Məhkəmə qərarları › İş №2-1(107)-539/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-539/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-539/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (üçüncü şəxs: Zaqatala rayon Mərkəzi Xəstəxanası) qarşı “cavabdehin sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-926/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-926/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X1 imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə xx.xx.2014-cü il tarixdə doğulmuş X1 imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti həmin qərardan аpеllyаsiyа şikаyəti vermişdir. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, аpellyаsiyа şikаyəti məhkəmə qərarından şikayət verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmiş, şikayətə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə əlavə edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı xx xxxxxx 2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş, cavabdehə bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak etməsi, həmçinin həmin vaxta kimi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-926/2020 nömrəli qərarı xx.xx.2020-ci il tarixdə cavabdehə göndərilmiş, cavabdeh orqan tərəfindən qərarın surəti xx.xx.2020-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 926/2020 nömrəli qərarından şikayət verilmə müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Cavabdeh mübahisələndirilən qərarın surətini xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qəbul etdiyi halda həmin qərardan şikayəti xx xxxxxxx 2020-cu il tarixdə poçta vasitəsi ilə göndərmiş və bununla da qanunla müəyyən edilən 16 gün şikayət vermə müddətini ötürmüşdür. Ona görə də müəyyən edilir ki, cavabdeh inzibati orqan Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-926/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilmə müddətini ən azı 16 gün ötürmüş, izah edilməsinə baxmayaraq müddətin ötürülməsinin üzürlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. -87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. -94.1-cı maddəsinə görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiya məhkəməsi tərəfindən verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-926/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və bu müddətin üzürlü səbəbdən buraxılmasını barədə ərizə və ya müvafiq sübutlar təqdim edilmədiyindən həmin apellyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-926/2020 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar