Məhkəmə qərarları › İş №2-1(107)-546/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-546/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-546/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 Sayad qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X2 adına verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, **********40 reyestr nömrəli, seriya RX ******* nömrəli çıxarışın və xx.xx.2016-cı il tarixdə həmin şəxsin adına tərtib edilmiş 061161 nömrəli torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2-1(116)-285/2024 nömrəli qərardadından iş üzrə İddiaçı1 Sayad qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 iyul 2024-cü il tarixli 2-1(116)- 285/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 Sayad qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X2 adına verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, **********40 reyestr nömrəli, seriya RX ******* nömrəli çıxarışın və xx.xx.2016-cı il tarixdə həmin şəxsin adına tərtib edilmiş 061161 nömrəli torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı1 Sayad qızı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2024-cü il tarixli 2- 1(107)-546/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə iş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan zaman digər iddiaçı və İddiaçı1 Sayad qızının nümayəndəsi İddiaçı2 məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina etməsi barədə ərizə göndərərək nəzərə alınmasını və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər iddiaçı və İddiaçı1 Sayad qızının nümayəndəsi İddiaçı2 apellyasiya şikayətindən imtina etməsi barədə ərizənin nəzərə alınaraq, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının 18 sentyabr 2024-cü il tarixli iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar, üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmiş, cavabdeh və digər üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin: - 88.1-ci mаddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. - 88.3-cü mаddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İş materiallarından görünür ki, digər iddiaçı və İddiaçı1 Sayad qızının nümayəndəsi İddiaçı2 apellyasiya şikayətindən imtina etməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən digər iddiaçı və İddiaçı1 Sayad qızının nümayəndəsi İddiaçı2 Şəki İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2-1(116)-285/2024 nömrəli qərardadından verdiyi apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Digər iddiaçı və İddiaçı1 Sayad qızının nümayəndəsi İddiaçı2 Şəki İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2-1(116)-285/2024 nömrəli qərardadından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü barədə 2 sentyabr 2024-cü il tarixli 2-1(107)-546/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 Sayad qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X2 adına verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, **********40 reyestr nömrəli, seriya RX ******* nömrəli çıxarışın və xx.xx.2016-cı il tarixdə həmin şəxsin adına tərtib edilmiş 061161 nömrəli torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar