Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-543/2025 24.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2- 1(116)- 1198/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 24 iyul 2025-ci il tarixli 2- 1(116)-1198/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. İş üzrə qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2-1(116)-1198/2025 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq iddia ərizəsindən imtina etdiyini bildirmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasına çağrılsa da, xx.xx.2025-ci il tarixdə yenidən teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəmə kollegiyasının iclasında iştirak edə bilmdəyini və iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiadan imtina ilə bağlı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyası İddiaçı iddiadan imtina etdiyi barədə ərizəsi nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının iddiadan imtina etməsini bildirməsi onun qeyd olunan tələbdən imtinası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənаətə gəlir ki, İddiaçı iddia tələbindən imtinaya dair ərizəsi qəbul olunmаlı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 55 və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddia tələbindən imtinaya dаir ərizəsi qəbul edilsin. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2-1(116)-1198/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-543/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-543/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver