Məhkəmə qərarları › İş №2-1(107)-538/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-538/2020

11.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-538/2020 11.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- N(NN6)-860/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia tələbin belə əsaslandırmışdır ki, xx xxxxx N3-cü il tarixdə Mingəçevir şəhər RHK-dan hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə xidmətdən sonra xidməti davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Ondan sonra N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü, Ağdərə, Tərtər, Ağdam uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı “sağ ayağının üst nahiyyəsindən aldığı güllə yarasından Goranboy rayonunun Mərkəzi Xəstəxanasında xx xxxxxx N4-cü ildən xx xxxx N4-cü ilə kimi müalicə olunmuşdur. Aldığı yara ilə əlaqədar onu Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən Gəncə şəhərində yerləşən hərbi hospitala müayinə olunmağı üçün göndərilmişdir. Orda müayinə olunduqdan sonra hərbi hospitalın həkiminin verdiyi arayış əsasında ona 30 gün məzuniyyət verdilər və bildirdilər ki, sağalmadığı üçün ev şəraitində müalicəni davam etdirmək lazımdır. N4-cü ilin iyul ayının N6-da, yəni 30 gündən sonra sağalmamağına baxmayaraq o, N saylı hərbi hissəyə qayıtmışdır. Hərbi hissənin rəhbərliyi ona bildirmişdir ki, uzun müddət xəstəxanada müalicə olunmağı və sağalmamağına görə qərara gəlmişlər ki, təxris edilməyinlə bağlı sənədləri hazırlayıb komissiyaya göndəriləcəyini bildirmişdir. Hərbi hissənin bu sözündən sonra iddiaçı evinə qayıtmış. Bir müddət sonra məlumat almadığı üçün məcburiyyət qarşısında qalıb bir daha xidmət etdiyi hərbi hissəyə getmişdir. Orda ona bildirmişlər ki, onun hərbi biletini tapa bilmirlər, tapan kimi sənədlərini Mingəçevir şəhər Hərbi Komissarlığa göndərəcəklər. Bu sözlərdən sonra iddiaçı evinə qayıtmış. Lakin aylar keçsə də nə hərbi komissarlıqdan, nə də hərbi hissədən bir məlumat ala bilməmişdir. Sonra hərbi biletlə bağlı hərbi prokurorluğa və Goranboy rayon məhkəməsinə müraciət etsə də bildirdilər ki, onun hərbi bileti onlarda yoxdur, ümumiyyətlə onun sənədlərin heç vaxt bu orqanlarda olmamışdır. Onun hərbi bileti olmadığı üçün şəxsiyyət vəsiqəni də ala bilmirdi. Lakin onun hərbi bileti N saylı hərbi hissə rəhbərliyinin təqsiri ucbatından itdiyini nəzərə alaraq məcburiyyət qarşısında qalıb onu hərbi biletin verilməsi üçün Mingəçevir şəhər Hərbi komissarlığa müraciət etmişdir. Yeni hərbi bilet aldıqdan sonra şəxsiyyət vəsiqəsini almışdır. Şəxsiyyət vəsiqəsini 2N9-cu ilin iyul ayında aldıqdan sonra cavabdeh orqana əlində olan sənədləri toplayıb müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş lakin, cavabdeh tərəf göndərdiyi sənədləri ətraflı araşdırmadan və onun uzun müddət hospitalda müalicə olunmağına heç bir qiymət vermədən ona rəsmi olaraq xx xxxxxx 2020-ci ildə cavab verilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. O isə imtina ilə razılaşmamış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı: Ərizəçinin hərbi xidmət keçməsini sübut edən məlumat mövcud olmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci bəndinin NNci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İddiaçı ərizəsində milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv idarəsindən verilən xx.xx.2N8-ci il tarixli 9/2-20303 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 52, sıra 3N4) xx.xx.N3-cü il tarixdə Mingəçevir RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 84 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 84 №-li əmrində (əsas: səh N8, § 3, sıra 75, əmrdə atasının adı Ataca yazılmışdır) xx.xx.N3cü il tarixdə Mingəçevir RHKdan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı Ataca oğlunun şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş N №-li hərbi hissənin əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3- cü il tarixli N33 №-li nizami hissə üzrə əmrilə (əsas: § 3, sıra N20) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 3N №-li əmrində (əsas: səh N8, sıra N2) şəxsi heyətin siyahısında İddiaçı oğiunun adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 27 №-li nizami hissə üzrə əmrilə (əsas: 43, § N) sıravi İddiaçı hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin iyun N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2N8-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteram” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən)sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2N8-ci il tarixli 422 №-li Qərarına əsasən "Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmətkecmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)’’ sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri sivahilar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)”sözləri əlavə edilmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilən xx.xx.2020-ci il tarixli N/M-889 nömrəli imtina məktubundan müəyyən edilir ki, Mərkəzi Arxivinin xx.xx.2N8ci il tarixli 9/2-20303 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xidmətdə olan zaman xx.xx.N4-cü il tarixdə hospitala gedəndən sonra xidmət keçməyiniz və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağınız barədə məlumat olmadığından “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan SX seriyalı ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N3cü il tarixli 84 №-li əmrilə (əsas: səh- N8, §-3, sıra-75) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli N33 №-li əmrilə (əsas: səh§-3, sıra-N20) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Sonradan iddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N3-cü il tarixli 3N №-li əmrilə (əsas. Səh N8, sıra N2) şəxsi heyətin siyahısında adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 27 №-li əmrilə (əsas: 43 §-N,) İddiaçı hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. İş materiallarında olan Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli N89- 9059-NN20 nömrəli iddiaçının məhkumluğuna dair məktubu və ona əlavə edilmiş 9 saylı Əlavədən müəyyən edilir ki, Mingəçevir şəhəri, Həydər Əliyev prospekti, ev 37/N3 nömrəli qeydiyyatda olan İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli N6/043N nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 742 nömrəli məktubundan müəyyən edilir ki, İddiaçı şəxsi işi tərəflərindən tərtib edilməmiş və ünvanlarına daxil olmamışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli N7/N6N4 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Füzuli hərbi prokurorluğunda təqsirləndirici və ya cinayət işi yoxdur. Həmçinin məlumat üçün bildirilir ki, 888, N və N nömrəli hərbi hissə Füzuli hərbi prokurorluğunun nəzarət dairəsində olmamışdır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara xx.xx.N4-cü il tarixli 956 nömrəli, xx.xx.N4-cü il tarixli N89 nömrəli və xx.xx.N4-cü il tarixli 655 nömrəli arayışlar, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Müdafiə Nazirliyi İşlər XN xx.xx.2N8-ci il tarixli 9/2-20303 nömrəli arxiv arayışı, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli N/M-889 nömrəli imtina məktubu, SX seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli N899059-N220 nömrəli məktubu və ona əlavə edilmiş “9 saylı əlavə”, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli N6/N43N nömrəli məktubu, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 742 nömrəli məktubu və ona əlavə edilmiş qeydiyyat kartasının təsdiqlənmiş surəti, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli N7/N6N4 nömrəli məktubu, MN Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli NN/2462 nömrəli etirazı aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- N(NN6)-860/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-N(NN6)-860/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, xx xxxxx N3-cü il tarixdə Mingəçevir şəhər RHK-dan hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissədə xidmətdən sonra xidməti davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Ondan sonra N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü, Ağdərə, Tərtər, Ağdam uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı “sağ ayağının üst nahiyyəsi”dən aldığı güllə yarasından keçmiş Qasım İsmayılov, hal-hazırda Goranboy rayonunun Mərkəzi Xəstəxanasında xx xxxxxx N4-cü ildən xx xxxx N4-cü ilə kimi müalicə olunmuşdur. Bundan sonra aldığı yara ilə əlaqədar onu Mingəçevir şəhər hərbi komissralığı tərəfindən Gəncə şəhərində yerləşən hərbi hospitala müaynə olunmağı üçün göndərdilər. Orda müayinə olunduqdan sonra hərbi hospitalın həkiminin verdiyi arayış əsasında ona 30 gün məzuniyyət verdilər və bildirdilər ki, sağalmadığı üçün ev şəraitində müalicəni davam etdirmək lazımdır. N4-cü ilin iyul ayının N6-da, yəni 30 gündən sonra sağalmamağına baxmayaraq o, N saylı hərbi hissəyə qayıtdı. Hərbi hissənin rəhbərliyi ona bildirdilər ki, uzun müddət xəstəxanada müalicə olunmusan, hal-hazırda sağalmamısan, buna görə də belə qərara gəlmişik ki, səni təxris edilməyimə bağlı sənədləri hazırlayıb komissiyaya göndərək. Hərbi hissənin bu sözündən sonra o, evlərinə qayıtdı. Bir müddət sonra məlumat almadığı üçün məcburiyyət qarşısında qalıb bir daha xidmət etdiyi hərbi hissəyə getdi. Orda ona bildirdilər ki, onun hərbi biletini tapa bilmirlər, tapan kimi sənədləri Mingəçevir şəhər Hərbi Komissarlığa göndərəcəklər. Bu sözlərdən sonra evlərinə qayıtdı. Lakin aylar keçsə də nə hərbi komissarlıqdan, nə də hərbi hissədən bir məlumat ala bilmədi. Sonra hərbi biletlə bağlı hərbi prokurorluğa və Goranboy rayon məhkəməsinə müraciət etsə də bildirdilər ki, onun hərbi bileti onlarda yoxdur, ümumiyyətlə onun sənədlərin heç vaxt bu orqanlarda olmamışdır. Onun döyüşdə olmağı, yaralanmağı sənədlərində sübut olunur. Məhkəmə işə baxarkən verilmiş iddianı ətraflı və obyektiv araşdırmadığından iddiası təmin etməyərək qanuna zidd qərar çıxarılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, onun Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktını göstərsə də təqdim etdiyim sübutlara lazımi qədər hüquqi qiymət verməmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5- ci il tarixli 2N6 №-li qərarına istinad etsə də çox təəsüflər olsun ki, qanuna zidd qərar qəbul etmişdir. Bildirir ki, N №-li hərbi hissənin komandirinin xx.xx.N4cü il tarixli 27 №-li nizami hissə üzrə əmrinə əsasən o, müalicə üçün Gəncə Hospitalına göndərilməyimlə bağlı qeyd olunan hərbi hissənin qazan təminatından çıxarılmışdır. Bu fakt məhkəmənin qərarında öz əksini tapmışdır. Lakin onun Gəncə Hospitalından müalicədən sonra hərbi hissəyə qayıtmağımla bağlı məhkəməyə təqdim etdiyim sübutlar hakim tərəfindən araşdırılmamışdır. Bu da mülki işin birtərəfli, qeyri-obyektiv baxılmasını göstərir. Məhkəmə qərarında onun N3-cü il tarixdən N4-cü il tarixədək Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyimlə bağlı mübahisənin olmadığını qeyd edir. Həmçinin məhkəmə qərarında xidmət zamanı onun heç bir cinayət məsuliyyətinə cəlb olunmamağını da qeyd edir. Belə olan zaman məhkəmə onun Gəncə hospitalında müalicəmdən sonra hərbi hissəyə qayıdıb-qayıtmamağı faktını ətraflı araşdırmadan imtina etmişdir. Məhkəmə qərarında cavabdeh tərəfin onun iddiamla bağlı göndərdiyi etiraza istinad edərək yuxarıda qeyd etdiyim kimi ətraflı araşdırma aparmamışdır. Verdiyim iddia ilə bağlı N saylı hərbi hissəyə qayıtmağımı təsdiq edən sübutları, yəni canlı şahidləri məhkəmə prosesinə gətirsə də hakim onları dindirməkdən imtina etmişdir və nəticədə də qanuna zidd qərar qəbul etmişdir. Məhkəmə qərarında ziddiyyətlər mövcuddur. Belə ki, qərarda onun hərbi xidmətdə olmağını, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyini təsdiq edən sübutlar öz əksini tapır. X2 N saylı hərbi hissəyə qayıtdıqdan sonra ondan asılı olmayan səbəblərdən onun xidmətini davam etdirilməməsi, hərbi biletinin və digər sənədlərinin hərbi hissənin rəhbərliyi tərəfindən itirilməsi faktı məhkəmə qərarında öz əksini tapmamışdır. Məhkəmə sadəcə olaraq bu faktı araşdırmaqdan və verdiyim iddianın həqiqət olduğunu sübut edən şahidləri dindirməkdən imtina etmişdir. Bir daha bildirir ki, əgər o, hərbi hissəni özbaşına tərk etmişsə, fərarilik etmişəmsə, nəyə görə ona qarşı cinayət işi açılmamışdır. Bu da onu sübut edir ki, o, müalicədən sonra hərbi hissədə olmuş, lakin N saylı hərbi hissənin komandirinin səhlənkarlığı nəticəsində onun ehtiyata buraxılmağında bağlı sənədlər itirilmişdir. Hakim də şahidləri dindirməkdən imtina etmişdir. Yuxarıda qeyd etdiklərimi və Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-N(NN6)-860/2020 nömrəli qərarı əsassız olduğu üçün ləğv edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-N(NN6)-860/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-N(NN6)-860/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2N8ci il tarixli 9/2-20303 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 84 №-li əmrində (əsas: səh N8, § 3, sıra 75, əmrdə atasının adı Ataca yazılmışdır) xx.xx.N3-cü il tarixdə Mingəçevir RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı Ataca oğlunun şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N №li hərbi hissəyə göndərilmiş N №-li hərbi hissənin əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N33 №-li nizami hissə üzrə əmrilə (əsas: § 3, sıra N20) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 3N №-li əmrində (əsas: səh N8, sıra N2) şəxsi heyətin siyahısında İddiaçı oğiunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N,02.N4-cü il tarixli 27 №-li nizami hissə üzrə əmrilə (əsas: 43, § N) sıravi İddiaçı hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. Bundan başqa N №-li hərbi hissə komandirinin iyun N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-N(NN6)-860/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar