Məhkəmə qərarları › İş №2-1(107)-550/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-550/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-550/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-284/2021 nömrəli qərarından İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 05 mart 2021-ci il tarixli 2-1(116)- 284/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan İddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmişdir. Buna görə də, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 17 sentyabr 2024-cü il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş və eyni zamanda bununla əlaqədar olaraq cavabdehə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, mübahisələndirilən qərarı 13 avqust 2024-cü il tarixdə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etdikdən sonra əldə etmişdir. Daha öncə həmin qərarı almamışdır, almış olsa belə həmin qərar itmişdir. İş materiallarında olan qərarın surətini almasına dair xəbərnaməyə imza edən şəxsi tanımır. Lakin qərar göndərilən ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə iclasında özü şəxsən iştirak etmiş, onun iştirakı ilə qərar qəbul olunaraq iddiası rədd edilmişdir. Qeyd edilən qərar çıxarılan ərəfələrdə anası rəhmətə getmiş, bu səbəbdən başının qarışıq olmasına görə qərarın ona hansı səbəbdən göndərilməməsi ilə maraqlana bilməmişdir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatı iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2-1(116)-284/2021 nömrəli qərarı məhkəmə tərəfindən 19 mart 2021-ci il tarixli müşayiət məktubu ilə birlikdə iddiaçının iddia ərizəsində qeyd edilən ünvanına göndərilmiş, həmin qərarın surətini almasına dair 01 aprel 2021-ci il tarixli, SS710188049AZ nömrəli poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək barəsində olan sözügedən qərarın surətini əldə etmədiyini, yenidən ona verilməsinə köməklik edilməsini xahiş etmişdir. Həmin ərizə ilə bağlı Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2- 1(116)-284/2021 nömrəli qərarının surəti təkrarən xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə poçta təqdim edilərək 29 avqust 2024-cü il tarixdə məhkəməyə çatdırılmışdır. Göründüyü kimi, məhkəmənin qərarı iddiaçı tərəfindən 01 aprel 2021-ci il tarixdə qəbul edilmiş, şikayəti isə 23 avqust 2024-cü il tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. İddiaçı, Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2-1(116)-284/2021 nömrəli qərarını xx.xx.2021-ci il tarixdə aldıqdan sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 3 il 4 ay 22 gün ötürmüşdür. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzrlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. İddiaçının dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2-1(116)-284/2021 nömrəli qərarı 19 mart 2021-ci il tarixdə iddiaçının qeydiyyatda olduğu, yaşadığı, iddia ərizəsində göstərdiyi ünvana (ünvan 1əbərnaməyə “Əliyev Namiq” adlı şəxs imza etməklə təhvil almışdır. İş materiallarına nəzər yetirildikdə görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarının vaxtı barədə iddiaçıya məlumat verilən zaman da bildirişlər həmin ünvana göndərilmiş, məktublar fərqli şəxslər tərəfindən imza edilməklə təhvil alınmış, nəticədə iddiaçı məhkəmə iclasında iştirak etmişdir. Göründüyü kimi, iddiaçının dəlilləri əsassız olmaqla apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Nəzərə alınmalıdır ki, hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunmalıdır. İddiaçı tərəfindən apellyasiya şikayətinin məhz qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ərzində təqdim olunduğunu təsdiq edən sübut apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Ona görə də, kollegiya hesab edir ki, işdə olan sübutlar əsasında qərardad qəbul edilməlidir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Yuxarıda qeyd olunanlardan əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edilməsi üçün də zərurət yoxdur. Ona görə ki, qanunvericilik ötürülmüş prosessual müddətin bərpası institutu üzrə 1 illik müddət nəzərdə tutmuşdur. Həmin müddətin bir ildən artıq keçdikdən sonra qeyd edilən ərizə ilə iddiaçının (hazırki işə münasibətdə) müraciət etməsi üçün təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar olmalıdır, lakin qeyd edilən halların mövcudluğu barədə iddiaçı tərəfindən hazırda hər hansı sübut iş materiallarına əlavə edilməməklə bərabər iddiaçı tərəfindən həmin hallar ümumiyyətlə mübahisələndirilməmiş, iddiaçı tərəfindən mübahisələndirilən tək argument həmin qərarın ona çatdırılmaması olmuşdur ki, iddiaçının bu dəlili də iş materiallarına əlavə edilmiş sübutlarla təkzib edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2-1(116)-284/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2-1(116)-284/2021 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar