezidentin 2007-ci il 28 fevral tarixli 536 nömrəli fərmanına uyğun hazırlanaraq iddiaçıya verilmişdir. İşə əlavə olunmuş Balakən rayon İcra Hakimiyyətinin baş memarı və mühəndisi tərəfindən tikiləcək mağazanın smetası hazırlanaraq möhürlə təsdiqlənmişdir. İşə əlavə edilmiş obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı Balakən rayon İcra Hakimiyyəti Başçısının möhürü ilə təsdiq edilmiş və aidiyyatı təşkilatlar tərəfindən istismara qəbul edilməsi üçün təsdiqlənmişdir. Məhkəmə qeyd olunan bütün bu sənədlərə heç bir hüquqi qiymət verməmişdir. Yalnız cavabdehin iddianı pozmaq məqsədi ilə verdiyi imtina və rəyinə istinad etmişdir. - Mübahisə predmeti olan torpaq sahəsinin vətəndaşa satıldığı zaman, yəni 2004cü ildə qüvvədə olan maddi hüquq normalarına əsasən torpaq sahəsinin kimin mülkiyyətində olması aydınlaşdırılaraq iddiaya qiymət verilməli idi. İddiaçı torpağı əldə edərkən torpaq sahəsinin kimin mülkiyyətində olmasını aydınlaşdırmaq iddiaçının vəzifəsi deyildi. İddiaçı vicdanlı alıcı kimi bələdiyyə və Dövlət orqanlarına müraciət edərək pulunu ödəyərək torpaq sahəsi əldə etmiş, üzərində mağaza binası tikmiş və 20 ilə yaxın bir müddət ərzində hər hansı bir Dövlət orqanı, o cümlədən cavabdeh həmin torpaq sahəsinin Dövlət mülkiyyətinə aid olması ilə bağlı iddiaçıya etirazlarını bildirməmişdirlər. Yalnız iddiaçı torpaq sahəsinin DƏDR-nə qeydiyyata aldırmaq üçün müraciət etdiyi zaman cavabdeh təşkilat imtinasını başqa səbəblə etmiş, məhkəməyə isə tamam başqa bir rəy vermişdir. Buradan görünür ki, cavabdehin imtinası və məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi obyektiv və əsaslı deyildir. 2004-cü ildə torpaqların kimin mülkiyyətində olması, torpaqların təyinatı, istifadə növü, sənədləşdirilməsi və sair kimi səlahiyyətlər həmin dövrdə fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilirdi. Həmin dövrdə hazırki iş üzrə cavabdehin torpaq sahələrinin kimin mülkiyyətində olmasını araşdırmaq səlahiyyəti yox idi. Prezidentin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra onun hüquqi varisi hazırki cavabdeh təşkilatın Nazirliyi müəyyən olundu və bundan sonra cavabdeh təşkilat torpaq sahələrinin elektron xəritələrini Prezidentin tapşırığı əsasında bu yaxınlarda hazırladılar. Mütəxəssis rəyində qeyd olunan açıqlamasını bilmədiyimiz TEKUİS məlumat bazası hazırlanarkən Dövlət reyestrində qeydiyyat alınmayan torpaq sahəsi üzərində qeyriyaşayış sahəsi olan obyektlər məlumat bazasını hazırlayan vəzifəli şəxslər tərəfindən qəsdən Dövlət mülkiyyətinə işlənmişdir ona görə ki, həmin torpaq sahəsi sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlara sataraq pul əldə etsinlər. Qeyd olunan bu səbəblər Şəki İnzibati Məhkəməsi tərəfindən araşdırılmamış, 1 ilə yaxın müddət ərzində məhkəmənin icraatında olmasına baxmayaraq, məhkəmə iş üzrə ümumiyyətlə araşdırma aparmamış, yalnız cavabdehdən mütəxəssis rəyi almaqla kifayətlənmişdir. Cavabdehin də iddianın təmin olunubolmaması istiqamətində mütəxəssis rəyi verəcəyi qabaqcadan məlum idi. İddiaçı torpaq sahəsini əldə edərkən həmin torpağın 2023-cü ildə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Dövlət mülkiyyətində olmasını 2004-cü ildə bilə bilməzdi. Ən azından 2004-cü ildə X4 Komitəsi rəy və sitüasiya planı hazırlayaraq, o cümlədən Torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq torpağın bələdiyyə mülkiyyətinə aid olduğunu bəyan etmişdir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində qeyd olunur ki, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə proses iştirakçılarının izahatları ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə qeyd olunan prosessual hüquq normasını kobud şəkildə pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
15. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2- 1(116)-540/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər Balakən rayonu Balakən Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
23. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.
Apellyasiya şikayətinin mümkünlüyü
24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İş materiallarından görünür ki, iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə ona satılmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
30. İddiaçı eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə sözügedən torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yerinin fərqli olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
31. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçının qaldırdığı hazırkı iddianı birinci instansiya məhkəməsi təmin etməmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə istinadən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi üst-üstə düşsə də, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsi olduğundan, bələdiyyə həmin torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamışdır.
32. Həmçinin, iş materiallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(102)-1344/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(107)-19/2024 nömrəli qərarı ləğv edilmiş, işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır.
33. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
34. Ali Məhkəmə hazırki iş üzrə 12 iyul 2024-cü il tarixli, 2-1(102)-1344/2024 nömrəli qərarda qeyd etmişdir ki, iş üzrə materiallardan görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə mağaza tikmək üçün iddiaçıya 9 kv.m torpaq sahəsinin satılması qərara alınmış, həmin qərara əsasən H.Əliyev küçəsində iddiaçıya mağaza tikmək üçün 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılmasına dair Balakən bələdiyyəsinin sədri tərəfindən xx.xx.2004-cü il tarixli, 102 nömrəli sərəncam verilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Balakən bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və xx.xx.2004-cü il tarixdə tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 278 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair iddiaçının adına A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmışdır. - Həmçinin qeyd edilməlidir ki, torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin 76 saylı xx.xx.2004-cü il tarixli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin alqı-satqısına verilmiş rəyindən görünür ki, həmin torpaq sahəsinin Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazi olması müəyyən edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində isə mübahisəli torpaq sahəsinin mülkiyyət növünün TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyəti kimi işləndiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi TEKUİS məlumat bazasının nə vaxt, kim tərəfindən yaradılmasını, mübahisəli torpaq sahəsinin nə vaxt, kim tərəfindən, hansı qərara əsasən dövlət mülkiyyəti kimi işlənməsini, həmçinin sözügedən torpaq sahəsinin satıldığı zaman bələdiyyənin mülkiyyətində olubolmadığını, müvafiq bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair sənədləri (bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahəsi barədə xəritə və ayrıc aktlarını) tələb edərək mübahisəli ərazinin 2004-cü ildə bələdiyyə mülkiyyətinə aid əraziyə aid olubolmadığını araşdırmamışdır. - Həmçinin, iddiaçı mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən bütün mağaza binalarının altındakı torpaq sahələrinin eyni qaydada bələdiyyədən alındığını, mağazalar tikildiyini və həmin torpaqların dövlət qeydiyyatına alındığını bildirir. İddiaçının təqdim etdiyi sənədlərlə eyni olan sənədləri təqdim etmiş digər şəxslərin hüquqlarının qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunması məhkəmə araşdırması nəticəsində öz təsdiqini taparsa, həmin hal iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilməlidir. - Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından hazırkı mübahisəyə münasibətdə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi imkanlarına, eləcə də həmin prinsiplərin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə qiymət verilməlidir.
35. Ali Məhkəmənin həmin göstərişlərinə əsasən məhkəmə kollegiyası ilkin olaraq cavabdeh orqana müvafiq sorğu ilə müraciət edərək “TEKUİS” elektron məlumat bazasının nə vaxt, kim tərəfindən yaradılmasını, mübahisəli torpaq sahəsinin nə vaxt, kim tərəfindən, hansı qərara əsasən dövlət mülkiyyəti kimi işlənməsini, həmçinin sözügedən torpaq sahəsinin satıldığı zaman bələdiyyənin mülkiyyətində olub-olmadığını, müvafiq bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair sənədləri (bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahəsi barədə xəritə və ayrıc aktlarını), o cümlədən mübahisəli ərazinin 2004-cü ildə bələdiyyə mülkiyyətinə aid əraziyə aid olub-olmaması barədə məlumatın, bundan əlavə olaraq mübahisəli torpaq sahəsinin qonşluğunda yerləşən torpaq sahələrinin hansı hüquqmüəyyənedici sənədlər əsasında müvafiq çıxarışla təmin olunub-olunmaması, olunduğu təqdirdə ona dair arxiv sənədləri barədə, o cümlədən mübahisə predmeti olan torpaq sahəsinin və qonşuluğunda yerləşən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə istinadən döngə koordinatlarının müvafiq sxeminin tərtib edilərək məhkəmə kollegiyasına təqdim edilməsi barədə araşdırma aparmışdır.
36. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 02 sentyabr 2024-cü il tarixli, 3-21-3-47/2-3796/2024 nömrəli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktubdan görünür ki, TEKUİS məlumat bazasının nə vaxt, kim tərəfindən yaradılması, mübahisəli torpaq sahəsinin nə vaxt, kim tərəfindən hansı qərara əsasən dövlət mülkiyyəti kimi işlənməsi idarənin səlahiyyəti xaricindədir. Sözügedən torpaq sahəsi Balakən bələdiyyəsinin 27 oktyabr 2004-cü il tarixli sərəncamı ilə İddiaçı satılmışdır. Həmin dövrdə idarənin xidməti istifadəsində olmuş Balakən DWG məlumatlarında mübahisəli torpaq sahəsinin mülkiyyət növü göstərilməmişdir. Ancaq 2009-cu ildə tərtib edilmiş Balakən bələdiyyəsinin ərazisində mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planında həmin ərazi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi işlənmişdir. Mübahisəli ərazinin 2004-cü ildə bələdiyyə mülkiyyətinə aid olması barədə məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əskini tapmamışdır. Bələdiyyə mülkiyyətində ayrılan torpaq sahəsi barədə və mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən çıxarışın verilməsinə əsas olmuş sənədlərin arxiv nüsxələri təqdim olunur.
37. Göründüyü kimi, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə iddıaçıya satılmış 9 kv.m torpaq sahəsi bələdiyyə tərəfindən ona satılan zaman cavabdeh inzibati orqanın DWG elektron məlumat bazasında mübahisəli torpaq sahəsinin mülkiyyət növü göstərilməmişdir. 2009-cu ildə tərtib edilmiş Balakən bələdiyyəsinin ərazisində mülkiyyətə verilmiş torpaqların yerquruluşu planında həmin ərazi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi işlənmişdir. Belə olan halda, iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlı hərəkətləri üzrə hər hansı təqsirinin olması müəyyən edilmir.
38. Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin 76 nömrəli xx.xx.2004-cü il tarixli rəyində qeyd olunur ki, Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan sahədən Balakən şəhər sakini İddiaçı alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Balakən bələdiyyəsinin müraciətini, mütəxəssis rəyini nəzərə alaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m torpaq sahəsinin Balakən şəhər sakini İddiaçı verilməsini DTXK-nın Balakən rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.
39. Göründüyü kimi, İddiaçı “Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı əsasında verilmiş mübahisə predmeti olan 9 kv.m. torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazi olmuş, 2009-cu ildə tərtib edilmiş Balakən bələdiyyəsinin ərazisində mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planında həmin ərazi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi işlənmişdir.
40. Hazırki işin halları baxımından aydın olur ki, Balakən bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 11 nömrəli qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə bələdiyyə qərarı əsas götürülməklə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmalıdır. Qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, hüququn əmələ gəldiyi anda (Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə iddiaçıya ayrılmış alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 9 kv.m. torpaq sahəsi) mübahisəli torpaq sahəsinin Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazi olması müəyyən olunmuşdur. Sonradan həmin ərazinin dövlət mülkiyyətində olan torpaq sahəsi kimi işlənməsi isə iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz.
41. Qeyd olunan qərara əsasən isə həmin torpaq sahəsinin satılmasına dair Balakən bələdiyyəsinin sədri tərəfindən xx.xx.2004-cü il tarixli, 102 nömrəli sərəncam verilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Balakən bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və xx.xx.2004-cü il tarixdə tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 278 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair iddiaçının adına A seriyalı, 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmışdır.
42. O da qeyd olunmalıdır ki, iddiaçı torpağı əldə edərkən alıcı kimi bələdiyyə və Dövlət orqanlarına müraciət edərək pulunu ödədikdən sonra, həmin torpaq sahəsi üzərində mağaza binası tikmiş və 20 ilə yaxın bir müddət ərzində hər hansı bir orqan, o cümlədən cavabdeh həmin torpaq sahəsinin Dövlət mülkiyyətinə aid olması ilə bağlı iddiaçıya etirazlarını bildirməmişdirlər.
43. Göründüyü kimi, işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.
44. Məhkəmə kolegiyası qeyd edir ki, cavabdeh orqan, iddiaya və apellyasiya şikayətinə qarşı hər hansı münasibət və etiraz ərizəsi də göndərməmiş, yalnız iddiaçının ərizəsinə imtina məktubu göndərərək onunla kifayətlənmişdir.
45. Məhkəmə kolegiyası daha sonra cavabdeh orqanın imtinasına münasibətdə aşağıdakıları qeyd edir:
46. Belə ki, cavabdeh orqan iddiaçının ərizəsindən imtina edərək göstərmişdir ki, “Qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yeri fərqlidir”.
47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan özü məhkəməyə mütəxəssis rəyi təqdim etmiş və rəydə qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdır. Həmin torpaq sahəsinin ölçüləri yerləşmə vəziyyəti koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İlkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi eyni torpaq sahəsidir.
48. Göründüyü kimi, cavabdeh orqanın imtina məktubunda göstərdiyi arqumentlər daha sonra birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Yəni, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi, ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi və A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi eyni torpaq sahələridir.
49. Eyni zamanda hazırki apellyasiya araşdırması zamanı da cavabdeh orqana müraciət olunaraq mübahisə predmeti olan torpaq sahəsinin və qonşuluğunda yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə istinadən döngə nöqtələrinin koordinatları alınmışdır. Yerquruluşu planında aşağıdakılar göstərilmişdir: - iddiaçıya məxsus A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cizgisinə əsasən 9 kv.m. torpaq sahəsinin sərhədləri, - hüquqları dövlət reyestrində qeydiyyata alınmış qonşu torpaq sahələrinin yerləşmə vəziyyəti, - iddiaçının naturada istifadə etdiyi 12 kv.m. torpaq sahəsinin sərhədləri.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi 12 kv.m. olsa da, iddiaçının tələb etdiyi torpaq sahəsi, mağaza binasının altında yerləşən torpaq sahəsi, faktiki istifadə etdiyi torpaq sahəsi, ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi və A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi 9 kv.m. olmaqla mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında da döngə nöqtələrinin koordinatları aydın şəkildə göstərilmişdir.
51. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
52. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə tərəfindən iclas protokolu əsasında qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.
54. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.
55. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
56. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
57. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
58. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
59. Məhkəmə kollegiyasının qənaətinə görə Balakən bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərarla mülkiyyətinə verilən torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
60. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
61. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
62. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
63. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “alğısatqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır.
64. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.
65. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(116)-540/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə “alğı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.