Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-55/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X16, digər nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxslər: X9, X4, X11, X12 və üçüncü şəxs X1 nümayəndəsi və vəkili X17 iştirakı ilə, İddiaçılar İddiaçı1n, İddiaçı2, X19 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X13rşı "JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşeti hissəsində ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi" tələbi barədə iddiasına dаir inzibаti iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)- 10/2018 nömrəli qərarından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə üçüncü şəxslər X3, X1, X5 və X6 mülkiyyətinə rayonun Katex kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,20 ha torpaq payı verilmişdir. Bu barədə onların adına JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənəddə 5 ayrı-ayrı planşet göstərilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçı Sulxayeva (əvvəllər Maamiyeva) Gülbahar Əhmədov qızının mülkiyyətinə rayonun Katex kəndində 1298,53 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə onun adına A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X19 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsi JN-1554 nömrəli dövlət aktındakı 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aiddir. İddiaçılar İddiaçı1, İddiaçı2, X28 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X13rşı "JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşeti hissəsində ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən, 0,90 ha torpaq sahəsi iddiaçıların ümumi mülkiyyətinə verilmiş və adına JN-1685 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" hazırlanmışdır. Bundan sonra Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli 01 nömrəli qərarına əsasən, İddiaçı1 1298,53 kv.m həyətyanı torpaq sahəsi verilmiş və A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanmışdır. Həmin torpaq sahəsində onlara məxsus dam və altıaçıq yerləşir. Abdulla Maamiyev 2014-cü ilin oktyabr ayında İddiaçı1 evinə və həyətyanı torpaq sahəsinə gedən yolu zəbt edərək, onlara məxsus dam və altıaçıqdan istifadə etmələrinə imkan vermir və JN-1554 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə həmin damın, altıaçığın yerləşdiyi torpaq sahəsinin ona pay torpağı kimi verildiyini bildirir. X10 adına hazırlanmış JN-1554 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən sərhəd və qonşular faktiki sərhəd və qonşularla üst-üstə düşmür. Cavabdeh iddiaya qarşı yazılı etiraz verməmiş, lakin nümayəndəsi Ömərov Rafael Ömər oğlu əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən sənədlər hazırda mövcud olmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. 18 saylı X20 həmin sənədləri ləğv etmək, yaxud dəyişdirmək səlahiyyəti yoxdur, lakin aparılmış ölçmə işləri zamanı iddiaçıların istifadəsində olan həyət tikililərinin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxs X3 və ailə üzvlərinin adına olan JN15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi məlum olmuşdur. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-143/2015 nömrəli qərarı ilə iddia qismən təmin edilərək JN-15xx xxx 40105018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı 1554D saylı planşeti hissəsində ləğv edilməsi, cavabdehin üzərinə X2 adına verilmiş A seriyalı 206411 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-56/2018 nömrəli qərardadı ilə hazırkı iş üzrə maraqlarına toxunan şəxslər X11, X18 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"; A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"; Balakən Rayon Dövlət Arxivinin xx.xx.2014-cü il tarixli 27 nömrəli arxiv arayışı; JN-16xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"; Balakən Rayon Katex Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 220 nömrəli arayışı; A seriyalı 206410 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli **********08 nömrəli və xx.xx.2015-ci il tarixli **********11 nömrəli məktubları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015ci il tarixli 10809 nömrəli rəyi aiddir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-10/2018 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) iddia qismən təmin edilərək üçüncü şəxslər X3, X1, X5 və X6 adına olan JN15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin iddiaçılar İddiaçı1, İddiaçı2, X19 istifadəsində olan, tikintialtı hissəsi 32,7 kv.m olan talvarın və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binasının yerləşdiyi həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X20 üzərinə qoyulması, iddia tələbinin JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin qalan hissədə ləğv edilməsi ilə bağlı hissədə təmin edilməməsi, iş üzrə qəbul edilmiş müvəqqəti xarakterli müdafiə haqqında xx.xx.2015-ci il tarixli 21(84)- 143/2015 nömrəli qərardad bu qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılması barədə qərar qəbul edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil qeyd edilən qərardan apellyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və onların vəkili Vəkil həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019cu il tarixli qərarı qismən ləğv edilərək, iş apelyasiya qaydasında yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyаsiyа şikayətinin dəlilləri: İddiaçının İddiaçı1 Əhməd qızının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə iddiaçıların qanuni maraqlarını təmin etməmişdir. JN15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşetinin iddiaçıların müıkiyyətinə düşən hissəsindən istifadə etək mümkün deyil, onların həyətinə gedən yol üçüncü şəxs X27 tərəfindən bağlanmış, həyətində olan tikililərdən istifadə etməyə imkan vermir. Halbu ki, hazırkı işə ilk dəfə baxan birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(084)-143/2015 nömrəli qərarı ilə iddia tam təmin edilmişdir. Sonradan digər marağına toxunan şəxslərin işə cəlb edilməsi nəticəsində hazırkı işin baxılması xeyli ləngimişdir. Birinci instansiya məhkəməsi iddiaçı Sulxayevin hazırda həmin daşınmaz əmlaka dair çıxarış almasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış qərar qəbul etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X16, digər nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən X8 bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı ilə razıdırlar. Belə ki, iddiaçılara məxsus tikinti altı sahə də onların mülkiyyət sənədinin sərhədləri daxilində qeyd edilməklə iddiaçıların adına 2016-cı il tarixdə verilmiş çıxarışla razıdırlar. Həmin tikililərdən istifadə ilə bağlı hər hansı bir maneçilik törədilmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarından şikayət verməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X4, X11, X12 apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X1 nümayəndəsi və vəkili X29 apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçılar İddiaçı1, İddiaçı2, X28 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X20 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları da nəzərə alır. Apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxsə təqdim olunduğu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. Məhkəmə kollegiyası iddianın mümkünlük şərti ilə bağlı bildirir ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarının tədqiqi əsasında müəyyən etdi ki, Balakən rayonu Katex kənd icra nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitablarında iddiaçılar İddiaçı1, İddiaçı2, X26 aid təsərrüfatın həyətyanı torpaq sahəsinin 0,13 ha olduğu və həmin təsərrüfatda 1968-ci ildə tikilmiş dam, 1984-cü ildə tikilmiş altıaçıq (naves) olduğu göstərilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı1 verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Eyni zamanda, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarı ilə X8 və ailə üzvlərinin ümumi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış 1,20 ha (planşet 1554-2800,51 kv.m, planşet 1554A-2066,43 kv.m, planşet 1554B-1726,36 kv.m, planşet 1554C-3863,26 kv.m, planşet 1554D-1545 kv.m) JN-15xx xxx 40105018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixli məktubunda da iddiaçılar İddiaçı1, İddiaçı2 və X19 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10809 nömrəli rəyində Balakən rayon Katex kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və X19 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN- 15xx xxx 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi, iddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsi JN-1554 nömrəli dövlət aktındakı 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aid olması qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə qismən razılaşır və aşağıdakılara əsasən apelyasiya şikayətinin dəlillərinin mübahisələndirilən məhkəmə qərarının ləğvi üçün qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası xx xxxxxxx 2019-cu il tarixli, 2-1(102)-2702/2019 nömrəli qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və iş materiallarının səthi araşdırılması nəticəsində gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. İş materiallarından da göründüyü kimi qeyd edilən normaların və istinad olunan qərarların ziddinə apelyasiya məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, bu dəlillərin nə üçün qəbul edilmədiyi qərarda tam əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. X22 Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X23rşı, x xxxxxx 1994cü il, paraqraf 29-30, seriya A no: 303-A). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(102)-2702/2019 nömrəli qərarının göstərişlərinə uyğun araşdırma apararaq məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, Balakən rayonu Katex kənd icra nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitablarında iddiaçılar İddiaçı1, İddiaçı2, X26 aid təsərrüfatın həyətyanı torpaq sahəsinin 0,13 ha olduğu və həmin təsərrüfatda 1968-ci ildə tikilmiş dam, 1984-cü ildə tikilmiş altıaçıq (naves) olduğu göstərilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı1 verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Eyni zamanda, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarı ilə X8 və ailə üzvlərinin ümumi 1554-2800,51 kv.m, planşet 1554A-2066,43 kv.m, planşet 1554B1726,36 kv.m, planşet 1554C-3863,26 kv.m, planşet 1554D-1545 kv.m) JN-15xx xxx 40105018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixli məktubunda da iddiaçılar İddiaçı1, İddiaçı2 və X19 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binasının üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10809 nömrəli rəyində Balakən rayon Katex kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və X19 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X3 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi, iddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsinin JN-1554 nömrəli dövlət aktındakı 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aid olması qeyd edilmişdir. Göründüyü kimi iddiaçılar İddiaçı1 və digərləri "JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşeti hissəsinin tam ləğv edilməsini tələb edir. 1554D nömrəli planşet üzrə torpaq sahəsi 0,15 ha-dır. İddiaçıya isə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı ilə verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi həmin planşetdə göstərilən torpaq sahəsinin daxilində yerləşir. Birinci instansiya məhkəməsi isə həmin planşet 1298,53 kv.m hissədə ləğv etməli olduğu halda iddiaçıya məxsus talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binasının yerləşdiyi hissədə ləğv etmişdir. İddiaçının vəkili və nümayəndəsinin apelyasiya şikayətinin işin mahiyyətinə aid olan hissəsindən müəyyən edilir ki, iddiaçı birinci instansiya məhkəməsində iddianın qismən təmin edilməsi ilə razı deyildir, iş üzrə cəlb edilmiş üçüncü şəxslər onlara məxsus tikililərdən istifadə etməyə maneçilik törədir, həyətə gedən yolun qapısını qıfılla bağlayır və gediş-gəlişə mane olur. İddiaçının vəkilinin apelyasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə qeyd edilməlidir ki, iş üzrə üçüncü şəxslər iddiaçılara məxsus tikililələrdən istifadəyə maneçilik törətdiyi, gediş-gəliş yolunu bağladığı və qapıları bağlaması ilə bağlı halların araşdırılması inzibati orqanın vəzifələrinin icrası ilə bağlı məsələ olmadığından inzibati məhkəmə icraatının araşdırma predmetini təşkil etmədiyindən, tələb fiziki şəxsə yönəldiyindən bu məsələ ilə bağlı cavabdehin yaşadığı yerin rayon məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını iddia tələbini təmin edilməmiş hissəsində araşdıraraq belə bir nəticəyə gəlir ki, İPN-nin 87.6-ci maddəsinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və X19 nümayəndəsi və onların vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-10/2019 saylı qərarı qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X33 tərəfindən X9, X4, X11, X6 adına verilmiş JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşeti 1173,45 kv.m olan hissədə də ləğv edilməklə İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"-n ləğv edilərək həmin torpaq sahəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-10/2019 saylı qərarı ilə 1554D nömrəli planşetin ləğv edilmiş 125.8 kv.m hissəsi ilə birlikdə yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X20 üzərinə qoyulmalı, iddia tələbi iddia tələbinin təmin edilməmiş hissəsinin qalan hissəsində təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və X19 nümayəndəsi və onların vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-10/2019 saylı qərarı qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X33 tərəfindən X9, X4, X11, X6 adına verilmiş JN-15xx xxx 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1554D nömrəli planşeti 1173,45 kv.m olan hissədə də ləğv edilməklə İddiaçı1 adına verilmiş A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"-n ləğv edilərək həmin torpaq sahəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2- 1(84)-10/2019 saylı qərarı ilə 1554D nömrəli planşetin ləğv edilmiş 125.8 kv.m hissəsi ilə birlikdə yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X20 üzərinə qoyulsun. İddia tələbi iddia tələbinin təmin edilməmiş hissəsinin qalan hissəsində təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-55/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-55/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver