Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-542/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarından iş üzrə İddiaçı və onun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1i ünvanda yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,50 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1i ərazisində 0,19 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi var. Qeyd olunan torpaq sahəsi ona Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarına əsasən verilmişdir. Həmin torpaq sahəsinə onun adına 27 fevral 2008-ci il tarixli A032142 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsinə bitişik ərazidə yerləşən torpaq sahəsi 30 ildən çox müddətdir onun istifadəsindədir. Həmin torpaq sahəsində fındıq və digər ağaclar əkərək qulluq etmişdir. Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin mülkiyyətində olan həmin torpaq sahəsinin ona uzunmüddətli icarəyə verilməsi barədə qərar qəbul edilməsini Oğuz rayon Baş Daşağıl Bələdiyyəsindən xahiş etmiş, müraciətinə xx.xx.2015-ci il tarixli 14 nömrəli məktubda həmin torpaq sahəsindən istifadə etməyinə icazə verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin ona icarəyə verilməsi üçün yenidən Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinə müraciət etmiş, müraciətinə Baş Daşağıl Bələdiyyəsinin verdiyi xx.xx.2016cı il tarixli 57 nömrəli məktubda həmin torpaq sahəsinin örüş sahəsi olduğuna görə ərizəsinə müsbət cavab verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Qeyd edilən torpağın ona icarəyə verilməsi barədə növbəti ərizəsinə 12 oktyabr 2023-cü il tarixli 41 nömrəli məktubla imtina cavabı verilmişdir. Həmin məktubda torpağın təyinatının məlum olmadığı bildirilir. Əlavə olaraq bildirilmişdir ki, Oğuz rayon Məşğulluq Mərkəzi ilə xx.xx.2019-cu il tarixdə intensiv meyvə bağı salınması məqsədi ilə müqavilə imzalamışdır. Məşğulluq mərkəzi tərəfindən ona ağac tingləri, gübrə və digər vasitələrlə yardım edilmişdir. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi müvafiq araşdırma aparmış və rəy vermişdir. Rəydə onun istifadəsində 0,7610 ha torpaq olduğu, həmin torpağın 0,1358 ha hissəsinin ona məxsus plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilir. Həmin mütəxəssis rəyində son dərəcə təzadlı və anlaşılmaz nəticələr göstərilmişdir. Belə ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsi də daxil olmaqla həmin 0,7610 ha torpaq sahəsinin TEKUİS-ə əsasən kateqoriyasının yaşayış məntəqəsi torpaqları, uqodiyasının çoxillik əkmələr olan (perspektiv inkişaf) Baş Daşağıl Bələdiyyəsinin mülkiyyətinə aid ərazi olduğu qeyd edilir. Rəydə həmçinin mülkiyyətinə verilmiş 0,19 ha torpağın 0,0542 ha hissəsinin ümumiyyətlə onun istifadəsində olmadığı göstərilir. Göründüyü kimi onun həmin torpaq sahəsində əmlakı vardır. O, İ qrup gözdən əlildir. Uzun illər ailəsi ilə birlikdə zəhmət çəkərək ağac əkmiş və həmin ağaclara qulluq edərək xeyli vəsait xərcləmişdir. Əkdiyi ağaclar bar verən ağaclardır. Bələdiyyə isə heç bir xəbərdarlıq etmədən onun bağının kənarlarını traktorla dağıtmışdır. Nəticədə ona xeyli ziyan dəymişdir. Bələdiyyə tərəfindən guya onun həmin torpağı zəbt etdiyi barədə Oğuz Rayon Polis Şöbəsinə şikayət ünvanlanmışdır. Oğuz Rayon Polis Şöbəsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra o iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-307/2024 nömrəli qərardadı ilə ona inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilənlərə əsasən o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
5. Cavadeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Baş Daşağıl bələdiyyəsinə aid uqodiyası yaşayış məntəqələri kateqoriyalı torpaqlarından 0,6252 ha torpaq sahəsini qanunsuz olaraq bağlamışdır. Ona dəfələrlə həmin torpağın qırağını aç deməsinə baxmayaraq oranı açmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsinin Oğuz rayonu üzrə məsləhətçi müfəttişi X8 və onun yanında bir nəfər nümayəndə, Baş Daşağıl kənd İcra nümayəndəsi Məmmədov Tapdıq, bələdiyyənin sədri Nümayəndə2, polis sahə müvəkkili Quliyev Qurban və kənd camaatının iştirakı ilə həmin sahənin qırağı açılmışdır. Hal-hazırda həmin sahənin qırağını M.Akif bağlayaraq bələdiyyə torpağını zəbt etmişdir. Baş Daşağıl bələdiyyəsi bu barədə Oğuz rayon İcra Hakimiyyətinə, Oğuz rayon Prokurorluğuna, Oğuz rayon Polis şöbəsinə məlumat vermişdir. Prokurorluq işi polis şöbəsinə vermiş, ancaq onlardan heç bir cavab almamışlar. İddiaçı həmin yerə heç bir sənəd almayaraq məşğulluq mərkəzi ilə müqavilə bağlamış, guya orada fındıq bağı salır. Məşğulluqdan bağ salmaq üçün “ting və gübrə” almışdır. O, 2019-cu ildə orada bağ salıbdırsa, o bağ haradadır. 4 ildə bağ nə boyda olar və əlbətdə bu bağ 8 metrdən simmetrik olmalıdır. Lazımdırsa bir aqronom göndərin gəlib orda bağ olub olmadığını yoxlayaraq məlumat versin. Bu işi razılıqla biz də edə bilərik. Həmin torpaqda o və yeznəsi ot biçirdilər və onların arasında mübahisə düşdü, bu zaman biz onların hər birinə xx.xx.2015-ci il tarixdə ot biçmək üçün arayış vermişik. Bundan savayı biz onlara heç bir sənəd verməmişik. Biçənək üçün torpaq sahəsi mart ayında verilir, iyun ayında açılır, kəndin mal qarasını otlamaq üçün M.Akif həmin yeri açmayıb, kəndə gələn əhalinin içməli su xəttini 5-6 yerdən deşərək oranı suvarır və orada öz mal-qarasını otarır. Siyahıda olan kənd sakinləri içməli suların kəsilməsi barədə dəfələrlə bələdiyyəyə müraciət etmişlər. Mallarının şəklini göndəririk. Şəklə baxanda aydın görünür ki, həmin ərazidə heç bir bağ sahəsi mövcud deyil. Sizə əlavə məlumat veririk ki, Baş Daşağıl kəndində 3 Şəhid ailəsi və 6 müharibə veteranı var və onların həyətyanı torpaq almaları barədə ərizələri Baş Daşağıl bələdiyyəsindədir. Bələdiyyə 17 mart 2024-cü il tarixli 03 saylı iclas protokolunda yer olmadığı üçün onların hər birinə 0.06 ha həyətyani torpaq sahəsi verilməsi barədə qərar çıxartmışdır. Həmin zəbt edilmiş torpağı şəhid və müharibə veteranlarına verilməsi qərarda göstərməklə onlara verilməsini nəzərdə tutulmuşdur.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair yerquruluşu planları.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 02 iyul 2024-cü il tarixli 2- 1(116)-2090/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçı və onun nümayəndəsi Nümayəndə1 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarının tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki inzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2-1(116) 2090/2024 nömrəli qərarı qəbul edilən zaman onun birinci qrup əlil olmağı, oğlu Şahin Məmmədovun müharibə veteranı və Tərtər hadisələrində zərərçəkmiş şəxs olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə heç bir araşdırma aparmadan, bələdiyyə sədrinin mülahizələrinə əsasən qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə bələdiyyə sədrinin kənd əhalisini aldadaraq imza toplamasına da hüquqi qiymət verməmişdir. Eyni zamanda məhkəmə oğlu Nümayəndə1 məhkəmə iclasında danışmaq istəməsi barədə xahişini nəzərə almadan tələsik qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd edilən torpaq sahəsinin uzun illər onun istifadəsində olması nəzərə alınmamışdır. Eyni zamanda mübahisələndirilən torpaq sahəsinin onun icarəsinə hərrac və ya müsabiqə vasitəsi ilə verilməsinə heç zaman etiraz etməmişdir. Məhkəmə qərarın əsəslandırıcı hissəsində guya iddiaçının torpaq icarə müqaviləsinin rəsmiləşdirilməsini xahiş etdiyini qeyd edir. Əslində isə belə bir müqavilə əvvəllər olmasa da dəfələrlə cavabdehə belə bir müqavilənin bağlanması barədə ərizə ilə müraciət etmişdir. Torpağın ona hərrac və ya müsabiqə vasitəsi ilə icarəyə verilməsinə əvvəllər etiraz etməmiş və bu gün də etiraz etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə istinad edən məhkəmə onun cavabdehdən nə xahiş etdiyini düzgün şərh etməmişdir. Bununla da məhkəmə ona yardım etmək vəzifəsini yerinə yetirmədən hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə qərarda üzərində əmlakları (meyvə ağacları) olan və uzun illər istifadələrində olan torpaq sahəsinin ona icarəyə verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, digər faktiki halları araşdırmadan şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Eyni zamanda onun həmin ərazidə mülkiyyətində olan torpaq sahəsinin təyinatı, yerləşmə vəziyyəti və digər hallara məhkəmə hüquqi qiymət verməmişdir. Əsas məqamlardan biri də məhkəmə tərəfindən qərarda qeyd edilən halların iddiaçının icarə hüququnun pozulması üçün heç bir halda əsas ola bilməməsidir. Belə ki, torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olmaqla uzun illərdir istifadəsindədir və həmin torpaq sahəsində meyvə ağacları əkmişdir. Məhkəmə isə bütün bu halları araşdırmamış, təqdim olunan dəlilləri və sübutları cavabdehin mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Məhkəmə təqdim edilmiş sübutları nəzərə almamışdır. Cavabdeh inzibati orqanın verdiyi rəydə qeyd edilənlərlə faktiki vəziyyət arasında ciddi uyğunsuzluqların olması məhkəmə tərəfindən araşdırılmamış və nəzərə alınmamışdır. Ona məxsus torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatı yazılsa da rəydə həmin ərazinin yaşayış məntəqəsi torpaqları olduğu qeyd edilmişdir. Bundan başqa mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin onun istifadəsində olmadığı da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəfindən nəinki TEKUİS ümumiyyətlə nəzərə alınmamış, hətta ona məxsus mülkiyyət sənədinin ümumiyyətlə bazada əks olunmadığı bildirilmişdir. Qeyd edir ki, bağ sahəsi ilə birlikdə ona məxsus həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin də kənarları cavabdeh tərəfindən dağıdılmış və ona ciddi maddi ziyan dəymişdir. Məhkəmə iddiaçının həmin torpaq sahəsində ağaclar əkdiyini və 10 ildən çox müddətdə həmin ağaclara qulluq etdiyi barədə olan dəlillərini nəzərə almamışdır. Təqdim olunan diskləri və şəkilləri isə qəbul etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.10. əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt isə maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır.
11. qanunçuluq prinsipi müəyyən edilərək göstərilmişdir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 64.2 inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 68.1 qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2 qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
16. “Torpaq icarəsi haqqında” Qanun Maddə 4. torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Maddə 6. bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Maddə 10. Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. .... Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. İddiaçı və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 2090/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
20. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1ində yerləşən, 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə cavabdeh tərəfindən müvafiq inzibati aktın qəbul edilməsinə nail olmaqdır. - Məhkəmə qeyd edir ki, bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi məsələsinə sahəvi qanunvericilik aktı olan “Torpaq icarəsi haqqında” Qanunun müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Sözügedən Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Qanunvericilikdə bələdiyyə torpaqlarına münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində bağlanması barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmişdir (12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir). Torpaq icarə müqaviləsinin uzadılmasına münasibətdə isə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. - Göründüyü kimi torpaq sahəsinin icarə müqaviləsinin bağlanmasının iki fərqli qaydası müəyyən edilmişdir. Belə ki, istinad olunan Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası məqsədilə icarəyə verilən torpaq sahələrindən başqa qalan bütün torpaq sahələrinin icarəyə verilməsi açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə həyata keçirilir. İddia olunan torpaq sahəsi ilə bağlı tərəflər arasında torpaq icarə münasibətləri olmamışdır. Həmin torpaq sahəsindən iddiaçının faktiki istifadəsi zəbtetmə ilə əlaqədar olmuşdur. Odur ki, sözügedən torpaq sahəsinə münasibətdə açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən torpaq sahəsinin birbaşa icarəyə verilməsi barədə qərarın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir.
21. Apellyasiya məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Oğuz rayon Daşağıl Bələdiyyəsinin 17 mart 2024-cü il tarixli 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Baş Daşağıl kəndinin “Kor Dərə” ərazisində kənd sakini İddiaçı qanunsuz olaraq zəbt etdiyi 0.6252 ha torpaq sahəsi qanuni olaraq bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarına aiddir. Həmin protokol əsasında qərara alınmışdır ki, Baş Daşağıl kəndinin “Kor Dərə” ərazisində kənd sakini İddiaçı qanunsuz olaraq zəbt etdiyi 0.6252 ha torpaq sahəsinin ərazisi Şəhid ailələrinə, müharibə veteranlarına və mülki əhaliyə 0.06 ha-dan artıq olmamaq şərti ilə verilsin. Həmin sahədə ara yollarının 5 metr olması qəbul edilsin.
22. Həmçinin, Apellyasiya Məhkəməsinin sorğusuna əsasən X3 X2 Filialından verilən məktubdan görünür ki, vətəndaş 30 dekabr 2019-cü il tarixdə “intensiv bağçılıq” özünüməşğulluq istiqaməti üzrə əmlaklarla təmin olunmuşdur. Lakin, struktur dəyişikliyi zamanı Oğuz rayon Məşğulluq Mərkəzi ləğv olunaraq Oğuz rayonu filialın əhatə etdiyi rayonların siyahısına daxil edilmişdir. Struktur dəyişikliyi zamanı sözügedən sənədlər filiala təhvil verilməmişdir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir.
28. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
29. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
30. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi məhkəmədə iddia qaldıran şəxsin, iddianı irəli sürmək üçün subyektiv hüququnun olması mütləq şərtdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarda qeyd olunan maddi hüquq normalarının sistemli təhlilindən göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada ləğv edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt ancaq birtərəfli qaydada verilən nizamasalma formasıdır. Birtərəflilik onda ifadə olunur ki, inzibati aktla iradə ifadə olunarkən digər tərəfin razılığı tələb olunmur. Həmçinin inzibati aktların «qanuni əlverişsiz inzibati akt» və «qanuni əlverişli inzibati akt» kimi növləri müəyyən olunmuşdur. İnzibati aktların ləğv olunması əsasları da bu növlərdən asılı olaraq fərqləndirilir.
33. «İnzibati icraat haqqında» Qanunun 11-ci maddəsinin tələbləri baxımından inzibati orqanın şəxsin hüquq və azadlıqlarına müdaxilə edən aktı yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəbul oluna bilər. Bu cür inzibati akt həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan qanuni olmalıdır. İnzibati aktın formal-hüquqi baxımdan qanuniliyi dedikdə, aktın səlahiyyətli inzibati orqan tərəfindən, lazımi qaydada həyata keçirilmiş icraat nəticəsində qəbul olunmasını və qanunla müəyyən olunmuş formaya riayət olunması nəzərdə tutulur. İnzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi dedikdə isə, onun qəbulu üçün səlahiyyətverici normanın dispozisiya şərtlərinin mövcudluğu nəzərdə tutulur.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvan 1ində yerləşən, 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə cavabdeh tərəfindən müvafiq inzibati aktın qəbul edilməsinə nail olmaqdır.
35. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, faktiki naturada istifadə olunan torpaq sahəsi 0,7610 hektardır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı faktiki istifadəsində olan 0,7610 torpaq sahəsinin 0,1358 ha hissəsi İddiaçı adına tərtib edilmiş **********0018 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş 0,19 hektar torpaq sahəsi ilə ilə üst-üstə düşür. Qalan 0,6252 ha hissəsi Oğuz rayonu Baş Daşağıl kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Baş Daşağıl kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan (perspektiv inkişaf) Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Sözügedən 0,7610 ha torpaq sahəsi X4 X6 (TEKUİS) əsasən Baş Daşağıl kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan (perspektiv inkişaf) Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidir.
36. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olundu ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Oğuz rayon Daşağıl Bələdiyyəsinin 17 mart 2024-cü il tarixli 03 saylı iclas protokol-qərarına əsasən Şəhid ailələrinə, müharibə veteranlarına və mülki əhaliyə (onların ərizəsinə əsasən) ayrılmışdır. Həmin qərar isə qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Hazırda hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olduğu halda iddiaçı sözügedən qərarı mübahisələndirmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
37. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən Oğuz rayon Daşağıl Bələdiyyəsinin 17 mart 2024-cü il tarixli 03 saylı iclas protokol-qərarı nəzərə alınmadan və hazırkı iş üzrə iddia tələbinin mümkünlüyünə qiymət verilmədən iddia tələbi rədd edilmişdir.
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırda iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin olunması üçün əsas hesab edilə bilməz.
39. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və onun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı
İddiaçı və onun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə (iddia tələbinin təmin edilməsi hissəsində) təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.