Məhkəmə qərarları › İş №2-1(107)-55/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-55/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-55/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, Cavabdeh- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 13 saylı Regional Ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Yevlax rayon filialına qarşı “12.03.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2-1(116)-180/2020 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, m üəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 19.09.1972-ci ildən 04.03.1974-cü ilədək X3 Ticarəti İdarəsinin 118 nömrəli mağazasında satıcı vəzifəsində və 05.01.1998-ci ildən 26.12.2003-cü ilədək Yevlax “Səyyar” Təmir Tikinti İdarəsində ekspeditor vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 10 dekabr 2020-ci il tarixli, 2- 1(116)-180/2020 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Yevlax rayon filialının üzərinə İddiaçı hüququ yarandığı 12.03.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2-1(116)-180/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2- 1(107)-153/2020 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2-1(116)-180/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2- 1(107)-153/2020 saylı qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021ci il tarixli, 2-1(102)-1518/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(107)- 153/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya icraatında baxılarkən İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək göstərmişdir ki, hazırda iddiaçının cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Yevlax rayon filialına qarşı heç bir tələbi yoxdur, iddiaçı cavabdeh orqana qarşı irəli sürdüyü iddiadan imtina edir. Yaşlı və xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Ona görə də inzibati işə onun iştirakı olmadan baxılmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçı ilə telefob vasitəsi ilə əlaqə saxlanılmış və iddiaçı iddiadan imtina edilməsinə dair iddianı özü yazdığını bildirmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsasən). Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Yevlax rayon filialının nümayəndəsi X2iddiadan iddiaçının iddiadan imtinası ilə razılılaşdığını bildirmiş və bu barədə ərizəni təqdim etmişdir. Məhkəmə kollegiyası tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsaasən, şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şərh olunan normativ hüquqi aktda inzibati mübahisənin iddiaçının iradəsinə uyğun olaraq başa çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçını belə ərizəsi faktiki onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi ilə nəticələnə bilər. Başqa sözlə, ioddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəmə kollegiyasına iddiadan imtina barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddianın məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində göstəilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər... Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İnzibati işin materiallarından görünür ki, iddiaçı İddiaçı iddiadan imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının iddiadan imtina ərizəsini nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. İddiaçının nəzərinə çatdırılır ki, İnzibati Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbаycаn Respublikаsı İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarında müəyyən olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Məhkəmə kollegiyası istinad edilən prosessual hüquq normalarını və iddiaçının mövqeyini əks etdirən ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2-1(116)-180/2020 saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunаnlаrа əsаsən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2-1(116)-180/2020 saylı qərarı ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyindən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar