Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-54/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili X7 və cavabdeh Dövlət Sosial Müdafiə Fondu X9 İdarəsinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinə qarşı “xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1524/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1959-cu ildə Şəki rayonu Kiş kəndində doğulmuş, 1969, 1970-1976-cı illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda tütünçü, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək X13 teleqrafçı şagirdi işləmişdir. O, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu müddətdə ona xx.xx.1977-ci il tarixli əmrlə hərbi inşaatçı ixtisası verilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X1 bölmə briqadirləri-komandirləri kursunda təhsil almış, ümumi tikinti işləri üzrə briqadir ixtisası üzrə tədris proqramını bitirmişdir. 89 nömrəli Tikinti-Quraşdırma idarəsi (MCУ-89) tərəfindən verilmiş xx.xx.1978ci il tarixli vəsiqəyə əsasən iddiaçı, hündürlükdə işləməyə yararlı hesab edilərək xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək termoizolyasiyaçı işləmişdir. Ona hərbi xidmətdə olduğu və işlədiyi dövrdə xx.xx.1978-ci il tarixdə termoizolyasiyaçı ixtisası üzrə 3 dərəcə verilmişdir. İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək X11 zavodunun Qışlaq-2 məntəqəsində tütün qəbulu müddətində fəhlə, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək “Azərelekrtoişıq” İstehsalat Birliyinin starter istehsalı üzrə sexdə çilingər şagirdi, təmirçi çilingər, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həmin sexdə sazlayıcı, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-cı il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X4 zavodunun “X8 Texnoloji Bürosu”nda ocaqçı (aparatçı), xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Şəki şəhər 6 nömrəli Kiş orta məktəbində rus dili müəllimi, xx.xx.1993-cü il tarixdən həmin məktəbdə psixoloq işləyir. İddiaçının qeyd olunan illərdə işləməsi Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli 2(075)-1082/2018 nömrəli qətnaməsi, kolxozda işlədiyi illərə dair cədvəl, X2 tərəfindən verilmiş vəsiqə, xx.xx.1980-cı il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçaları, MCУ-89 tərəfindən verilmiş vəsiqə, hərbi xidmətdə olması və ona hərbi inşaatçı ixtisasının verilməsi isə НЗ seriyalı ******* nömrəli hərbi bilet və ona əlavə ilə öz təsdiqini tapır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətini xx.xx.2018-ci il tarixli 80/3-467 nömrəli əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə bildirişlə cavablandıraraq bildirmişdir ki, tələb olunan güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmir. Bununla razılaşmayan iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2009cu il tarixli AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, kolxozda işlədiyi illəriə dair cədvəl, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli 2(075)-1082/2018 nömrəli qətnaməsi, X2 tərəfindən verilmiş vəsiqənin surəti, xx.xx.1980cı il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçalarının surətləri, 89 nömrəli Tikinti- Quraşdırma idarəsi (MCУ-89) tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli vəsiqənin surəti, НЗ seriyalı ******* nömrəli hərbi bilet və onun əlavəsinin surətləri, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli 80/3-467 nömrəli əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə bildirişi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1524/2018 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1524/2018 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-717/2018 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2- 1(84)-1524/2018 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbi təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(102)893/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)717/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki ApelyasiyaMəhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-388/2019 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ciiltarixli, 2- 1(84)-1524/2018 nömrəliqərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbi təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-1388/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibаti- İqtisаdi Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-388/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki ApelyasiyaMəhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq olan şəxslər həmin Qanunun 9-cu maddəsində təsbit olunmuşdur. Həmin Qanunun 9.1-ci maddəsinə istinadən «axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanlar (xx.xx.2017-ci il tarixədək) kişilər - 57 yaşın çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ» əldə edirlər. «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən maddi hüquq normaları pozularaq qərar qəbul olunmuşdur. Belə ki, əmək kitabçası və xx.xx.2012-ci il tarixli 1143 nömrəli arxiv arayışına əsasən vətəndaş 1969, 1971- 1976-cı illrdə kolxozda işləyərkən minimum əmək və adam günü normasını-240 günü bitirməmişdir. Lakin,məhkəmə tərəfindən həmin illər tam şəkildə iş stajına daxil edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1463/18 nömrəli qərarında bu məsələyə münasibət bildirilmiş və «X3 haqqında» Qanunun 67-ci maddəsinin 2-ci hissəsinin tələbi nəzərə alınmışdır. Buradan aydın olur ki, iddiaçının 1969,1971-1976-cı illərdə kolxozda işlədiyi faktiki müddət nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir.Bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güşəzştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olmadığından imtina olunmuşdur. Belə ki, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsuli ilə istehsalalına deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.2006-cı ü tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” .Azərbaycan Respublikası Qanununa əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi yeyinti sənayesinə aid olduğu üçün tütün fermentasiya müəssisələrində işləyənlərə şamil edilməsi nəzərdə tutulur. Sosial təminat praktikasında heç vaxt rast gəlinməmiş hərbi xidmət dövrünün güzəştli sosial sığorta stajına daxil edilməsi Qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, hərbi xidmət məcburi xarakter daşıyır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2 maddəsinə istinadən hərbi xidmət dövrü sığortaolunanın stajına daxil edilir. Bu isə o deməkdir ki, hərbi xidmət dövrünün güzəştli sosial sığorta stajına daxil edilməsi tamamilə qanunvericiliyə ziddir. İddiaçının xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək Şəki tütün fermantasiya zavodunun Qışlaq-2 məntəqəsində fəhlə işlədiyi müddətin güzəştli sığorta stajına daxil edilməsi maddi hüquq normalarının pozulmasıdır. Belə ki, iddiaçı zavodda deyil, açıq şəraitdə olan məntəqədə işləmişdir. İddiçının 1980-1983, 1986- 1988ci illərdə işlədiyi dövrlər əsassız olaraq güzəştli iş stajına daxil edilmişdir. Qərarda iddiaçının işlədiyi peşələrin Siyahıda olmadığı göstərilsə də, güzəştli sığorta stajına daxil edilmişdir.İddiaçının qanunvericiliyə uyğun güzəştli sığorta stajı yoxdur. Əlavə olaraq qeyd edir ki, 1969-cü ildə iddiaçının cəmi 10 yaşı olmuşdur. 10 yaşlı məktəblinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi nə dərəcədə ağlabatandır. İddiaçıyalnız yay tətili dövründə kolxozda ailə təsərrüfatına köməkçi işlərdə işləyə bilərdi. Beləliklə, vətəndaşın təqdim etdiyi sənədlərə əsasən işlədiyi peşələr Siyahıda nəzərdə tutulmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, 1969-1976-cı illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda işləmiş və ona əmək haqqı verilmişdir. Lakin 1970-ci ildə həmin kolxozda ona əmək haqqı natura şəkilində verilmişdir. O, apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1524/2018 saylı iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X7 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2- 1(84)-1524/2018 saylı iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının xx xxx 2020-ci il tarixli iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondu X9 idarəsinin nümayəndəsi X10 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)- 1524/2018 saylı iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, həmçinin əsaslıdır. Belə ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun Qanunun 9.8-ci maddəsinə əsasən əmək pensiyaları haqqında qanun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qaydalara əsasən,“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. X3 haqqında qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş və 55 yaşı xx.xx.2014-cü il tarixdə tamam olmuşdur. İddiaçının 55 yaşı tamam olduğu tarixə onun 38 il 4 ay 1 gün (1969, 1971-1976, xx.xx.1977, xx.xx.1977-xx.xx.1977-xx.xx.1979, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980xx.xx.1983, xx.xx.1986-xx.xx.1987 və xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.2014) ümumi sosial sığorta stajı olmuşdur ki, bununda 30 il 4 ay 1 günü (1969, 1971-1976, xx.xx.1977, xx.xx.1977-xx.xx.1977-xx.xx.1979, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980xx.xx.1983, xx.xx.1986- xx.xx.1987 və xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.2006) xx.xx.2006-ci il tarixədək olan dövrü əhatə edir. Göründüyü kimi iddiaçı xx.xx.2006-ci il tarixə ondan tələb olunan ümumi sosial sığorta stajını tamamlamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın 27-ci Yeyinti sənayesinin27.5.1. Tütün istehsalı bölməsinin fəhlərələr yarımbölməsində tütün üzrə kupajçıların, tütün kəsən maşın maşinistlərinin, tütün keşinin presləyicilərinin, tütün yumşaldanların, tütün yarpaqlarını düzənlərin, tütünü çəkib bükənlərin, tütün çeşidləyicilərinin, tütün quruducularının, habelə bərpa edilmiş tütünün istehsalı bölməsinin fəhlələr yarımbölməsində tortanı buxara verənlərin, bərpa edilmiş tütün xəttlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcılarının, kağız (karton) düzəldən maşın maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucularının, üyüdücülərin, tütün quruducularının, tütün xammalını nəmləşdirənlərin peşələri güzəştli şərtlə pensiya hüquqi verən peşə növləri kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçı 1969, 1971-1976-cı illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda tütünçü işləmişdir. Məhkəmə qeyd edir ki, tütünçü anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən iddiaçı tütünçü işlədiyi üçün həmin peşə ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək X11 zavodunun Qışlaq-2 məntəqəsində tütün qəbulu müddətində fəhlə işləmişdir. Yuxarıda qeyd olunan Siyahıda güzəştli pensiya hüququ verən peşələrin sıralamasında adı qeyd olunan peşələrdə çalışan fəhlələrin peşəsi güzəştli şərtlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulsa da iddiaçıya məxsus sənədlərdə onun sadəcə fəhlə işlədiyi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının fəhlə olaraq yetirə yetirdiyi işin işə götürən tərəfindən qeyd olunmaması onun təqsiri deyil. İddiaçıya məxsus iş stajını təsdiq sənədlərdən müəyyən olunur ki, iddiaçı məhz tütün qəbulu dövrdə fəhlə işləmişdir ki, o, fəhlə olaraq tütünün qəbulu, daşınması və tütünün istehsalı və bərpası ilə bağlı müxtəlif işləri yerinə yetirə bilərdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı fəhlə olduğundan və fəhlələrin peşəsi tütün istehsalı və bərpası bölmələrində nəzərdə tutulduğundan onun fəhlə kimi işlədiyi müddət ona xüsusi sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3188/2019 saylı qərarı ilə hazırki iz üzrə bir sıra göstərişlər verilmişdir. Belə ki, həmin qərarda göstərilir ki, işə baxan apelyasiya məhkəməsi iddiaçının kolxozda işlədiyi müddətdə az yaşlı və məktəbli olmasını nəzərə almadan, İPM-nın 12.1-ci maddəsinin tələbi baxımından az xidməti vəzifəsinə uyğun olaraq az yaşlı və məktəblilər üçün müəyyən edilmiş minimum əmək iştirakı normasının müəyyən etmədən iddiaçının kolxozdakı iş stajının hesablanması, həmçinin iddiaçının gördüyü iş, tutduğu vəsifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə uyğunluğu (eyniliyi) işin konkret hallarını (iddiaçının tutduğu vəsifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssəinin fealiyyət istiqaməti və s.) nəzərə alınmadan qərar qəbul edilmişdir. Qeyd olunan müvafiq göstərişlərə uyğun olaraq ayrı-ayrı orqanlara sorğular edilmiş və iddiaçının Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda uşaqlar (məktəblilər) üçün 1969, 1971-1976-cı illərdə illik adam günü olması barədə dəqiq məlumatın olmaması müəyyə edilmişdir. Lakin Sovet dpvründən hal-hazıra kimi kolxoz kimi yeganə fealiyyət göstərən İvanovka kənd M.V.Nikitin adına kolxozun vermiş olduğu və işə əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışla müəyyən edilir ki, yuxarıda qeyd olunan illərdə məktəblilər üçün illik adam əmək günü 50 gün olmuşdur. Cavabdeh tərfin uşaqların 1969-1976-cı illərdə işlərə cəlb edilə bilməməsi və uşaqlar üçün illik adan gününü 240 gün olması kimi dəlililər ilə razılaşmadığından məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ensiklopediyasının X cildindəki işə əlavə edilmiş xəbər məlumatında göstərilir ki, şagird istehsalat briqadası kolxozda (sovxozda) kənd ümumi təhsil məktəbliləri şagirdlərindən əməyə məhəbbət, istehsalat təlimi və məhusldar əməyin təşkil formalarından biridir. İlk şagird istehsalat biriqadası 1955-ci ildə Starvopol ölkəsində yaradılmış, sonrakı illərdə bu təşəbüs SSRİ-nin bütüb müttəfiq respublikalarında, o cümlədən Azərbaycan SSRİ-də yayılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli X15 filialının təqdim etdiyi xx xxxx 2020-ci il tarixli, 51 saylı arayışından müəyyən olundu ki, iddiaçı 1969-1977ci illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda kolxozçu olmuş, hər il üçün şəxsi hesabı nömrəsi olmuşdur. Onun 1971-ci ildə adam günü 135 gün, 1972-ci ildə 78 gün, 1973-ci ildə 112 gün, 1974-ci ildə 137 gün, 1975-ci ildə 187 gün, 1976-ci ildə 135 gün olmuşdur. O, 1970-ci ildə kolxozda fealiyyət göstərsə də ona əmək haqqı verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Nurqələm oğlunun 1970-ci ildə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda işlədiyi müddət də onun iş stajına hesablanmalıdır. Belə ki, onun 1969-1976-cı illərdə ümumilikdə 652 gün adam iş günü olmuşdur ki, 1969-1976-cı illərdə adam iş günü hər il uşaqlar üçün müəyyən olunmuş 50 gün götürülərsə o, uşaqların illik adam günü normasını hər il yerinə yetirmişdir. Beləliklə onun kolxozda tütünçü kimi 8 il iş stajı yaranmış olur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1969, 1970- 1976-cı illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda tütünçü və xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək X11 zavodunun Qışlaq-2 məntəqəsində tütün qəbulu müddətində fəhlə işlədiyi müddətdə onun 8 il 2 ay 16 gün xüsusi sosial sığorta stajı vardır. Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3188/2019 saylı qərarının göstərişlərinə uyğun olaraq araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının kolxozda icra etdiyi tütünçü vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatıların, işlərin, peşələrin, və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” qərarının XXİİ bölməsində (yeyinti sənayəsi) nəzərdə tutulan peşələrlə öz funksiyasına görə eynilik təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a-12520 və 2290000a-12531 yarımbəndlərində izolyasiyaçıların və termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçıların peşələri güzəştli şərtlə pensiya hüquqi verən peşə növləri kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1977ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu müddətdə ona xx.xx.1977-ci il tarixli əmrlə hərbi inşaatçı ixtisası verilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək X1 bölmə briqadirləri-komandirləri kursunda təhsil almış, ümumi tikinti işləri üzrə briqadir ixtisası üzrə tədris proqramını bitirmiş və kursu bitirdikdən sonra, yəni xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək termoizolyasiyaçı işləmiş, hərbi xidmətə olduğu dövrdə o, hündürlükdə işləməyə yararlı hesab edilmiş, xx.xx.1978-ci il tarixdə termoizolyasiyaçı ixtisası üzrə ona 3 dərəcə verilmişdir. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbi baxımından iddiaçının hərbi xidmətdə olduğu müddət onun ümumi iş stajına daxil edilir. Lakin qanunvericilikdə şəxsin hərbi xidmətdə olduğu dövrdə ağır, həyat və sağlamlıq üçün təhlükəli peşələrdə işlədiyi müddətin ona xüsusi sığorta stajı kimi nəzərə alınıb-alınmamasına dair qadağanedici və ya icazəverici hər hansı müddəa mövcud deyildir. Məhkəmə hesab edir ki, nə qədər ki, şəxsin hərbi xidmət dövrü ona ümumi sosial sığorta stajı kimi nəzərə alınır eyni əsaslarla da hərbi xidmət dövründə yerinə yetirən əmək fəaliyyəti ona xüsusi sığorta stajı kimi də nəzərə alınmalıdır. Belə ki, eyni işi mülki həyatda yerinə yetirən işçilərin fəaliyyət növünün onlara xüsusi sığorta stajı kimi nəzərə alınması və eyni işi yerinə yetirən hərbiçilərin həmin fəliyyət növünün onlara xüsusi sığorta stajı kimi nəzərə alınmaması bərabərlik hüqunun pozulmasına gətirib çıxarır ki, bu da Azərbaycan Respublikası Konstitusiyasına əsasən yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ-cü bəndinə əsasən, Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. V-ci bəndinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi xidmət dövründə güzəştli şərtlərlə pensiya hüququ verən fəliyyətin yerinə yetirilməsinin xüsusi sosial sığorta stajı kimi nəzərə alınmaması ilə bağlı qanunvericilikdə qadağa mövcud deyildir. Qanunla qadağan olunmayan hər bir hala isə icazə verilir. Eyni zamanda qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı müddəalarının məqsədi həyat və sağlamlıq üçün zərərli və ağır işlərdə çalışmış şəxslərin sosial müdafiəsini gücləndirmək və işlədikləri dövrdə yerinə yetirdikləri iş və fəaliyyət zamanı sağlanlıqlarına dəymiş zərərə görə onların pensiya hüquqlarının digər vətəndaşlardan daha tez reallaşdırılmasına imkan yaratmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı hərbi xidmətə çağırıldqdan sonra xx.xx.1977-ci il tarixli əmrlə ona hərbi inşaatçı ixtisası verilmiş, həmin ixtisas üzrə təhsil almış, termoizolyasiyaçı kimi hündürlükdə işləmişdir. Şərh olunduğu kimi isə termoizolyasıyaçıların və izolyasiyaçıların peşələri güzəştli şərlə pensiya hüququ verən fəaliyyət növü kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının təhsilini biltirdikdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək termoizolyasiyaçı kimi işlədiyi müddət ona xüsusi sosial sığorta stajı kimi nəzərə alınmalıdır və onun həmin fəaliyyət növünə uyğun 1 il 4 ay 13 gün xüsusi sosial sığorta stajı vardır. Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3188/2019 saylı qərarına əsasən sorğular edilmiş və müəyyən edilmişdir ki, iddiaçı “Azərelektroişıq” İstehsalat Birliyində xx.xx.1981-ci tarixdən xx.xx.1983-ci il tarixə kimi çilingər şagirdi, təmirci çilingər, sazlayıcı vəzifəsini icra etdiyi sexdə ətraf mühütə civə buxarının buraxıla bilməsi norması yüksək olduğundan həmin sex zərərli iş sahəsi hesab olunmuşdur. Bu baxımından Elşad Mənsimovun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş birinci siyahısı (1300000-17531) civə tədbiq etməklə cihaz və məmuatların hazırlanması iş sahəsində məşğul olan fəhlələr, (maddələrə və 2160000-1753d) istehsalatına avadanlığın və elektrik avadanlığının təmiri və xidməti, həmçinin qəbulu, zay edilməsi, nəzarəti, sazlanması: qurğuşun və qələvi akkumulyatorların, kabellərin qurğuşunlaşdırılması, məftillərin emallaşdırılması sahəsində çalışan bütün işçilərlə eyni funksiyaları yerinə yetirdiyi üçün güzəştli şərtlə pensiya hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin 2160000a-1753d yarımbəndində istehsalatda avadanlığın və elektrik avadanlığının təmiri və xidməti, həmçinin qəbulu, zay edilməsi, nəzarəti, sazlanması: qurğuşun və qələvi akkumulyatorların, kabellərin qurğuşunlaşdırılması, məftillərin emallaşdırılması sahəsində çalışan bütün işçilər güzəştli şərtlə pensiya hüququna malikdirlər. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçı Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid olan “Azərelekrtoişıq” İstehsalat Birliyində xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək çilingər, təmirçi çilingər, sazlayıçı və xx.xx.1986-cı il tarixdən xx.xx.1987-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Bakı Məişət Kondisionerləri zavodunun “X8 Texnoloji Bürosu”nda ocaqçı (aparatçı) işləmişdir. İddiaçının işlədiyi istehsalat sahəsinin adı, qeyd olunan qərarda göstərilmiş, lakin peşlərin ayırımı aparılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 2160000a-1753d yarımbəndində nəzərdə tutulmuş istehsalatda avadanlığın və elektrik avadanlığının təmiri və xidməti sahəsində işləyən bütün işçilərin güzəştli şərtlə pensiya hüququna malikdir ki, iddiaçıda məhz həmin istehsalatda işlədiyindən onun bu sahədə 3 il 11 ay 12 gün xüsusi sığorta stajı vardır. Göründüyü kimi iddiaçının 55 yaşı tamam olduğu tarixə onun onun 39 il 4 ay 1 günümumi sosial sığorta stajı olmuşdur ki, bununda 30 il 4 ay 1 günü iddiaçının xx.xx.2006-ci il tarixədək olan dövrü əhatə edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək cəmi 13 il 6 ay 10 gün (7 il 2 ay 16 gün + 1 il 4 ay 13 gün + 3 il 11 ay 12 gün) xüsusi sosial sığorta stajı olmuşdur ki, bu da iddiaçıya X3 haqqında Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə pensiya təyin edilməsinə imkan verir. Belə ki, iddiaçı xx.xx.2006-cı il tarixədək həm 25 il ümumi həm də 12 il 6 ay xüsusi sığorta stajını tamamlamışdır. İddiaçı xx.xx.1959-cu tarixdə doğulmuşdur ki, şərh olunan qanunvericiliyin tələbləri baxımından onun pensiya hüququ 55 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdə yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya Əmək Pensiyaları haqqında Qanunun 9.8 və X3 haqqında qanunu 13-cü maddələrinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Lakin məhkəmə onuda qeyd edir ki, iddiaçı ona 55 yaşından deyil 57 yaşından pensiya təyin edilməsini tələb edir ki, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından ona məhz tələbi üzrə 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1524/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-54/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-54/2020
12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver