Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-545/2025 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixli, *-**- */*-H-******/**** nömrəli məktubla tələbin təmin olunmasından imtina edilmişdir.
2. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçının Zaqatala rayon Məhkəməsinin qətnaməsinə və pensiya işi qovluğunda olan sənədlərin surətində qeyd olunmuş məlumatlarına əsasən, həmçinin, ##.##.1975-ci il tarixindən ##.##.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 20 il 7 gün təşkil edir. Əlavə olaraq, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Iddiaçının pensiya işi qovluğunda olan ##.##.2014-cü il tarixli arxiv arayışı ilə sonradan təqdim etdiyi Zaqatala rayon Dövlət Arxivinin ##.##.2024-cü il arixli arayışı arasında uyğunsuzluq vardır. Belə ki, ##.##.2014-cü il tarixli arxiv arayışında 1978-ci il tarixindən 1995-ci il tarixinədək dövrlər qeyd edilmiş, lakin ##.##.2024-cü il arixli arayışda isə 1973-cü il tarixindən 1999-cu il tarixinədək dövrlər qeyd edilmişdir. Zaqatala rayon Məhkəməsinin qətnaməsinə əsasən ##.##.2014-cü il tarixli **** saylı arxiv arayışı hüquqi fakt kimi müəyyən edildiyi üçün sözügedən arayışda qeyd olunmuş ##.##.1978-ci il tarixindən ##.##.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri iddiaçının sığorta stajına daxil edilmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli arayışda qeyd olunmuş 1973-1975-ci və 1996-1999-cu illər sığorta stajına daxil edilməmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, ##.##.1957-ci ildə Zaqatala rayonu Mosul kəndində anadan olmuşdur. 65 yaşının bitdiyi ##.##.2022-ci il tarixdən yaşa görə 180 manat müavinət təyin edilmiş, sonradan həmin məbləğ 220 manata çatdırılmışdır. Cavabdeh tərəfindən pensiya təyin edilən zaman onun işlədiyi və hərbi xidmətdə olduğu illər nəzərə alınmamışdır. Zaqatala Rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, 1973-cü ildən 1999-cu ilədək Zaqatala rayon Mosul kənd “Komsomol” adına kolxozda işləmişdir. Hərbi xidmət dövrü və kolxozda işlədiyi illər nəzərə alınsa sığorta stajı 28 il təşkil edir. O, cavabdeh inzibati orqana yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etsə də, inzibati orqan onun cəmi stajının 20 il 7 gün olduğunu qeyd edərək müraciətin təmin edilməsindən imtina etmişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını imtinanın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Imtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçı İddiaçı sosial sığorta stajı (20 il 7 gün) qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1973 il tarxindən 1999cu il tarixinədək Zaqatala rayon Mosul kənd “Komsomol" adına kolxozunda işləmişdir. Cavabdeh orqan “Əmək pensiyaları haqqında" Qanunun (bundan sonra - Qanun) 1.0.2; 7; 22-1.1-ci maddələrinə, ## ### 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixi icmal məktubuna istinad edərək bildirmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Sözügedən arayış sonradan təqdim edilmişdir və ##.##.2014-cü il tarixli hüquqi fakt kimi müəyyən edilmiş arayışla arasında fərqlilik olduğu üçün həmin arayışın saxtalaşdırıldığına şübhələr yaranmışdır. Belə ki, iddiaçı həqiqətən həmin dövrlərdə işləmiş olsaydı daha əvvəlki arayışda öz əksini tapmış olardı. Qeyd edilənlərə uyğun olaraq iddiaçının işlədiyini qeyd etdiyi həmin dövrlərin stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Sosial müavinətlər haqqında" Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Sözügedən maddənin tələblərinə əsasən İddiaçı ##.##.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
6. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni ##.##.2022-ci il tarixdə yaranır (iddiaçı ##.##.1957-ci ildə doğulub). Iddiaçının ##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmət illəri (2 il 7 gün) və ##.##.1978-ci il tarixindən ##.##.1995-ci il tarixədək "Komsomol" adına kolxozdakı 18 il əmək fəaliyyəti müddəti, cəmi 20 il 7 gün cavabdeh orqan tərəfindən sosial sığorta stajına daxil edilərək mübahisələndirilmir. Mübahisələndirilən dövr iddiaçının ##.##.1973-cü il tarixindən ##.##.1975-ci il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.1999-cu il tarixədək “Komsomol" adına kolxozda olan əmək fəaliyyəti dövrüdür. Iş materialına əlavə olunmuş Zaqatala rayon Dövlət Arxivinin məhkəməyə təqdim etdiyi İddiaçı Zaqatala rayonu Mosul kəndi “Komsomol” kolxozunda işləməsi barədə sənədlərin təsdiq edilmiş surətindən görünür ki, mübahisələndirilən dövr üzrə iddiaçının sığorta stajı 5 il təşkil edir (1974-cü il üzrə 1635 saat (1635/8=204 gün, adam günü norması 200 gün), 1975-ci il üzrə 226 gün (adam günü norması 200 gün), 1996-ci il üzrə 92+137= 229 gün (adam günü norması 180 gün), 1997- ci il 240 gün (adam günü norması 180 gün), 1998-ci il 192 gün (adam günü norması 180 gün). Zaqatala rayon Mosul kəndi “Komsomol” kolxozuna dair şəxsi hesab kitablarının təsdiq edilmiş surətlərindən görünür ki, - iddiaçının 1973-cü il tarixində əmək haqqı aldığı göstərilmiş, lakin işlədiyi günlərin sayı və adam günü norması qeyd edilməmişdir; - 1999cu il tarixdə isə həm işlədiyi günlərin sayı, həm də aldığı əmək haqqı qeyd edilmişdir, lakin adam günü nomrası ilə bağlı hissədə qaralama mövcuddur. Qeyd olunan məlumatlar natamam olduğu üçün iddiaçının işlədiyi müddəti hesablamaq mümkün olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən 20 il 7 gün sığorta stajına 5 il əlavə edildikdə iddiaçının cəmi sığorta stajı 25 il 7 gün olduğu görünür. Həmçinin qeyd etmək lazımdır ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Zaqatala Rayon Dövlət arxivi tərəfindən “X6”nun adına verilmiş ##.##.2014-cü il tarixli, **** saylı əmək haqqı və sair barədə arxiv arayışının 1957-ci il #####in ##-da Zaqatala rayonu Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ərizəçi İddiaçı məxsus olması ilə əlaqədar hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Zaqatala RIHB-in Mosul kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2016-cı il tarixli *** nömrəli arayışa əsasən, Zaqatala rayonu Mosul kənd sakini İddiaçı ilə X6 eyni şəxsdir. Beləliklə cavabdeh tərəfindən mübahisələndirilən Zaqatala Rayon Dövlət Arxininin ##.##.2024-cü il tarixli arayışında qeyd edilmiş şəxslə bağlı qeyri-müəyyənlik Zaqatala Rayon Məkəməsinin yuxarıda göstərilən Qətnaməsi ilə aradan qalxmışdır. Bundan başqa iddiaçının işlədiyi dövlər isə Zaqatala Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala rayon Mosul kəndi “Komsomol” kolxozuna dair şəxsi hesab kitablarının təsdiq edilmiş surətlərində öz əksini tapmışdır. Odur ki, şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
8. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq məhkəmənin mövqeyinə münasibətdə qeyd etmişdirlər ki, iddiaçı İddiaçı ##.##.2014-cü il tarixli arxiv arayışında göstərilən dövrlərin iş stajına daxil edilsə də, iddiaçının ümumi iş stajı 25 ildən az olmasına baxmayaraq iddiaçının ##.##.2024-cü il tarixli arxiv arayışında qeyd olunan dövrlərin mötəbərliyinə əsaslı şübhələr olsa da, məhkəmə tərəfindən əlavə araşdırılma aparılmamış, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arayışı mötəbər götürülmüşdür. Halbuki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən hal müxtəlif dövr ərzində təqdim edilmiş iki fərqli arxiv arayışı və ilk təqdim edilmiş arxiv arayışından fərqli olaraq ikinci təqdim edilmiş arayışda qeyd edilən dövrlərin olmasıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
14. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ...
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ### 2022-ci il tarixli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ...
18. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
26. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona ##.##.2022-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Iddiaçı, ##.##.1957-ci ildə doğulmuşdur.
28. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri iddiaçının ümumi sosial sığorta stajının 20 il 7 gün təşkil etməklə tələb olunan 25 ildən az olması, ##.##.2014-cü il tarixli arxiv arayışı ilə ##.##.2024-cü il tarixli arayışının fərqli olması ilə bağlıdır. Belə ki cavabdeh orqanın mövqeyinə görə iddiaçı həqiqətən həmin dövrlərdə işləmiş olsaydı daha əvvəlki arayışda öz əksini tapmış olardı.
29. Iş materiallarından görünür ki, iddiaçının cavabdeh tərəfindən qəbul edilən ümumi mübahisəsiz stajı 20 il 7 günə bərabərdir. Cavabdeh orqan bildirir ki, məhkəmə qətnaməsi ilə iddiaçının stajında nəzərə alınan, 2014-cü ilə aid arxiv arayışında qeyd edilən müddətlə 2024-cü ilə aid arxiv arayışında kolxozda işləməsini iddia etdiyi müddətlər fərqlidir. Belə ki, yeni arayışda əlavə olaraq 1973-1975 və 1996-1999-cu illər kolxozda əmək fəaliyyəti olaraq qeyd edilmişdir.
30. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Zaqatala rayon Dövlət Arxivi 2014-cü və 2024-cü illərdə verilmiş arxiv arayışları arasındakı fərqləri onunla əsaslandırmışdır ki, iddiaçıya verilmiş ## ####### 2014-cü il tarixli, **** nömrəli arxiv arayışı Zaqatala rayonu “Komsomol” kolxozunun staj kitabları əsasında tərtib olunmuşdur. Həmin dövrdə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajı 12 il təşkil etdiyindən və staj kitabında göstərilən illərin sayı bu tələbi qarşıladığından, şəxsi hesab kitabları üzrə əlavə araşdırma aparılmamışdır. Bundan başqa, iddiaçı həmin vaxt 1973–1975-ci və 1996–1999-cu illərdə də işlədiyi barədə arxiv orqanına məlumat verməmişdir. Iddiaçı ## ######## 2024-cü il tarixdə yenidən müraciət edərək 1973–1975ci və 1996–1999-cu illərdə də işlədiyini göstərmiş və həmin dövrlərin də araşdırılmasını xahiş etmişdir. Bu səbəbdən araşdırma şəxsi hesab kitabları əsasında aparılmış və 2024cü ildə verilmiş arxiv arayışında bu hal ayrıca qeyd olunmuşdur. Zaqatala rayonu “Komsomol” kolxozunun 1973–1995-ci illərə aid arxiv sənədləri 1998-ci ilin iyun ayında, 1996–2001-ci illərə aid arxiv sənədləri isə 2003-cü ilin iyun ayında Zaqatala rayon Dövlət Arxivinə təhvil verilmişdir.
31. Kollegiya tərəfindən tərəfindən mübahisələndirilən illər üzrə Mosul kəndi üzrə kolxozçuların müvafiq əmək uçotu və hesablaşma kitablarının əsilləri arxivdən götürülərək tədqiq edilmişdir.
32. Müəyyən edilmişdir ki, 1973-cü il üzrə 94 nəfərə aid kitabın ilk səhifəsində kolxoz üzvlərinin adlı siyahısında iddiaçının adı 7-cı sıra nömrəsində qeyd edilmiş, həmin kitabın 7-ci səhifəsində iddiaçının sözügedən kolxozda işlədiyi adam günləri 177 gün qeyd edilmişdir.
33. 1974-cü il üzrə 95 nəfərə aid kitabın ilk səhifəsində kolxoz üzvlərinin adlı siyahısında iddiaçının adı 34-cü sıra nömrəsində qeyd edilmiş, həmin kitabın 67-68-ci səhifələrində iddiaçının sözügedən kolxozda işlədiyi adam günlərinin miqdarı 1635 saat (204 iş günü) qeyd edilmişdir.
34. 1975-ci ilə aid fəhlə və qulluqçularla hesablaşmaların uçotu kitabında adlı siyahı öz əksini tapmamış, ümumilikdə 69 nəfərə aid məlumatların əks olunduğu kitabda iddiaçı barəsində məlumatlar 40-41-ci səhifələrdə öz əksini tapmış, iddiaçının işlədiyi günlərin sayı 226 gün qeyd edilmişdir.
35. Arxivdən əsilləri götürülərək yoxlanılan kitabların 1995-ci ildən sonrakı dövrünə münasibətdə isə aşağıdakılar müəyyən edilmişdir. 1996-cı ilə aid əməyin uçotu kitabında ilk səhifədə qeyd edilmiş 43 nəfərlik adlı siyahıda iddiaçının adı 17-ci sıra nömrəsində göstərilib, həmin kitabın 16-17-ci səhifələrində iddiaçının işlədiyi müddət 229 gün (92+137) qeyd edilmişdir.
36. 1997-cı ilə aid əməyin uçotu kitabında ilk səhifədə qeyd edilmiş 35 nəfərlik adlı siyahıda iddiaçının adı 35-ci sıra nömrəsində göstərilib, həmin kitabın 34-35-ci səhifələrində iddiaçının işlədiyi müddət 240 gün qeyd edilmişdir.
37. 1998-cı ilə aid kolxoçularla hesablaşma kitabında qeyd edilmiş 207 nəfərlik adlı siyahıda (16-cı səhifə) iddiaçının adı 196-ci sıra nömrəsində göstərilmiş, işlədiyi günlər 192 gün, aldığı əmək haqqı 491994 manat qeyd edilmişdir. 1998-cı ilə aid kolxoçularla əmlak payı və son hesablaşma kitabında qeyd edilmiş 298 nəfərlik adlı siyahıda (16-cı səhifə) iddiaçının adı 234-cü sıra nömrəsində göstərilmiş, işlədiyi günlər 101 gün, aldığı əmək haqqı 277800 manat qeyd edilmişdir.
38. Göründüyü kimi 2014-cü və 2024-cü illərdə verilmiş arxiv arayışları arasındakı fərqlər araşdırılan dövrlərin və istifadə edilmiş ilkin mənbələrin fərqli olmasından irəli gəlmiş, mübahisələndirilən dövrlərdə iddiaçının faktiki əmək fəaliyyətinin olması arxiv sənədləri ilə sübuta yetirilmişdir.
39. Nəzərə alınmalıdır ki, qeyd olunan hallar cavabdeh orqanın özünə də məlum olmuşdur. Belə ki, ##.##.2025-ci il tarixdə DSMF-nin * saylı Şəki-Zaqatala Regional filialının əməkdaşlarının iştirakı ilə Zaqatala rayon Dövlət arxivində iddiaçının 1973-1999cu illər üzrə əmək fəaliyyəti müddəti yoxlanılmış və müvafiq akt tərtib edilməklə rəsmiləşdirilmişdir.
40. Belə olan halda cavabdehin mübahisəsiz qəbul etdiyi 20 il 7 gün sosisal sığorta stajı ilə 1973-1975 və 1996-1999-cu illər üzrə müddətlər toplandıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərlidir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında vurğulanmışdır ki, əvvəlki dövrə aid qanunvericilikdə əmək günü minimumu anlayışı mövcud idi. Lakin minimumun yerinə yetirilməməsi avtomatik olaraq stajın inkarı demək deyildi, əksinə, minimum yerinə yetirilmədikdə staj faktiki müddət üzrə hesablanmalı idi. Yəni kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunun olmaması “0 staj” yox, “azaldılmış staj” nəticəsi doğurmalı idi. Bundan başqa, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndində ## ###### 2023-cü il tarixli dəyişikliklə “müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması” şərti qanunvericilikdən çıxarılmışdır. Bu isə o deməkdir ki qanunverici şüurlu şəkildə kolxozçular üçün bu tələbi artıq əhəmiyyətsiz saymışdır. Bu dəyişiklik qanunvericinin kolxozçuların pensiya hüquqlarının genişləndirilməsi və formal tələblərin aradan qaldırılması məqsədini açıq şəkildə ifadə edir. Həmin dəyişiklik iddiaçının lehinə olan normadır və hüquqi mövqeyə görə geriyə şamil edilə bilər.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında da, eyni mövqedən çıxış edilərək vurğulanmışdır ki, hazırkı vəziyyətdə qanunvericilikdə “müəyyən edilmiş əmək iştirakı minimumu” barədə tələb olmadığından iddiaçının arxiv arayışında qeyd edilən illər üzrə sosial sığorta stajı müəyyən edilmiş əmək iştirakı minimumu nəzərə alınmadan tam hesablanmalıdır (41-ci bənd).
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.