Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-535/2023 27.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Açar sözlər: torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi, torpaq sahəsinin sxematik planın işlənib hazırlanması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh başçısı aparatının Hüquq şöbəsinin müdiri X2, eyni zamanda həmin aparatın memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi (mühəndis) X3, Üçüncü şəxs - X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli Sərəncamı ilə mərhum atası X10 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv metr torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəyə sxematik planın işlənib hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə iddiaçının atası X10 şəhərin 6-cı kvartalından 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. X13 14 noyabr 2008-ci ildə tarixdə vəfat etmişdir.
3. 23 iyun 1993-cü il tarixli, 306850 nömrəli “doğum haqqında şəhadətnamə”yə görə X13 iddiaçının atasıdır.
4. X7 vəfatından sonra qalan vərəsələri İddiaçı və Sadıqova (Dadaşova) Günay Əməd qızıdır.
5. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir.
6. 12 saylı Şəki Ərazi İdarəsi 26 iyul 2022-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, müraciətə Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 saylı sərəncamından arxiv çıxarışının surəti əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci bəndində göstərilən torpaq sahəsinin planı və ölçüsü və ya torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən müraciətin icrası mümkün olmamışdır.
7. Bundan sonra iddiaçı Cavabdehnə müraciət edərək, Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə mərhum atası X10 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinin yerinin müəyyənləşdirilərək, həmin torpaq sahəsi ilə bağlı sxematik planın işlənib hazırlanmasına köməklik edilməsini xahiş etmişdir.
8. Cavabdeh 19 may 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, fərdi yaşayış evinin tikinti üçün vətəndaşların istifadəsinə həyətyanı torpaq sahələri ayrılarkən vətəndaşlara bir qayda olaraq torpaq sahəsinin ayrılmasına dair müvafiq təsdiqedici sənədə (icra hakimiyyəti başçısının sərəncamı) torpaq sahəsinin yerləşdiyi ərazinin baş memar tərəfindən təsdiq edilmiş sxematik planı da əlavə olunur. X7 istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı iddiaçı tərəfindən təqdim edilmədiyindən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin şəhər icra hakimiyyətinin mütəxəssisləri tərəfindən aydınlaşdırılması mümkün deyildir.
9. Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 800 nömrəli məktubundan görünür ki, bələdiyyələr fəaliyyətə başlayan zaman Şəki şəhəri daxilində yerləşən və eyni zamanda şəhərin 6-cı kvartalında yerləşən Dövlət fondunda saxlanılan, xüsusi nülkiyyətə verilən torpaqlar çıxıldıqdan sonra qalan boş torpaq sahələri 01 mart 2000-ci il tarixli, “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol”la Şəki Bələdiyyəsinə təhvil verilmişdir. Şəhərin 6-cı kvartalında yerləşən bələdiyyə torpaqları müraciət edən vətəndaşların mülkiyyətinə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Hazırda şəhərin 6-cı kvartalında Şəki Bələdiyyəsinin mülkiyyətində olan boş torpaq sahəsi yoxdur.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlkaın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən dövlət mülkiyyətində olan 0,5383 ha torpaq sahəsi Şəki şəhər İHB-nin 0.209.2005-ci il tarixli 1/179 saylı qərarı və xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən 20 il müddətinə X5 icarəsinə verilmiş və həmin yüklülük daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi 301700875, qeydiyyat tarixi xx.xx.2017).
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlkaın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən dövlət mülkiyyətində olub icarəyə verilmiş 0,5383 ha torpaq sahəsi üzərində yerləşən 137,3 kv.m qeyri-yaşayış binası ½ hissə X6 və ½ hissə X4 mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır (müvafiq olaraq qeydiyyat nömrələri **********, **********, qeydiyyat tarixləri xx.xx.2021, xx.xx.2020)
12. Cavabdeh başçısının aparatının 26 oktyabr 2023-cü il tarixli 5-7/2-2/1704/2023 saylı məktubunda göstərilmişdir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında səsləndirdiyi müxtəlif fikirlərindən birində atası Əhməd Sadıqova fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrldığını iddia etdiyi yer, Şəki şəəhərinin hazırda qüvvədə olan baş planında və həmin dövrdə qüvvədə olmuş baş planında rekreasiya təyinatlı dövlət fondu torpaqları kimi göstərilmiş və həmin ərazidən fərdi yaşayış evi tikintisi məqsədil\ ümumiyyətlə heçbir vaxt torpaq sahəsi ayrılmamışdır. - İddiaçı atası Əhməd Sadıqova şəhərin 6-cı kvartalından 600 kv.m torpaq sahəsi Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli sərəncamı ilə ayrılmışdır, lakin naturada torpağın yeri, sahəninhüdudları müəyyən edilməmiş, müvafiq sənədlərin rəsmiləşdirilməsi başa çatdırılmamış və həmin dövrün qanunvericiliyinə əsasən Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli sərəncamı ilə X10 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyət, sahiblik və istifadə və sərəncam hüquqları qüvvəyə minməmişdir. İddiaçı da öz növbəsində uzun illər ərzində iddiasında olduğu torpaq sahəsinin sənədləşmə işlərinin həll edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etməmiş və Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli sərəncamının qəbul edilməsinin üzərindən uzun illər keçdiyinə görə, şəhərin 6-cı kvartalında ümumiyyətlə boş yer qalmadığına görə və əvvəllər də məhkəmələrə təqdim etdikləri müxtəlif sübutlara əsasən sərəncaamım icrası mümkünsüz hala gəlmişdir. - Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli sərəncamının ləğv edilməsi və ya eribarsız sayılması ilə bağlı hər hansısa bir hüquqi aktın üzürlü və ya üzürsüz səbəblərdən qəbul edilməməsinin, Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli sərəncamının hüquqi qüvvəsinin olmadığı və ya icrasının qeyri-mümkün olduğu reallığını dəyişdirmədiyini nəzərə alaraq İddiaçı tərəfindən verilmiş verilmiş hazırkı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarının qüvvədə saxlanılmasını xahiş olunur.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı 9 avqust 2022-ci il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə mərhum atası X10 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəsinə sxematik planın işlənib hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə mərhum atasına torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş (1971-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş) Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə atasına şəhərin 6-cı kvartalından ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılan zaman həmin dövrün qanunvericiliyinə uyğun olaraq ayrılan torpaq sahəsinin hüdudları müəyyən edilməli, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılmalı və şəhərin baş memarı tərəfindən sxematik plan təsdiqlənməli idi. Buna baxmayaraq, atasına ayrılan torpaq sahəsi ilə bağlı sxematik plan işlənməmiş və atasına təqdim edilməmişdir. Belə olduğu təqdirdə iddiaçının atası torpaq sahəsini dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə vicdanlı şəkildə əldə etmişdir. Həmin torpaq sahəsi ilə bağlı sxematik planın işlənməməsi isə dövlət qurumlarının səhvidir və inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsiplərini pozur. Eyni zamanda həmin torpaq sahəsi ilə bağlı Cavabdeh başçısının qərarı qüvvədədir.
15. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, etirazda qeyd edilmişdir ki, iddiaçının göstərdiyi torpaq sahəsinin müəyyən edilməsi üçün ona torpaq sahəsi ilə bağlı sxematik planın təqdim edilməsi, eləcə də atasının qohumları vasitəsi ilə həmin ərazinin müəyyən edilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı məlum olmayan səbəblərə görə heç bir təklifi qəbul etməmişdir. Həmçinin ona atasının sağ ikən həmin torpaq sahəsinin digər şəxsə satması və ya uzun müddət təyinatı üzrə istifadə etmədiyindən həmin torpaq sahəsinin ondan geri alınma ehtimalı da izah edilmişdir. Eyni zamanda Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli sərəncamından sonra torpaq sahəsinin ətrafı çəpərlənərək mühafizə edilməmişdir. Respublikada torpaq islahatı aparılaraq qalan torpaqlar Şəki Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmçinin 28 il sonra həmin torpaq sahəsinin müəyyənləşdirilməsi qeyri-mümkündür. Bu baxımdan hazırda şəhərin 6-cı kvartalında həyətyanı torpaq sahəsi mövcud deyil.
16. Şəki İnzibati Məhkəməsinin (hakim F.Hacızadə) xx.xx.2022-ci il tarixli, 2-1(116)- 1818/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmadığından və faktiki olaraq torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından müvafiq sxematik planın, plan-ölçünün hazırlanması tələbi təmin oluna bilməz. Belə ki, iddiaçının mərhum atası X10 Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsinin yerləşdiyi ərazinin, koordinatların müəyyən edilməsi məqsədi ilə sxematik plan tərtib olunmamışdır. Həmçinin İddiaçının və torpaq sahəsinin ayrılmış mərhum atasının faktiki istifadəsində torpaq sahəsi olmamışdır.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Əvvəlki apellyasiya instansiyası məhkəməsində icraat
19. Şəki Bələdiyyəsi və X12 hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2-1(107)-171/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə İddiaçı mərhum atası X10 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv metr torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəyə sxematik planın işlənib hazırlanması öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi ilə bağlı sxematik planın hazırlanması cavabdeh inzibati orqanın öhdəliyidir. Belə ki, iddiaçının mərhum atası X10 Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Lakin, torpaq sahəsinin yerləşdiyi ərazinin, koordinatlarının müəyyən edilməsi məqsədi ilə sxematik plan tərtib olunmamışdır. Həmin sərəncam hal-hazırda da qüvvədədir. Bu baxımdan iddiaçının mərhum atasına səhərin 6-cı kvartalından ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılan zaman həmin dövrün qanunvericiliyinə uyğun olaraq ayrılan torpaq sahəsinin hüdudları müəyyən edilməli, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılmalı və şəhərin baş memarı tərəfindən sxematik plan təsdiqlənməli idi. Lakin belə bir sxematik plan həmin vaxt hazırlanmamış və iddiaçı tərəfə verilməmişdir. Belə olduğu təqdirdə isə həmin planın hazırlanmamasına görə iddiaçı məsuliyyət daşıya bilməz. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 13 dekabr 2007-ci il tarixli, § 40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 29 yanvar 2015-ci il tarixli, § 49 Qərarlar).
22. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə İddiaçı ölmüş atası X10 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəsinin sxematik planın işlənib hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 12 iyul 2023cü il tarixli, 2-1(102)-1797/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2-1(107)- 171/2023 saylı qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, əlavə olaraq göstərmişdir ki, hazırda sözügedən həmin torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncam qüvvədədir. O, dəfələrlə cavabdehin və bələdiyyənin nümayəndələrinə mərhum atasına ayrılmış sözügedən torpaq sahəsini göstərə biləcəyini və yerində baxış keçirilməsinin lazım olduğunu desə də, heç bir nəticəsi olmamışdır. Hətta bu halı məhkəmənin nəzərinə də çatdırmış və sözügedən torpağa yerində baxış keçirilməsini xahiş etmişdir. Eyni zamanda onu da bildirmişdir ki, onlara məxsus həmin torpaq sahəsi üçüncü şəxslər tərəfindən hasarlanaraq zəbt edilmişdir. Lakin məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, işin tam, obeyktiv və hərtərəfli araşdırılaraq həqiqətin üzə çıxarılması məqsədilə torpaq sahəsinə yerində baxış keçirilməmiş, cavabdehdən torpaq sahəsinin ayrılması ilə bağlı zəruri sənədlər tələb edilməmiş, iddia ərizəsində qeyd etiyi dəlilləri məhkəmə tərəfindən nəzərə alınmamış, hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmşdir. Odur ki, Şəki İnzibati məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh başçısı aparatının Hüquq şöbəsinin müdiri X8, eyni zamanda həmin aparatın memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi (mühəndis) X9 və üçüncü şəxs X11 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
29. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(107)-535/2023 saylı qərardadı ilə “Tülpan Otel” iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
30. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “Tülpan Otel”-in nümаyəndəsi Məmmədоv Rəhmаn İlhаm оğlu iddiaçının istinad etdiyi tоrpаq sаhəsi ilə bаğlı göstərdi ki, 2005-ci ildə Şəki şəhər İcrа Hаkimiyyətinə mürаciət оlunmuş və оtelin tikintisi üçün müvаfiq tоrpаq sаhəsi аyrılmışdır. 2006-cı ildə DT və XK-nin Şəki rаyоn şöbəsi tərəfindən həmin yerə şəhаdətnаmə verilmiş və bundаn sоnrа tоrpаq sаhəsinin kənаrlаrı onlar tərəfindən hаsаrlаnıb. Həmin müddət ərzində və indiyədək tоrpаq sаhəsinə heç kim iddiа etməyib və mübаhisələndirməyib. Tоrpаq sаhəsi istifаdəsinə əvvəlcə 1 hektаr ölçüdə verilmiş, sоnrаdаn isə 2011-ci ildə həmin yerin bir hissəsi, yəni 0,47 hа hissəsi dövlət ehtiyаclаrı üçün geri alınmışdır. Hаl-hаzırdа həmin ərаzidə оtel fəаliyyət göstərir və tоrpаq sаhəsi аlqı-sаtqı predmeti оlmаdığı üçün uzun müddətli icаrədədir.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (1992-ci il redaksiyasında)
32. Maddə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır.
33. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
34. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
35. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
36. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
37. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. İddia mümkün iddiadır.
39. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. İddia mümkün iddia olsa da, əsassız olduğundan təmin oluna bilməz.
42. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən ləğv edilmiş, Ali Məhkəmənin İnzibati kollegiyası isə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır.
43. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
44. Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə iddiaçının atası X10 şəhərin 6-cı kvartalından 600 kv. metr torpaq sahəsi ayrılımışdır. Lakin torpaq sahəsinə dair yer quruluşu sənədləri hazırlanmamış, torpaq sahəsi naturada müəyyən edilərək Əhməd Sadıqova təhvil verilməmiş, sonuncu torpağa faktiki olaraq sahiblənməmişdir. Əhməd Sadıqov 14 noyabr 2008-ci ildə tarixdə vəfat etmişdir. İddiaçı atasına verilmiş torpaq sahəsinin yerinin müəyyənləşdirilərək, həmin torpaq sahəsi ilə bağlı sxematik planın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
45. Cavabdeh qeyd olunan torpaq sahəsinin haradan verilməsini müəyyən etməyin mümkün olmadığını, şəhərin 6-cı kvartalında ümumiyyətlə boş yer qalmadığını, mübаhisə predmeti оlаn tоrpаq sаhəsinin Kiş çаyının mühаfizə zоnаsındа yerləşdiyini, iddiaçının göstərdiyi onun atasına verilməli olduğu ərazidə yerləşən torpaq sahəsi 1987-ci il və Cavabdeh 2015-ci ildə təsdiq etdiyi Şəki şəhərinin baş planına əsasən fərdi yaşayış evlərinin tikilməsi üçün deyil, həmin ərazinin təyinatı istirahət və rekreasiya məqsədləri, yəni həmin yerlərdə ticarət, ictimai iaşə və istirahət mərkəzlərinin yaradılması üçün nəzərdə tutulduğunu, hаl-hаzırdа həmin ərаzidə оtelin fəаliyyət göstərdiyini və tоrpаq sаhəsi də аlqı-sаtqı predmeti оlmаdığı üçün uzun müddətli icаrədə olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
46. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə görə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır.
47. Bundan başqa, mübahisəli torpaq sahəsinin verildiyi xx.xx.1994-cü il tarixdə qüvvədə olmuş Torpaq Məcəlləsinin “torpaq sahəsinin verilməsi” adlanan 23-cü maddəsində deyilirdi ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir.
48. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.
49. Göründüyü kimi, torpaq sahəsi üzərində hüququn qüvvəyə minməsi üçün həmin dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş rəsmiləşmə başa çatmamışdır. İnzibati orqan bu rəsmiləşdirməni başa çatdırmalı idi. Lakin eyni zamanda torpaq almaq marağında olan subyektin də bu rəsmiləşdirməni başa çatdırmağı tələb edib, torpaqdan istifadə etməyə başlamasını həmin dövrdə qüvvədə olmuş qanunvericilik tələb edirdi. İşin xüsusi halı ondan ibarətdir ki, Əhməd Sadıqov və onun vəfat etməsindən sonra iddiaçı, ötən uzun müddət – 28 il ərzində bu rəsmiləşməni tamamlamaq, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi üçün səy göstərməmiş, torpağa faktik olaraq sahiblənməmişdir. Qeyd olunan səbəblərdən inzibati aktın icrası mümkünsüz hala gəlmişdir.
50. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2- 1(102)-1797/2023 saylı qərarında qeyd edilmişdir ki, ...apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən sadəcə iddia olunan torpaq sahəsinə dair Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamına istinad etmiş, eləcə də, torpaq sahəsinin sxematik planın hazırlanmamasına və iddiaçıya təqdim edilməməsinə görə iddiaçının məsuliyyət daşımadığını vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu yanaşması, torpaq sahəsinin yerinin müəyyən etməyin mümkün olmaması, şəhərin 6-cı kvartalında boş torpaq sahəsinin olmadığı, bununla da iddiaçının tələbinin icrasının mümkün olmadığı barədə cavabdehin dəlillərinin əhəmiyyətsiz olması anlamına gəlir. İşin hallarının tam, hərtərəfli və obyektiv araşdırması vəzifəsi məhkəmədən bu dəlillərin ətraflı araşdırılması və qiymətləndrilməsinin tələb edirdi. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi təmin olunduğu halda cavabdehin üzərinə qoyulan öhdəliyin icra olunmasının mümkünsüzlüyü barədə icraat zamanı qaldırılmış məsələyə qiymət verməmiş, mövqeyini əsaslandırmamışdır. Nəticədə apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə icra edilmək keyfiyyətinə malik olmayan yekun qərar qəbul etmişdir.
51. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçının mərhum atası X10 Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Lakin,torpaq sahəsinin yerləşdiyi ərazinin, koordinatların müəyyən edilməsi məqsədi ilə sxemtik plan tərtib olunmamışdır. İddiaçının və torpaq sahəsinin ayrılmış mərhum atasının faktiki istifadəsində torpaq sahəsi olmamışdır.
52. Göründüyü kimi hazırda iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmadığından və faktiki olaraq torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından müvafiq sxmetaik planın, plan-ölçünün hazırlanması tələbi təmin oluna bilməz.
53. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməməlidir.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov