Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-534/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974-cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanın icrası olaraq Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1495/2020 nömrəli qərardadından iş üzrə İddiaçı vəkili Vəkil tərəfindən apelyasiya şikayəti əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə xx xxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1219/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-665/2020 nömrəli qərarı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-677/2017 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-337/2020 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçıcavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmış, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçıya və vəkilinə məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli yardım məktubu ünvanlanmış və onlara bildirilmişdir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli elektron ərizədən görünür ki, iddiaçı tərəfindən tələb dəyişdirilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsi, xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dəyişdirilmiş iddia öhdəliyin icrası haqqında iddia olduğu və cavabdeh kimi qeyd olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhərində yerləşdiyi üçün həmin tələblə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Yardımda qeyd olunanları müzakirə etmək və işin məhkəmə aidiyyətini müəyyənləşdirilməsi üçün iddiaçının dinlənilmə hüququnun təmin edilməsi səbəbi ilə iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsi zərurəti yaranmışdır. Həmin iş üzrə iddianın mümkünlüyü məsələsinə baxılması üzrə məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə, saat 11:00-a Şəki İnzibati Məhkəməsinin binasına (Şəki Məhkəmə Kompleksi Zal nömrə 13) təyin edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsi və“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsi, xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974- cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və vəkili ilə işin ərazi aidiyyəti məsələsi müzakirə edilmiş, iddiaçının vəkili iddianın dəqiqləşdirilməsi ərizəsində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsini xahiş etdiklərini, Xidmətin Zaqatala rayon şöbəsinin də cavabdeh kimi saxlanmasını və ərizədə qeyd olunduğu kimi “xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974-cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini istədiklərini qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən dəqiqləşdirilmiş ərizə protokol qərardad ilə icraata qəbul edilmiş, iddiaçı və vəkilinə hazırki tələbə münasibətdə Xidmətin Zaqatala rayon şöbəsinin cavabdehlik daşımadığı bildirilmiş, həmçinin qeyd olunan iddianın öhdəliyin icrası haqqında iddia olması səbəbindən Bakı İnzibati Məhkəməsində baxılmalı olması bildirilmişdir. İddiaçı və vəkili iddiaya Şəki İnzibati Məhkəməsində baxılmasının onlar üçün daha rahat olacağını, Bakı şəhərinə getməyə çətinlik çəkdikləri üçün işin aidiyyəti üzrə ora göndərilməsinə razı olmadıqlarını bildirmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1495/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxxx 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx xxxx 1974-cü ildə doğulmuş, qardaşı Həsənov Mömin Ömər oğlunun adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın dəqiqləşdirilməsinə dair ərizələrdə cavabdehin digər cavabdehlə əvəz edilməsi ilə deyil, yeni cavabdehin işə cəlb edilməsini xahiş etmişlər. Eyni zamanda X1 rayon Şöbəsinin qardaşına şəhid statusunun verilməsinin mümkün olmamasına dair məktubunun (qərarının, izibati aktının) ləğv edilməsini xahiş etmişlər. Belə olan halda İnzibati Prosessual Məcəlləsinin 2.2.1 maddəsinə əsasən şəxsin hüququ və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktının mübahisələndirilməsinə (ləğv olunmasına) dair iddialara; 2.2.2 İnzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində deyilir ki, mabahisələndirilmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti 1-dən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda belə inzibati aktlara qarşı iddialara hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin məhkəməsi tərəfindən baxılır. Mübahisəyə baxılmasının 1-dən artıq səlahiyyətinə aid olduğu hallarda məhkəmə mübahisə ilə bağlı işi iddiaçı tərəfindən seçilən məhkəməyə göndərir. Qeyd olunan qanunlardan məlum olur ki, iddia tələbinin xidmətin Zaqatala rayon şöbəsinin verdiyi məktubun ləğvi onunla əlaqədardır ki, xidmətin Zaqatala rayon Şöbəsi həmin məktubu yazarkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ona ünvanlanmış məktub əsasında yazmışdır. Buna görə də ilk növbədə xidmətin Zaqatala rayon Şöbəsinin verdiyi məktub ləğv edilməli və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzərinə iddianın digər hissəsi üzrə öhdəlik qoyulmalıdır. Buradan görünür ki, inzibati akt səlahiyyəti 1-dən çox məhkəmənin yurisdiksiyasma aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edilmişdir. Belə olan halda mübahisəyə baxılması 1-dən artıq məhkəmənin səlahiyyətinə aid olduğuna görə məhkəmə mübahisə ilə bağlı işi iddiaçının seçdiyi məhkəmədə baxılmasını təmin etməlidir. Məhkəmə işi aidiyyatı üzrə göndərməsinə dair qərara gəldikdə nəzərə almamışdır ki, iddianın dəqiqləşdirilməsinə dair yazılmış iddiada xidmətin Zaqatala rayon şöbəsinin verdiyi məktubun ləğvi də nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1495/2020 saylı qərardadmı ləğv edərək işi baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollegiyası ilk onu qeyd edir ki, iddiaçının iddia tələbi inzibati orqan kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinəqarşı yönəlmişdir və iddia öhdəliyin icrasına dair iddiadır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən verilən 11000 manat birdəfəlik ödəmənin alınmasından ibarətdir. xx xxxxx 2018-ci il tarixli Fərmanın 5-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının vəkilinin Xidmətin Zaqatala rayon şöbəsinin də cavabdeh kimi qalması əsası iddiaya Şəki İnzibati Məhkəməsində baxılması barədə dəlilini əsassız hesab etmişdir. Belə ki, dəqiqləşdirilmiş ərizədə Xidmətin Zaqatala rayon şöbəsinə qarşı hərhansı tələb irəli sürülməmişdir. Onun formal olaraq cavabdeh kimi saxlanması inzibati işin ərazi aidiyyəti üzrə səlahiyyətli olmayan məhkəmədə baxılmasına əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)- 665/2020 nömrəli qərarında da qeyd edilmişdir ki, iddiaçının qardaşı Həsənov Mömin Ömər oğlunun xx xxxxxxx 1992-ci il tarixdə şəhid olması mübahisə doğurmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 42- ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların məzmununa əsasən qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısının müəyyən edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmiş, siyahının bu Xidmət tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “iddia tələbinin xidmətin Zaqatala rayon şöbəsinin verdiyi məktubun ləğvi onunla əlaqədardır ki, xidmətin Zaqatala rayon Şöbəsi həmin məktubu yazarkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ona ünvanlanmış məktub əsasında yazmışdır. Buna görə də ilk növbədə xidmətin Zaqatala rayon Şöbəsinin verdiyi məktub ləğv edilməli və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzərinə iddianın digər hissəsi üzrə öhdəlik qoyulmalıdır” dəlilinə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısının müəyyən edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edildiyindən əsas cavabdeh məhz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Belə olan halda,məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşdiyinə görə iddia ərizəsinə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1495/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1495/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-534/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-534/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver