Məhkəmə qərarları › İş №2-1(107)-554/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-554/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-554/2025 10.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Аzərbаycаn Respublikаsı Cavabdeh1nə qarşı qanuni istifadəyə verilmiş 2,5 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati– İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(84)-187/2013 nömrəli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati–İqtisadi Məhkəməsinin (hakim Mübariz Hüseynov) 15 aprel 2013-cü il tarixli 2-2(84)-187/2013 nömrəli qərarı ilə İddiaçı cavabdeh Аzərbаycаn Respublikаsı Cavabdeh1nə qarşı qanuni istifadəyə verilmiş 2,5 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2-2(84)-184/2013 nömrəli qərarı icra edilməsi üçün, qərar qüvvəyə minəndən 12 sonra, Şəki İnzibati Məhkəməsi tərəfindən DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsi belə qənaətə gəlmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2-2(84)- 184/2013 DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən icra olunmalıdır. 1. Qərardan görünür ki, öhdəliyin mahiyyəti torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və verilməsidir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanına əsaslanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə”dən (bundan sonra – Əsasnamə) görünür ki, torpaq paylarının mülkiyyətçilərinin müəyyən olunması, torpaq paylarının yer üzərində (naturada) mərzlərlə ayrılması, eləcə də həmin torpaq sahələri üzrə torpaq sahələrinin planı və ölçülərinin tərtib olunaraq torpaq mülkiyyətçilərinə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Əsasnamə “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə ləğv edilmişdir. Bu da öz növbəsində İddiaçı verilmiş torpaq sahəsinin plan və ölçüsünün tərtib olunub verilməsini mümkünsüz edir. 2. Qərardan görünür ki, öhdəlik Cavabdeh1 üzərinə qoyulmuşdur. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə DTXK-si ləğv edilmişdir. Ləğv edilmiş DTXKnin funksiyaları AR İqtisadiyyat Nazirliyi (dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq və s.) və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir. DTXK-nin bir sıra funksiyaları AR İqtisadiyyat Nazirliyinə verilsədə, AR İqtisadiyyat Nazirliyi ləğv edilmiş DTXK-nın hüquqi varisi hesab edilməmişdir. Ləğv edilmiş dövlət təsisatının hüquqi varisi müəyyən edildikdə bu barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında birbaşa göstərilir (bax: xx.xx.2000-ci il tarixli 264 nömrəli Fərman). Odur ki, qeyd edilənlərə əsasən Şəki İnzibati- İqtisadi Məhkəməsi 15 aprel 2013-cü il tarixli 2-2(84)-184/2013 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi X2 apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, işə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş proses iştirakçısı hesab olunmayan şəxs tərəfindən verilmişdir. Buna görə də, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 04 mart 2025-ci il tarixə məhkəmə iclası təyin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə bu barədə rəsmi məlumat verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Şəki İnzibati Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2-2(84)-187/2013 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı, onun icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin: -12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. -27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. -27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. -27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. - 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlar dan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. https://eqanun.az/framework/46956 - 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. - 84. Şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. - 86.1.Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: - 86.1.1.şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; - 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. - 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. - 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından da göründüyü kimi İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Beləliklə, hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi inzibati məhkəmə icraatının iştirakçısı sayılmadığından, buna müvafiq olaraq proses iştirakçısı da hesab olunmadığından, nəticədə apellyasiya şikayəti vermək hüquqlarına da malik olmadığından Şəki İnzibati Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2-2(84)-187/2013 nömrəli qərarından inzibatı orqan tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, onun icraata qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası İPM 12,35 ,48 və 87 maddələrini rəhbər tuttaraq qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki İnzibati Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2-2(84)- 187/2013 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar