Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-534/2025 05.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 iyun 2025-ci il tarixli 2-N(NN6)-852/202N nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat N. İddiaçı N73-cü il təvəllüdlüdür, N92 – N94-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Həmin dövr ərzində erməni millətçi dəstələrinə qarşı döyüşlərlə yaralanmışdır. Bu barədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 3NN nömrəli xx.xx.202N-ci il tarxli qərarı da mövcuddur.
2. İddiaçı müvafiq sənədləri əlavə edərək ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını mübahisələndirməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. İddiaçı tələbini belə əsaslandırır ki, o, xx xxxx N73-cü il tarixdə Qəbələ rayonunun Vəndam kəndində doğulmuşdur, orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə göndərilmişdir, N2 iyul N94-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Erməni millətçi dəstələrinə qarşı Qarabağda gedən döyüşlərdə iştirak etmiş və 24 dekabr N93-cü il tarixdə Ağdam rayonunun Mərzili kəndində yaralanmışdır. Bundan sonra o, hospitala müalicəyə göndərilmiş və 3 aydan artıq müalicə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət işi və təqsirləndirici material olmamışdır. İddiaçı dəfələrlə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq müraciət etsə də, ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir.
6. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq normanın (Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N95-ci il tarixli qərarı ilə təsdiqlənmiş Əsasnamə) dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; - Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə, qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 9 dekabr 2022-ci il tarixli 4/2-84N0 nömrəli arxiv arayışına və digər təqdim olunmuş sənədlərə əsasən iddiaçının N () nömrəli hərbi hissədə N mart N94-cü il tarixdən sonrakı (döyüş əməliyyatları aparılan dövrdə) hərbi xidməti və qanuni əsaslarla ehtiyata və ya istehfaya buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdə çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» AR Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahıya uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranları olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əks halda, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac olmazdı. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.
7. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Birinci instansiya məhkəməsi İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: N0. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 04 iyun 2025-ci il tarixli 2- N(NN6)-852/202N nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. NN. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
N2. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, müharibədən sonra İ Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında aldığı xəsarətə görə ona əllilik qrupu təyin edilsə də, ona verilən əlillik bir neçə il öncə dayandırılmışdır. İddiaçı Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-N(NN6)-852/202N nömrəli qərarı ilə razı deyil və hesab edir ki, məhkəmənin qərarı əsassız və qanunsuzdur. Belə ki iddiaçı qeyd etmişdir ki, o xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Qarabağda döyüş əməliyyatları aparılırdı. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə görə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müharibə veteranı adı və vahid nümunədə təsdiq edilmiş vəsiqə verilir. Göründüyü kimi məhkəmə işi obyektiv araşdırmamış və qərarında "'Belə olan halda məhkəmənin qənaətinə görə müvafiq arxiv materiallarında İddiaçı N92 - N94-cü illərdə döyüş əməliyyatları aparılan zonalarda (o cümlədən Ağdam rayonıı ərazisində) xidmət keçməsinə dair sənədlər aşkar olunsa da, onun xidmətdən qanuni əsaslarla tərxis olunması, habelə əlil olmasını (müvafiq qrup əlillik dərəcəsinin verilməsi) təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona “müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur” qeyd etməsinə baxmayaraq, iddiaçının müharibə zamanı yaralanmağı və bir müddətdən sonra döyüş əməliyyatlarında aldığı xəsarətə görə ona əlillik təyin edilməsi, (çox təəssüf ki, ona verilən əlillik pensiyası bir neçə il olar ki, ləğv edilmişdir) nəyə görə iddiaçının hərbi xidmətdən tərxis olunmağı barədə əmrinin olmaması, olmadığı halda hərbi xidmətdən yayınma halı kimi cinayət işinin açılmaması və digər məsələlər aydınlaşdırılmamışdır. O iddiaçı olaraq qulluq etdiyi hərbi hissədə fərarilik etməmiş, qaçmamış, hərbi xidmətdən hansısa digər formada yayınmamış, sözügedən məsələlərlə bağlı cinayət təqibinə məruz qalmamışdır ki, bu da işdə olan məhkəmənin hüquq müdafiə orqanlarına göndərmiş olduğu sorğuların cavablarında aşkar şəkildə müəyyən olunmuşdur. Ona görə də qanunsuz və əsassız olan məhkəmə qərarının ləğv olunaraq bu məsələnin obyektiv, tam və hərtərəfli araşdıraraq həll olunmasını istəyir. Odur ki, qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli. 2- N(NN6)-852/202N nömrəli qərarını ləğv edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
N3. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmadığını, əsassız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbinin təmin edilmədiyini bildirmişdir. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında sədirlik edənin suallarına cavab olaraq Birinci Qarabağ müharibəsində döş qəfəsinin qəlpə yarası ilə əlaqədar ona 2000-ci ildə əlillik təyin edildiyini və qeyd edilən əlilliyin 202N-ci ildə ləğv edildiyini bildirmişdir. Bundan əlavə iddiaçı sədirlik edənin sualına cavab olaraq apellyasiya şikayətini müdafiə etdiyini, N92-N93-cü il tarixlərində döyüşlərdə iştirak etdiyini, Birinci Qarabağ müharibəsində döş qəfəsindən qəlpə yarası adığını və N93-cü ildə hərbi hissənin döyüş bölgəsində üç güllə yarası alaraq yaralandığını bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 iyun 2025-ci il tarixli 2-N(NN6)-852/202N nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. N4. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil İddiaçı N2 aprel N92-ci il tarixində hərbi xidmətə göndərildiyini, 24 dekabr N93-cü il tarixində Ağdam rayonunun Mərzili kəndində yaralandığını və hospitala göndərildiyini bildirmişdir. Bundan sonra 3 aydan artıq müalicə aldığına görə hərbi xidmətə yararsız hesab edilmişdir. Əlavə olaraq apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 iyun 2025-ci il tarixli 2-N(NN6)- 852/202N nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. N5. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. N6. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
N7. İnzibati Prosessual Məcəllə: Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. N2.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. N2.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə N3. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə N4.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.N. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 8N.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. N8. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun 3-cü maddəsinin qeyd hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə olan halda, iddiaçıya veteran adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. 2N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 202N-ci il tarixli 420 nömrəli Qərarı: Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “N. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
23. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması. 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq arxiv materiallarında İddiaçı N92 – N94-cü illərdə döyüş əməliyyatları aparılan zonalarda (o cümlədən Ağdam rayonu ərazisində) xidmət keçməsinə dair sənədlər aşkar olunsa da, onun xidmətdən qanuni əsaslarla tərxis olunması, habelə əlil olmasını (müvafiq qrup əlillik dərəcəsinin verilməsi) təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur.
30. Məhkəmə kollegiyası işə əlavə edilmiş materialları və verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti tam əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən baxılan mübahisəyə dair iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmiş, geniş həcmdə sübutların araşdırılması aparılmamışdır. Kollegiya birinci instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 3N. Belə ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh isə Azərbaycan Respubilaksı Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-84N0 nömrəli arayışına və təqdim olunan digər sənədlərə əsasən İddiaçı döyüş əməliyyatları aparılan dövrdə N () nömrəli hərbi hissədən xx.xx.N94-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.
32. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları aşağıdakılardan ibarətdir.
33. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş NN noyabr 202N-ci il tarixdə 3NN nömrəli qərarda qeyd edilmişdir ki, Qəbələ RHK tərəfindən N92-ci ildə xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 24 dekabr N93-cü il tarixdə aldığı və 25 dekabr N93-cü il tarixdən 26 yanvar N94-cü il tarixə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz “Döş qəfəsinin sağ yarısına nüfuz edən dəlib keçən odlu qəlpə yaralanması (24 dekabr N93-cü il) açıq hemopnevmotoraksla, sağ ağciyər zədələnməsi, sağ baldırın orta N/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanması” və “25 mart N94-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Döş qəfəsinin sağ yarısına nüfuz edən dəlib keçən odlu qəlpə yaralanması nəticəsində sağ ağciyərin zədələnməsi (24 dekabr N93-cü il) İ dərəcəli tənəffüs çatışmazlığı ilə (SHXÇDX Qəbələ rayon şöbəsinin 4 noyabr 202N-ci il tarixli N333 nömrəli göndərişi, 4 noyabr 202Nci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş 25 mart N94-cü il tarixli 3894 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
34. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin N4 oktyabr 2022-ci il tarixli 354-N740R-3222 nömrəli arayışında aşağıdakılar qeyd olunmuşdur: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx N73-cü il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8N – 83-cü və 92-ci maddələrinin tələbləri nəzərə alınmaqla verilir.
35. İş materiallarında surəti olan A seriyalı N76NN nömrəli hərbi biletin qeydiyyat kartasında qeyd olunmuşdur ki, həmin sənədin NN-ci (Həqiqi hərbi xidmətkeçmə haqqında məlumat) qrafasında N73-cü il təvəllüdlü İddiaçı N4 aprel N92-ci il tarixdən N2 iyul N94-cü il tarixədək xidmət keçdiyi, 9-cu qrafasında isə (qrafanın məzmununda) SQ-dən ehtiyata buraxılma barədə məlumatın olmadığı göstərilmişdir.
36. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 96 nömrəli əmri ilə həmin tarixdən etibarən N nömrəli hərbi hissədən ezam olunmuş aşağıdakı hərbiçilər 78N nömrəli Əlahiddə tank taborunda qazan payına daxil edilmişlər: - İddiaçı (əmrdə adı tam, atasının adı yazılmamışdır).
37. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 56 nömrəli əmri ilə sıravi İddiaçı (əmrdə adı tam, atasının adı yazılmamışdır) Ağdam ş. ezamiyyətə getmiş hesab edilmişdir.
38. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N dekabr N93-cü il tarixli N0 nömrəli əmri ilə İddiaçı (əmrdə adı tam, atasının adı yazılmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün 3-cü MAT-ın komandirinin sərəncamına (istehkam tağımı) göndərilmişdir.
39. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N2 iyul N94-cü il tarixli N2 nömrəli əmri ilə həmin tarixdən etibarən aşağıda adları göstərilənlər uzun müddət qospitalda müalicədə olub hələlik qayıtmadıqları üçün taborun tərkibində qalmaqla ştatdan kənara çıxarılmışlar: MİT-dan N5. s-vi İddiaçı.
40. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N4 iyul N94-cü il tarixli NN nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin N2 nömrəli N2 iyul N94-cü il tarixli əmrinə əsasən həmin tarixdən etibarən aşağıda adları göstərilənlər uzun müddət qospitalda müalicə olunub hələlik qayıtmadıqları üçün taborda qalmaqla ştatdan kənar çıxarılmışlar: - N5. Sır. İddiaçı. 4N. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N93-cü il tarixli 77 nömrəli əmri ilə N nömrəli hərbi hissənin istehkamçı-mühəndis taborunda olan şəxsi heyətin xidmət müddətində tutduğu vəzifəyə əsasən Ağdam döyüş zonasında iştirak etdikləri üçün üç qat əmək haqqı 30 aprel N93-cü ilə kimi: - 46. sır. İddiaçı N aprel N93 – 30 aprel N93 (əmrdə adı tam, atasının adı yazılmamışdır).
42. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 3N dekabr N92-ci il tarixli 43 nömrəli əmri ilə sır. İddiaçı (əmrdə adı tam, atasının adı göstərilməmişdir) karaula 3N dekabrdan N yanvara getmişdir.
43. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N93-cü il tarixli N43 nömrəli əmri ilə Azərbaycan Respublikasının Ordusunun yaranmasının 2-ci il dönümü münasibəti ilə hərbi xidmətdə xüsusi fərqləndiklərinə görə təşəkkür elan edilmişdir: - sır. İddiaçı (əmrdə atasının adı yazılmamışdır).
44. İş materiallarında olan arxiv çıxarışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N94-cü il tarixli 67 nömrəli əmri ilə taborda olan silahların lazımi qaydada qorunub saxlanılması üçün aşağıdakı qaydada şəxsi heyətə təhkim edilmişdir: - 6. sır. İddiaçı . . . (əmrdə adı tam, atasının adı yazılmamışdır).
45. İş materiallarında olan Müdafiə Nazirliyinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 2N avqust 2024-cü il tarixli 243N nömrəli məktubu ilə İddiaçı barəsində N () nömrəli hərbi hissə komandirinin 3N dekabr N92-ci il tarixli 43 nömrəli, N aprel N93-cü il tarixli 56 nömrəli, N may N93-cü il tarixli 77 nömrəli, N oktyabr N93-cü il tarixli N43 nömrəli, N dekabr N93-cü il tarixli N0 nömrəli, N mart N94-cü il tarixli 67 nömrəli, N4 iyul N94-cü il tarixli NN nömrəli və N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli 96 nömrəli, N2 iyul N94-cü il tarixli N2 nömrəli nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları məhkəməyə göndərilmiş və bildirilmişdir ki, N nömrəli hərbi hissənin “Yaralananların qeydiyyatı” kitabında (əsas: 25 dekabr N93 – 20 aprel N94”, sıra 28) Qəbələ RHK-dan çağırılmış, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı 24 dekabr N93-cü il tarixdə Mərzili kəndində yaralanması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin avqust – dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin aprel – iyul N92-ci il, avqust – dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N () nömrəli hərbi hissənin N mart N92-ci il tarixdən N0 may N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.
46. Yuxarıda qeyd olunanalarla baglı kollegiya qeyd edir ki,müvafiq arxiv materiallarında hazırkı İddiaçı N92 – N94-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı və yaralanması ilə bağlı xüsusatlar sübuta yetirilsə də, birinci instansiya məhkəməsi iddiaçının yaralanması və ona əlilliyin təyin edilib-edilməməsi ilə bağlı xüsusatları araşdırmamışdır.
47. Belə ki, İddiaçı məhkəmə kollegiyasının iclasında Birinci Qarabağ müharibəsində döş qəfəsinin qəlpə yarası ilə əlaqədar ona 2000-ci ildə əlillik təyin edildiyini və qeyd edilən əlilliyin 202N-ci ildə ləğv edildiyini bildirmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, inizibati işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması üçün İddiaçı Birinci Qarabağ müharibəsində yaralanması ilə əlaqədar əlilliyin təyin edilib-edilməməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu verilmişdir.
49. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 07 oktyabr 2025-ci il tarixli, 3-N7-4/2-25943/2025 saylı məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə üçüncü dərəcə əlillik təyin edilmişdir( səbəb: Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar, Diaqnoz: Döş qəfəsinin dəlib keçən gülə yaralanması, sağ ağ ciyərin əzilməsi, pnevmotoroksa görə əməliyyatdan s/h, TÇ-İİ d.).
50. Daha sonra xx.xx.202N-ci il tarixdə İddiaçı DTSERA-ya növbəti yoxlanışa getmiş və TSEK-in xx.xx.202N-ci il tarixli qərarı ilə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçının üçüncü dərəcə əlilliyi ləğv edilmişdir. 5N. Kollegiya bununla bağlı qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respubilkasının Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, “Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.”.
52. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
53. Yuxarıda qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması, uzun müddət müalicə olunması və qeyd olunan yararlanması ilə bağlı xx.xx.2000-ci il tarixdə ona əlilik dərəcəsinin təyin edilməsi “Veteranlar haqqında” Azərbaycan Respubilkasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasından göründüyü kimi onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə aid olmasını təsdiq edir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən ona “müharibə veteranı adının və vəsiqəsinin” verilməsindən imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
54. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
55. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin N2 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.2, 87, 89, 90.N və 94.N-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 4 iyun 2025-ci il tarixli 2-N(NN6)-852/202N nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.