Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-537/2023 21.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “xx.xx.2010-cu il tarixli notariat qaydada alqısatqı müqaviləsi ilə əldə etdiyi, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2- 1(116)-642/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli notariat qaydada alqı-satqı müqaviləsi ilə əldə etdiyi, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Ucar rayon Dövlət Notariat Kontorunun Dövlət notariusu tərəfindən imzalanaraq təsdiq edilmiş 17 sentyabr 2010-cu il tarixli “alqısatqı” müqaviləsi ilə DƏDRX Ucar rayon 16 saylı ərazi idarəsinin xx.xx.2010-cu il tarixli 27/87 nömrəli arayışı və xx.xx.2010-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65 olan, 4 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışa əsasən Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki hissəsini almışdır.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********14 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0032 hektar torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu üçün ölçü işlərinin aparılması mümkün olmamışdır.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-230/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə yazılı münasibətini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin sorğusu əsasında mübahisəli torpaq sahəsinə dair tərtib olunmuş mütəxəssis rəyi xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçtuna daxil olmuşdur. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Ucar şəhəri Azərbaycan küçəsində yerləşən **********65 reyestr nömrəli çıxarışla verilmiş 0,0136 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, mülkiyyət növü xüsusi, tikinti altında olan torpaqlar uqodiyalıdır. Sözügedən 0,0136 ha torpaq sahəsinin 0,00848 ha hissəsi tikinti altında yerləşir. Baxış zamanı tikilinin Fuad adlı şəxsin istifadəsində olduğu bildirildi. Elektron baza məlumatlarında **********65 reyestr nömrəli çıxarışla verilmiş 0,0136 ha torpaq sahəsinin 39 kv.m hissəsi **********89-05301 reyestr nömrəli çıxarışla verilmiş 0.3923 ha torpaq sahəsi ilə ust-üstə düşür. Baxış zamanı iddiaçının naturada göstərdiyi 0,0136 ha torpaq sahəsi ilə **********65 reyestr nömrəli çıxarışla verilmiş 0,0136 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya və onun nümayəndəsinə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia tələbində qeyri-müəyyənlik olduğundan və üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdikləri mübahisəli torpaq sahəsinə münasibətdə hüquqlar artıq başqa bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə və məhkəmənin sorğusu əsasında əldə edilmiş notariat qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya satılmış 0,0032 ha torpaq sahəsinin konkret olaraq yerini (0,0136 ha torpaq sahəsinə münasibətdə hansı hissədə yerləşməsini) müəyyən etmək mümkün deyildir. Belə ki, alğı-satqı müqaviləsinə ayrılaraq satılmış torpaq sahəsinin bölgü sxemi əlavə edilməmişdir. Həmçinin naturada belə bölgünün aparılıb-aparılmadığının, mübahisəli torpaq sahəsinə dair ətraflı məlumatın əldə edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyi alınmış və rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi 0,0136 ha torpaq sahəsi ilə alğı-satqı müqaviləsinin bağlanmasına əsas qismində çıxış etmiş MA seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********65 olan torpaq sahələri fərqli ərazidə yerləşməkdədir. Həmçinin müəyyən olunur ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi **********89-05301 nömrəli çıxarışla qeydə alınmış torpaq sahəsi ilə (0,39 ha) üst-üstə düşür. Odur ki, tələbdəki qeyri-müəyyənlik aradan qaldırılmadan hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçının adına qeydə alınmasını tələb edilən 0,0032 ha torpaq sahəsinin hansı hissədə yerləşdiyini müəyyən etmək mümkün deyil. Bununla yanaşı iddiaçının hüquqi marağı naturada göstərdiyi torpaq sahəsinin adına qeydiyyata alınmasından ibarətdirsə, o, ilk növbədə həmin torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən **********89- 05301 nömrəli çıxarışı onun verilməsinə əsas olmuş sənədlərlə birlikdə qanuna müvafiq qaydada mübahisələndirməli, daha sonra hazırkı tələblə məhkəməyə müraciət etməlidir.
7. İddiaçı xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində məhkəmənin hüquqi yardımında göstərilənlərlə bağlı münasibətini bildirərkən qeyd etmişdir ki, hüquq sahibi X12 MA seriyalı, ******* nömrəli Çıxarış ilə şəxsi mülkiyyətində olan 0,0136 ha torpaq sahəsinin 2010-cu ildə 0,0064 ha hissəsini X4, 0,004 ha hissəsini X5, 0,0032 ha hissəsini isə ona satmışdır. Sonradan, yəni xx.xx.2010-cu ildə X6 notariat qaydada alğı-satqı yolu ilə əldə etdiyi 0,0064 ha torpaq sahəsinə seriya MA, № ******* saylı çıxarış və AA 003692 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Digər alıcı X7 isə notariat qaydada alğı-satqı yolu ilə əldə etdiyi 0,004 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixdə **********22 reyestr nömrəli çıxarış və AA 501172 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Həmin 0,0136 ha torpaq sahəsinin yerdə qalan 0,0032 ha hissəsi isə iddiaçıya məxsusdur və iddiaçıya satılmış həmin sahənin sxematik planı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin arxivində saxlanılır. Məktubda göstərilən ikinci qeyrimüəyyənlik, yəni iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin **********89-05301 nömrəli Çıxarışla qeydə alınmış torpaq sahəsi ilə (0,039 ha) üst-üstə düşür hissəsinə münasibətdə iddiaçı bildirmişdir ki, Şirvan İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(86)-112/2016 saylı qərarı ilə hüquqi mövqe bildirilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(86)-112/2016 saylı qərarına əsasən iddiaçı X8 cavabdeh Ucar rayon Ucar bələdiyyəsinə qarşı “sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli 10 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Ucar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı 38,6 kv.m hissədə, yəni hazırda iddiaçı E.Qsımovun mülkiyyətində olan, ƏMDK tərəfindən X2 tikintisi yarımçıq qalmış çoxmənzilli yaşayış binasının istifadəsində olmuş 0,3973 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilmişdir. İddiaçı həmin iş üzrə üçüncü şəxs qismində iştirak etmişdir. Belə ki, Ucar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış mübahisəli torpaq sahəsi məhz Ucar şəhəri Azərbaycan küçəsi ərazisində mağaza tikintisi üçün X1 136 kv.m torpaq sahəsi olmuşdur.
9. İddiaçı ərizəsində iddianın təmin olunmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-642/2023 nömrəli qərardadı ilə X13 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Belə ki, **********89-05301 reyestr nömrəli çıxarış üzrə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi X10r.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 02 avqust 2023-cü il tarixli, 2-1(116)-642/202323 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
21. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(116)-642/202323 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(116)-642/202323 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2.2. Barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Madd 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Maddə 78.1. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Maddə 78.2. Şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
32. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
34. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən **********89-05301 nömrəli çıxarışı onun verilməsinə əsas olmuş sənədlərlə birlikdə qanuna müvafiq qaydada mübahisələndirməli, daha sonra hazırkı tələblə məhkəməyə müraciət etməlidir.
35. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
36. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması da yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
37. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
38. Belə ki, iş materiallarından görünür, iddiaçı mübahisələndirilən torpaq sahəsini xx.xx.2010-cu il tarixli notariat qaydada alqı-satqı müqaviləsi ilə əldə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinin tələblərinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
42. Beləliklə, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır.
43. Belə ki, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxarıda qeyd olunan hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək iddia mümkün sayılmalı və inzibati işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(116)-642/202323 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “xx.xx.2010-cu il tarixli notariat qaydada alqısatqı müqaviləsi ilə əldə etdiyi, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0136 ha ölçüdəki torpaq sahəsinin 0,0032 ha ölçüdəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.