Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-54/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı və Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə düzəliş edilərək İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X2 adlarının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-118/2020 saylı qərardadından iddiaçılar İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə düzəliş edilərək İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X2 adlarının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxx 1985-ci il tarixdə mərhum X4 ilə rəsmi nikah münasibətinə girərək evlənmiş və həmin gündə onlara məxsus İsmayıllı şəhəri M.Paşayev küçəsi (keçmiş Xanlar küçəsi) ev 7 ünvanda yerləşən evlərinə gəlin köçmüşdür. Ərizəsinə əlavə elədiyi, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2019 saylı 169-10664-1219 saylı məktubdan göründüyü kimi o, xx.xx.1967-ci il təvəllüdlü Əkbərova X6 rayon Polis şöbəsindən xx xxxx 1986-cı il tarixdə SSRİ nümunəsi pasport almış və həmin pasportla İsmayıllı şəhəri M.C.Paşayev (əvvəlki Xanlar) küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində xx xxxxxx 1990-cı ildən qeydiyyatdadır. Qızları Bağırova (Əkbərova) Nuranə Cahangir qızı xx.xx.1986-cı ildə, Məlikova (Əkbərova) Nigar Cahangir qızı xx.xx.1988-ci ildə, Ələkbərova ( Əkbərova) Kifayət Cahangir qızı isə xx.xx.1991-ci il tarixdə qeyd olunan ünvanda doğulmuşlar və orada da yaşamışlar. Yaşadıqları evin qanuni istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi olmuşdur və onun 0,04 ha hissəsi İsmayıllı şəhər XDS İK-nin 1991-ci il tarixli protokol qərarına X1nın istifadəsində olan torpaq sahəsindən 0,04 ha hissəsi kəsilib oğlu X7 verilmişdir. Həmin illərdə onlar orada ikinci bir ev tikmişlər. Həyat yoldaşı X8 xx.xx.2009-cı ildə vəfat etmişdir. Qaynanası isə X11 isə isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onlar vəfat edənə kimi onlar bir ailə olmuş, aralarında heç bir problem olmamış və birlikdə qeyd olunan ünvanda yaşamışlar. X1 vəfat etdikdən sonra o, evin həyətyanı torpaq sahəsinin sənədlərini düzəltmək istədikdə və onlara verilmiş «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə baxdıqda ona aydın olmuşdur ki, JN 2721 F, kod 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə ancaq X1nın adı yazılmış və onlar və mərhum həyat yoldaşı X8 həmin vaxt sağ olsada, onların adları mülkiyyətçilər siyahısana daxil edilməmişdir. Bundan əlavə həmin Şəhadətnamədə qeyd olunan 0,13 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsi İsmayıllı şəhər XDS İK-ni qərarı ilə hələ 1991-ci ildə mərhum X4nun istifadəsinə verilmişdir və ölkəmizdə torpaq islahatı gedən vaxt onlar həmin 0,13 ha torpaq sahəsində yaşayırdılar və torpaq sahəsi onların qanuni istifadəsində idi. Ərizəsinə əlavə elədiyi İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2019 saylı 169-10664-1219 saylı məktubdan göründüyü kimi o, xx.xx.1967-ci il təvəllüdlü Əkbərova X6 şəhəri M.C.Paşayev (əvvəlki Xanlar) küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində xx xxxxxx 1990-cı ildən qeydiyyatdadır. Qızları Bağırova (Əkbərova) Nuranə Cahangir qızı xx.xx.1986-cı ildə, Məlikova (Əkbərova) Nigar Cahangir qızı xx.xx.1988-ci ildə, Ələkbərova ( Əkbərova) Kifayət Cahangir qızı isə xx.xx.1991-ci il tarixdə qeyd olunan ünvanda doğulmuşlar və orada da yaşamışlar. X4 doğulduğu vaxtdan vəfat elədiyi 2009-cı il tarixinə kimi həmin ünvanda yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində orada tikilmiş yaşayış evində yaşamışdır. Yaşadıqları evin qanuni istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi olmşdur və onun 0,04 ha hissəsi İsmayıllı şəhər XDS İK-nin 1991-ci il tarixli protokol qərarına əsasən X1nın istifadəsində olan torpaq sahəsindən 0,04 ha. hissəsi kəsilib oğlu X7 verilmişdir. Həmin illərdə onlar orada ikinci bir ev tikmişlər. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətində qeyd etdiyi tələb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin sələahiyyətləri daxilində deyil. Bu səbəbdən də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və vəkili iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-118/2020 nömrəli qərardadı ilə İddiaçılar İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı və Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə düzəliş edilərək İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X2 adlarının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızı apellyasiya şikayətini onunla əsaslandırmışdılar ki, birinci instansiya məhkəməsi bir ilə yaxın apardığı araşdırmadan sonra, xx.xx.2020-cı il tarixdə iddiaya baxaraq heç bir əsaslı səbəb göstərmədən iddianın mümkün sayılmaması barədə qərardad qanunsuz və əsassızdır. Məhkəmə qərardadına əsasən o, 35 il yaşadığı evindən və həyətindən çıxmalıdır. Qəradadda göstərilir ki, güya onlar, iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir, yəni hakimin fikrinə görə onlar adlarının şəhadətnaməyə daxil edilmədiyini 2009cu ildən bilməli olmuşdur. Hakimin niyə, hansı sübutla bu qənaətə gəlməsi onlara aydın deyil, iddia ərizəsində göstərdikləri kimi, İddiaçı1 xx xxxxxx 1985-ci il tarixdə mərhum X4 ilə rəsmi nikah münasibətinə girərək evlənmiş və həmin gündə onlara məxsus İsmayıllı şəhəri M.Paşayev küçəsi (keçmiş Xanlar küçəsi) ev 7 ünvanında yerləşən evlərinə gəlin köçmüşdür. Ərizəsinə əlavə elədiyi, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2019 saylı 169-10664-1219 saylı məktubdan göründüyü kimi o, xx.xx.1967-ci il təvəllüdlü Əkbərova X6 rayon Polis şöbəsindən xx xxxx 1986-cı il tarixdə SSRİ nümunəsi pasportu almış və həmin pasportla İsmayıllı şəhəri M.C.Paşayev (əvvəlki Xanlar) küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində xx xxxxxx 1990-cı ildən qeydiyyatdadır. Qızları Bağırova(Əkbərova) Nuranə Cahanğir qızı xx.xx.1986-cı ildə, Məlikova (Əkbərova) Nigar Cahangir qızı xx.xx.1988-ci ildə, Ələkbərova ( Əkbərova) Kifayət Cahangir qızı isə xx.xx.1991 -ci il tarixdə qeyd olunan ünvanda doğulmuş və orada yaşayırlar. Yaşadığımız evin qanuni istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi olmuş və onun 0,04 ha hissəsi İsmayıllı şəhər XDS İK-nin 1991-ci il tarixli protokol qərarına əsasən İddiaçı1 X1nın istifadəsində olan torpaq sahəsindən 0,04 ha hissəsi kəsilib X4na verilmişdir. Həmin illərdə onlar orada ikinci bir ev tikib, bu illər ərzində ailəlikcə orada yaşamışlar. Həyat yoldaşı X8 xx.xx.2009-cı ildə vəfat etmişdir. X1 isə isə xx.xx.2017-cı il tarixdə vəfat etmişdir. Onlar vəfat eləyənə kimi biz bir ailə olmuşuq, aramızda heç bir problem olmayıb və birlikdə qeyd olunan ünvanda yaşamışıq. gəlin kimi mən heç bir vaxt evin torpağın və başqa hər hansı bir maraqlanmamışam. X1 vəfat etdikdən sonra 2019-cu ilin yay aylarında o evin, həyətyanı torpaq sahəsinin sənədlərini düzəltmək istədikdə və onlara verilmiş «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə baxdıqda ona aydın olmuşdur ki, JN 2721 F, kod 40701004 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə ancaq X1nın adı yazılmış və biz iddiaçılar və mərhum hayat yoldaşı X8 həmin vaxt sağ olsada, həmin həyətyanı torpaq sahəsində qeyd olunan ünvanda qeydiyyatda olmamış, faktiki orada yaşamaqlarına baxmayaraq onların adları mülkiyyətçilər siyahısına daxil edilməmişdir. Onlar hüquqlarının pozulduğunu bildikləri vaxtdan, yəni 2019-cı ilin avqust ayından məhkəmədə iddia qaldırmışlar. Yəni iddia müddətini ötürməmişlər. Bundan əlavə həmin Şəhadətnamədə qeyd olunan 0,13 ha. həyətyanı sahəsinin 0,04 ha. hissəsi İsmayıllı şəhər. XDS İK-nin qərarı ilə hələ 1991-cı ildə İddiaçı1 mərhum X4nun istifadəsinə verilmişdir və ölkəmizdə torpaq islahatı gedən vaxt onlar həmin 0,13 ha. torpaq sahəsində yaşamış və torpaq sahəsi onların qanuni istifadəsində olmuşdur. AR «X14» Qanunun 1996-cı il tarixdə qəbul edilmiş və İsmayıllı şəhərinin ərazisində torpaq islahatı aparılması ilə əlaqədar İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 111 saylı qərarı isə xx.xx.2003-ci il tarixdə verilmişdir. Yəni həmin vaxtlar onlar qeyd olunan ünvanda yaşamış və qeyd olunan torpaq sahəsinin qanuni istifadəçiləri olmuşlar. Həmin torpaq sahəsinin 0,04 ha hissəsi isə tam olaraq onların ailəsinin qanuni istifadəsində idi. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-118/2020 saylı qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)- 118/2020 saylı qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-118/2020 saylı qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmiş, iclasa gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı1 apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: İş materiallarında olan JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 0.13 ha torpaq sahəsi X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İsmayıllı rayonunun İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəlin təsdiqlənmiş surətindən görünür ki, X9 adı 2721-ci sırada qeyd olunmaqla qanuni istifadəsində 0.1365 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Hazırkı işdə mübahisə olunan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Həmçinin düzəliş edilməsi tələb olunanşəhadətnamə də İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl tərtib olunmuşdur.İddiaçıların düzəliş edilməsini tələb etdiyi şəhadətnamə İsmayıllı rayon Aqrarİslahat Komissiyasının qərarına əsasən tərtib olunmuş və həmin qərar ləğv olunmamış və mübahisələndirilməmişdir. Həmin dövrdə mövcud olmuş DTXK-nin İsmayıllı rayon şöbəsinin hazırki halda mübahisəli şəhadətnamənin tərtib olunması ilə əlaqədar vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) iddiaçılar tərəfindən həmin dövrdə qüvvədə olmuş MPM-nin tələblərinə uyğun mübahisələndirilməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və (hərəkətləri və hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir.İddiaçıların öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi(publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə,maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).İddiaçı JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X2 adlarının daxil edilmədiyiniən azından əri vəfat edən 2009-cu ildən bilməli olmuş, bu halda da xx.xx.2019-cu il tarixindəməhkəməyə müraciət etməklə (iddia ərizəsi xx.xx.2019cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki,yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X2 adlarının daxil edilmədiyiniən azından əri vəfat edən 2009-cu ildən bilməli olmuş, bu halda da xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə (iddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi İPM-in 16.3-cü maddəsinə əsasən mübahisənin mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən qəbul edilməsinə əsaslanaraq qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 13 və 48-ci maddələrinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyasında iş materiallarınıda olan sübutlar tədqiq edilərək müəyyən olundu ki, İsmayıllı rayon Dövlət Arxivinin xx xxxxxx 2016-cı il tarixli 359 nömrəli arxiv arayışına əsasən İsmayıllı şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli protokol qərarı ilə Azərbaycan SSR NS-nin xx.xx.1990-cı il tarixli 342 N-li qərarına əsasən şəhərin 15a, 16a və 21a N-li kvartallarından fərdi yaşayış evi tikməkdən ötrü X9 istifadəsində olan torpaqdan 0,04 ha kəsilib oğlu X7 verilməsi qərara alınmışdır. Bundan başqa inzibati iş üzrə İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçılar İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X3 mübahisə olunan İsmayıllı şəhəri, M.C.Paşayev küçəsi,(əvvəlki Xanlar küçəsi) ev 7 ünvanında fərdi yaşayış evində qeydiyyatadır. Yaşadıqları evinin qanuni istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi olmuş və onun 0,04 ha hissəsi İsmayıllı şəhər XDS İK-nin 1991-ci il tarixli protokol qərarına əsasən İddiaçı1 X1nın istifadəsində olan torpaq sahəsindən 0,04 ha. hissəsi kəsilib oğlu X7 verilmişdir. Həmin illərdə onlar orada ikinci bir ev tikmişlər. Halbuki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan işin faktiki hallarına diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan, təqdim olunmuş sübutlara hüquqi qiymət vermədən iddia tələbini mümkünsüz saymışdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyаsı bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-118/2020 saylı qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-54/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-54/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver